Allah sənə rəhmət eləsin böyük Tat sənətkarı.Elin ağsaqqalı.Belə vodeoları yerləşdirən qardaş da var olsun.Insanlar bu videoda təkcə el sənətkarını yox,insanların necə utancaq və əxlaqlı,olduğlarını görürük xüsusən də,qadınların videokameradan utandığlarının şahidi oluruq.Əsl əxlaq,tərbiyə nümunəsi Qubalılarım var olasınız.
Qocaman Qubalı sözün həqiqi mənasında böyük və ustad sənətkardır.Onun sənəti xoş günlərdə də,çətin günlərdə də öz xalqı ilə bir yerdə olub.Lap gənc yaşlarından başlayaraq 50 ildən çox bir müddətdə toylarımızı,bayramlarımızı və digər el şənliklərini bəzəyib,onlara xoş ahəng verib.Allah bilir bu müddətdə neçə min toyda-şənlikdə olub,insanları öz gözəl,misilsiz sənəti ilə sevindirib.Ustad Qocamanın nəfəs alətlərində,xüsusən qara zurnada,klarnetdə və balabanda ifa etdiyi musiqilər bu yurdun insanlarına ana laylası qədər şirin,doğma və əzizdir.Ustad sənətkarımıza eşq olsun! Allah onun canını sağ eləsin! Elimizin ona və onun gözəl sənətinə hələ böyük ehtiyacı var!
Səslənən musiqi Usta Qocamanın unudulmaz ifalarından biridir.O, insanlara çox-çox sevilən saysız-hesabsız musiqilər bəxş edib. Qocaman Qubalı el-obamızın fəxri, böyük və gözəl sənətkarıdır. Ona cansağlığı arzulayırıq. Ömrü uzun olsun Ustadın !
Durnalar köç edib gedirlər... Müdrik bir xalq hikmətində belə deyilir. Əslində insan həyatı da belədir. İnsan bir vaxt həyata gəlir və vaxt-vədə gəlib yetişəndə həyatdan köçür. Həyatın bu əbədi qanunu isə dəyişməz olaraq qalır və daim təkrarlanır. Bizim diyarın ağsaqqalı, böyük insan, xalqın sevimlisi, 60 ilə yaxın bir dövr ərzində el şənliklərinin əsas aparıcısı və xalq musiqisi alətlərinin istedadlı ifaçısı Usta Qocaman bu günlərdə həyatdan getmişdir. Allah rəhmət eləsin! Qəbri nurla dolsun! ___________________________________________________ Летят журавли... Так гласит народный мудрость. На самом деле и человеческая жизнь тоже так: человек появляется на свет и когда-то уходит. На днях ушел из жизни аксаккал нашего края, прекрасный человек, любимец народа, человек, который 60 лет был ведущим во всех народных весельях, талантливый исполнитель народной музыки Уста Годжаман. Аллах рехмет елесин.
Qocaman Qubalı elimizin böyük sənətkarıdır, dağlarımızın qartalıdır. Uzun müddət toylarımızın və digər şənliklərimizin yaraşığı olub bu kişi. İfalarında bir doğmalıq var, şirinlik var, cazibədarlıq var. Onun bütün müsiqiləri insanlara ruh verir, xoş ovqat bəxş edir. Yaşadığı bölgədə Usta Qocaman adı ilə tanınır. O, doğma yurdun təranələri silsiləsinə daxil olan bir çox gözəl müsiqilərin mahir ifaçısıdır. Həm keçmiş oyun havalarını, həm də son dövrün musiqilərini böyük şövqlə,ustalıqla ifa edir. Onun sənəti həmişə sevilib. Qazandığı hörmətin, nüfuzun nəticəsidir ki,Ustad sənətkar bu mahalda hamı tərəfindən arzu olunan insandır. Yarım əsrə yaxın bir dövr ərzində insanlarımız onun ifalarının xoş təsirini hiss ediblər və onlardan ruh alıb yaşayıblar. İnsanların Usta Qocamanı necə arzuladıqları, musiqilərini vaxtaşırı eşitməyəndə isə qəribsədıkləri barədə yerli əhali arasında hətta aşağıdakı xatirələr mövcuddur: ... 40 il oncə May ayının əvvəllərində istirahət günlərindən biri idi. Kələnov mahalında növbəti toyu aparmağa gedirdi. Həmişə olduğu kimi, Salman yüksəkliyinə çatanda musiqiçilərin müşayiəti ilə Ustanın zurna səsi ətrafa yayıldı.(Bununla toyun başlandığını ətraf kəndlərə də çatdırırdı). Saat 10-11 olardı.Bu vaxt Mahmudqışlaq obasında öz həyət-bacasını yır-yığış edən Güllər xala əvvəlcə çox pərişan görünürdü. Nurani görkəmə malik bu xanım narahatlığını gizlədə bilmir və tez-tez o tərəfə-bu tərəfə baxırdı.Özünü inamsız hiss edirdi. Sanki nəsə çatmırdı. Ev güneydə yerləşdiyi üçün günəşin qızılı şüaları düz buraya düşürdü.Bahar çağı olduğundan hər tərəf yaşıllığa,gül-çiçəyə bürünmüşdü. Əsən xəfif meh kəndlə üzbəüz sahələrdən,Kələnov yamaclarından gül-çiçəyin xoş ətrini gətirirdi. Şəki yeri,Mirzəli dərəsi,Balabağ yeri adlanan sahələri al lalələrdən qırmızı rəngə boyanmışdı. Səhərdən xeyli vaxt keçdiyindən Xanımbəyli yüksəkliyində otlayan mal-qara, qoyun-quzu sürüləri də yavaş-yavaş aşağıya,su mənbəyinə sayılan Keş suyuna qayıtmağa başlayırdılar. Güllər xala əlini alnına qoyaraq yenidən Xanımbəyli yüksəkliyinə baxdı. Tez-tez müşahidə etdiyi mənzərənin şahidi oldu: Nəcməddin kişini at belində yenə yüksəklikdə gördü. Uca boylu və şux qamətli, əsl hərbçini xatırladan Nəcməddin kişi at belində dağın zirvəsində daha da uca görünürdü. O, zirvədən ətraf yerləri xeyli seyr etdikdən sonra atdan düşdü və atını yedəyində çəkərək yamaclardan aşağı enməyə başladı.(Həmin kişi həqiqətən də neçə illərdən bəri bu yerləri beləcə gəzib dolaşar və ardınca da yüksəkliyin ətəyində yerləşən düzəngahda xeyli dincələrdi). Məhz belə bir anda Kələnovdan gələn qara zurnanın səsi Güllər xalanı fikirlərdən ayırdı. Neçə illər boyunca eşitdiyi bu xoş səs onun ovqatını düzəltdi. Onda şən əhval-ruhiyyə yaratdı.Həyata, yaşamağa olan inamını qaytardı.Məhz o zaman dediyi bu sözlər indiyədək yaddaşlarda qalıb: “Ölüm sənin üçün ay Qocaman! Bu neçə vaxtda harada idin? Zurnanın səsi niyə gəlmirdi? Əhvalım əməlli-başlı pozulmuşdu. Belə vaxtda nə yaxşı ki, zurnanın səsi gəldi. Sanki yenidən mənə həyat bəxş etdin”. Usta Qocaman musiqisinin təsiri sayəsində ovqatı düzələn və yaşamağa inamı artan Güllər xala bir daha başa düşdü ki,yaşamaq necə də gözəldir. Qocaman Qubalının təsir gücü bax belə olub.Onun zurnasının ruhverici səsinə alışmış insanlar bu ecazkar səsi vaxtlı-vaxtında eşitmədikdə Güllər xala kimi qəribsəyir, daim Qocamanı görmək və onun mənəvi qida verən musiqilərini tez-tez eşitmək istəyiblər. . . . ... ... ... Xatırladığımız bu olaydan sonra İllər keçdi, Güllər xala həyatını dəyişdi. Nəcməddin kişi də zirvədə at belində bir daha görünmədi və hər dəfə atdan düşüb dincəldiyi Ağa yeri adlanan düzəngahda o, həmişəlik məskən salaraq əbədi yuxuya getdi... Xatırələr, Güllər xalanın dediyi sözlər isə yaddaşlarda qaldı. Sevimli sənətkarımız Qocaman haqqında, onun xalqına sıx bağlı olan sənəti haqqında təəssüratlar həmişə dillərdədir. Böyük ustada və elimizin ağsaqqalına, dağlarımızın qartalına möhkəm cansağlığı arzulayırıq.
