Ağamirzəni qətldə günahlandıran “Bakılı balası” - Adam bıçaqladı, polislər onu iki il tuta bilmədi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • İncəsənət həm də pafos sənətidir, bəzən bir az mənəm mənəlik, özündən demək xoşlayır. Təvazökarlıq edənlər isə bu sənətdə bəzən unudulurlar, düzdür, tarix o adamları birdəfəlik unutmur, yenə nə vaxtsa xatırlayıb layiqli yerinə qoyur. Ancaq təəssüf ki, belə adamlar sənətlərinin çörəyini, məşhurluğunu yaxşı-yaxşı dada bilmirlər.
    Biri var idi, dövrünün ən istedadlı mçeyxanaçısı olsa da, sonradan sadəliyi və iddiasızlığı ucbatından kölgədə qalan Molla Məhəmməd...
    Əsl adı Məhəmmədqulu olan Molla Məhəmməd 1950-ci ildə Bakının Maştağa kəndində anadan olub. Uşaqlığı “Sovetski”də və Maştağa kəndində keçən gənc Məhəmməd hələ yeniyetməlik illərindən yaddaşı, hazırcavablığı ilə seçilir. Bu səbəbdən də ustadı Hacı Kazım ona Molla ləqəbini verir. Deyilənlərə görə, Hacı Kazım yarızarafat ona tez-tez “mollalıq eləmə” deyirmiş. Elə bu söz də tədricən onun ləqəbinə çevrilir.
    14-15 yaşlarında Molla Məhəmməd artıq özündən çox böyük söz sərrafları ilə meyxana deyər, hətta onları bir çox meyxana məclislərində ötüb keçərmiş.
    Məhəmməd "Çağırsa ellər gedərəm davaya" meyxanasının sözlərini yazır. Və dost-tanış yanında tez-tez bu meyxananı deyir. Cahangir Novruzov həmin meyxananı Nəsibə Zeynalovaya göstərir və o, da öz növbəsində filmin rejissoru Həsən Seyidbəyliylə məsləhətləşir. Qərara alınır ki, meyxana filmə salınsın. Səsyazma olur, ancaq bundan sonra Molla Məhəmməd filmə çəkilməkdən imtina edir.
    Oğlu Xəqaninin sözlərinə görə, atası həmin dövrdə dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. Yəni, “sən də artist oldun” sözlərini eşitmək istəmir. Və bu istək onun filmə çəkilməsindən imtinaya səbəb olur. Ancaq rejissor Molla Məhəmmədin səsini filmə salır.
    Molla Məhəmməd uzun müddət həbs yatıb. Buna səbəb isə onun 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxsi bıçaqlaması olur. Məclislərin birində qəfildən ona bir adam yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vurur. Çadıra qayıdan meyxanaçı məclis sahiblərinə deyir: “Çadırın arxasında bir nəfəri bıçaqla vurmuşam. Tez xəstəxanaya çatdırın, yazıqdır, ölməsin”.
    Məclis sahibi maşınla yaralını xəstəxanaya çatdırır. Başqa bir avtomobillə isə Molla Məhəmmədi aradan çıxarırlar ki, hüquq-mühafizə orqanları onu saxlamasınlar. İki ilə yaxın meyxanaçı müxtəlif məclislərdə gizli şəkildə iştirak edir. 1984-cü ildə isə Ağasəlim Çildağla meyxana dediyi məclisdə milis əməkdaşları onu yaxalayırlar. Məhkəmənin qərarıyla ona yeddi il həbs cəzası verilir. Oğlunun sözlərinə görə atasının vurduğu şəxs şikayətçi olmasaydı, atası daha az cəza ala bilərdi.
    Molla Məhəmməd yeddi il azadlıqdan məhrum olunur. Beş il həbsdə qalandan sonra meyxanaçı azadlığa buraxılır.
    Məşhur meyxanaçıların sözlərinə görə Molla Məhəmmədin onlarla məşhur meyxanaları, mahnı mətnləri olsa da, çoxları bundan xəbərsizdir. "Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam", "Bakılı balasıyam", “Neyçün yaratdın məni pərvərdigara?!” meyxanaları da məhz Molla Məhəmmədə məxsusdur .
    Həbsxanada olduğu dönəmdə heç bir sənət yoldaşı nə onunla, nə də ailəsiylə demək olar ki, maraqlanmır. Bundan sonra meyxanaçı həmkarlarından incik düşür, iti təbi, şirin avazı və fenomenal yaddaşıyla fərqlənən sənətkarın əsəbləri korlanır. Ancaq həmkarı və tərəf müqabili olmuş Ağamirzə deyilənləri təkzib edir:
    “Mən onda bir şey görməmişdim. Həbsdən çıxandan sonra da əvvəlki kimiydi. Şirin, balaca adam idi. Ağasəlimlə dəhşət bir meyxana deyiblər. Allah hər ikisinə rəhmət eləsin.
    Mərhum meyxanaçı Elçin Molla Məhəmməddən təxminən iyirmi yaş balaca olsa da, yaxın dost olublar. Hətta Elçin onu özünə ustad hesab edib. Məşədi Babanın Elçinə vurduğu bıçaq zərbələrindən sonra Elçinin həyatını itirməsi Mollaya çox pis təsir edir. Hətta baş verən hadisəyə meyxana da ithaf edir.
    Meyxanaçı Elçin Atakişiyevləyə dostu Məşədibaba mübahisə edərkən Məşədibabanın ona vurduğu bışaq zədəsindən sonra həyatını itirib. Deyilənlərə görə Elçinin ölümünə səbəb həm də dostları tərəfindən həkimə gec çatdırılması olub. Bu məsələdə meyxanaçı Ağamirzənin rolu olub olmadığını biz bilmirik, ancaq toyların birində Molla Məhəmməd “şairi sən kənarda saxlayırsan” qafiyəsi ilə dediyi meyxanada qəfil üzünü Ağamirzəyə tutaraq “Elçini sən məzarda saxlayırsan” sözlərini deyir.
    Molla Məhəmməd təmtəraqdan, dəbdəbədən tamamilə uzaq biriymiş. Hətta oğlunun dediyinə görə yetərincə pul qazanan atasının heç vaxt şəxsi avtomobili də olmayıb:
    “Deyirdi ki, kəndin bütün maşınları mənim maşınımdır. Kimə hara desəm aparır. Amma təsbeh həvəskarı idi. Evdə bəzi təsbehləri qalır. Və bir də xeyli əlyazmaları var. Əgər çap olunsa 2-3 kitab edər”.
    Molla təkcə meyxanaçılarla deyil, dövrünün məşhur xanəndələriylə də dostluq edirmiş. Ən yaxın dostu isə mərhum Səxavət Məmmədov imiş.
    Ömrünün son günlərini yataq xəstəsi kimi keçirən Molla Məhəmməd 2010-cu il fevralın 23-də vəfat edir.

