Cərimələr bu qədər artırıldı | Saxta “parkovşiklər”i hansı cəza gözləyir?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Cərimələr bu qədər artırıldı | Saxta “parkovşiklər”i hansı cəza gözləyir?
    “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
    Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə cərimə 20 manat olub.
    Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.
    Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə rezervasiya edilməsi və ya digər üsullarla sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək.
    Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərini zəbt edənlər 60 manat cərimə ediləcək. Qeyd edək ki, həmin cərimələrin əvvəlki məbləği 10 manat idi.
    Dəyişikliklə dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, xidmətin göstərilməsi, yaxud ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manata qədər cərimə ediləcək. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq edilərək, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə olunacaq.
    Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sürücülük edənlərə 200 manat məbləğində cərimə nəzərdə tutulub.
    Daha bir dəyişikliklə tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük edərsə, 400 manat cərimə ödəyəcək.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Cərimələr bu qədər artırıldı | Saxta “parkovşiklər”i hansı cəza gözləyir?
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #cərimə #artım #parkovşik #saxtakarlıq #sürücü #məcəllə #ilhaməliyev #fərman #nəqliyyat #avtomobil #parklanma

ความคิดเห็น • 21

  • @Зорге999
    @Зорге999 หลายเดือนก่อน +6

    Hər gün yuxunuza girəni edirsiniz.
    Qanunsuzluğun tuğyan etdiyi MEYVƏLİDƏ qayda-qanun yaradın..!!!!!!!!

  • @camalallahverdiyev7354
    @camalallahverdiyev7354 หลายเดือนก่อน +5

    verdiyiniz maaş elə 300-400 manatdırda onu da cərimə yolu ilə alırsız

  • @turalbagirov943
    @turalbagirov943 หลายเดือนก่อน +6

    Hər şei qaldırın birçə əmək haqına əl vurmayın Allah gözünüzü doydursun

  • @babekazimov7602
    @babekazimov7602 หลายเดือนก่อน +2

    Maşından bayira zibil atanlari cərimələmək lazimdir, deyəsən bunu unudublar. Cəriməsi də 200 azn olsun minimum.

  • @bekirmemmedov6515
    @bekirmemmedov6515 หลายเดือนก่อน +1

    Onsuzda cərimə meydançaları şər atmaqla doldururlar ,bizdə qanun yoxdur, istenilən pulu hədə qorxu yolu ilə alırlar,

  • @sahibabisov9676
    @sahibabisov9676 หลายเดือนก่อน +1

    300. MANAT. Maş. Aliram. BU. Biyabirciliqdir. Cerme. Cerme.

  • @resadkerimov8134
    @resadkerimov8134 หลายเดือนก่อน

    Bu hakimiyet işi gücü xalqın cibine nece girim deye fikirlesir besdirin maışdan başqa herşeyin qiymetini artirirlar

  • @SSSSSS-hp7zd
    @SSSSSS-hp7zd หลายเดือนก่อน

    GEDİN ŞƏHƏRİN İÇİNDƏ YOLUN SAĞ SOLUNDA MAŞIN SAXLIYANLARI CƏRMƏ EDİN DƏƏ. ORDA HEÇ MAŞIN SAXLAMAQ OLMAZ. ƏƏ DÜŞÜN YETİMİN YESİRİN ÜSTÜNƏ.

  • @ruslansrfov5445
    @ruslansrfov5445 หลายเดือนก่อน

    Bu cərməlləri artırıllar amma millətin nə qədər maiş alıb dolanmasını fikirləşmirllər

  • @vugarazerbaycanli8497
    @vugarazerbaycanli8497 หลายเดือนก่อน

    Aylıq maaş 300 manat, cərimə 200 man. Zordu.

  • @rsadrustmov8498
    @rsadrustmov8498 หลายเดือนก่อน

    Niye belə az

  • @user-zv2iz9rg3t
    @user-zv2iz9rg3t หลายเดือนก่อน

    Nağaracuğa?

  • @rc7855
    @rc7855 หลายเดือนก่อน

    Prosta dəhşət!!!!

  • @CeferzadeCumshud
    @CeferzadeCumshud หลายเดือนก่อน +1

    Sevindirici haldırki yol qayda qanunlarına dövlətimiz tərəfindən ciddi yanaşılır,qanunsuz parklanmanın,tıxacların qarşısı alınır.

  • @karinoy
    @karinoy หลายเดือนก่อน

    Birazdan millət at eşəy axtaracağ

  • @emilaxundzade8521
    @emilaxundzade8521 หลายเดือนก่อน

    😅😅 qucaqiniza goturun aparin is yerine kucelerdende pul tuturlar

  • @mubarizresulov-wy2sp
    @mubarizresulov-wy2sp หลายเดือนก่อน

    ЭХАЛИ. АРТЫР. МАШИНЛАР. ЧОХАЛЫР. БУ. ЧЫХЫШ. ЕЛУДУ. ДОЙ.

  • @camalallahverdiyev7354
    @camalallahverdiyev7354 หลายเดือนก่อน

    belə şeylərə görə lap ömürlük də həbs edə bilərsiz