Bu video ilə bağlı Elsevər Seyidov öz paylaşmasında Çayqışlaq kəndi ərazisindəki Qarabulaqda daimi məskən salan qartalın adını çəkib. Orada həqiqətən neçə zamanlardan bəri qartal yuvası olmuşdur. Həm oradakı qartallar, həm də olub keçən hadisələr haqqında öz fikirlərimizi bölüşdürmək istəyirik. Əsrlərlə buranı özləri üçün yaşam yeri seçmiş qartallar bu diyarda yeni nəsillər artırmış və daim Çayqışlağın,Alpoutun səmasında, meşə və dağ silsilələrinin üzərində dövrə vuraraq öz varlıqlarını göstərmişlər. Onların bu diyarda canlı aləmin daimi üzvləri olduqlarına yerli sakinlər də öyrəşmişdilər. Hətta qartalları Qarabulağın yaraşığı adlandırırdılar. Deyilənlərə görə, qartal yuvası ən hündür ağacın lap zirvəsində idi. Ağacın 4 metrə yaxın gövdəsi heç bir əl tutan yer olmadığından və həmçinin çox sürüşkən olduğundan heç kəs həmin ağaca dırmaşa bilmirdi. Balalar yumurtadan çıxandan sonra qartal öz körpələrini yedizdirməli idi. Buna görə də çöldəki canlıları ovlamaqla yanaşı, ətraf kəndlərdən ev quşlarını, körpə quzuları da caynağına alıb yuvaya gətirir və balalarını yemləyirdi. Ev quşlarının və quzuların qartal tərəfindən aparılmasından bir dəfə kənd sakinləri bərk qəzəblənirlər. Cavanlara məsləhət görürlər ki, gedib qartalın yuvasını dağıtsınlar. Xeyli sayda cavanlar yuvanın oduğu ağaca dırmaşmağa cəhd edir, lakin heç biri ağaca qalxa bilmir. Belə məqamda Rəcəb kişi yada düşür.Çünki o, pəhləvan cüssəli və çətinliklərdən qorxmayan bir adam idi. Kənd sakinləri bir ağızdan deyirlər ki, həmin ağaca dırmaşmaq hər kişinin işi deyil, bu işin öhdəsindən yalnız Rəcəb gələ bilər. Məsələni Rəcəb kişiyə bildirəndə dərhal yarı zarafat-yarı gerçək cavab verir ki, belə işlər ölüb mənim əlimdə! Əgər mən istəsəm, bir yox,lap yüz qartalın da yuvasını dağıda bilərəm! Kənd sakinlərindən biri dübarə soruşur ki, Ay Rəcəb,deməli, sən bu işi də görə bilərsən? Özünə güvənən Rəcəb şaqqanaq çəkib gülümsəyir və deyir: “Onu daha deməzlər, onu eləyərlər!” Rəcəb sözünə əməl etmək üçün yuvanın olduğu ağaca yaxınlaşır və ağacın sürüşkən,hündür gövdəsindən müəyyən fəndlə yuxarı dırmaşır. Nəhayət ağacın ən hündür zirvəsində yuvaya çatır.Yuva həqiqətən çox böyük və keçilməz idi. Bundan əlavə, valideyn qartallar hücum da edə bilərdilər. Lakin həmin momentdə uzaqda olduqlarından gəlib çıxmadılar. Rəcəb öz təcrübəsində həmişə maneələrin öhdəsindən gəldiyi üçün bu dəfə də çətinlik çəkmədi. Çoxlu sayda ağac budaqlarından və qurumuş tikanlı kollardan düzəldilmiş böyük yuvanın içərisinə girdi. Yuvada qartalın 2 ətcə balası var idi, yem gözləyirdilər. Körpə balaları görən kimi Rəcəb dərin düşüncələrə getdi. Axı, bu balalar böyüyəcək və digər qartallar kimi cəsurluq,ucalıq,saflıq simvoluna çevriləcəklər. İndi isə onların yuvasını uçurmaq günah olardı. Digər tərəfdən, Rəcəb cəsarətinə,məğrurluğuna, gücünə və yaşam tərzinə görə öz həyatını qartalların həyatına oxşadırdı. Bu balalar gələcəkdə onun özü kimi cəsur,güclü və çevik olacaqdılar. Fikirləşdi ki, mən özüm də qartal kimi böyüyüb yaşamışam, ona görə də qartal yuvasını dağıtmaq mənim məsləkimə uyğun deyil. İndiki yuvada pərvazlanıb böyüyən qartallar gələcəkdə bu yerlərin gözəl təbiətinin harmoniyasını təmin edəcəklər. Rəcəb yuvanı dağıtmadan aşağı düşür. Ağacın altında xeyli oturur və çoxlu xatirələr,olub-keçənlər,ağsaqqallardan eşitdiyi rəvayətlər yadına düşür. Elə bu vaxt qartal caynağında gətirdiyi ov ilə öz yuvasına qonur, əvvəlcə diqqətini üzü aşağı Rəcəbə tuşlayır, sanki bir arxayınlıq duyduqdan sonra isə balalarını yemləməyə başlayır. Rəcəb də bu mənzərəyə tamaşa edə-edə yavaş-yavaş oradan uzaqlaşır. Sonrakı illərdə də o, tez-tez buraya gələrək qartallar yuvasını və səma ovçularının göydə necə dövrə vurduqlarını seyr edərdi. Ümumiyyətlə, Rəcəb çox cəld və güclü kişi idi. O qədər güclü idi ki, birlikdə 5 cavan onun qolunu bura bilmirdi. Elə Usta Qocamanın apardığı toyların əksəriyyətində toyxanada sərpayı (ayaqüstü) olurdu. O vaxtlarda toyxanalar ağacdan düzəldilmiş uzun açıq çadırlarda olurdu və toylar çox gurultulu,təlatümlü,böyük coşqu ilə keçirdi. Camaat uşaqdan böyüyədək hamılıqla toyxanaya toplaşardılar.Adəti üzrə qadınlar,azyaşlı uşaqlar və yaşlı kişilər oturar, digərləri isə çadır ətrafında dayanıb toya tamaşa edərdilər. Toylar o qədər gur və coşqulu keçirdi ki, hətta çadır da lərzəyə gələrək az qala yerində yellənirdi.Belə hallarda toyu idarə etmək çox çətin idi. Amma öz gücünə güvənən Rəcəb kişi bu işin öhdəsindən asanlıqla gəlirdi. Toy sahibləri də Rəcəbi buna görə meydanda ayaqüstü təyin edirdilər. O dövrdə toylarda videolar çəkilmədiyindən o vaxtkı təlatümü,coşqunu indi təsəvvürə gətirmək mümkün deyil. Toylardakı təlatümlərin,insan selinin qarşısında yalnız Rəcəb kişi dura bilirdi. Yaddaşlarda belə qalıb ki, hər toyun başlanğıcında Rəcəb kişi özü meydanda tək xeyli rəqs edərdi, ardınca da sifariş verənləri növbə ilə meydana dəvət edərdi. Hətta kimin kimlərlə rəqs edəcəyini yaxşı bildiyi üçün rəqsə başlayanı gözləmədən elə özü oynaya-oynaya gəlib həmin adamların qabağında dayanar və müəyyən işarələrlə meydana çağırardı. Toyun yaxşı getdiyi məqamlarda vaxtaşırı əlini üzü yuxarı saçlarına çəkər və bununla həm öz işindən, həm də məclisin gedişindən razıı qaldığını büruzə verərdi.Toylar üçün onun xüsusi geyimi var idi. Camaat həmin geyimi görməyə o qədər vərdiş etmişdi ki, Rəcəb kişini bu geymdə görən kimi onun hansısa şadlıq məclisinə hazırlaşdığını yəqin edirdilər. Belə hallar on illərlə davam etmişdir. Məclislərin birində cavan bir oğlan toyxanada qaydanı pozur və Rəcəb kişinin üstünə cumur. Oğlanı geriyə çəkib sakitləşdirmək istəsələr də, o, inadından əl çəkməyərək yenidən Rəcəb kişinin üstünə şığıyır. Rəcəb bir göz qırpımında həmin cavanı qatlayıb dizi altına qoyur. Oğlan ayağa durandan sonra xəcalətindən toyxananı tərk edir. O dövrlərdə toyxanaları sərrastcasına və müəyyən etdiyi qayda ilə idarə etmək bacarığına görə Rəcəb kişini Ded Roman adlandırırdılar. Deyilənlərə görə, onun idarə etdiyi toyxanalarda heç kəs qoyulan qaydaları pozmağa, artıq-əksig danışmağa cürət etmirdi. Onun gücünə, bacarığına bələd olanların bir hissəsi onu pələng, bir hissəsi isə aslan (şir) sayırdılar. Onu zəhmətkeş və xeyirxah adam kimi də tanıyırdılar. Camaatın xeyir-şərinə yarayırdı, hamı ilə yaxınlıq edirdi,hər kəsə köməklik göstərməyə çalışırdı. Rəcəb kişi həyatının müəyyən dövrlərində Rusiyada ticarətlə məşğul olmuş, son illərdə isə kiçik sahibkarlıq fəaliyyəti göstərmişdir. Sağlam və enerjili olan Rəcəb kişini yaşadığı kənddə heç vaxt, hətta ömrünün sonlarında da heç kim xəstə görməyib.Daim ayaq üstə və hərəkətdə olub. Həyatının lap sonlarına yaxın şəxsi maşını olan bir nəfərə zəng edərək yanına çağırır və İlyasqulu adlanan qəbristanlığa aparılmasını xahiş edir. Maşın sahibi normal əhval-ruhiyyədə olan Rəcəb kişini maşınla qəbristanlığa gətirir. Dua edəndən sonra yaxın adamlarının qəbir daşlarına baxır və “Bu dünyada sonuncu dəfə sizinlə vidalaşmaq üçün gəlmişəm” sözlərini deyərək baş daşlarını bir-bir öpür. Ardınca isə boş yerdə özü üçün qəbir yerini göstərərək bildirir ki, 5 gündən sonra mən öləcəyəm, məni burada dəfn edərsiniz. Bu sözlərdən maşın sahibi xeyli təəccüblənir ki, bu kişi hələ sağlamdır, necə yəni 5 gündən sonra öləcəyəm? Axı, bu,necə ola bilər? Rəcəb kişinin dediklərinə heç cür inanmaq istəmədi. Nə isə qayıdıb evlərinə gəldilər. Bundan sonra qonşuları hələ bir neçə gün Rəcəb kişini həyətdə gördülər. 5-ci günün tamamında qəflətən kəndə xəbər yayıldı ki, Rəcəb kişi indicə rəhmətə getdi. Maşını ilə Rəcəb kişini qəbristanlığa aparan şəxs rəhmətliyin 5 gün öncədən dediklərini və ölümünün dəqiq vaxtını bildiyini hamıya danışdı. Rəhmətə gedəni kənd camaatı böyük ehtiramla dəfn etdilər. Beləliklə, Rəcəb kişi bir neçə il əvvəl dünyasını dəyişdi. Onun ölümündən sonra kənd sakinləri digər bir qəribə halın şahidi oldular: Rəcəbin dünyadan köçməsi ilə eyni vaxtda Qarabulaqdakı qartal yuvası da naməlum şəkildə yoxa çıxdı, on illər boyunca hündür ağacın zirvəsindəki qartalları görməyə vərdiş etmiş yerli sakinlər bir daha qartalları bu məkanda görmədilər. Rəcəb kişinin dünyadan köçməsi ilə qartallar da Qarabulaqdan həmişəlik köçüb getmişdilər. Görünür, qartallar da öz köçünü Rəcəb kişinin dünyadan köçdüyü vaxta saxlayıblarmış.
@@В.И.Ленин-н3ю Çox təşəkkür edirik ki, yazılanlara və onun müəllifinə belə yaxşı diqqətlə yanaşırsıniz. Olduqca məmnun qaldıq ki, bizim yazdıqlarımız sosial şəbəkədə maraqla və həssaslıqla oxunur və izləyicilərimiz də öz rəylərini bildirirlər. Sizin rəyiniz bizim üçün dəyərli və önəmlidir. Bütün dünyada geniş yayılan sosial şəbəkələr, o cümlədən TH-cam ondan ötrüdür ki, hər bir şəxs öz fikirlərini sərbəst surətdə paylaşa bilsin. Özü də sosial şəbəkələrin qaydalarında yazının kiçikliyi və ya böyüklüyü ilə bağlı heç bir məhdudiyyət qoyumayıb, kim hansı formada istəyirsə, öz fikrini,düşündüklərini ifadə edlə bilər.Buna görə biz də öz fikirlərimizi bir qədər böyük həcmdə (lap elə Sizin dediyiniz kitab kimi) paylaşmışıq.
Qocaman Qubalı Kələnov mahalında yaşamış böyük el sənətkarı və ömrünü bu diyarda xeyirxah,nəcib əməllərə sərf etmiş ad-san sahibi Ustad Pənahın əvəzsiz davamçısıdır. Öz ustadından musiqi sənətini incəliklərinədək öyrənən Qocaman hələ gənc ikən bu sənətin zirvələrinə gedib çatmışdır. Onun sənəti doğma ellərdən qaynaqlanmaqla daim el-obası ilə sıx bağlı olmuş və yarım əsrdən çox bir zaman kəsiyində insanlara xidmət etmişdir. Tanıyanların nəzərində Qocaman sənəti həmişəlik zirvədədir! Hətta bu yurdun insanlarından böyük hissəsi Qocamanı qartala bənzədirlər.Qartal isə ucalıq, məğrurluq,saflıq simvoludur. Hazırda isə sənətkar ömrünün müdriklik və ağsaqqallıq çağlarını yaşayır. Lakin Ustad Qocaman qartal olaraq yenə zirvələrdədir.O,yenə də bu diyarın səmasında qanadlarını geniş açaraq dövrə vurur,hər tərəfi böyük diqqətlə seyr etməkdə davam edir və insanlara,xüsusən gənclərə yenə də əzəmət və saflıq nümunəsi göstərir.