ความคิดเห็น • 170

  • @oktayaliaskerov9399
    @oktayaliaskerov9399 2 ปีที่แล้ว +75

    ALLAH rehmet elesin☝🙏 Olduqca cox sade INSAN idi rehmetlik. Dunya malinda gözü yox idi. Yeri CENNET olsun🙏

  • @kazmov8336
    @kazmov8336 2 ปีที่แล้ว +76

    Elçin, Meşedi Baba Molla bir yerde idiler, Molladan hem senetkar kimi, hemde insan kimi çox şey öyrenmişdiler. Allah günahlarını bağışlasın.

  • @ceyhunaslanov3117
    @ceyhunaslanov3117 2 ปีที่แล้ว +21

    ALLAH rəhmət eləsin Molla Məhəmmədi. Köhnə KİŞİLƏRDƏN idi!!!

  • @FatihBozkurt-ew1qw
    @FatihBozkurt-ew1qw 9 หลายเดือนก่อน +5

    ALLAH MOLLAYA RƏHMƏT ELƏSİN......LƏYAQƏTLİ İNSAN İDİ

  • @ilhamaliyev246
    @ilhamaliyev246 2 ปีที่แล้ว +34

    Allah rəhmət eləsin məkanı cənnət olsun

  • @elsadhokmli7732
    @elsadhokmli7732 2 ปีที่แล้ว +9

    Allah cəmi Dünyasın dəyişən Usdadlara rəhmət eləsin eləcədə Mollaməmmədimizə gözəl Şair olub eşidmişəm şirin səsi avazı olub Allah qalan Usdadlarımızada can sağlığı versin amin

  • @mehdisalayev8742
    @mehdisalayev8742 2 ปีที่แล้ว +19

    Allah onu rəhmət eləsin Allah sızə də can saglıgı versın.

  • @whitegreen3728
    @whitegreen3728 2 ปีที่แล้ว +21

    Allah rehmdt eylesün.Sag olasan oğul ki,bizə catdirirsan bütün bunları.

