Uzun illərdir ki, iqtidar da, müxalifət də xalqa nağıl danışır...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Sosial şəbəkələrimiz
    / posttv
    / posttv
    www.post.tv
    Azərbaycan xalqının bəxti nə iqtidar sarıdan gətirib, nə də müxalifət sarıdan. Hər iki tərəf uzun illərdir ki, xalqa min bir rəngə boyanmış nağıllar uydurub, vədlər verir. Xalqı bir tikə çörəyə möhtac qoyan hakimiyyət nümayəndələrinə də xoş güzəran sürməkdən ötrü xalqa qarşı qurulan tələnin əsas icraçılarına çevrilən bu cür əndamsız müxalifət lazımdır. Düstür əvvəldən bəllidir: öncə radikal müxalifətçi olursan, daha sonra səni həbs edirlər,”verbovka” olunursan və bir müddət sonra azadlığa çıxırsan. Elə bəxtin də bundan sonra açılır. Bir tərəfdən hakimiyyət səni pul atəşinə tutur, digər tərəfdən də Qərb təşkilatları qrantlar ayırır.
    SİNXRON: Mən satqın deyiləm kərbəlayi
    Məgər bu ölkədə özü müxalifətçi, övladı YAP-çı olan az adam var? Yaxud özü YAP-çı, övladı müxalifətçi olan az oyunbaz tanıyırsınız? Heç düşündünüzmü ki, bu ölkədə niyə məmur balaları da, müxalifət partiyalarının liderlərinin övladları da təm-təraq içərisində yaşayır?! Niyə bu ölkədə vahid əqidəsi olan insanlara yox, elastik əqidəyə sahib insanlara daha çox yaşıl işıq yandırılır?! Düz 30 ildir ölkədə eyni məmurları vəzifədə görürük, elə müxalifət də 30 ildir 90-cı illərin korşalmış, klassik, primitiv şüarları ilə siyasi mədəniyyətimizə təcavüz edir. Hakimiyyət indiki müxalifətin yeni simalarla əvəzlənməsini heç vaxt arzulamır. Çünki hakimiyyət bu müxalifətlə mübarizə aparmağın bütün metod və üsullarını əzbər bilir. Yeni müxalifət ciddi enerji, çoxlu pul və böyük əmək tələb edir.
    SİNXRON: Müttəfiqlərin xəyanəti - babək filmi
    Əlqərəz, əyninə bircə şalvar almaq üçün aylarla işləyən, övladlarının qarşısında boynu bükük valideynlər yaxın otursunlar. Görsünlər ki, bu ölkədə təkcə məmur balaları kef eləmir, elə müxalifətçi liderlərin övladları da onlardan geri qalmır. Hər iki tərəfin xaricdə külli miqdarda pul ehtiyatı, mənziləri və biznes şəbəkələri mövcuddur. Baxırsan ki, ata illərdir hakimiyyəti ən sərt şəkildə tənqid edir, amma övlad rütbəli zabitdir, hansısa qurumda mühüm vəzifələrdə işləyir. İndi sual edə bilərsiniz ki, nə dəxli var, övlad öz yolunu özü seçib. Əzizlərim, bu qədər sadəlövh olmağa dəyməz. İnsnaların bu cür yazıq vəziyyətə düşməsində hakimiyyət qədər müxalifətin də eyni dərəcədə günahı var. Hələ də hakimiyyəti mitinqlərlə dəyişməyin yeganə yol olduğunu xalqa sırımağa çalışan məsuliyyətsiz və intelelektsiz müxalif liderlərin danışıqları da daha heç kəsə cəzbedici görünmür.
    SİNXRON: Məşədi İbad tarixi nadir.
    Söhbəti çox uzatmadan, birbaşa mətləbə keçirəm. İndi görün, Azərbaycanda kimlərin övladları xarici ölkələrdə - ABŞ-da, İngiltərədə, Almaniyada yaşayır? Öz övladlarını ölkədən çıxarıb xalqın övladlarını güdaza vermək istəyən müxalifətçilərlə xalqın sərvətlərini talayıb övladlarına xaricdə imarət quran məmurlar arasında nə fərq var?!
    Məsələn, Fövqəladə Hallart naziri Kəmaləddin heydərovun oğlu Taleh heydərov İngiltərə vətəndaşlığını alıb. Azərbaycanın pulları hesabına varlanan bu adamlar doğma ölkələrinini vətəndaşı olmağı da özlərinə sığışdırmırlar. Bəlkə də oğurladıqları sərvətləri qorumaq üçün öz gələcəklərini məhz bu yolla sığortalayırlar.
    Kəmaləddin Heydərovun yaxın dostu, müxalifətdə olanda xalqa siyasi erotika dürtüşdürən, 2003-cü ildə qorxusundan müxalifətdən çəkilən, daha sonra da biznesmenə çevrilən, hazırda Bakının müxtəlif yerlərində göydələnlər tikən Etibar Məmmədovun oğlu Ayxan Məmmədov da Amerika Birləşmiş Ştatlarında yaşayır.
    Milli Məclisin deputatı Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazova da ABŞ-a köçüb. Mədinə Şahbazova Masalıda bağça müdirəsi işləyirdi, indi özünün sosial şəbəkə hesabında paylaşım edərək Nyu-Yorka köçdüyünü bəyan elədi. Deputatın oğlu Məmməd ABŞ-da “Masallı İnterprise” adlı şirkət də yaradıb. Hazırda Məşhur Məmmədovun ölkədən gedən bütün ailə üzvləri bu ünvanda yaşayır (335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvan) .
    Vaxtilə rayonlarda təkəryamayan işləyən, daha sonra vergilər naziri olan, bir müddət əvvəl isə dünyaqsını dəyişən Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova Londonda yaşayır. Onun əri Əbdül Əliyevin atası isə Vergilər nazrinin sabiq müavini Namiq Əliyevdir. Ər-arvad atalarının bu dövlətdən oğurladıqaları pullar hesabına Londonda özlərinə müxtəlif şirkətlər açıblar.
    Azərbayxzn Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin övladı Türkel Kərimli uzun illərdir ki, Londonda yaşayır. O, Bristol Universitetində təhsil alıb. Ümumiyyətlə, AXCP sədrinin bütün ailə üzvləri ilin böyük bir hissəsini Londonda yaşamalı olur. Özü isə Feysbuk vasitəsilə gənclərə müraciət edir, onlara hakimiyyətlə mübarizə aparmağın metodlarından həndəsi badalaqlar gəlir.