Yuxarıdakı yazıda Ali Babayevin Kələnovlu olması barədə heç nə deyilməyib. Yazının müəllifinə gəldikdə, o, heç vaxt Zərqava da yaşamayıb və buna görə Zərqavada heç kimlə də divar qonşusu olmayıb. Onun babası əslən Kələnovdan olub və çoxdan Bakıya köçüblər. Sözü gedən Əli Babayevin özü isə geniş erudisiyalı bir gəncdir.Əvvəlcə Diplomatik Akademiyada oxumuş və öz sahəsi üzrə ən yüksək ixtisas almaq məqsədilə hazırda Türkiyənin aparıcı universitetlərindən birində təhsil alır. Ustad Qocaman barədə həm öz valideynlərindən,yaxınlarından,tanışlarından olduqca çox məlumat eşidib, həm də özü müxtəlif məclislərdə iştirak edərək bu Ustad sənətkarın musiqilərini dinləmişdir. Nəticədə eşitdiklərini,gördüklərini və əldə etdiyi geniş informasiyaları ümumiləşdirərək elimizin ağsaqqalı, Ustad Qocaman barədə öz fikirlərini paylaşmışdır.
Əvvəl yazmışdınız ki, "BABAMGİLNEN DİVAR QONŞU OLUB ZERQOVADA" və indi isə deyirsiniz ki, "BİZİMLE QONŞUDUR". Əvvəla Sizin babanızın dövründə hələ heç bir kənddə, o cümlədən Zərqavada divar (yəni zabor) olmayıb. Yalnız çəpərlər olub.Özü də qaratikandan və digər tikanlı ağaclardan. 2-cisi də həmin yazıda Qocamanın haralı olması və kiminlə qonşu olması məsələsi qoyulmayıb. Qocaman barədə çox bilgili olan Ali Babayev isə yazmayıb ki, Qocaman Kələnovda yaşayıb və ya yaşayır. Yaxşı olardı ki,yazını diqqətlə oxuyun və səhv etməyin. Hörmətli Ali müəllim öz yazısında Qocamanın hələ gənc ikən müsiqi sənətindəki uğurlarından və bu sənətinə görə də el-oba arasında yaxşı hörmət qazandığından bəhs etmişdir. Kələnov adının çəkilməsinə gəldikdə isə Ali müəllim yazıb ki, Qocaman Qubalı Kələnov mahalında yaşamış böyük el sənətkarı və ömrünü bu diyarda xeyirxah.nəcib əməllərə sərf etmiş ad-san sahibi Ustad Pənahın əvəzsiz davamçısıdır. Kimdir Ustad Pənah? O, təkcə musiqi üzrə deyil, bütün sahələr üzrə öz dövründə çox böyük sənətkar olub.Kələnovda yaşayıb. Elə Qocaman da musiqi sənətini ondan öyrənib,daha doğrusu onun şagirdi olub.Qocaman kişi də həmişə etiraf edir ki,Ustad Pənahdan dərs alıb və sonra da bu sənəti usta İbrahimə və başqalarına öyrədib. Pənah kişi əvvəlcə bir müddət Kələnov kəndinə aid olan Əliqulu qışlağında yaşayıb və sonra Kələnovda ev tikərək ömrünün əksər hissəsini burada keçirib. Qocamanın babası olan Gülyar kişi də Əliqulu qışlağında Pənahla qonşu olub.Babasının yanında olarkən Qocaman Ustad Pənahın yanına gedib şagirdliyə başlayır və onun bu şagirdliyi sonrakı illərdə Pənahın Kələnova köçdüyü illərdə davam etmişdir. Hətta bu fayl barədə Elvesər Seyidovun da paylaşdığı fikirlərdə bildirilir ki, Qocaman Salman təpəliyinə çatanda zurna sədalarını sola yönəldərək və bir neçə dəfə baş əyərək həm doğma baba yurdu və həm də Ustadı Pənah kişinin ilkin məskəni sayılan Əliqulu obasına öz ehtiramını göstərib. Elə Elsevər müəllim də Qocamanı yaxşı tanıdığına görə belə yazıb.Onun yazısından məlum olur ki, Çayqışlaqdan aldığı dəvət əsasında toy aparmaq üçün Qocaman öz dəstəsi ilə yola çıxır və o zamanlar Zərqavadan çıxışı eyni olan Kələnov-Çayqışlaq yolu ilə hərəkət edir.Əliqulu obası isə həmin yoldan solda qaldığı üçün Qocaman da zurna sədalarını ilk əvvəl elə Əliqulu yurduna yönəldir. Ustad Pənah zərqavalı Hacı Kamalın qaynatası olub.Allah rəhmət eləsin.Qəbri nurla dolsun Ustad Pənahın! Sənətkarlar haqqında, yaxşı insanlar haqqında həmişə xoş sözlər deyilir,belə insanların əməlləri həmişəlik xoş xatırələrə çevrilirlər. Siz isə Qocaman və Ustadı Pənah barədə yazılmış sözləri səhv salmayın. Adı çəkilən hər 2 sənətkar yaşadıqları dövrdə böyük hörmət qazanaraq insanlarımızın yaddaşlarına daimi düşüblər. Belə sənətkarlar haqqında isə xoş sözlər söyləmək lazımdır. Onların haralı olması məsələsi üzərində baş sındırmağa ehtiyac yoxdur.Əsas budur ki, hər 2 sənətkar nəyə layiq olduqlarını öz zamanlarında hamıya göstəriblər və hamı da onları yaxşı sənətkar kimi qəbul edib.
Siz tək Qocamanı və bir də ailəsini tanıyırsınız. Qocaman barədə yazanlar isə onu Sizdən yaxşı tanıyırlar ki, onun haqqında da bu qədər geniş,ətraflı məlumatlar yazırlar. Əgər Qocamanı belə yaxşı tanımasaydılar, çoxlu da yazmazdılar. Özü də onlar təmiz azərbaycan dilində yazıblar.Siz isə hələ bilinmir ki, hansı dildə,hansı əlifba ilə yazırsınız. Yuxarıdakı müəlliflər necə yazıblarsa,Siz də onlar kimi öz ana dilinizdə.öz əlifbanızla yazmağı öyrənin. Sonra isə Qocamanın haralı olması və zaborunun nədən tikildiyi,nə vaxt tikildiyi məsələsini qaldırarsınız. Əvvəl yazmışdınız ki,babamgilnen divar qonşu olub.Sonra yazırsınız ki, bizimlə qonşudur.Sizin hansı sözünüzə inanaq? "Divar qonşu olub" sözünün mənası o deməkdir ki, babanla əvvəllər qonşu olub.Əgər babanızla o vaxtlar qonşu olubsa, deməli arada zabor yox,çəpər olub. Özü də "divar qonşı" şəhər və böyük qəsəbələrdə olur. Divar qonşusunu çox mənzilli və çox mərtəbəli binalarda yaşayanlar bir-birinə deyirlər.Zərqavada isə çoxmənzilli bina yoxdur. Qocamanın zaboru son vaxtlarda tikilib.Yaşar və Ruslan tərəfindən. Qocaman hazırda da heç kimlə divar qonşu deyil. Çünki onun evi fərdi evdir və nə Sizin ,nə də babanızın evinə bitişik olmadığı üçün heç kimlə divar qonşusu sayılmır. Ona görə də hər hansı fikir söyləyəndə diqqətli olmaq və düz yazmaq lazımdır.Azərbaycan dilində yazmağı da öyrənin.
Xahiş edirik azərbaycan dilində normal yazın ki, Sizi yaxşı başa düşsünlər. Əgər hər şeyi yaxşı bilirsinizsə, yaxşı təssüratlar,xoş sözlər işlədin. Musiqi elə sənətdir ki, onu qazanmaq olmur.Musiqi istedaddır.Allah tərəfindən verilir.Qocamana da musiqi istedadını Böyük Allah verib. Ona görə də Allahın elədiklərinə qarşı çıxmaq olmaz. Allahın verdiklərinə və Usta Qocamanın bizim el-oba üçün elədiklərinə xoş münasibət göstərmək lazımdır, onun harada yaşamasının məsələyə heç bir dəxli yoxdur.Əsas budur ki, QOCAMAN YAXŞI SƏNƏTKAR KİMİ YADDAŞLARDA QALIB VƏ YAŞADIĞI EL-OBANIN ADINA ŞƏRƏF GƏTİRİB. İNSANLARIMIZ DA ONUNLA VƏ ONUN SƏNƏTİ İLƏ FƏXR EDİRLƏR. Dialoq aparanda nəzakət qaydalarını gözləmək lazımdır. Kobud ifadələr işlədilməsi həmin şəxsin intellektual səviyyəsini göstərir.Siz isə əgər hər şeyi belə yaxşı bilirsinizsə, normal azərbaycan dilində yazın və fikirlərinizi də mədəni şəkildə çatdırmağa çalışın.
Deyirlər,hər sənətin,sənətkarın öz sirləri olur.Qocaman Qubalı ilə bağlı eşitdiklərimdən bəhs etmək istəyirəm. ...Ötən əsrin 60-cü illərinin sonu. Xoş bahar günlərindən biri. Qocaman hələ çox cavandır, coşğun arzuları,xəyalları yenə göylərdədir, gənclik enerjisinin aşıb daşan çağlarıdır. Çayqışlaq elinə növbəti toyun aparılmasına dəvət alıb. Bu məqsədlə də özünün musiqiçilər dəstəsi ilə yola çıxır. Salman yüksəkliyi adlanan yerdə ayaq saxlayaraq qara zurnanı hərəkətə gətirir. Zurnanın zil,aydın səsi hər tərəfə: dağ yamaclarına,dərələrə,bağlara,ormanlara dalğa-dalğa, aram-aram yayılır, Şabran çayı sularının şırıltısına qarışır. Hər yanda sakitlik idi.Təbiət isə xoş musiqi sədalarını ahəstəcə dinləyirdi. Yalnız Qarabulaqda bir səs eşidilirdi: orada daimi məskən salmış qartal səmada dövrələnib qıy vururdu; sanki o da zurnanın sədalarına səs verirdi. Musiqiçilər yol boyunca irəliləməyə başladılar. Qocaman ilk öncə zurnanın sədalarını sola yönəldərək,özü də bir neçə dəfə baş əyməklə həm baba yurdu,həm də ustadı Pənah kişinin məskəni sayılan Əliqulu yurduna öz ehtiramını bildirdi.Sonra isə zurnanın səsinə bir az da qüvvət verdi. O,zurnanın səsi ilə hər yana çatmaq və sanki hər yeri fəth etmək istəyirdi. Bunun üçün zurnanın sədalarını lazım bildiyi səmtlərə yönəldirdi. İlk hədəf kimi Kələnovun ən uca zirvəsi - Xanımbəyli yüksəkliyi nişanı alındı.Qısa anlar ərzində zurnanın yüksələn səsi Xanımbəyliyə dəyib ətrafa da böyük exo verdi. Bu,yüksəkliyin artıq "fəth edildiyini" göstərirdi. Ardınca isə Qocaman zurnanın sədalarını sağa tuşlamaqla Gilavar, Zeyvə yamaclarını və sola tuşlamaqla İsnovun,Xaspoladın təpələrini ram etdi. Sonra Qocaman gah sağ,gah sol əlinin barmaqlarını zurnanım üstündə gəzdirərək və musiqi alətinin sədalarını lap zilə qaldıraraq ən üzaq hədəfləri nişan aldı.Çox çəkmədi ki,musiqi sədaları Tənkəmər dağına,İdrisli dolaylarına,Gədik sirtinə dəydi və bu yerlər "alındı". Ardınca da həmlənin istiqaməti sağa-sola dəyişdirildi. Zurnanın səsi tezliklə Qorğan,Qazmalar,Pirəbədil ellərinə gedib çatdı. Növbədə isə sol istiqamətdəki sonuncu uzaq zirvə - Tamaşalı yüsəkliyi dururdu.Budur, Qocamanın güclü enerjisindən hərəkətə gələn zurna sədaları məsafələr qət edərək müəyyən anlardan sonra Tamaşalı zirvəsində də eşidildi və bununla sonuncu zirvə fəth edildi.Beləliklə,qısa bir vaxt ərzində ətrafdakı bütün yaxın-uzaq yerlər Usta Qocamanın qara zurnasının səsləndirdiyi musiqi sədalarının təsiri altına düşdü. Oxşar hallar Usta Qocaman tərəfindən on illər boyu təkrarlanmışdır.Yəqin burada da bir sirr,bir hikmət var. Bu sirri isə yalnız ustadlar bilir.
