Xoşbəxt məktəbi necə qurmalı? | Həbib Əlizadə

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə “xoşbəxt məktəb” ideasından və daha yaxşı cəmiyyət yaratmaq üçün təhsilin əhəmiyyətindən danışır.
    Danışılanlar:
    00:39 Başlanğıc
    02:51 Məktəbə printer hədiyyə edilir, rayon rəhbərliyi isə "olmaz" deyir.
    04:13 Yaxşı təhsil bir neçə müəllimin həvəsindən asılı olmamalı, sistematik olmalıdır.
    05:07 Nədir xoşbəxt məktəb?
    06:53 Dərsi onlayn keçirik, bəzi ailələrin isə interneti yoxdur.
    09:45 Müəllimin həvəslidir, aktivdir, o biri isə yola verir. Amma hər ikisi eyni maaş alır.
    10:10 Yüksək bal toplamaq hələ çox şey demək deyil.
    11:20 Əgər təhsil yaxşı fərd yetişdirmirsə, deməli o, təhsil deyil.
    12:55 Təhsilin əsas məqsədi məntiqi və tənqidi təfəkkürün yetişdirilməsidir.
    15:09 Müəllimin müqəddəslişdirilməsi tamamilə yanlış bir şeydir.
    ƏKİNÇİYƏ ABUNƏ OL: t.ly/6S_c4
    ƏKİNÇİNİN FƏALİYYƏTİNƏ DƏSTƏK OL: / akinchi
    ƏKİNÇİNİ DİNLƏ:
    Spotify: t.ly/bKhlL
    Apple Podcasts: t.ly/k_EmS
    ƏKİNÇİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ:
    Əkinçi Instagram: / akinchiproject
    Əkinçi Facebook: / akinchi
    Əkinçi Twitter: / akinchiproject
    Əkinçi LinkedIn: / akinchiproject
    Əkinçi TikTok: / akinchi
    Əkinçi Telegram: t.ly/6FaQ4
    #Əkinçi #Təhsil #Azərbaycan

ความคิดเห็น •

  • @akinchi
    @akinchi  4 ปีที่แล้ว +15

    Dostlar, kanalımıza abunə olmağı unutmayın. Videonu bəyənməklə daha çox insanın görməsinə yardım etmiş olacaqsınız.

  • @HabibAlizada
    @HabibAlizada 3 ปีที่แล้ว +9

    Hörmətli Əkinçi komandasına və şərh bildirib dəyər verən hər kəsə təşəkkür edirəm. Var olun.

    • @akinchi
      @akinchi  3 ปีที่แล้ว +2

      Biz sizə təşəkkür edirik, Həbib müəllim!

  • @mahirasgarov9227
    @mahirasgarov9227 4 ปีที่แล้ว +13

    Həbib, möhtəşəmsən! Bu cür layihələrə görə çox təşəkkür edirəm, Akinçi!

  • @liyevmzahir1209
    @liyevmzahir1209 4 ปีที่แล้ว +16

    Çox gözəl bir işdir. Bilmədiyimi öyrənirəm. Təşəkkür edirəm!

    • @akinchi
      @akinchi  4 ปีที่แล้ว +2

      Təşəkkürlər, Məzahir!

  • @turalelcambro7820
    @turalelcambro7820 4 ปีที่แล้ว +4

    Həbib müəllim kimi pedaqoqlara çox ehtiyac var Azərbaycanda, təəssüf ki, bu sadəcə istək olaraq qalır.

  • @atilaygokce7931
    @atilaygokce7931 3 ปีที่แล้ว +2

    Hasan bəy Zardabinin gözəl davamçıları

  • @safarhasanli6599
    @safarhasanli6599 3 ปีที่แล้ว +1

    Sizin kimi düşünənlər olduqca hər şey daha yaxşı olacaq. Əhsən!

  • @kenanqasimov7091
    @kenanqasimov7091 4 ปีที่แล้ว +6

    Təhsil barəsində Həbib Əlizadədən adamdan çox şey öyrənilməlidir ,bu adam bu işi bilir.

  • @leylaiskenderova5082
    @leylaiskenderova5082 3 ปีที่แล้ว +1

    Əkinçidə izlədiyim ən maraqlı video. Əhsən Həbib müəllimə 👏

  • @rafatnajafov
    @rafatnajafov 3 ปีที่แล้ว +4

    Adam qızıl xırdalayır👍

  • @el_royal272
    @el_royal272 3 ปีที่แล้ว +1

    Həbib bəy müxtəlif mövzular barədə maraqlı və faydalı fikirlər bildirdi. Çaşki müxtəlif mövzulər üzrə yox, daha konkret bir mövzu üzrə fikirlər bildirsəydi. Çünki belə olanda videoda tam olaraq nədən bəhs edildiyi məchul qalıb.