  • @ulviqedirli6642
    @ulviqedirli6642 2 ปีที่แล้ว +22

    Allah rəhmət eləsin

  • @manlock3234
    @manlock3234 2 ปีที่แล้ว +79

    KÖHNƏ KİŞİLƏRDƏNDİ.MƏN DƏ SOVETSKİYƏM.O CÜR KİŞİLƏR YOXA ÇIXIRLAR.
    ŞİR QOCALANDA,CAQQAL- ÇUQQALLAR YERİNƏ GÖZ DİKİR

    • @ertoqrul8654
      @ertoqrul8654 2 ปีที่แล้ว +2

      Sovetskinin çoxu rayon camaatı olub.Bir mərtəbəli sonradan tikilən evlərdə rayon camaatı yaşayıb.Əsil Bakılılar İçəri Şəhərdə yaşayanlardı.Sovetskidə arxitekturnı binalarda Bakılılar yaşayıblar.

    • @manlock3234
      @manlock3234 2 ปีที่แล้ว

      @@ertoqrul8654 BABAMGİLİN MÜLKÜ İÇƏRİŞƏHƏRDƏ OLUB.QAN DÜŞMƏNÇİLİYİ OLUB.SATIB ÇIXIBLAR.KR- KRİVOYDA OLAN 2 MƏR.MÜLKÜ TİKİBLƏR.ƏTRAF ÇÖLLÜ BİYABAN OLUB.ALİMP MAQ.ALT TƏRƏFİNDƏ TİKİBLƏR.KR- KRİVOY 99.
      SƏNƏDLƏR MƏNDƏDİ HAL HAZIRDA,AMMA ZAKİR QARALOVUN ADAMLARI ƏL QOYUBLAR.20 İLDƏN YUXARIDIR DÖYÜŞÜRƏM.TƏSLİM OLMAYACAĞAM.🗡

    • @nureddinferzeliyev8711
      @nureddinferzeliyev8711 ปีที่แล้ว +2

      ​@@ertoqrul8654əsl bakılı dağlılardi biləsən

    • @YasarBirsoy-y5v
      @YasarBirsoy-y5v ปีที่แล้ว +2

      Dağlılar şah dağından gəliblər? Axı Bakıda dağ yoxdu? 5-5 daşlı təpə var

    • @edaletnovruzov4171
      @edaletnovruzov4171 ปีที่แล้ว

      ​@@ertoqrul8654АГЛЫНА ĢЕЛЕНИ ДАНЫШМА. РАЙОН ЧАМААТЫ НЕ ĢЕЗИРДИ СОВЕТСКИДЕ.

  • @elcinquliyev7548
    @elcinquliyev7548 2 ปีที่แล้ว +8

    Allah rəhmət elesun Mollaya, Kendimun Fexri olib. Mewediye Elcine Molla olib bu kendun Meyxana Krali. Allah merdimaza Lenet elesun. KuL elediler buCur dahileri.

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน +1

      o biri 3 luk mehv eledi bu zavalli 3 luyu😢Allah her ucune rehmet elesin

    • @elcinquliyev7548
      @elcinquliyev7548 8 หลายเดือนก่อน

      @@gulnarqurbanova1994 heri amin inwallah

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน

      @@elcinquliyev7548 🤲🏻😢😢

  • @azerresulov3424
    @azerresulov3424 หลายเดือนก่อน

    Allah rehmet elesin cog gozel sayir idi ve hemde yaxsl insanidi rehmetlik

  • @kas_ola_bir_tesaduf3824
    @kas_ola_bir_tesaduf3824 2 ปีที่แล้ว +8

    Allah rəhmət etsin,həmişə Ağamirzəni nakazat eliyirdi .

  • @salehcebrayilov6040
    @salehcebrayilov6040 2 ปีที่แล้ว +4

    Allah qünahlarını bahışlasın..... Molla Memmed meyxananın əvəz olunmaz sənətkarıdır .