Deyirlər,hər sənətin,sənətkarın öz sirləri olur.Qocaman Qubalı ilə bağlı eşitdiklərimdən bəhs etmək istəyirəm. Ötən əsrin 60-cü illərinin sonu. Xoş bahar günlərindən biri. Qocaman hələ çox cavandır, coşğun arzuları,xəyalları yenə göylərdədir, gənclik enerjisinin aşıb daşan çağlarıdır. Çayqışlaq elinə növbəti toyun aparılmasına dəvət alıb.Bu məqsədlə başçılıq etdiyi musiqiçilər dəstəsi ilə yola çıxır. Salman yüksəkliyi adlanan yerdə ayaq saxlayaraq qara zurnanı hərəkətə gətirir. Zurnanın zil,aydın səsi hər tərəfə: dağ yamaclarına,dərələrə,bağlara,ormanlara dalğa-dalğa, aram-aram yayılır, Şabran çayı sularının şırıltısına qarışır. Hər tərəf xoş musiqi sədalarını ahəstəcə dinləyirdi. Bu zaman başqa bir səs də eşidilirdi.Bu Qarabulaqda daimi məskən salmış qartalın səsi idi.O,səmada dövrələnib qıy vururdu; sanki bununla da zurnanın sədalarına səs verirdi. Musiqiçilər isə yol boyunca irəliləməyə başladılar. Qocaman ilk öncə zurnanın sədalarını sola yönəldərək özü də bir neçə dəfə baş əyməklə həm baba yurdu,həmdə ustadı Pənah kişinin məskəni sayılan Əliqulu yurduna öz ehtiramını bildirdi.Sonra isə zurnanın səsinə bir az da qüvvət verdi.O, zurnanın səsi ilə hər yana çatmaq və sanki hər yeri fəth etmək istəyirdi. Bunun üçün zurnanı sədalarını lazım bildiyi səmtlərə yönəldirdi. İlk hədəf Kələnovun ən uca zirvəsi - Xanımbəyli yüksəkliyi idi.Çox keçmədi ki,zurnanın yüksələn səsi Xanımbəyliyə dəyib ətrafa da böyük exo verdi. Bu,yüksəkliyin artıq "fəth edildiyini" göstərirdi. Ardınca isə Qocaman zurnanın sədalarını sağa tuşlamaqla Gilavar, Zeyvə yamaclarını və sola tuşlamaqla İsnovun,Xaspoladın təpələrini ram etdi. Sonra Qocaman gah sağ,gah sol əlinin barmaqları ilə zurnanın üstündə gəzişmələr edərək və musiqi alətinin sədalarını lap zilə qaldıraraq ən üzaq hədəfləri nişan aldı.Çox çəkmədi ki,musiqi sədaları Tənkəmər dağına,İdrisli dolaylarına,Gədik sirtinə dəydi və bu yerlər "alındı". Ardınca da həmləni istiqaməti sağa-sola dəyişdirildi. Zurna sədaları tezliklə Qorğan,Qazmalar,Pirəbədil ellərinə gedib çatdı. Və nəhayət növbədə sol istiqamətdəki sonuncu uzaq zirvə - Tamaşalı yüksəkliyi dururdu.Budur, Qocamanın güclü enerjisindən hərəkətə gələn zurna sədaları məsafələr qət edərək müəyyən anlardan sonra Tamaşalı zirvəsində də eşidildi və sonuncu zirvə fəth edildi.Beləliklə,qısa bir vaxt ərzində ətrafdakı yaxın-uzaq ərazilər Usta Qocamanın qara zurnasının səsləndirdiyi musiqi sədalarının təsiri altına düşdü. Oxşar hallar Usta Qocaman tərəfindən on illər boyu təkrarlanmışdır.O, nə üçün belə edirdi? Yəqin burada da bir sirr,bir hikmət var. Bu sirri isə yalnız ustadlar bilir.
Qocaman Qubalının ifasını əks etdirən faylı internet vasitəsilə xalqımıza çatdırmaqla Nizami bəy gərəkli və xeyirxah iş görüb. Yoxsa, el sənətkarının adı zsiz-tozsuz unudulub gedəcəkdi. Odur ki, Nizami bəyə təşəkkür edirik. Qocaman Qubalı yaşadığı diyarın həyatında böyük rol oynayıb. Bu diyarın insanları onu həmişə və hər yerdə görmək istəyiblər. Çünki o, öz musiqiləri ilə insanlara xoş anlar yaşadıb, onları daim ruhlandırıb. Çoxları şahiddir ki, ötən əsrin 2-ci yarısında Usta Qocamanın yaşadığı mahaldatoyları, ziyafət məclislərini, həmçinin digər müxtəlif tədbirləri onsuz təsəvvür etmək mümkün deyildi. Onun musiqiçilər dəstəsinin istənilən məclisdə, tədbirdə iştirakı insanlar tərəfindən gözəl qarşılanıbdır, o səbəbdən ki, hər bir məclisə şuxluq,təravət,yaraşıq veribdir. Qocamanın yaxşı təşkilatçılığı da olub. 60-cı illərdə o, yerli musiqiçilərdən ibarət ilk ansambl yaradıb. Hansı ki, şimal bölgəsində uzun müddət el şənliklərini aparıb. Musiqiçilərin ansambl kimi ilk dəfə məclislərə gəlişi ilə bağlı xeyli xatirələr var. Belə xatırlayırlar ki, Qocamanın rəhbərlik etdiyi ansamblın ilk dəfə məclislərdə görünməsi o vaxtlar yerli əhali arasında böyük təəccüb doğurub. Bu, həm də rayon mühiti üçün həmin dövrdə yenilik idi. Yeni yaranmış ansamblın bütün üzvlərinin eyni cür geyinməsi, xüsusən də hər birində geyim əşyalarının eyni rəngdə olmasi insanların böyük maraq və diqqətinə səbəb olub. Hətta bu mahalın Həsəngeri obasından Abdal kişi təəccübünü gizlətməyərək yarı zarafat, yarı ciddi soruşub : "Mən bu işə lap məəttəl qalmışam. Ay Usta Qocaman, axı, nə təhər olur ki, hamınızda pencək eyni, köynək eyni, şalvar eyni, hətta ayaqqabılar da eynidir ? Məgər fabrilkər bu əşyaları elə Sizin üçün tikib göndərib ?" Usta Qocaman cavab olaraq Abdal kişiyə bildirir ki, biz indidən belə ansambl kimi fəaliyyət göstərəcəyik. Ansamblın isə müəyyən qaydaları, şərtləri var. Eyni geyinməyimiz də məhz bununla bağlıdır. El sənətkarı öz sənətini gənclərə həvəslə, təmənnasız olaraq öyrədib. Nəticədə isə bu diyarda bir neçə yeni musiqi kollektivi yaranıb. Onlardan tanınmış musiqiçi, həvəskar şair-bəstəkar İbrahim Qubalının və Əlikram Yarəliyevin başçılıq etdikləri musiqi kollektivləri şimal bölgəsində insanların böyük rəğbətini qazanıblar. Bu musiqiçilər Usta Qocaman məktəbinin layiqli davamçıları olmaqla, onun adını və sənətini daha yüksəklərə qaldırır və Doğma diyarı hər yerdə şərəflə təmsil edirlər.
Qocaman Qubalı öz musiqiləri ilə uzun müddət insanlara xoş əhval-ruhiyyə,sevinc gətirib.Bu səbəbdən onu yaşadığı diyarda həmişə arzulayırlar.Sənətkar barədə o qədər xoş təəssüratlar var ki... 2 belə təəssürat barədə hal şahidlərindən eşitdiklərimi diqqətə çatdırmaq istəyirəm. ... Əşrəfli obasında yaşayan Nənəxanım bibi bir gün öz evinin eyvanında yır-yığış edirdi. Birdən zurna səsini eşitdi.İşini saxlayıb qulaq asdı.Qocaman zurnasının səsini dərhal tanıdı.Sevincək halda qonşularını da xəbərdar etmək üçün çağırdı: "Ay Xurma arvad, ay Məryəm arvad! Bir eşiyə çıxın! Zurna səsinə diqqət yetirin! Gələn səslər Qocamanın çalğısıdır! Bizim Qocaman yenə toy aparmaq və camaatı sevindirmək üçün gəlib". Xurma arvad da musiqinin təsirindən məmnunluğunu gizlətmədən söyləyir: "Ay Nənə (onu hamı qısaca belə çağırırdı), zurna səsini eşidən kimi biz də sənə xəbər vermək istəyirdik. Səslənən musiqi elə Qocamanındır. Nə yaxşı ki, Qocaman yenə gəldi. Neçə gündən bəri elə bil qəlbimiz qırılmışdı. Allah köməyi olsun. Zurnasının səsini eşidən kimi ovqatımız dəyişdi. Ruhlandıq. İnamımız bərpa oldu. Sanki dünyanı bizə qaytardılar". Nənəxanım bibi isə gələn xoş musiqinin təsiri altında öz sadə və açıq eyvanında ürəkdən bir xeyli oynadı və yalnız bundan sonra işinə davam elədi... Usta Qocamanın zurna səsi doğma ellərdə belə qarşılanırdı. Bu, sadə insanların onun sənətinə böyük ehtiram və sevgisinin göstəricisidir. 2-ci təəssürat. ...Qızılı payızın lap əvvəli idi. Musiqiçilər dəstəsi ilə növbəti toya gedən Qocamanın Salman yüksəkliyindən havalandırdığı zurna səsləri Çayqışlaq elində də eşidildi.Bu yurdun sakini Əminə xala həmin vaxt həyətindəki təndirdə öz bağının meyvələrini qurudurdu. O, musiqi səsini eşidən kimi işini buraxıb qonşu çəpərinə doğru gedərək qonşusunu səslədi: "Ay Həmdulla kişi,haradasınız? Eşidirsinizmi, yenə Qocamanın zurnasının səsi gəlir! Ay allah, nə yaxşı ! " Heç vaxt zarafatından qalmayan Həmdulla dayı qonşusuna belə cavab verdi: "Ay arvad, get işinlə məşğul ol Təndirini sal və bağın meyvələrini qurut! Axı, zurna səsi sənin nəyinə lazımdır?" Əminə xala: "Elə demə, ay Həmdulla kişi! İşin öz yeri var. Amma indi Qocamanın xoş musiqisi məni elə şad edib ki, buradaca oynamağım gəlir" deyərək qollarını açıb təndirin həndəvərində oynamağa başladı... Ustad sənətkara və onun musiqilərinə bu diyarda olan rəğbət. məhəbbət insanların yaddaşında bax belə qalıb.
