Ailədə Qızıl Uşaq Olmaq | Psixoloq Leyla Gasimova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023
  • "Münasibətlər" haqqında kurs edib Codependency haqqında sadəcə o kursda danışacaqdım amma nəsə çatmırdı.
    Sadəcə kursda olanlar deyil, hamı bu haqqda bilməli və dərinləri anlamalı hətta dönüşməli idilər
    yoxsa nə işə yarayırdı psixoloq olmağım?!
    Tam da buna görə başlamamışdım ki yoluma?
    2016'da “yoluma”, TH-cam'a başlayanda niyyətim
    "oyunu dəyişdirmək" idi.
    Psixologiyanı sadə şəkildə izah edərək, özüm olaraq elə olduğum yerdən səmimi əlaqə quraraq Sən'dən Sən'ə danışmaq.
    O vaxt psixoloqlar və onların psixologiya haqqında danışdıqları məni qane etmirdi çünki,
    dərin amma sadə olmalıydı və verilən bilgilərlə insanlar həyatlarını bu və ya digər səviyyədə anlamalı və dəyişə bilməli idilər.
    Hə bir də doğru bilinən yanlışlar vardı, çoox sayıda vardı, onlara açıqlıq gətirilməliydi.
    Başladım və etdim.
    Nəinki sualları olan insanlar amma şəxsi inkişaf sahəsindəki bir çox psixoloq, coach, enerji ilə işləyənlər də həmçinin dönüşdü,
    həm şəxsi həyatlarında həm də işlərində.
    Bir insanın dəyişimi ətrafında "axtarışda olan" bir çox insanın dəyişimi deməkdir

    nəhayətində bir də gördüm ki,
    məni tanımayan insanlar
    mənim fikirlərimi səsləndirir,
    bunu anladığım an içim çiçəklər açmışdı və o zamana qədər heç vaxt bu qədər çiçəklənməmişdim✨
    Bacarmışdım,
    Bacarmışdıq! 🤍
    İndi isə "oyunu dəyişdirmək" üzrə ikinci round başlayır!
    7 il sonra ❤️‍🔥
    Bu dəfə daha dərinə gedəcəyik,
    Bu dəfə eşitməyə hazır olduqlarını artıq görəcəksən,
    Görəcəksən ki
    nəinki özün amma Sən'dən gələnlər də sağlam yetişkin ola bilsinlər.
    Dəyərlərim və niyyətim eyni olsa da danışacaqlarım fərqlidir.
    Çünki insanlığımızın ən böyük yarası
    "Codependency - Münasibətlərdə Qarşılıqlı Asılılıq"
    ilə üzləşməyə artıq hazırıq 🩵
    Xeyirli olsun,
    Gözəl Həyatlar! ❤️‍🔥

ความคิดเห็น • 11

  • @LeylaGasimova
    @LeylaGasimova  7 หลายเดือนก่อน +3

    “Özümlə Görüşürəm” yönləndirməsini burdan əldə edə bilərsən:
    📲 +994 51 663 0181 wp

  • @vliyevakamal9044
    @vliyevakamal9044 7 หลายเดือนก่อน +7

    Mənim rolumdu.Necə dəqiqliklə ifadə etmisiniz həmişə ki kimi.Öz ixtisasımı da valideynim "nə qədər desə də ki nəyi istəyir seçsin" sözünə baxmayaraq məhz onun istədiyi ixtisası seçmişəm 😔.Çox ağırdı səni çox istədiyini dilə gətirən insanlardan sevgi göstərmələri üçün özündən fəda eləmək.Mənim üçün ən çətin,ağrılı məsələlərdən biridir.Videoda deyilənləri hər birini şüursuz şəkildə də olsa yaşamışam geriyə baxanda hər şey Leyla xanım siz dediyiniz kimi olub,olur...Artıq günah keçisi olmuşam,oluram...Çox sağolun siz çox insan,savadlı "həkimsiniz" Leyla xanım💗Sanki həmişə haramsa ağrıyır amma mən təyin edə bilmirəm haram ağrıyır.Siz düz gəlib əlinizi dəqiqliklə ağrıyan nöqtəmə qoyub sağalacağını deyirsiniz.Çox sagolunn🥲🤍