  • @behramhesenov9352
    @behramhesenov9352 2 ปีที่แล้ว +17

    Salam Baba Pünhan haqqında bir sujet çəkərdiniz zəhmət olmasa,,verilisleriniz superdi uğurlar

  • @raminbkirov2947
    @raminbkirov2947 2 ปีที่แล้ว +1

    Yaxşi insan yaxci şair olub kişi adam olub ALLAH rehmet elesun

  • @eliyevelshen9546
    @eliyevelshen9546 2 ปีที่แล้ว +1

    Allah rəhmət elesin mollani.elcin kimi sənətkar yetişdirib.indikilər meyxana demir

  • @sovetski5911
    @sovetski5911 3 หลายเดือนก่อน

    ALLAG Rehmet elesin Coxx gujdu Wair olub

  • @elxanatayev4030
    @elxanatayev4030 2 ปีที่แล้ว +31

    Allah rəhmət eləsin 1993 də Molla Məmməd, rəhmətlik Məşədi Baba, Vüqar Əbdülov Bilgəhdə mənim toyumda meyxana deyiblər. Mollanın qafiyəni var idi (Neynim yoxdur vəfası Gülnarənin.)

    • @mr.elin4645
      @mr.elin4645 2 ปีที่แล้ว +3

      Salam qardas sizde o qafiye var paylasardiz bir zehmet

    • @elxanatayev4030
      @elxanatayev4030 2 ปีที่แล้ว +2

      @@mr.elin4645 əleykum salam Qədeş, təəssüfki toy kasetim yoxa çıxıb.

    • @kebleyivuqarr
      @kebleyivuqarr ปีที่แล้ว +1

      @@elxanatayev4030 ayda çox Heyif 💔🥺

    • @Radnoy-py6ze
      @Radnoy-py6ze ปีที่แล้ว

      ​@@mr.elin4645Bəli məndə belə bilirəm.

  • @s.e5112
    @s.e5112 2 ปีที่แล้ว +1

    Molla Məhəmmədin səsinə çatanda səs kəsildi

  • @samiyudgb4234
    @samiyudgb4234 2 ปีที่แล้ว +12

    ümumiyyətlə əslən bakı əhli olan hər kəs köhnə kişilərin davamçılarıdır

    • @snanabdullayev2756
      @snanabdullayev2756 2 ปีที่แล้ว +2

      Bəziləri ola bilər bakida yasayanlarin hamsi kisi ola bilməz

  • @sahin5754
    @sahin5754 2 ปีที่แล้ว +5

    mərd kişilər elə belədə olur allah rəhmət etsin amin

  • @mehmanahmadov8429
    @mehmanahmadov8429 2 ปีที่แล้ว +4

    ALLAH RƏHMƏT ETSİN MOLLA MƏMMƏDİ
    ŞİRİN MEYXANA DEMƏYİ VAR İDİ

  • @mehparecimsit8417
    @mehparecimsit8417 2 ปีที่แล้ว +7

    ALLAH REHMET ELESIN. 🤲

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 6 หลายเดือนก่อน

    Allah rəhmət eləsin. Mollaya. Mənim gözümdə ikinçi Əlaga Bahiddir.Məhəmməd.

  • @emilshabizade3077
    @emilshabizade3077 2 ปีที่แล้ว +14

    İstedadlılarımızda özlərini belə məhv edirlər

  • @maraqlmlumatlar2585
    @maraqlmlumatlar2585 2 ปีที่แล้ว +7

    *ALLAH rəhmət eləsin !*

  • @afoimameliyev1562
    @afoimameliyev1562 ปีที่แล้ว +10

    Allah Mollamemede rehmet elesin bakli balasyam mahnsinin sozlerin yazib gor ne gozel sozler yazib bugunki gunde coxu oo mahnynan pul qazanr ama sairin adin ceken yoxdu Allah rehmet elesin

    • @eminrecebli8260
      @eminrecebli8260 ปีที่แล้ว +3

      Əslinə qalsa o mahnının müəllifi Nizami Rəmzi olub (Dağlı Balasıyam) Allah hər iki şairə rəhmət eləsin.

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน

      ​@@eminrecebli8260xeyr Nizami yazdigi ayri Mollanin mahnisi ayridr..BAKILI BALASIYAM mahnisi Mollanindir

  • @МушвигГасанов-з6и
    @МушвигГасанов-з6и ปีที่แล้ว

    Аллах рахмат еласин чох козал саси вар иди рахматлийин. Севдийим мейханачылар молла маммад елчин машадибабадыр.маканлары чаннат олсун

  • @nazim4348
    @nazim4348 2 ปีที่แล้ว +3

    Allah sene Rehmet elesin Molla

  • @semed-b8v
    @semed-b8v 2 ปีที่แล้ว +5

    Аллах бутун мейхана устадларыны рехмет елесин молла йахшы билирди Елчинин йохлугу мейхананын севийесинин ашагы душмесине себеб олачаг бир йандан да араларындакы достлуг мунасибети