Bura musiqi anlayanda yazır ankamayanda Hecde ele deyil Demək indi musasir dövurdu gətirib zurnani ərəb fars türk barmaqlari nəfəsləri ilə ifa edirlər buda gugaki bir yenikidir Olsun nə deyirik ....Bu bu kişi qanunu zurna ifa edir Və senetkardir Zurna ilk əvvəl belə ifa olunub lap ilk öncədən
Xalq çoxluqdur. Kommentariyalardan da açıq-aydın görünür ki, xalqı təşkil edən çoxlıq Usta Qocamanın çaldıqlarını yaxşı gördüyünə və çox yaxşı dərk elədiyinə görə ona layiq olduği yaxşı qiyməti də verib. Rəy yazan diplomat,hüquqşünas, dövlət qulluqçusu,musiqişünas və yüksək intellektə malik digər peşə sahibləri ifanı bəyənmiş və müsbət rəy vermişlər. Kommentariyalardan da göründüyü kimi, təkcə bir nəfər öz xoşagəlməz ifadələri ilə başqa fikir söyləmiş və etikadan kənar, normal mədəni adama yaraşmayan sözlərlə özünü adını çəkdiyimiz yüksək peşə sahiblərindən üstün olduğunu göstərməyə çalışmışdır. Xoşagəlməz, qeyri-etik ifadələr, öz düşündüklərini hamıdan üstün tutmaq isə belə adamın özünə verdiyi ən doğrü qiymətdir.
Musiqi Sənəti və bu sahədə istedad insana Allah tərəfindən verilir.Usta Qocamana da bunları Böyük Yaradan bəxş edib.Onu tanıyanlar və müsiqisini dinləyənlər bunun Allah vergisi olduğunu gözəl başa düşürlər.Hətta bizim xoşumuz gəlsə də, gəlməsə də Qocaman yaxşı sənətkardır və onun sənəti xalq tərəfindən həmişə sevilib. Buna görə də Uca Allahın lazım bilib Qocamana verdiklərinə və xalqın böyük əksəriyyətinin bu sənətkarla bağlı fikirlərinə müsbət yanaşmaq lazımdır. (Hörmətlə Elsevər).
Allah sənə rəhmət eləsin böyük Tat sənətkarı.Elin ağsaqqalı.Belə vodeoları yerləşdirən qardaş da var olsun.Insanlar bu videoda təkcə el sənətkarını yox,insanların necə utancaq və əxlaqlı,olduğlarını görürük xüsusən də,qadınların videokameradan utandığlarının şahidi oluruq.Əsl əxlaq,tərbiyə nümunəsi Qubalılarım var olasınız.
bu vidyoda men rehmetlik babami gordum gonsularimi gordum hansiki adlarin esifdmisdim uzden gordum sevindim saqolsun bu vidyonu bura yerlesdiren insan
Nefesin hec vaxt tukenmesin ay usda ne gozel ifa gozel nefes bela usdalardan hele oyrenmeliyik
Qocaman Qubalı sözün həqiqi mənasında böyük və ustad sənətkardır.Onun sənəti xoş günlərdə də,çətin günlərdə də öz xalqı ilə bir yerdə olub.Lap gənc yaşlarından başlayaraq 50 ildən çox bir müddətdə toylarımızı,bayramlarımızı və digər el şənliklərini bəzəyib,onlara xoş ahəng verib.Allah bilir bu müddətdə neçə min toyda-şənlikdə olub,insanları öz gözəl,misilsiz sənəti ilə sevindirib.Ustad Qocamanın nəfəs alətlərində,xüsusən qara zurnada,klarnetdə və balabanda ifa etdiyi musiqilər bu yurdun insanlarına ana laylası qədər şirin,doğma və əzizdir.Ustad sənətkarımıza eşq olsun! Allah onun canını sağ eləsin! Elimizin ona və onun gözəl sənətinə hələ böyük ehtiyacı var!
Səslənən musiqi Usta Qocamanın unudulmaz ifalarından biridir.O, insanlara çox-çox sevilən
saysız-hesabsız musiqilər bəxş edib.
Qocaman Qubalı el-obamızın fəxri, böyük və gözəl sənətkarıdır. Ona cansağlığı arzulayırıq.
Ömrü uzun olsun Ustadın !
Ggqgwgwgwgwwgwgwfgwgsft☺😍☺☺🤩☺🤩☺🙂🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙃😊🙃🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊🙂🙂😊🙃😊🙃😊🙃😊🙂😊🙃😊🙂😊🙂😊🙂😊🙂😊🙂🙂😊
SİZİ ŞABRAN ELİNDƏN SALAMLAYIRAM. ALLAH CAN SAĞLIĞI VERSİN . YAŞA.
Durnalar köç edib gedirlər... Müdrik bir xalq hikmətində belə deyilir.
Əslində insan həyatı da belədir. İnsan bir vaxt həyata gəlir və vaxt-vədə gəlib yetişəndə həyatdan köçür. Həyatın bu əbədi qanunu isə dəyişməz olaraq qalır və daim təkrarlanır.
Bizim diyarın ağsaqqalı, böyük insan, xalqın sevimlisi, 60 ilə yaxın bir dövr ərzində el şənliklərinin əsas aparıcısı və xalq musiqisi alətlərinin istedadlı ifaçısı Usta Qocaman bu günlərdə həyatdan getmişdir. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
___________________________________________________
Летят журавли... Так гласит народный мудрость.
На самом деле и человеческая жизнь тоже так: человек появляется на свет и когда-то уходит.
На днях ушел из жизни аксаккал нашего края, прекрасный человек, любимец народа, человек, который 60 лет был ведущим во всех народных весельях, талантливый исполнитель народной музыки Уста Годжаман. Аллах рехмет елесин.
Qocaman Qubalı elimizin böyük sənətkarıdır, dağlarımızın qartalıdır. Uzun müddət toylarımızın və digər şənliklərimizin yaraşığı olub bu kişi. İfalarında bir doğmalıq var, şirinlik var, cazibədarlıq var. Onun bütün müsiqiləri insanlara ruh verir, xoş ovqat bəxş edir.
Yaşadığı bölgədə Usta Qocaman adı ilə tanınır. O, doğma yurdun təranələri silsiləsinə daxil olan bir çox gözəl müsiqilərin mahir ifaçısıdır. Həm keçmiş oyun havalarını, həm də son dövrün musiqilərini böyük şövqlə,ustalıqla ifa edir. Onun sənəti həmişə sevilib. Qazandığı hörmətin, nüfuzun nəticəsidir ki,Ustad sənətkar bu mahalda hamı tərəfindən arzu olunan insandır.
Yarım əsrə yaxın bir dövr ərzində insanlarımız onun ifalarının xoş təsirini hiss ediblər və onlardan ruh alıb yaşayıblar. İnsanların Usta Qocamanı necə arzuladıqları, musiqilərini vaxtaşırı eşitməyəndə isə qəribsədıkləri barədə yerli əhali arasında hətta aşağıdakı xatirələr mövcuddur:
... 40 il oncə May ayının əvvəllərində istirahət günlərindən biri idi. Kələnov mahalında növbəti toyu aparmağa gedirdi. Həmişə olduğu kimi, Salman yüksəkliyinə çatanda musiqiçilərin müşayiəti ilə Ustanın zurna səsi ətrafa yayıldı.(Bununla toyun başlandığını ətraf kəndlərə də çatdırırdı). Saat 10-11 olardı.Bu vaxt Mahmudqışlaq obasında öz həyət-bacasını yır-yığış edən Güllər xala əvvəlcə çox pərişan görünürdü. Nurani görkəmə malik bu xanım narahatlığını gizlədə bilmir və tez-tez o tərəfə-bu tərəfə baxırdı.Özünü inamsız hiss edirdi. Sanki nəsə çatmırdı. Ev güneydə yerləşdiyi üçün günəşin qızılı şüaları düz buraya düşürdü.Bahar çağı olduğundan hər tərəf yaşıllığa,gül-çiçəyə bürünmüşdü. Əsən xəfif meh kəndlə üzbəüz sahələrdən,Kələnov yamaclarından gül-çiçəyin xoş ətrini gətirirdi. Şəki yeri,Mirzəli dərəsi,Balabağ yeri adlanan sahələri al lalələrdən qırmızı rəngə boyanmışdı. Səhərdən xeyli vaxt keçdiyindən Xanımbəyli yüksəkliyində otlayan mal-qara, qoyun-quzu sürüləri də yavaş-yavaş aşağıya,su mənbəyinə sayılan Keş suyuna qayıtmağa başlayırdılar.
Güllər xala əlini alnına qoyaraq yenidən Xanımbəyli yüksəkliyinə baxdı. Tez-tez müşahidə etdiyi mənzərənin şahidi oldu: Nəcməddin kişini at belində yenə yüksəklikdə gördü. Uca boylu və şux qamətli, əsl hərbçini xatırladan Nəcməddin kişi at belində dağın zirvəsində daha da uca görünürdü. O, zirvədən ətraf yerləri xeyli seyr etdikdən sonra atdan düşdü və atını yedəyində çəkərək yamaclardan aşağı enməyə başladı.(Həmin kişi həqiqətən də neçə illərdən bəri bu yerləri beləcə gəzib dolaşar və ardınca da yüksəkliyin ətəyində yerləşən düzəngahda xeyli dincələrdi).
Məhz belə bir anda Kələnovdan gələn qara zurnanın səsi Güllər xalanı fikirlərdən ayırdı. Neçə illər boyunca eşitdiyi bu xoş səs onun ovqatını düzəltdi. Onda şən əhval-ruhiyyə yaratdı.Həyata, yaşamağa olan inamını qaytardı.Məhz o zaman dediyi bu sözlər indiyədək yaddaşlarda qalıb: “Ölüm sənin üçün ay Qocaman! Bu neçə vaxtda harada idin? Zurnanın səsi niyə gəlmirdi? Əhvalım əməlli-başlı pozulmuşdu. Belə vaxtda nə yaxşı ki, zurnanın səsi gəldi. Sanki yenidən mənə həyat bəxş etdin”.
Usta Qocaman musiqisinin təsiri sayəsində ovqatı düzələn və yaşamağa inamı artan Güllər xala bir daha başa düşdü ki,yaşamaq necə də gözəldir.
Qocaman Qubalının təsir gücü bax belə olub.Onun zurnasının ruhverici səsinə alışmış insanlar bu ecazkar səsi vaxtlı-vaxtında eşitmədikdə Güllər xala kimi qəribsəyir, daim Qocamanı görmək və onun mənəvi qida verən musiqilərini tez-tez eşitmək istəyiblər.
. . . ... ...
... Xatırladığımız bu olaydan sonra İllər keçdi, Güllər xala həyatını dəyişdi. Nəcməddin kişi də zirvədə at belində bir daha görünmədi və hər dəfə atdan düşüb dincəldiyi Ağa yeri adlanan düzəngahda o, həmişəlik məskən salaraq əbədi yuxuya getdi...
Xatırələr, Güllər xalanın dediyi sözlər isə yaddaşlarda qaldı. Sevimli sənətkarımız Qocaman haqqında, onun xalqına sıx bağlı olan sənəti haqqında təəssüratlar həmişə dillərdədir.
Böyük ustada və elimizin ağsaqqalına, dağlarımızın qartalına möhkəm cansağlığı arzulayırıq.
Allah sene rehmet etsin,senetkar.Qubanın fexri.
Saq ol ay ustad. Allah bu nəfəsi sizdən əskik eləməsin. 2021.