ความคิดเห็น • 20

  • @eminsireliyev1092
    @eminsireliyev1092 4 หลายเดือนก่อน

    Ugurlarin bol olsun Deyerli, Eqideli Qardasimiz🤲🤲❤...Tam dogru ve tam esasli

  • @Labbeyk_
    @Labbeyk_ 17 วันที่ผ่านมา

    Bəli əhsən çox düz 👍

  • @ezizqehremanli9335
    @ezizqehremanli9335 ปีที่แล้ว +5

    Halaldi Size.

  • @elmin_043
    @elmin_043 ปีที่แล้ว +3

    Halal olsun sənə qardaş düz sözə nə deyəsən haqqlısiz olan Ölkədə yaşayırıq təsüf olsun ki...

  • @faikmiriyev6708
    @faikmiriyev6708 ปีที่แล้ว

    İsa Gənbrin gardaşi Almaniyada Türkiyədə bizim gündə Gardaş flan yoxdu Türkiyə müttəfiq bir dövlət bizimlə

  • @qarabagunutmabutovazrbayca9040
    @qarabagunutmabutovazrbayca9040 ปีที่แล้ว +4

    👏🏻👏🏻👏🏻

  • @user-px7ut3os4g
    @user-px7ut3os4g ปีที่แล้ว +3

    Bütün bunlar bir günahkarı var, o da mənəm.😂 Yəni mən, sən, o və bütün xalq.

  • @kenanqurbanov7850
    @kenanqurbanov7850 2 หลายเดือนก่อน +1

    Allah bu milleti 5manata satmaga duzulenlere min lenet elesin inwallah hami satqindir

  • @veyselquliyev7883
    @veyselquliyev7883 ปีที่แล้ว +4

    Sagol qardaw agzina sagliq. Ona gorede men muxalifete inanmiram hamsi yalanan cerenleyir. Duzdu var bu xalq ucun millet ucun ezyyet ceken inasanlar ama tesufler olsunki muxalifetde yox

  • @9860289
    @9860289 ปีที่แล้ว

    BİR AZDA SADƏLƏŞDİRSƏK SİRAVİ CAMAATI ÖZ NAĞILLARINA QOŞUB TEMA TUTURLAR İÇİNDƏDƏ PUL

  • @cemilekerim5154
    @cemilekerim5154 6 หลายเดือนก่อน +1

    Menim tanislarim ne muxalifetdir, nede memur. Amma oz zehmetlerinen oxuyub, xaricde bir gun gazaniblar. Men ozum yetim olmusam. Amma tehsilime ve biliyime gore xarici firma mene id teklif edib. 20 il calismisam. Hamiya vedra baxlamayin.

  • @resad_ugur8266
    @resad_ugur8266 ปีที่แล้ว

    Orxan Fikretoglu kimi gozel selis mentiqli ve duz bucagli baxis Aferin qardas

  • @PervizCavadov-ws4ui
    @PervizCavadov-ws4ui 6 หลายเดือนก่อน

    Düz sözə nə deyəsən.Sənin kimi danişan insanlar azdır,yaxud yoxdur

  • @resad_ugur8266
    @resad_ugur8266 ปีที่แล้ว

    Ziya Memmedov masinist olmuyub pamownik olub Qurban dayinin pamoaniki menim atamlada isleyib o vaxti demir yolunda

  • @NerimanEliyev-rt8ed
    @NerimanEliyev-rt8ed 23 ชั่วโมงที่ผ่านมา

    Yaxşı ay Samir görəsən ölkədə əsl müxalifət kimdir onda bilmirsən ? Əgər bilirsənsə niyə demirsən ? De biləkdaaa 😂

  • @King-rs6ng
    @King-rs6ng ปีที่แล้ว +2

    15000 adam baxıb 75 nəfər bəyənib
    Həqiqətin gözü kordur
    Niyə bəyənməni basmırsız?

  • @eliko444hanbali4
    @eliko444hanbali4 ปีที่แล้ว

    Aztv- nin otağından danışırsan?))

  • @dashginaga
    @dashginaga 2 หลายเดือนก่อน

    Ad çəkmədikcə yalan və nağıl danışırsan.