  • @tofiqmemmedov482
    @tofiqmemmedov482 2 ปีที่แล้ว +9

    Super veriliş hazırlamısız 👍🏻👍🏻👍🏻. Bakılı balısı Rəhmətlik Nizami Rəmzinin Dağlı balısıyam meyxanasınıdı. ALLAH Molla Məhəmmədədə Nizami Rəmziyədə Rəhmət eləsin

    • @Sabaell
      @Sabaell 2 ปีที่แล้ว +2

      Dağlı balasıyam yox,dağlar oğluyam,Nizam rehmetdiyin yazdığı sözlerin Bakılı balasıyam mahnısı ilə eyni deyil

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน

      ​@@Sabaellbeli nizaminin mahnisi ayridir BAKILI BALASI mollanin mahnisidir

  • @TP-jy1th
    @TP-jy1th 2 ปีที่แล้ว +1

    Təmiz adam idi! Allah ona rəhmət eləsin!

  • @АбдуллаАбдулла-й8ъ
    @АбдуллаАбдулла-й8ъ 11 หลายเดือนก่อน +2

    Allah dığalara lənət eləsin! Azərbaycanın ən böyük nemətlərindən olan Bakı kəndləriindən əsər əlamət qalmadı

    • @raxshandayunisova7788
      @raxshandayunisova7788 3 หลายเดือนก่อน +1

      Təəssüf ki, bunu dərk edənlər çox azdır. Birinci KİŞİləri məhv etdilər. Namus, qeyrət, kişilik məktəbini məhv etdilər. Bakı kəndlərində havayı narkotiki yaymaqla. Əsl bakılıları məhv edəndən sonra Azərbaycanı məhv etmək bir su içimlik məsələdir.

  • @ИншаллахСафаров-б3б
    @ИншаллахСафаров-б3б 2 ปีที่แล้ว +3

    Filmdən olan səhnədə səs batır. Cox hayıf.

  • @mirzgaagayev5857
    @mirzgaagayev5857 2 ปีที่แล้ว +2

    Allah rəhmət etsin böyül ustad idi

  • @eliismayilov9227
    @eliismayilov9227 2 ปีที่แล้ว +1

    Allah Molla Məhəmmədə rəhmət eləsin!

  • @mirlmhmdov209
    @mirlmhmdov209 2 ปีที่แล้ว +4

    Molla Məhəmməd,Elçin ,Məşədibaba -Briliyant üçlük

  • @edaletnovruzov4171
    @edaletnovruzov4171 ปีที่แล้ว

    МОЛЛАНЫН hАГГЫНДА ЧОХ ЗЕЙИФ ВЕ СЕВИЙЙЕСИЗ БИР ВЕРИЛИШДИР....ЧОХ hЕЙИФ..

  • @nusrat9138
    @nusrat9138 หลายเดือนก่อน

    En maraqli kadirda SES kesilib

  • @lsgrquliyev581
    @lsgrquliyev581 2 ปีที่แล้ว +22

    Kəndimizin söz sənətkarı

  • @ilhamagaverdiyev7987
    @ilhamagaverdiyev7987 9 หลายเดือนก่อน

    Şanlı Maştağa kəndinin şair oğlu Molla Məmmədin xatirəsinə dərın sayği və ehtiramla !...

  • @zeynalcaniyev7621
    @zeynalcaniyev7621 2 ปีที่แล้ว +13

    Size halal olsun niyə? Çünki şəxsən mən yadımdan çıxan görəndə ha belə biri vardı dediyim bütün adamları birde görürəm ki siz video hazirlamisiz onun hakda ona görə sizə halal olsun

  • @Esedov119
    @Esedov119 ปีที่แล้ว

    Allah rehmet etsin en sevdiyim sair heyif sizden

  • @mmmm-sw6nl
    @mmmm-sw6nl ปีที่แล้ว +1

    Allah rəhmət etsin

  • @dunyaqopur..8646
    @dunyaqopur..8646 11 หลายเดือนก่อน

    Allah rehmet elesin

  • @TT-vr4ve
    @TT-vr4ve 2 ปีที่แล้ว +2

    Elçinde Meşedibabada Mollanin telebesi olub. Allah rehmet elesin

  • @nicatabbasov8788
    @nicatabbasov8788 2 ปีที่แล้ว +2

    Meyxana yerinde ses getdi

  • @Vorzakone_001
    @Vorzakone_001 ปีที่แล้ว

    Allah rehmet elesin menim toyumda meyxana diyib mehman qoblu ile Allah her iksine rehmet elesin