  • @rovshanaliyev598
    @rovshanaliyev598 4 ปีที่แล้ว +2

    Cox saqolun Hebib muellim, cox gozel fikirler idi.

  • @tarixtv7485
    @tarixtv7485 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @leo_53
    @leo_53 4 ปีที่แล้ว +3

    Ürəylərdəsiz Həbib müəllim. Müəllimlik sənətinin qəlibi...

  • @rovsenkerimov4800
    @rovsenkerimov4800 3 ปีที่แล้ว

    Bu gün dikdaban verlişində sizi dinlədim nə yaxşı ki belə savadlı bacarıqlı ucqar bir kəndə dərs deyən müəllim var uğurlar. Arzulayıram sizin kimi müəllimlərə ehtiyac çoxdur

  • @Kanal13AZ
    @Kanal13AZ 4 ปีที่แล้ว +5

    Çox çox uğurlar! Eşq olsun, sizə dostlar!

  • @nemthmdov7171
    @nemthmdov7171 3 ปีที่แล้ว +2

    Əhsən müəllim! Uğurlar

  • @fidybeanbird
    @fidybeanbird 4 ปีที่แล้ว +3

    Sizin kimi insanları tanıdıqca gələcəyə ümid artır.

  • @OrduXan777
    @OrduXan777 4 ปีที่แล้ว +15

    Adam təhsil naziri olsun 5 il ərzində Finlandiya səviyəsinə çatarıq))

    • @nijatr
      @nijatr 4 ปีที่แล้ว +6

      Emin Əmrullayevin Xarici İşlər Naziri olmaq vaxtı gəlib çatıb

    • @muradiskndr2518
      @muradiskndr2518 3 ปีที่แล้ว

      @@nijatr, çox təəssüf edirəm, siz deyirsiniz ki, Ceyhun Bayramov işsiz qalsın?😆

    • @nijatr
      @nijatr 3 ปีที่แล้ว

      @@muradiskndr2518 ona da başqa nazirlik tapılar, arada belə islahatlat lazımdı nazirlərin yerlərini dəyişməklə

  • @Ganatka
    @Ganatka 4 ปีที่แล้ว +5

    Maraqlı mövzudur, bu cür düşünən Müəllimlərə ehtiyac var! Məmnuniyyətlə fəaliyyətinizdə lazım olan dəstək göstərərdim!

  • @azrmuradl6420
    @azrmuradl6420 4 ปีที่แล้ว +5

    Bu cür keyfiyyətli kontentlərə görə təşəkkür edirəm.

  • @sebuhihuseynli6227
    @sebuhihuseynli6227 3 ปีที่แล้ว +2

    təhsildə çox axsaqliqlar var

  • @ZiyaMahmudzade1
    @ZiyaMahmudzade1 3 ปีที่แล้ว

    Adam haklii

  • @ahmadmammadli18
    @ahmadmammadli18 4 ปีที่แล้ว +1

    Əkinçi layihəsinə bu tip məsələləri qabartdığı üçün öz adımdan təşəkkür edirəm. Spiker isə öz növbəsində çox önəmli məqamları vurğulayır.

  • @NadirAgha
    @NadirAgha 4 ปีที่แล้ว +3

    Çıxış çox gözəl, məzmunlu və səmimidir. Çox sağ olun, Həbib müəllim (abi😉)

  • @rashidmahmud21
    @rashidmahmud21 4 ปีที่แล้ว +2

    "Əkinçi" sizi alqışlayıram. Belə insanların daha da həvəslənməsi üçün tanınmağa ehtiyacı var və siz bunu edirsiniz. Var olun!

    • @akinchi
      @akinchi  4 ปีที่แล้ว +2

      Təşəkkür edirik!

