Həmrəylik gününüz mübarək !
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edilir. Bu tarix dünyada yaşayan azərbaycanlıları birliyə və qardaşlığa səsləyir. Xalqımız həmrəylik ideologiyası ilə birləşərək, öz birliyini və qardaşlığını dünyaya sübut etmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Azərbaycançılıq ideologiyası həmrəyliyə əsaslanaraq ana Vətənin inkişafına, mədəniyyətimizin təbliğinə, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməyi mənəvi borc sayır.
Həmrəylik gününün əsası 1989-cu ildə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulmuşdur. Bu hadisələr Şimali və Cənubi Azərbaycan arasında əlaqələrin bərpasına şərait yaratdı. 31 dekabr tarixi məhz bu hadisələrin nəticəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramına çevrildi və 1991-ci ildə Heydər Əliyev tərəfindən rəsmi olaraq qeyd olunması elan edildi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu komitə dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında mühüm rol oynayır.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın 70-dən çox ölkəsində qeyd olunur və azərbaycanlıların milli birlik simvoluna çevrilmişdir. Bu bayram azərbaycanlıların bir millət olduğunu göstərir və onları vahid məqsəd ətrafında birləşdirir.
Vətən müharibəsində əldə olunan Zəfər həmrəyliyimizin bariz nümunəsidir. Bu qələbə xalq-iqtidar birliyinin və milli həmrəyliyin gücünü nümayiş etdirdi.
Harada yaşamasından asılı olmayaraq, azərbaycanlıların ürəkləri birlik və qardaşlıq eşqi ilə döyünür. 31 dekabr tarixini birlik və həmrəylik ideyamızın simvolu kimi əbədi qoruyacağıq. Həmrəyliyimiz əbədi olsun!