  • @iradehesenova1328
    @iradehesenova1328 2 ปีที่แล้ว +5

    Salam hormetli redaksiya xahis edirem Yazici Cemsid Emirov barede melumat hazirlayardiz "Qara - volqa "kitabinin muellifi. Islerinizde ugurlar

    • @nigar3252
      @nigar3252 2 ปีที่แล้ว +3

      Salam,çox maraqlı olar.Azərbaycandayanılmıramsa ilk dedektiv əsərdi qara volqa.Məndə kitabı var,oxumuşam

  • @aynurabdullayeva2320
    @aynurabdullayeva2320 ปีที่แล้ว

    meyxananı niyə kəsdiz ki..gül kimi qulaq asırdıq..Allah rəhmət eləsin..

  • @vidadiamirov4276
    @vidadiamirov4276 11 หลายเดือนก่อน

    Аллах рехмет.етсин оху Гоншумузун ады пери елеки ише гедир ери атданыр телфона замана нейнесин буна.

  • @hazirangecesi275
    @hazirangecesi275 2 ปีที่แล้ว +5

    Rehmetlik Agamirzeni qeseng cavablamisdi.Elcini sen.mezarda.saxliyirsan buda o demekdir ki o supeler.duzdur olar.bile.bile.rehmetliyi gec apardilar xestexanaya.cun ki.oalra serf.eledi mesedibaba ve elcinin.olumu.cunki.meydan.bulara qaldi tessuf.

  • @lalalalcka6742
    @lalalalcka6742 2 ปีที่แล้ว +6

    Meyxanani niye kesdizki bawa duwmedim Allah rehmet elesin 🙏

    • @jabrailjabrail8048
      @jabrailjabrail8048 2 ปีที่แล้ว

      yəqin müəlliflik hüququnu pozmamaq tələbi olub, icazə ala bilməyiblər.

  • @sahibsfrov2945
    @sahibsfrov2945 ปีที่แล้ว +1

    Birincisi bakılı balasını Dağlı balası orginal versiyası olub və Nizami Rəmzi yazıb ikincisidə videonun əsas hissəsi Cəbiş M filmindəki Çağırdı ellər meyxanasıdı ordada reklamı soxursuz səsdə kəsilir daha bu nə video oldu ?

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน

      dagli balasiyam Nizaminin olub...ozude Dagli balasiyam.yoxe daglar ogluyam nedise bele bir wey olmalidi..amma BAKILI BALASI Mollanindi...oglunun musaibesine baxin aciqlayib bu barede

  • @miri10ilonce2
    @miri10ilonce2 2 ปีที่แล้ว +6

    Cixartaram divare mersedesvi )

    • @rvanmhrrmov2543
      @rvanmhrrmov2543 2 ปีที่แล้ว

      qaqa baxdım gördüm komenti 10 il öncə atmısan sonrada gördüm ki adın elədi😂😂😅.

  • @ilqarquliyev8059
    @ilqarquliyev8059 ปีที่แล้ว

    Аллах рехмет елесин

  • @Fuad_336
    @Fuad_336 2 ปีที่แล้ว +9

    Kimlere qaldi dunya

  • @xeyyamabdullayev7835
    @xeyyamabdullayev7835 2 ปีที่แล้ว +1

    3.30 da Ses kesilir...Xeberin varmi qardash..maraqli yerinde

  • @zohrabnecefzade5019
    @zohrabnecefzade5019 11 หลายเดือนก่อน

    Baki ehlinin gözu hemişe tox olub. Allah rehmet elesin

  • @tahirimanov3256
    @tahirimanov3256 2 ปีที่แล้ว +2

    Kişi adam olub

  • @elcinmemmedov6390
    @elcinmemmedov6390 2 ปีที่แล้ว +5

    Filimdən fraqman verəndə səs kəsilir nəzərə alın .... əsas bu meyxanaya görə tanıyacaqdəq Molla Məhəmmədi.