  • @aydincheg
    @aydincheg 4 ปีที่แล้ว +4

    Müəllim çox gözəl çıxış elədi! Əhsən, Əkinçi 😊

  • @azerbaijanifood4112
    @azerbaijanifood4112 4 ปีที่แล้ว +2

    Yeni gələn nazir, mebelin təzələmək əvəzinə o pulun 50% faizin təhsilin ayırsa hər şey düzələr. Hər kəsin hüququ var ki, təhsil alsın

  • @aidasadixova4715
    @aidasadixova4715 4 ปีที่แล้ว +4

    💐💐💐💐💐💐💐💐👍🏻

  • @elnaraaghayeva6711
    @elnaraaghayeva6711 4 ปีที่แล้ว +2

    👍

  • @turalrzazade8626
    @turalrzazade8626 3 ปีที่แล้ว

    Eşq! Ümumiyyətlə, Eynulla bəy təhsil nazirliyinin işçi sayını 4-ə salsa (sürücüyə ehtiyacı yoxdursa 3) ən uğurlu təhsil naziri kimi tarixə keçər. Məktəbləri də satmaq lazımdır (özəlləşdirmək).

  • @defneagaci2548
    @defneagaci2548 3 ปีที่แล้ว

    MÜƏLLİM(ÖYRƏTMƏN)=ÖYRƏNCİ(ŞAGİRD)....

  • @azadazad7718
    @azadazad7718 4 ปีที่แล้ว +2

    Bal intellektin, çalışmağın göstəricisidir. Bunu unutmaq olmaz. Universitetlərə insanları yaxşı insan, pis insan deyə seçib götürmürlər, bu məktəbin, ailənin, ən əsas da cəmiyyətin problemidir.

    • @nijatr
      @nijatr 4 ปีที่แล้ว +3

      İntellektin göstəricisini təkcə 100 dənə şablon testin nəticəsi təyin edə bilməz

    • @azadazad7718
      @azadazad7718 4 ปีที่แล้ว

      @@nijatr imtahan 100 şablon testdən ibarət deyil, zəhmət olmasa məlumatınız olmayan sahə haqqında fikir bildirməzdən əvvəl araşdırın.

    • @nijatr
      @nijatr 4 ปีที่แล้ว +1

      DİM'in tərtib etdiyi suallar ilə intellekt səviyyəsinin müəyyən edildiyini iddia edirsən, hansı ki abituriyentlərin 1, 2 il əvvəldən əzbərləyib daxil olduğu imtahandakı suallar. 1 ay sonra soruşsan, əksəriyyətin çox şeyi unutduğunu görürsən

    • @azadazad7718
      @azadazad7718 4 ปีที่แล้ว

      @@nijatr DİM in təyin etdiyi sual 100 ədəd deyil, şablon deyil, əgər asan olsaydı, hamı toplayardı bal, sizin söylədiyiniz kimi fikirləri bal toplaya bilməyən savadı az olan insanlar özlərini təmizə çıxarmaq üçün söyləyirlər adətən.

    • @azerbaijanifood4112
      @azerbaijanifood4112 4 ปีที่แล้ว

      + düzdü, hə adamın işi deyil

  • @azadazad7718
    @azadazad7718 4 ปีที่แล้ว

    Heyf ki, Fetö çüdür bu uşaq, fetö bunun kimi ölkəmizdə çox insanları toruna salıb, amma özlərinin də xəbəri yoxdur.

    • @aynuraabdullayeva7899
      @aynuraabdullayeva7899 4 ปีที่แล้ว +2

      Adamın gorduyu işlər qaldı bir tərəfə, fetöçü oldu?

    • @azadazad7718
      @azadazad7718 4 ปีที่แล้ว

      @@aynuraabdullayeva7899 gördüyü işlərə görə heyf deyirəm də, amma bu kanal da, bu adam da fütö çüdür.

    • @aynur4338
      @aynur4338 4 ปีที่แล้ว +1

      @@azadazad7718 ciddi olaraq soruşuram və cavab versəniz sevinərəm. Hardan gəldiniz bu qərara?

    • @azadazad7718
      @azadazad7718 4 ปีที่แล้ว

      @@aynur4338 çox bəsit, tanıyıram.