Qocaman dayı Allah sizə can saqlıqı versin. siz elimizin böyük sənətkarısız
Bu video ilə bağlı Elsevər Seyidov öz paylaşmasında Çayqışlaq kəndi ərazisindəki Qarabulaqda daimi məskən salan qartalın adını çəkib.
Orada həqiqətən neçə zamanlardan bəri qartal yuvası olmuşdur. Həm oradakı qartallar, həm də olub keçən hadisələr haqqında öz fikirlərimizi bölüşdürmək istəyirik.
Əsrlərlə buranı özləri üçün yaşam yeri seçmiş qartallar bu diyarda yeni nəsillər artırmış və daim Çayqışlağın,Alpoutun səmasında, meşə və dağ silsilələrinin üzərində dövrə vuraraq öz varlıqlarını göstərmişlər. Onların bu diyarda canlı aləmin daimi üzvləri olduqlarına yerli sakinlər də öyrəşmişdilər. Hətta qartalları Qarabulağın yaraşığı adlandırırdılar.
Deyilənlərə görə, qartal yuvası ən hündür ağacın lap zirvəsində idi. Ağacın 4 metrə yaxın gövdəsi heç bir əl tutan yer olmadığından və həmçinin çox sürüşkən olduğundan heç kəs həmin ağaca dırmaşa bilmirdi.
Balalar yumurtadan çıxandan sonra qartal öz körpələrini yedizdirməli idi. Buna görə də çöldəki canlıları ovlamaqla yanaşı, ətraf kəndlərdən ev quşlarını, körpə quzuları da caynağına alıb yuvaya gətirir və balalarını yemləyirdi. Ev quşlarının və quzuların qartal tərəfindən aparılmasından bir dəfə kənd sakinləri bərk qəzəblənirlər. Cavanlara məsləhət görürlər ki, gedib qartalın yuvasını dağıtsınlar. Xeyli sayda cavanlar yuvanın oduğu ağaca dırmaşmağa cəhd edir, lakin heç biri ağaca qalxa bilmir.
Belə məqamda Rəcəb kişi yada düşür.Çünki o, pəhləvan cüssəli və çətinliklərdən qorxmayan bir adam idi. Kənd sakinləri bir ağızdan deyirlər ki, həmin ağaca dırmaşmaq hər kişinin işi deyil, bu işin öhdəsindən yalnız Rəcəb gələ bilər. Məsələni Rəcəb kişiyə bildirəndə dərhal yarı zarafat-yarı gerçək cavab verir ki, belə işlər ölüb mənim əlimdə! Əgər mən istəsəm, bir yox,lap yüz qartalın da yuvasını dağıda bilərəm! Kənd sakinlərindən biri dübarə soruşur ki, Ay Rəcəb,deməli, sən bu işi də görə bilərsən? Özünə güvənən Rəcəb şaqqanaq çəkib gülümsəyir və deyir: “Onu daha deməzlər, onu eləyərlər!”
Rəcəb sözünə əməl etmək üçün yuvanın olduğu ağaca yaxınlaşır və ağacın sürüşkən,hündür gövdəsindən müəyyən fəndlə yuxarı dırmaşır. Nəhayət ağacın ən hündür zirvəsində yuvaya çatır.Yuva həqiqətən çox böyük və keçilməz idi. Bundan əlavə, valideyn qartallar hücum da edə bilərdilər. Lakin həmin momentdə uzaqda olduqlarından gəlib çıxmadılar. Rəcəb öz təcrübəsində həmişə maneələrin öhdəsindən gəldiyi üçün bu dəfə də çətinlik çəkmədi. Çoxlu sayda ağac budaqlarından və qurumuş tikanlı kollardan düzəldilmiş böyük yuvanın içərisinə girdi. Yuvada qartalın 2 ətcə balası var idi, yem gözləyirdilər. Körpə balaları görən kimi Rəcəb dərin düşüncələrə getdi. Axı, bu balalar böyüyəcək və digər qartallar kimi cəsurluq,ucalıq,saflıq simvoluna çevriləcəklər. İndi isə onların yuvasını uçurmaq günah olardı. Digər tərəfdən, Rəcəb cəsarətinə,məğrurluğuna, gücünə və yaşam tərzinə görə öz həyatını qartalların həyatına oxşadırdı. Bu balalar gələcəkdə onun özü kimi cəsur,güclü və çevik olacaqdılar. Fikirləşdi ki, mən özüm də qartal kimi böyüyüb yaşamışam, ona görə də qartal yuvasını dağıtmaq mənim məsləkimə uyğun deyil. İndiki yuvada pərvazlanıb böyüyən qartallar gələcəkdə bu yerlərin gözəl təbiətinin harmoniyasını təmin edəcəklər.
Rəcəb yuvanı dağıtmadan aşağı düşür. Ağacın altında xeyli oturur və çoxlu xatirələr,olub-keçənlər,ağsaqqallardan eşitdiyi rəvayətlər yadına düşür. Elə bu vaxt qartal caynağında gətirdiyi ov ilə öz yuvasına qonur, əvvəlcə diqqətini üzü aşağı Rəcəbə tuşlayır, sanki bir arxayınlıq duyduqdan sonra isə balalarını yemləməyə başlayır. Rəcəb də bu mənzərəyə tamaşa edə-edə yavaş-yavaş oradan uzaqlaşır.
Sonrakı illərdə də o, tez-tez buraya gələrək qartallar yuvasını və səma ovçularının göydə necə dövrə vurduqlarını seyr edərdi.
Ümumiyyətlə, Rəcəb çox cəld və güclü kişi idi. O qədər güclü idi ki, birlikdə 5 cavan onun qolunu bura bilmirdi.
Elə Usta Qocamanın apardığı toyların əksəriyyətində toyxanada sərpayı (ayaqüstü) olurdu. O vaxtlarda toyxanalar ağacdan düzəldilmiş uzun açıq çadırlarda olurdu və toylar çox gurultulu,təlatümlü,böyük coşqu ilə keçirdi. Camaat uşaqdan böyüyədək hamılıqla toyxanaya toplaşardılar.Adəti üzrə qadınlar,azyaşlı uşaqlar və yaşlı kişilər oturar, digərləri isə çadır ətrafında dayanıb toya tamaşa edərdilər. Toylar o qədər gur və coşqulu keçirdi ki, hətta çadır da lərzəyə gələrək az qala yerində yellənirdi.Belə hallarda toyu idarə etmək çox çətin idi. Amma öz gücünə güvənən Rəcəb kişi bu işin öhdəsindən asanlıqla gəlirdi. Toy sahibləri də Rəcəbi buna görə meydanda ayaqüstü təyin edirdilər. O dövrdə toylarda videolar çəkilmədiyindən o vaxtkı təlatümü,coşqunu indi təsəvvürə gətirmək mümkün deyil. Toylardakı təlatümlərin,insan selinin qarşısında yalnız Rəcəb kişi dura bilirdi. Yaddaşlarda belə qalıb ki, hər toyun başlanğıcında Rəcəb kişi özü meydanda tək xeyli rəqs edərdi, ardınca da sifariş verənləri növbə ilə meydana dəvət edərdi. Hətta kimin kimlərlə rəqs edəcəyini yaxşı bildiyi üçün rəqsə başlayanı gözləmədən elə özü oynaya-oynaya gəlib həmin adamların qabağında dayanar və müəyyən işarələrlə meydana çağırardı. Toyun yaxşı getdiyi məqamlarda vaxtaşırı əlini üzü yuxarı saçlarına çəkər və bununla həm öz işindən, həm də məclisin gedişindən razıı qaldığını büruzə verərdi.Toylar üçün onun xüsusi geyimi var idi. Camaat həmin geyimi görməyə o qədər vərdiş etmişdi ki, Rəcəb kişini bu geymdə görən kimi onun hansısa şadlıq məclisinə hazırlaşdığını yəqin edirdilər. Belə hallar on illərlə davam etmişdir.
Məclislərin birində cavan bir oğlan toyxanada qaydanı pozur və Rəcəb kişinin üstünə cumur. Oğlanı geriyə çəkib sakitləşdirmək istəsələr də, o, inadından əl çəkməyərək yenidən Rəcəb kişinin üstünə şığıyır. Rəcəb bir göz qırpımında həmin cavanı qatlayıb dizi altına qoyur. Oğlan ayağa durandan sonra xəcalətindən toyxananı tərk edir.
O dövrlərdə toyxanaları sərrastcasına və müəyyən etdiyi qayda ilə idarə etmək bacarığına görə Rəcəb kişini Ded Roman adlandırırdılar. Deyilənlərə görə, onun idarə etdiyi toyxanalarda heç kəs qoyulan qaydaları pozmağa, artıq-əksig danışmağa cürət etmirdi. Onun gücünə, bacarığına bələd olanların bir hissəsi onu pələng, bir hissəsi isə aslan (şir) sayırdılar.
Onu zəhmətkeş və xeyirxah adam kimi də tanıyırdılar. Camaatın xeyir-şərinə yarayırdı, hamı ilə yaxınlıq edirdi,hər kəsə köməklik göstərməyə çalışırdı.
Rəcəb kişi həyatının müəyyən dövrlərində Rusiyada ticarətlə məşğul olmuş, son illərdə isə kiçik sahibkarlıq fəaliyyəti göstərmişdir.
Sağlam və enerjili olan Rəcəb kişini yaşadığı kənddə heç vaxt, hətta ömrünün sonlarında da heç kim xəstə görməyib.Daim ayaq üstə və hərəkətdə olub. Həyatının lap sonlarına yaxın şəxsi maşını olan bir nəfərə zəng edərək yanına çağırır və İlyasqulu adlanan qəbristanlığa aparılmasını xahiş edir. Maşın sahibi normal əhval-ruhiyyədə olan Rəcəb kişini maşınla qəbristanlığa gətirir. Dua edəndən sonra yaxın adamlarının qəbir daşlarına baxır və “Bu dünyada sonuncu dəfə sizinlə vidalaşmaq üçün gəlmişəm” sözlərini deyərək baş daşlarını bir-bir öpür. Ardınca isə boş yerdə özü üçün qəbir yerini göstərərək bildirir ki, 5 gündən sonra mən öləcəyəm, məni burada dəfn edərsiniz.
Bu sözlərdən maşın sahibi xeyli təəccüblənir ki, bu kişi hələ sağlamdır, necə yəni 5 gündən sonra öləcəyəm? Axı, bu,necə ola bilər?
Rəcəb kişinin dediklərinə heç cür inanmaq istəmədi. Nə isə qayıdıb evlərinə gəldilər.
Bundan sonra qonşuları hələ bir neçə gün Rəcəb kişini həyətdə gördülər.
5-ci günün tamamında qəflətən kəndə xəbər yayıldı ki, Rəcəb kişi indicə rəhmətə getdi. Maşını ilə Rəcəb kişini qəbristanlığa aparan şəxs rəhmətliyin 5 gün öncədən dediklərini və ölümünün dəqiq vaxtını bildiyini hamıya danışdı. Rəhmətə gedəni kənd camaatı böyük ehtiramla dəfn etdilər.