  • @elcinquliyev7548
    @elcinquliyev7548 2 ปีที่แล้ว +1

    Bu iwde Agamize birde bawqa merdimazarun eli var

  • @aliagabakinec3765
    @aliagabakinec3765 2 ปีที่แล้ว +1

    Filmdəki meyxana da söyüş yoxdur niyə meyxana deyilən kadrda səsi baglamısız. Söhbət Cəbiş müəllim filmindən gedir

  • @denizerler5493
    @denizerler5493 2 ปีที่แล้ว +3

    Artist mutruf deyerdiler esgi zamanlarda

  • @allahnbndsi8743
    @allahnbndsi8743 2 ปีที่แล้ว

    Allah qəni qəni Rəhmət eləsin molla məmədi Elçini Meşədi bobanı

  • @turalmuhtar3830
    @turalmuhtar3830 2 ปีที่แล้ว +4

    8:27 ile 8:37 de Mollanin Agamirzeye dediyi sozden sonra Molla Memmedin solunda oturan qaqasin reaksiyasina fikir verin.

    • @yalcinsahgeldiyev187
      @yalcinsahgeldiyev187 2 ปีที่แล้ว +2

      Yəqin ki otutub başın sağa-sola çevirəndən söhbət gedir

    • @turalmuhtar3830
      @turalmuhtar3830 2 ปีที่แล้ว +2

      @@yalcinsahgeldiyev187 beli

    • @turalmuhtar3830
      @turalmuhtar3830 2 ปีที่แล้ว +4

      @@yalcinsahgeldiyev187 O qaqasin uz mimikasindanda bilinir ki,sohbetden xeberi var

  • @ramizferecov8905
    @ramizferecov8905 9 หลายเดือนก่อน

    Özun buna baxmışan səsinə qulaq asmısan?

  • @ustad7565
    @ustad7565 2 ปีที่แล้ว +1

    ETİBAR ELKİN (Haqqında video hazırla qardaşım mümkünsə)

  • @ОктайАлиев-е2д
    @ОктайАлиев-е2д 2 ปีที่แล้ว +2

    Индики артистлер, артисткалыг едирлер, безилери. Хамсына аид дейил.

  • @madaqaskaradamadaqaskar
    @madaqaskaradamadaqaskar 8 หลายเดือนก่อน +1

    meyxana deyiləndə səs cıxmır a gijdıllax əvvəlcə qulaq as da

  • @elcanselimov455
    @elcanselimov455 2 ปีที่แล้ว +1

    Salam eleykum.Haci Taleh haqqindada reportaj hazirlasaz cox gozel olar

  • @qmrxanimalisanova3566
    @qmrxanimalisanova3566 2 ปีที่แล้ว +3

    Yaxsi diyib Agamirziye

  • @nicatabbasov8788
    @nicatabbasov8788 2 ปีที่แล้ว

    Sohbet meyxanadan gedir amma meyxana yerini kesirsiz

  • @naraagayev8548
    @naraagayev8548 ปีที่แล้ว +2

    Elçini sən məzarda saxlayırsan!!!
    Söz elə belə deyil demək!!!

    • @gulnarqurbanova1994
      @gulnarqurbanova1994 8 หลายเดือนก่อน

      o vaxti sen anlamadin neynedin...ELCINI sen mezarda saxlayirsan....cox maraqlidir niye mehz bu sozler AGAMIRZEYE deyildi🤔

    • @aqilnebiyev3311
      @aqilnebiyev3311 3 หลายเดือนก่อน

      ​@@gulnarqurbanova1994çünki Ağamirzeyle kerim sehere qeder Elcini xestexanaya aparmayiblar , o da qanaxmadan olub

  • @Aghamirzayev
    @Aghamirzayev 2 ปีที่แล้ว +13

    Coxsagol Mollani yada salmisan Serdar

  • @tomristuran2345
    @tomristuran2345 9 หลายเดือนก่อน

    Molla Məhəmməd olasan, cibində bıçaq gəzdirəsən, söz-söhbətə görə idarə etdiyin məclisi buraxasan, adamı duelə çağırıb qarnına bıçaq yortasan...

