1990-cı İL. AZƏRBAYCANIN KVN "PARNİ İZ BAKU" KOMANDASI MOSKVADA ERMƏNİ RƏQİBLƏRİ İLƏ ÇIXIŞI.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • VAHİD MUSTAFA YEVİN BLOQU:
    KOLLUĞDA QIZARAN MORUĞ...
    Allah sənə rəhmət eləsin dostum! Sən və digər dost-qardaşlarsız maraqlı deyil bu həyat. Nə deyim? Vladimir Nabokovdan yaxşı deməkdə istəmirəm...
    Odur ki, Nabokovun "Dostun Xatirəsinə" şeirini tərcümə etdim azərbaycan dilinə.
    Minlərlə alov nöqtəsi tək
    Moruğ qızarır kolluqda.
    Birgə oynayırdıq, o, bir il
    Məndən böyükdi yaşda.
    Oyunla dünya tanıyırdıq
    Rəngli və hərbi dərslikdən,
    Həyatla birgə zövq alırdıq
    Nəhəng, ətirli gənclikdən.
    Böyüdük… Həyat dəyişdikcə
    Döyüş gördük, qəm və coşqun.
    Bir gün eşitdim “Dəyişdikcə
    ölübdür sənin şən dostun...”
    Hər şey əziyyətlə olsa da,
    Yaşardı o oynaq və şux.
    Unutma: qan damcılarla
    Kolda qızarırdı moruğ.
    Kefim bir az da kövrəldi - onda Anarın sevdiyi Anna Axmatovanın da eyni adlı şeirini azərbaycan dilinə tərcümə etdim:
    İncə dumanlı Qələbə Günü,
    Sübh şəfəq kimi qıp-qızaranda.
    Dul qadın, kimsəsiz məzarın önü,
    Gecikən baharla qarşı duranda.
    Dizlərindən qalxmağa tələsmir xanım,
    Qönçəyə nəfəs verir, ot sığallayır,
    Çiynində kəpənək, düş yerə canım,
    İlk zəncirotunu incə darayır.
    Elə bil bir az buraxdı bu kədər...
    Anarın əziz və doğmalarına, həyat Yoldaşı İradəyə və balalarına təsəlli olar bəlkə...
    Anarla ilk müsahibəmi Sizə təqdim edirəm. Hamımız çox gənc idik... Yalnız xeyir əməllərə inanırdıq...
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 1

  • @sarvanrza2024
    @sarvanrza2024 2 หลายเดือนก่อน

    Allah köməyiniz olsun bu kadrlara görə