Beləliklə, Rəcəb kişi bir neçə il əvvəl dünyasını dəyişdi. Onun ölümündən sonra kənd sakinləri digər bir qəribə halın şahidi oldular: Rəcəbin dünyadan köçməsi ilə eyni vaxtda Qarabulaqdakı qartal yuvası da naməlum şəkildə yoxa çıxdı, on illər boyunca hündür ağacın zirvəsindəki qartalları görməyə vərdiş etmiş yerli sakinlər bir daha qartalları bu məkanda görmədilər. Rəcəb kişinin dünyadan köçməsi ilə qartallar da Qarabulaqdan həmişəlik köçüb getmişdilər. Görünür, qartallar da öz köçünü Rəcəb kişinin dünyadan köçdüyü vaxta saxlayıblarmış.
Ay Sahin Seyidov Allah səni saxlasın.sən lap kitab yazdın ki.amma mən heç bilmədim Seyidov Şahin kimdir.
@@В.И.Ленин-н3ю Çox təşəkkür edirik ki, yazılanlara və onun müəllifinə belə yaxşı diqqətlə yanaşırsıniz. Olduqca məmnun qaldıq ki, bizim yazdıqlarımız sosial şəbəkədə maraqla və həssaslıqla oxunur və izləyicilərimiz də öz rəylərini bildirirlər. Sizin rəyiniz bizim üçün dəyərli və önəmlidir.
Bütün dünyada geniş yayılan sosial şəbəkələr, o cümlədən TH-cam ondan ötrüdür ki, hər bir şəxs öz fikirlərini sərbəst surətdə paylaşa bilsin. Özü də sosial şəbəkələrin qaydalarında yazının kiçikliyi və ya böyüklüyü ilə bağlı heç bir məhdudiyyət qoyumayıb, kim hansı formada istəyirsə, öz fikrini,düşündüklərini ifadə edlə bilər.Buna görə biz də öz fikirlərimizi bir qədər böyük həcmdə (lap elə Sizin dediyiniz kitab kimi) paylaşmışıq.
Coxusu rehmete gedib..KERIM KIWI HACI KIWI EDALET KAMIL KIWI
Qocaman Qubalı Kələnov mahalında yaşamış böyük el sənətkarı və
ömrünü bu diyarda xeyirxah,nəcib əməllərə sərf etmiş ad-san sahibi
Ustad Pənahın əvəzsiz davamçısıdır. Öz ustadından musiqi sənətini incəliklərinədək
öyrənən Qocaman hələ gənc ikən bu sənətin zirvələrinə gedib çatmışdır.
Onun sənəti doğma ellərdən qaynaqlanmaqla daim el-obası ilə sıx bağlı
olmuş və yarım əsrdən çox bir zaman kəsiyində insanlara xidmət etmişdir.
Tanıyanların nəzərində Qocaman sənəti həmişəlik zirvədədir! Hətta bu yurdun
insanlarından böyük hissəsi Qocamanı qartala bənzədirlər.Qartal isə ucalıq,
məğrurluq,saflıq simvoludur. Hazırda isə sənətkar ömrünün müdriklik və ağsaqqallıq
çağlarını yaşayır. Lakin Ustad Qocaman qartal olaraq yenə zirvələrdədir.O,yenə də bu diyarın səmasında qanadlarını geniş açaraq dövrə vurur,hər tərəfi böyük diqqətlə
seyr etməkdə davam edir və insanlara,xüsusən gənclərə yenə də əzəmət və saflıq
nümunəsi göstərir.
Yuxarıdakı yazıda Ali Babayevin Kələnovlu olması barədə heç nə deyilməyib. Yazının müəllifinə gəldikdə, o, heç vaxt Zərqava da yaşamayıb və buna görə Zərqavada heç kimlə də divar qonşusu olmayıb. Onun babası əslən Kələnovdan olub və çoxdan Bakıya köçüblər. Sözü gedən Əli Babayevin özü isə geniş erudisiyalı bir gəncdir.Əvvəlcə Diplomatik Akademiyada oxumuş və öz sahəsi üzrə ən yüksək ixtisas almaq məqsədilə hazırda Türkiyənin aparıcı universitetlərindən birində təhsil alır. Ustad Qocaman barədə həm öz valideynlərindən,yaxınlarından,tanışlarından olduqca çox məlumat eşidib, həm də özü müxtəlif məclislərdə iştirak edərək bu Ustad sənətkarın musiqilərini dinləmişdir. Nəticədə eşitdiklərini,gördüklərini və əldə etdiyi geniş informasiyaları ümumiləşdirərək elimizin ağsaqqalı, Ustad Qocaman barədə öz fikirlərini paylaşmışdır.
Əvvəl yazmışdınız ki, "BABAMGİLNEN DİVAR QONŞU OLUB ZERQOVADA" və indi isə deyirsiniz ki, "BİZİMLE QONŞUDUR". Əvvəla Sizin babanızın dövründə hələ heç bir kənddə, o cümlədən Zərqavada divar (yəni zabor) olmayıb. Yalnız çəpərlər olub.Özü də qaratikandan və digər tikanlı ağaclardan. 2-cisi də həmin yazıda Qocamanın haralı olması və kiminlə qonşu olması məsələsi qoyulmayıb. Qocaman barədə çox bilgili olan Ali Babayev isə yazmayıb ki, Qocaman Kələnovda yaşayıb və ya yaşayır.
Yaxşı olardı ki,yazını diqqətlə oxuyun və səhv etməyin.
Hörmətli Ali müəllim öz yazısında Qocamanın hələ gənc ikən müsiqi sənətindəki uğurlarından və bu sənətinə görə də el-oba arasında yaxşı hörmət qazandığından bəhs etmişdir. Kələnov adının çəkilməsinə gəldikdə isə Ali müəllim yazıb ki, Qocaman Qubalı Kələnov mahalında yaşamış böyük el sənətkarı və ömrünü bu diyarda xeyirxah.nəcib əməllərə sərf etmiş ad-san sahibi Ustad Pənahın əvəzsiz davamçısıdır.
Kimdir Ustad Pənah? O, təkcə musiqi üzrə deyil, bütün sahələr üzrə öz dövründə çox böyük sənətkar olub.Kələnovda yaşayıb. Elə Qocaman da musiqi sənətini ondan öyrənib,daha doğrusu onun şagirdi olub.Qocaman kişi də həmişə etiraf edir ki,Ustad Pənahdan dərs alıb və sonra da bu sənəti usta İbrahimə və başqalarına öyrədib.
Pənah kişi əvvəlcə bir müddət Kələnov kəndinə aid olan Əliqulu qışlağında yaşayıb və sonra Kələnovda ev tikərək ömrünün əksər hissəsini burada keçirib. Qocamanın babası olan Gülyar kişi də Əliqulu qışlağında Pənahla qonşu olub.Babasının yanında olarkən Qocaman Ustad Pənahın yanına gedib şagirdliyə başlayır və onun bu şagirdliyi sonrakı illərdə Pənahın Kələnova köçdüyü illərdə davam etmişdir.
Hətta bu fayl barədə Elvesər Seyidovun da paylaşdığı fikirlərdə bildirilir ki, Qocaman Salman təpəliyinə çatanda zurna sədalarını sola yönəldərək və bir neçə dəfə baş əyərək həm doğma baba yurdu və həm də Ustadı Pənah kişinin ilkin məskəni sayılan Əliqulu obasına öz ehtiramını göstərib. Elə Elsevər müəllim də Qocamanı yaxşı tanıdığına görə belə yazıb.Onun yazısından məlum olur ki, Çayqışlaqdan aldığı dəvət əsasında toy aparmaq üçün Qocaman öz dəstəsi ilə yola çıxır və o zamanlar Zərqavadan çıxışı eyni olan Kələnov-Çayqışlaq yolu ilə hərəkət edir.Əliqulu obası isə həmin yoldan solda qaldığı üçün Qocaman da zurna sədalarını ilk əvvəl elə Əliqulu yurduna yönəldir.
Ustad Pənah zərqavalı Hacı Kamalın qaynatası olub.Allah rəhmət eləsin.Qəbri nurla dolsun Ustad Pənahın! Sənətkarlar haqqında, yaxşı insanlar haqqında həmişə xoş sözlər deyilir,belə insanların əməlləri həmişəlik xoş xatırələrə çevrilirlər.
Siz isə Qocaman və Ustadı Pənah barədə yazılmış sözləri səhv salmayın. Adı çəkilən hər 2 sənətkar yaşadıqları dövrdə böyük hörmət qazanaraq insanlarımızın yaddaşlarına daimi düşüblər. Belə sənətkarlar haqqında isə xoş sözlər söyləmək lazımdır. Onların haralı olması məsələsi üzərində baş sındırmağa ehtiyac yoxdur.Əsas budur ki, hər 2 sənətkar nəyə layiq olduqlarını öz zamanlarında hamıya göstəriblər və hamı da onları yaxşı sənətkar kimi qəbul edib.
Siz tək Qocamanı və bir də ailəsini tanıyırsınız. Qocaman barədə yazanlar isə onu Sizdən yaxşı tanıyırlar ki, onun haqqında da bu qədər geniş,ətraflı məlumatlar yazırlar. Əgər Qocamanı belə yaxşı tanımasaydılar, çoxlu da yazmazdılar. Özü də onlar təmiz azərbaycan dilində yazıblar.Siz isə hələ bilinmir ki, hansı dildə,hansı əlifba ilə yazırsınız. Yuxarıdakı müəlliflər necə yazıblarsa,Siz də onlar kimi öz ana dilinizdə.öz əlifbanızla yazmağı öyrənin. Sonra isə Qocamanın haralı olması və zaborunun nədən tikildiyi,nə vaxt tikildiyi məsələsini qaldırarsınız.
Əvvəl yazmışdınız ki,babamgilnen divar qonşu olub.Sonra yazırsınız ki, bizimlə qonşudur.Sizin hansı sözünüzə inanaq? "Divar qonşu olub" sözünün mənası o deməkdir ki, babanla əvvəllər qonşu olub.Əgər babanızla o vaxtlar qonşu olubsa, deməli arada zabor yox,çəpər olub. Özü də "divar qonşı" şəhər və böyük qəsəbələrdə olur. Divar qonşusunu çox mənzilli və çox mərtəbəli binalarda yaşayanlar bir-birinə deyirlər.Zərqavada isə çoxmənzilli bina yoxdur.
Qocamanın zaboru son vaxtlarda tikilib.Yaşar və Ruslan tərəfindən. Qocaman hazırda da heç kimlə divar qonşu deyil. Çünki onun evi fərdi evdir və nə Sizin ,nə də babanızın evinə bitişik olmadığı üçün heç kimlə divar qonşusu sayılmır. Ona görə də hər hansı fikir söyləyəndə diqqətli olmaq və düz yazmaq lazımdır.Azərbaycan dilində yazmağı da öyrənin.
Xahiş edirik azərbaycan dilində normal yazın ki, Sizi yaxşı başa düşsünlər. Əgər hər şeyi yaxşı bilirsinizsə, yaxşı təssüratlar,xoş sözlər işlədin. Musiqi elə sənətdir ki, onu qazanmaq olmur.Musiqi istedaddır.Allah tərəfindən verilir.Qocamana da musiqi istedadını Böyük Allah verib. Ona görə də Allahın elədiklərinə qarşı çıxmaq olmaz. Allahın verdiklərinə və Usta Qocamanın bizim el-oba üçün elədiklərinə xoş münasibət göstərmək lazımdır, onun harada yaşamasının məsələyə heç bir dəxli yoxdur.Əsas budur ki, QOCAMAN YAXŞI SƏNƏTKAR KİMİ YADDAŞLARDA QALIB VƏ YAŞADIĞI EL-OBANIN ADINA ŞƏRƏF GƏTİRİB. İNSANLARIMIZ DA ONUNLA VƏ ONUN SƏNƏTİ İLƏ FƏXR EDİRLƏR.