  • @Rufthmadov-rm8ii
    @Rufthmadov-rm8ii ปีที่แล้ว

    Meclisler ehli hali meyxananin krali rehmetliy Elciniydi at oynadan ciniydi Allah hamisina rehmet etsin

  • @elmarftiyev234
    @elmarftiyev234 2 ปีที่แล้ว +3

    Olmadi ki o biriləri demirəm Bakıli balasiyami cix Nizami rəhmətlik küsər səndən o daqli balasiyam olub əvvəli

  • @yusifteselli6399
    @yusifteselli6399 2 ปีที่แล้ว +6

    Heyat sen deme bunoverden eytibarsiz edaletsiz olub

  • @anarhezretquliyev3622
    @anarhezretquliyev3622 2 ปีที่แล้ว +2

    Bir gunde qoblu mehman haqqinda cekliw edun

    • @elvinkeserovski1787
      @elvinkeserovski1787 2 ปีที่แล้ว +2

      Allah rehmet elesin Mehmanda unudulub gedib Duz deyirsen qardaw onuda tanitmaq lazim tanimayanlara.Unutmaq olmaz.Odu Elislamdi unudulasi meyxanacilar deyildi

  • @safakgahramanova462
    @safakgahramanova462 2 ปีที่แล้ว +4

    Eziyyet çekib veriliş hazırlamısan, meyxananın sesini niye kesmisen? Politiq bir sözler var orada?

    • @1000production
      @1000production  2 ปีที่แล้ว +4

      Yutub bəzi videoları müəllif hüququna görə səssizə alır

  • @ИншаллахСафаров-б3б
    @ИншаллахСафаров-б3б 2 ปีที่แล้ว +1

    O anda bıcağı hardan tapıb?

  • @ShirzadinArxivi
    @ShirzadinArxivi ปีที่แล้ว +1

    Ay verlişi aparan bilmirəm sənin mətnini kim yazır amma sən çox mutila adamsan ...

    • @Mestagali
      @Mestagali ปีที่แล้ว +1

      Aparıcı olsun mutila bes Molla nece oda sehv deyir Agamirzeye ?))

  • @Nadir322
    @Nadir322 หลายเดือนก่อน

    Aqamirzə köhnə mutula olub

  • @samiragayev8580
    @samiragayev8580 2 ปีที่แล้ว +1

    bes axi Bizim Cebiw mellim filmindeki meyxananin rehmetlik Agaselim Cildag yazdigini deyirler

    • @Mestagali
      @Mestagali ปีที่แล้ว

      poxdu yeyirler

  • @tatsalyan1308
    @tatsalyan1308 ปีที่แล้ว +2

    Elcininagamirzəgil fırtına getdi cox götvərən tayfadı olar

  • @yalandunya8572
    @yalandunya8572 2 ปีที่แล้ว +1

    Köhnə Bakı kişiləri qabagindan yeməyən hazircavab

  • @mehtihuseyin3634
    @mehtihuseyin3634 2 ปีที่แล้ว +1

    mamli matandu gelnimiz meyxanasini Molla deyib.

  • @ramizferecov8905
    @ramizferecov8905 9 หลายเดือนก่อน

    Bu səs niyə kəsilib bunu bərpa edə bilmirsiniz?

  • @BLaCKGoLD042
    @BLaCKGoLD042 2 ปีที่แล้ว +2

    ELCIN MENDEN NISANEYDI NEYLEDIN

  • @emileliyev8632
    @emileliyev8632 ปีที่แล้ว +1

    Bu nedir axi.iki defe meyxanani verirsiz.
    Ikisindede seseini kesirdiz

  • @qmrxanimalisanova3566
    @qmrxanimalisanova3566 2 ปีที่แล้ว +3

    Allah bilir Allah da cezalandiricey

  • @xalidomerov6532
    @xalidomerov6532 2 ปีที่แล้ว +3

    salam verlişi aparan Nizami Remzi hakdada verliş hazırlayında

  • @jonykhumbatli1564
    @jonykhumbatli1564 2 ปีที่แล้ว +3

    80 иллар йадыма душур модда иди

  • @odesarona4052
    @odesarona4052 2 ปีที่แล้ว

    Men sene deyim, sen de bil. Agamirze ve Kerim Elcinin olumune sebebkarlig edib. Gunahkardirlar.

  • @serdaramin1910
    @serdaramin1910 2 ปีที่แล้ว +3

    *******

  • @seyranagayev
    @seyranagayev หลายเดือนก่อน

    Səs batdı noldu

  • @agadadasabbasov2735
    @agadadasabbasov2735 2 ปีที่แล้ว

    meyxana deyende yada nese ,tiryek,bicalanma,soyws ve s.dwswr.Amma ozlerine SENETKAR deyerek seneti gozden salam savadsizlar

  • @aaaaaa-vg6gn
    @aaaaaa-vg6gn 2 ปีที่แล้ว +2

    elə danış ki maraq itməsin Bakı kəndlərində telefon olmayıb
    elə danışdın ki mobil telfon olub