  • @Mathteacher21
    @Mathteacher21 7 หลายเดือนก่อน +5

    Mən də 25 yaşına kimi özümü ailənin qəhrəmanı kimi görürdüm,həmişə ən düzgün olanı etməli idim,çünki həmişə ailədə,ətrafımda buna görə fərqlənmişəm,hörmət görmüşəm. sonra bəzi səhv seçimlərim oldu.Bu seçimlərə görə çox acı çəkdim,çox şey itirdim, artıq "qəhrəman" rolunda deyildim,çünki səhv seçim etmişdim.İtirdiklərimlə yanaşı bu mənə ailəmin saf sevgisini hiss etdirdi,onlar hər an yanımda oldular.Artıq özümü daha rahat hiss edirəm.Sadəcə özümü xoşbəxt etmək istəyirəm,əminəm ki ,indi ailəm də sadəcə mənim sevincimi görüb sevinmək istəyirlər."Ağıllı" ya da" qəhrəman" olduğuma görə yox

  • @vugar.pmpcoach
    @vugar.pmpcoach 7 หลายเดือนก่อน +2

    Çox vacib mövzudur, və dəyərli fikirlərdir. Təşəkkürlər!

  • @RebbinNuru-xq2mr
    @RebbinNuru-xq2mr 7 หลายเดือนก่อน

    👍👍👍👍💖

  • @ruqyyazeynalova8239
    @ruqyyazeynalova8239 7 หลายเดือนก่อน +1

    Leyla xanım əvvəlki kimi gözlerinizden aldığım enerjini ala bilmirəm yorğun kimsiniz yoxsa men yanılıram? . Teki yanılim ama yanilmasamda tezlikle evvelki kimi olun inşəallah ❤😊

    • @LeylaGasimova
      @LeylaGasimova  7 หลายเดือนก่อน +2

      Bəli yorğunam :) bu videonu çəkəndə xəstəlikdən təzə-təzə çıxırdım 🤗

    • @sylslmn
      @sylslmn 7 หลายเดือนก่อน

      Allah şəfa versin 🙏

    • @RebbinNuru-xq2mr
      @RebbinNuru-xq2mr 7 หลายเดือนก่อน

      Rebbim size wefa versin🙏🙏🙏

  • @hikmetabdiyev8603
    @hikmetabdiyev8603 7 หลายเดือนก่อน

    Sizinlə necə terapiyada olmaq olar ünvan zəhmətolmasa

  • @jeyhunajalilova4241
    @jeyhunajalilova4241 7 หลายเดือนก่อน +1

    Əziz Leyla xanım, ailədəki həmin qızıl uşaq olaraq sizə fərqli bir sual ünvanlamaq istəyirəm:
    İndi böyümüşəm, artıq aşağı-yuxarı öz seçimlərimi edə bildiyim yaşda və özgürlükdəyəm. Lakin bir şey içimə hopub: bəs mən niyə dəyərliyəm?
    Niyə axı mən hər şeyin ən yaxşısına layiqəm? Elə onda hamı hər şeyin ən yaxşısına layiqdir? Hər kəs layiq olduğu həyatı yaşayır? Yəni gözəl bir evdə olsam, arzu edirəm özümə ki, kaş mənim də belə gözəl evim olardı. İstəyirəm təbii ki, arzularım var, lakin həm də düşünürəm ki, mənim harama yaraşır. Dünyada axı gözəl evi olmayan minlərlə adam var, onlar layiq olmazkən, mən niyə layiq olum? Mən həəəəmişə özəl olduğumu hiss edirdim. Amma axı artıq elə deyiəm, adiyəm, ölsəm guya, nə dəyişər? Sevdiklərimə üzüntü qatmaqdan əlavə. Varlığımı xüsusi eləyən nədir ki? Niyə ən yaxşısı mənim olsun.
    Bir tərəfdən belə düşünüb, digər tərəfdən də qənaətbəxş insanlara qıcıq oluram, çünki daha yaxşısını eləyə bilərlər. Həmişə irəli getmək olar və bu dünyaya inkişaf etmək üçün gəlmişik. Gələcək nəsillərə daha yaxşısını ötürmək üçün. Lakin damarlarıma hopan ‘sənin harana yaraşır yaxşı bir şeylər?’ qismim də əhvalımı tez tez qaraldır. Ona görə də mən nadir hallarda sırf özümçün öz istəyimlə nəsə edə bilirəm. Hətta hələ də edəndə təəccüblənirəm. Almaniyada yaşayıram, adım hansısa xaricinin yadında qalanda çox təəccüblənirəm ki, yəni nə əcəb o məni yadında saxlayıb, mən kiməm ki😅 bəs axı mən görünməz hiss edirəm özümü bəzən, heç özüm özümü görmürəm.
    Öncədən təşəkkürlər♥️