    • @HabibAlizada
      @HabibAlizada 3 ปีที่แล้ว +2

      @@azadazad7718 Hörmətli izləyici, hələ iki il öncə geniş açıqlamamı bir daha diqqətinizə çatdırıram.
      Əziz dostlar, mənim üçün həmişə ictimaiyyətin dəyəri, dəstəyi önəmli olub və buna layiq olmağa, insanların ümidini boşa çıxarmamağa çalışıram.
      Müəyyən şəxslərin dedikləri bəzi iddialar geniş deyilməsə də, mən yenə də ictimai hesabatlılığın əhəmiyyətinə görə onları cavablayacam. Əlavə iddia olsa rəy yerində yazıla bilər və onları da cavablayaram.
      İddialar, suallar və cavablarım:
      - Həbib Əlizadə bütün bunları vəzifə üçünmü edir?
      - Mən təşəbbüskar müəllim və ictimai-sosial fəaliyyətləri olan adamam. Dəfələrlə müəyyən vəzifə (kiçik və orta) təklifi olub, mən minnətdarlıq etmişəm və müəllimliyimə davam etmişəm. Bu o demək deyil ki, vəzifə pisdi. Sadəcə mən hələ ki, bu cür davam etməyi faydalı hesab etmişəm. Bu hazırkı vəziyyətim üçün düşüncəmdi və bu vəzifələrdə olan insanları qətiyyən qınamaram, əksinə yaxşı işləmələri üçün ruhlandırmağa çalışıram.
      _ Həbib Əlizadə xüsusi olaraq yetişdirilibmi və təlimatla status yazırmı?
      - Atam və anam tərəfindən xüsusi olaraq, təbii balla yetişdirilmişəm :)
      Bu iddianı bu yaxınlarda Rza Rzayev dilə gətirib. Onu müəllimə qarşı zorakılıq etdiyi üçün kəskin tənqid etmişdim. Yəqin, ciddi bir fakt tapmadığı üçün və həmişə özü təlimata öyrəşdiyi üçün müstəqil fikir bildirməyi qəribsəyib. Təlimat olmadan status yazılmağın necə bir şey olduğunu, yəqin, bilmir. İstədiyim və nəticəsinin müsbət olacağını düşündüyüm məsələlər haqqında yazmışam və yazıram. Arzu edən profilimə ətraflı baxa bilər və bunu görə bilər. Daha çox fəaliyyətlərimi əhatə edən paylaşımlar edirəm.
      Xüsusi olaraq yetişdirilən adam illərlə işsiz qalarmı? Ən ucqarda fəaliyyətə başlayarmı? Müəllimliyə başlayanda atasından yol xərci alıb məktəbə gedərmi? Suallar çoxdu və bütün bu sualların cavabları iddianın da cavablarıdır. Həmçinin aşağıdakı digər cavablarda da bu iddialara cavablar olacaq.
      - Həbib Əlizadə dindardırmı?
      -Dindar deyiləm, amma səmimi dindarlara hörmətim var. Qohumlarımdan dindar olan da var, olmayan da. Hazırda həm real, həm virtual dostluq etdiyim insanlar içərisində deist, ateist, dindar və s. var və mən başqasına zərər vermədikcə insanların dəyərlərinə hörmət etməyi önəmli sayıram. İstənilən halda fərdi olaraq yanaşıram və dostluğa da fərdi olaraq əmin olduqda davam edirəm.
      - Həbib Fetoçudurmu?
      - Bunu əsasən türk məktəblərini yaradan, orada işləyib vəzifə tutan və Fətullah Gülənlə əlaqəsi olanlar haqda deyirlər. Mənim haqqımda bu iddianı da müəllimə qarşı zorakılıq etdiyi üçün onu sərt tənqid etdiyim Rza Rzayev deyib. Rza iddia edirdi ki, ona qarşı mövqe tutanlar hamısı eyni yerdən təlimat alır. Amma bu məsələ 10 gün gündəmdə qalmışdı, bütün təhsil ictimaiyyəti, aktiv vətəndaşlar mövqe bildirmişdi. Mən də həmçinin çox şərt mövqe bildirdim. Məlumat üçün deyim ki, müəllimləri haqlı olaraq müdafiə etməyim nə ilk, nə də son deyildi. Hələ Tural Mirzəliyev məsələsindən xeyli qabaq Astarada Fuad müəllimə qarşı edilən haqsızlıqlar haqqında sərt mövqe bildirmişdim. Həmçinin Gəncədəki müəllim hadisəsi və d. məsələlərdə müəllimə qarşı zorakı hərəkətləri sərt tənqid etmişəm. Yəni demək istəyirlər ki, müəllimə qarşı zorakılıq edilsin və biz buna susaq?
      Rza isə sosial şəbəkələrin təsir dairəsini anlamaması və günahkarlıq psixologiyası ilə hamıya damğa vurmağa başladı.
