Ermənistan Rusiyanın sifarişini yerinə yetirir?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Azərbaycanlıların Ermənistana qayıdışı sülh sazişində varmı? Paşinyana Parlamentdə dəfələrlə verilən sual. Müxalif deputatlar israrla Paşinyanın ağzından bununla bağlı kəlmə almaq istədi. Amma heç kəlbətinlə də çıxara bilmədilər. Nə hə dedi, nə də yox. Əvəzində söhbəti başqa yönə çəkdi. Maraqlıdır, Paşinyan hansı ölkələri nəzərdə tutur? Münaqişənin həlli ilə üç ölkə məşğul olub. Rusiya, ABŞ və Fransa. Paşinyan etiraf edir ki, Ermənistanın ipləri bu ölkələrin əlində olub? Elə indi də iplər onların əlindədir. Elə bərk-bərk yapşıblar ki, biri digərindən ala bilmir. Ermənistanın boynunda indi də ilgək var. Sadəcə indi o ilgəkdən başqa məqsədlər üçün istifadə edirlər. İlgəyi Paşinyanın boynuna keçirənlərdən biri - Fransa prezidenti Emanuel Makron. Doğmalar bu həftə Parisdə görüşdülər. Elə bərk-bərk qucaqlaşdılar ki, sanki illərdir bir-birlərinə həsrətdirlər. Bilmirəm, Maron Paşinyanla nə dilində danışır. Amma Azərbaycanın arxasınca danışmaq üçün onlara işarələr də bəs edir. Paşinyan və Makrona görə, Azərbaycanla sülh sazişi tezliklə imzalanmalıdır. Ermənistan natamam müqaviləni COP29-a qədər imzalamaq arzusundadır. Təbii ki, bu, yalnız Bakıya gəlmək arzusu ilə bağlı deyil. Heç İrəvanda qərar verməyiblər ki, COP29-a gələcəklər, ya yox. Bu gedişlə ümidləri çobanyastığının ləçəklərinə qalacaq. Sevir, sevmir, daha doğrusu gedək, getməyək? Görünür Ermənistan ona verilən silahları sınamaq üçün səbirsizlənir. Kiçik beyində böyük planlar qurmağın nəticəsi çox ağır olur. İrəvan sülh yolunda hələ ki, yerində addımlayır. Azərbaycanın addım səsi isə Ermənistana yaxınlaşır. Bakı sərhədlərin müəyyənləşməsi zamanı İrəvandan Zəngəzur və Göyçə mahalını tələb edə bilər.
    Bizi İzləyin:
    Whatsapp: whatsapp.com/c...
    Facebook: / ictimai.tv
    Instagram: / ictimaitv.official
    Teleqram: t.me/tvictimai
    Sayt: itv.az/
    Copyright © İCTİMAİ TV
    #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

ความคิดเห็น • 3

  • @rsadrustmov8498
    @rsadrustmov8498 ชั่วโมงที่ผ่านมา

    Sülhü istemeyen dövletler coxdur

  • @Джордж-р7ч
    @Джордж-р7ч 2 ชั่วโมงที่ผ่านมา +1

    Дегиг