EY İNSAN!!! (mütləq dinlə)
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Qəlbləri titrədən, gözləri yaşardan sözlər... mütləq dinlə!!!
Bəzi insanlar səni təqvalı
Bəziləri isə günahkar kimi tanıyırlar
Hər kəs səni bir cürə tanıyır
Lakin həqiqətdə sən özünü hamıdan yaxşı tanıyırsan
Heç kəsin bilmədiyi yeganə sirrin Allah ilə olan əlaqəndir
Qoy tərifləyənlər səni aldatmasınlar
Tənə edənlər də ruhdan salmasınlar
Çünki həqiqət belədir:
“Əslində insan öz halından xəbərdardır”
İtaətlə asilik arasında yaşamağın təhlükəsindən biri odur ki,
Sən hansı halda öləcəyini bilmirsən
Allaha itaəti ötəri deyil ixlasla et,
Yaxşılıq etdikdə öyünmək üçün deyil, Ona yaxınlaşmaq üçün et
Axı sənin bu itaətə ehtiyacın var
Rəbbinin isə sənə və itaətinə ehtiyacı yoxdur
İnsanların səni sevməsini özünə dərd etmə
Axı insan qəlbi tez-tez çevrilən, dəyişəndir
Bu gün səni sevər, sabah isə nifrət edərlər
Qayğın insanların Rəbbinin sevgisi olsun
Çünki O səni sevərsə, səni insanlara sevdirər
Haram hər zaman haramdır - bütün insanlar onu etsələr belə
Öz əqidəndə (dinində) sabit ol, sarsılma
Sən heç kəsə məhəl qoyma, axı sən tək hesaba çəkiləcəksən
Ona görə Allaha istədiyin kimi deyil, sənə əmr olunan tərzdə itaət et
Qəlbində Allahdan başqa heç kimin bilməyəcəyi yer olsun
Necə ki, xəlvətdə edilən günahlar həlakedicidir
Beləcə də xəlvətdə edilən yaxşı əməllər də xilasedicidir
Ey Allahım, işimi sənə həvalə etdim!
Alimlərdən biri belə demişdir:
Allaha dua edərək bir şey istədikdə,
əgər onu mənə verərsə bir, verməzsə on dəfələrlə çox sevinirəm...
Çünki birinci mənim, ikinci isə qeybləri bilən Allahın seçimidir
Qulların Rəbbinə etibar etmək necə də gözəldir!
Allah bilir, siz isə bilmirsiz
Bu, “niyə mənimlə bu hadisə baş verdi?” sualı yarandıqda
Gözəl müalicəsi olan cavabdır
Çünki Allah bilir, biz isə bilmirik
Həyatına bir insanın gəlməsi, digərin isə getməsi
Rəbbin tərəfindən bir rəhmətdir
Ö rəhmət ki - onu yalnız vaxt ilə dərk edirik
Insanlar tez dəyişirlər
Məgər sən görmürsənmi ki, dağlar belə dəyişilir?
Bu halda insan şəxsiyyəti necə dəyişməsin?
Əgər bəzi sınaqların mükafatını bilsəydik
Bu sınağın bitməsini arzulamazdıq
Bizdən nə götürülürsə, yalnız əvəzi verilməsi üçün götürülür
Buna görə də, başınıza gələnləri
ƏLHƏMDULİLLƏH sözü ilə (Allaha səna edərək) qarşılayın
Bizdən öncə yaşayan saleh insanlar bizə üç kəliməni tövsiyə etmişlər
Əgər bu üç kəlimə tərəziyə qoyulsa, qızıldan ağır gələr
Birinci tövsiyə: kim Allah ilə öz arasını düzəldərsə
Allah onunla insanların arasın düzəldər
Ikinci: kim gizlində olanını düzəldərsə,
Allah onun aşkarda olanını düzəldər
Üçüncü: kim axirət qayğısına qalarsa,
Allah onun dünya və axirət qayğısına qalar.
Başına gələcək ən böyük müsibət odur ki,
Genişliyi göylər və yer qədər olan Cənnətdə
SƏNƏ YER TAPILMASIN...
Öz həyatından istifadə et,
Axı o sənin axirətin üçün olan azüqəndir
Allah məni və sizi bağışlasın
"Əlavə günü" mükafatı {Uca ALLAHIN Cənnət əhlinə verdiyi ziyafət}
• Uca ALLAHIN Cənnət əhl...
Uca Allahın İsa peyğəmbər ilə danışığı
• Uca Allahın İsa peyğəm...
Elm əhli ilə elmə dəvət
/ elmedevet
telegram.me/el...
Abunə olun və müsəlmanlar arasında yayaraq xeyirə vəsilə olun!
Allahummə əmin🤲😢
Allah dəvətinizə bərəkət versin.
Аллагьуме берик ехи
Əlhəmdulilləh Allah razi olsun sizdən gözəl qardaşlarim
Salam Aleykum. Allah razı olsun çox sağolun faydalı oldu. Bu videonu götürmək olar?
ua aleykum əssələmu ua rahmətuLlahi ua bərakətuhu. Əmin, sizdən də. Əlbəttə olar
Salam aleykum. Bu söhbəti edən şəxsin adını bilirsinizsə, deyə bilərsiniz?
Salam aleykum exican bu vidyonu mene vatcapa atarsan zehmet olmasa
Ua aleykum əssələmu. Nömrəni hardan tapaq?)
@@elmdvt3523 055 360 19 01 vatcapa atarsan