      Mənim türk məktəblərini pisləmək fikrim yoxdu, oranın kifayət qədər bacarıqlı məzunları var, amma mən türk məktəblərində müəllim belə olmamışam. Lənkəran Dövlət Universitetində tələbə olarkən həm 10 nömrəli məktəbdə, həm də Lənkəran türk liseyində bir müddətlik pedaqoji təcrübədə olmuşam. Hamı kimi mən də oranın yüksək təhsil verdiyini görmüşəm və oradakı təcrübəni öyrənmək çoxlarının olduğu kimi mənim də arzum olub. Lakin mən işlə təmin edilməmişəm. 2013-cu ildə (ki, hələ o vaxtlar türk məktəblərinin ən yaxşı vaxtları idi, hələ bağlanmamışdı) təcrübə keçdiyim türk məktəblərindən uzaqlaşdırılmışam. Yəni türk məktəbləri ilə münasibətim universitet dönəmi pedaqoji təcrübə qədər olub.
      Sonra 2 ilə yaxın işsiz olmuşam. Əgər iddia olunduğu kimi mən xüsusi məqsədlər üçün yetişdirilən biri olsaydım, mən 2 il işsiz qalardımmı? 2 il ərzində heç kim iş üçün qapımızı açmayıb. Bu müddət həyatımda ən ağır vaxtlarım olub. Müəllimlik imtahanına zəif hazırlaşdığım üçün 2014-cu ildə yetərli nəticə göstərə bilməmişəm. Bundan sonra bütün günü evdə daha yaxşı hazırlaşaraq 2015-ci ildə 60 üzərindən 51 bal toplamışam və bu şəhər balı sayılsa da rayon mərkəzində deyil, ucqar Gəgiran kəndində fəaliyyətə başlamışam. Hətta orada ilk gündən haqsızlıqla qarşılaşmışam və 18 saat vakant dərs yükünün 16 saatı verilib (2 saat müxtəlif bəhanələrlə kəsilib).
      Beləliklə sıfırdan karyeramı qurmağa başlamışam.
      Sosial şəbəkələrdə aktiv istifadəçi olmuşam və mütəmadi işlədiyim kənddən şəkillər, keçirdiyimiz tədbirlərdən videolar paylaşmışam. Kəndin problemlərinin həllində də yaxından iştirak etmişəm. 2017-ci ildə məktəbdən və fəaliyyətlərimdən hazırladığım videolar (on-off, repli tarix dərsi, velosipedlə kitab paylama) daha çox izlənilib və beləliklə tanınmışam.
      Tanındıqdan sonra özəl məktəblərdən direktor müavini olmaq təklifini belə qəbul etməmişəm (çünki şərt o idi ki, ucqardan çıxmalı idim, amma qəbul etmədim). Hazırda heç bir özəl təhsil müəssisələrindən iş təkliflərini qəbul etmirəm və cv vermirəm (qətiyyən bunun pis olduğunu demirəm). Layihə yönümlü təhsil, təşəbbüskarlıq yolunda davam edirəm. Hazırda yenə də kənd məktəbində, İranla sərhəd məktəbi Qapıçıməhəllədə işləyirəm.
      Dəstək olan hər bir fərdə, quruma minnətdar olmuşam, amma həmişə müstəqilliyimi qorumağa çalışıram. İctimai dəstəyi doğrultmağa çalışıram.
      - "Həbib Əlizadə özünü reklam edir" ifadəsi ilə razısınız?
      - Öz fəaliyyətimi ictimaiyyətlə bölüşürəm və başqalarını da buna təşviq edirəm. Hər kəs həm də sənəti ilə hörmət qazanmalıdır.
      Fəaliyyətlərimin yaxşı yoxsa pis olmasını auditoriyam və ictimaiyyət müəyyən edir. Dəstək olmaq istəyən əlaqə saxlayır. Müsbət fikirlər məni ruhlandırır. Yazılan bir çox fikirdən lazımi nəticəni çıxarıram. Təklifləri və müsbət fürsətləri dəyərləndirirəm, ideyaları inkişaf etdirməyə çalışıram. Mən müsbət kimi gördüyüm işlərin, fəaliyyətlərin paylaşılmasının tərəfdarıyam. Məsələn bu gün əgər tanınmasaydım və ictimai dəstək olmasaydı bir çox işləri görə bilməzdik. Həmişə ictimaiyyətin dəyərinə layiq olmağa və eqoist olmamağa çalışıram. Misal üçün tanındıqdan sonra digər gənclərə dəstək olmaq məqsədilə 2017-ci ildə könüllü yaratdığımız 'Gənc müəllim' layihəsi və s. qeyd etmək olar.
      Bütün fəaliyyətlərimin bu və ya digər şəkildə ictimai hesabatlarını mütəmadi ictimaiyyətlə sosial şəbəkələrdə bölüşürəm və bu həmişə belə olacaq.