Dialoq aparanda nəzakət qaydalarını gözləmək lazımdır. Kobud ifadələr işlədilməsi həmin şəxsin intellektual səviyyəsini göstərir.Siz isə əgər hər şeyi belə yaxşı bilirsinizsə, normal azərbaycan dilində yazın və fikirlərinizi də mədəni şəkildə çatdırmağa çalışın.
@@agababayev677kələnov mahalı 😂 Haçandan mahal olub Quba xanlığında 😂
YAŞA USTAD
Агсаггалымыз вар олсун! Яша!!!
Allah rəhmət eləsin
Deyirlər,hər sənətin,sənətkarın öz sirləri olur.Qocaman Qubalı ilə bağlı eşitdiklərimdən bəhs etmək istəyirəm.
...Ötən əsrin 60-cü illərinin sonu. Xoş bahar günlərindən biri. Qocaman
hələ çox cavandır, coşğun arzuları,xəyalları yenə göylərdədir, gənclik enerjisinin aşıb daşan çağlarıdır. Çayqışlaq elinə növbəti toyun aparılmasına dəvət alıb. Bu məqsədlə də özünün musiqiçilər dəstəsi ilə yola çıxır. Salman yüksəkliyi adlanan yerdə ayaq saxlayaraq qara zurnanı hərəkətə gətirir. Zurnanın zil,aydın səsi hər tərəfə: dağ yamaclarına,dərələrə,bağlara,ormanlara dalğa-dalğa, aram-aram yayılır, Şabran çayı sularının şırıltısına qarışır.
Hər yanda sakitlik idi.Təbiət isə xoş musiqi sədalarını ahəstəcə dinləyirdi. Yalnız Qarabulaqda bir səs eşidilirdi: orada daimi məskən salmış qartal səmada dövrələnib qıy vururdu; sanki o da zurnanın sədalarına səs verirdi.
Musiqiçilər yol boyunca irəliləməyə başladılar. Qocaman ilk öncə zurnanın sədalarını sola yönəldərək,özü də bir neçə dəfə baş əyməklə həm baba yurdu,həm də ustadı Pənah kişinin məskəni sayılan Əliqulu yurduna öz ehtiramını bildirdi.Sonra isə zurnanın səsinə bir az da qüvvət verdi. O,zurnanın səsi ilə hər yana çatmaq və sanki hər yeri fəth etmək istəyirdi. Bunun üçün zurnanın sədalarını lazım bildiyi səmtlərə yönəldirdi.
İlk hədəf kimi Kələnovun ən uca zirvəsi - Xanımbəyli yüksəkliyi nişanı alındı.Qısa anlar ərzində zurnanın yüksələn səsi Xanımbəyliyə dəyib ətrafa da böyük exo verdi. Bu,yüksəkliyin artıq "fəth edildiyini" göstərirdi. Ardınca isə Qocaman zurnanın sədalarını sağa tuşlamaqla Gilavar, Zeyvə yamaclarını və sola tuşlamaqla İsnovun,Xaspoladın təpələrini ram etdi.
Sonra Qocaman gah sağ,gah sol əlinin barmaqlarını zurnanım üstündə gəzdirərək və musiqi alətinin sədalarını lap zilə qaldıraraq ən üzaq hədəfləri nişan aldı.Çox çəkmədi ki,musiqi sədaları Tənkəmər dağına,İdrisli dolaylarına,Gədik sirtinə dəydi və bu yerlər "alındı". Ardınca da həmlənin istiqaməti sağa-sola dəyişdirildi. Zurnanın səsi tezliklə Qorğan,Qazmalar,Pirəbədil ellərinə gedib çatdı. Növbədə isə sol istiqamətdəki sonuncu uzaq zirvə - Tamaşalı yüsəkliyi dururdu.Budur, Qocamanın güclü enerjisindən hərəkətə gələn zurna sədaları məsafələr qət edərək müəyyən anlardan sonra Tamaşalı zirvəsində də eşidildi və bununla sonuncu zirvə fəth edildi.Beləliklə,qısa bir vaxt ərzində ətrafdakı bütün yaxın-uzaq yerlər Usta Qocamanın qara zurnasının səsləndirdiyi musiqi sədalarının təsiri altına düşdü.
Oxşar hallar Usta Qocaman tərəfindən on illər boyu təkrarlanmışdır.Yəqin burada da bir sirr,bir hikmət var. Bu sirri isə yalnız ustadlar bilir.
Deyirlər,hər sənətin,sənətkarın öz sirləri olur.Qocaman Qubalı ilə bağlı eşitdiklərimdən bəhs etmək istəyirəm.
Ötən əsrin 60-cü illərinin sonu. Xoş bahar günlərindən biri. Qocaman
hələ çox cavandır, coşğun arzuları,xəyalları yenə göylərdədir, gənclik enerjisinin aşıb daşan çağlarıdır. Çayqışlaq elinə növbəti toyun aparılmasına dəvət alıb.Bu məqsədlə başçılıq etdiyi musiqiçilər dəstəsi ilə yola çıxır. Salman yüksəkliyi adlanan yerdə ayaq saxlayaraq qara zurnanı hərəkətə gətirir. Zurnanın zil,aydın səsi hər tərəfə: dağ yamaclarına,dərələrə,bağlara,ormanlara dalğa-dalğa, aram-aram yayılır, Şabran çayı sularının şırıltısına qarışır. Hər tərəf xoş musiqi sədalarını ahəstəcə dinləyirdi. Bu zaman başqa bir səs də eşidilirdi.Bu Qarabulaqda daimi məskən salmış qartalın səsi idi.O,səmada dövrələnib qıy vururdu; sanki bununla da zurnanın sədalarına səs verirdi.
Musiqiçilər isə yol boyunca irəliləməyə başladılar. Qocaman ilk öncə zurnanın sədalarını sola yönəldərək özü də bir neçə dəfə baş əyməklə həm baba yurdu,həmdə ustadı Pənah kişinin məskəni sayılan Əliqulu yurduna öz ehtiramını bildirdi.Sonra isə zurnanın səsinə bir az da qüvvət verdi.O, zurnanın səsi ilə hər yana çatmaq və sanki hər yeri fəth etmək istəyirdi. Bunun üçün zurnanı sədalarını lazım bildiyi səmtlərə yönəldirdi. İlk hədəf Kələnovun ən uca zirvəsi - Xanımbəyli yüksəkliyi idi.Çox keçmədi ki,zurnanın yüksələn səsi Xanımbəyliyə dəyib ətrafa da böyük exo verdi. Bu,yüksəkliyin artıq "fəth edildiyini" göstərirdi. Ardınca isə Qocaman zurnanın sədalarını sağa tuşlamaqla Gilavar, Zeyvə yamaclarını və sola tuşlamaqla İsnovun,Xaspoladın təpələrini ram etdi.
Sonra Qocaman gah sağ,gah sol əlinin barmaqları ilə zurnanın üstündə gəzişmələr edərək və musiqi alətinin sədalarını lap zilə qaldıraraq ən üzaq hədəfləri nişan aldı.Çox çəkmədi ki,musiqi sədaları Tənkəmər dağına,İdrisli dolaylarına,Gədik sirtinə dəydi və bu yerlər "alındı". Ardınca da həmləni istiqaməti sağa-sola dəyişdirildi. Zurna sədaları tezliklə Qorğan,Qazmalar,Pirəbədil ellərinə gedib
çatdı. Və nəhayət növbədə sol istiqamətdəki sonuncu uzaq zirvə - Tamaşalı yüksəkliyi dururdu.Budur, Qocamanın güclü enerjisindən hərəkətə gələn zurna sədaları məsafələr qət edərək müəyyən anlardan sonra Tamaşalı zirvəsində də eşidildi və sonuncu zirvə fəth edildi.Beləliklə,qısa bir vaxt ərzində ətrafdakı
yaxın-uzaq ərazilər Usta Qocamanın qara zurnasının səsləndirdiyi musiqi sədalarının təsiri altına düşdü.
Oxşar hallar Usta Qocaman tərəfindən on illər boyu təkrarlanmışdır.O, nə üçün belə edirdi? Yəqin burada da bir sirr,bir hikmət var. Bu sirri isə yalnız ustadlar bilir.
Esk olsun corek veren ustada yasa ustad
Qocaman Qubalının ifasını əks etdirən faylı internet vasitəsilə xalqımıza çatdırmaqla Nizami bəy gərəkli və xeyirxah iş görüb. Yoxsa, el sənətkarının adı zsiz-tozsuz unudulub gedəcəkdi. Odur ki, Nizami bəyə təşəkkür edirik.
Qocaman Qubalı yaşadığı diyarın həyatında böyük rol oynayıb. Bu diyarın insanları onu həmişə və hər yerdə görmək istəyiblər. Çünki o, öz musiqiləri ilə insanlara xoş anlar yaşadıb, onları daim ruhlandırıb. Çoxları şahiddir ki, ötən əsrin 2-ci yarısında Usta Qocamanın yaşadığı mahaldatoyları, ziyafət məclislərini, həmçinin digər müxtəlif tədbirləri onsuz təsəvvür etmək mümkün deyildi. Onun musiqiçilər dəstəsinin istənilən məclisdə, tədbirdə iştirakı insanlar tərəfindən gözəl qarşılanıbdır, o səbəbdən ki, hər bir məclisə şuxluq,təravət,yaraşıq veribdir.
Qocamanın yaxşı təşkilatçılığı da olub. 60-cı illərdə o, yerli musiqiçilərdən ibarət ilk ansambl yaradıb. Hansı ki, şimal bölgəsində uzun müddət el şənliklərini aparıb.
Musiqiçilərin ansambl kimi ilk dəfə məclislərə gəlişi ilə bağlı xeyli xatirələr var. Belə xatırlayırlar ki, Qocamanın rəhbərlik etdiyi ansamblın ilk dəfə məclislərdə görünməsi o vaxtlar yerli əhali arasında böyük təəccüb doğurub. Bu, həm də rayon mühiti üçün həmin dövrdə yenilik idi. Yeni yaranmış ansamblın bütün üzvlərinin eyni cür geyinməsi, xüsusən də hər birində geyim əşyalarının eyni rəngdə olmasi insanların böyük maraq və diqqətinə səbəb olub.
Hətta bu mahalın Həsəngeri obasından Abdal kişi təəccübünü gizlətməyərək yarı zarafat, yarı ciddi soruşub : "Mən bu işə lap məəttəl qalmışam. Ay Usta Qocaman, axı, nə təhər olur ki, hamınızda pencək eyni, köynək eyni, şalvar eyni, hətta ayaqqabılar da eynidir ? Məgər fabrilkər bu əşyaları elə Sizin üçün tikib göndərib ?"
Usta Qocaman cavab olaraq Abdal kişiyə bildirir ki, biz indidən belə ansambl kimi fəaliyyət göstərəcəyik. Ansamblın isə müəyyən qaydaları, şərtləri var. Eyni geyinməyimiz də məhz bununla bağlıdır.
El sənətkarı öz sənətini gənclərə həvəslə, təmənnasız olaraq öyrədib. Nəticədə isə bu diyarda bir neçə yeni musiqi kollektivi yaranıb. Onlardan tanınmış musiqiçi, həvəskar şair-bəstəkar İbrahim Qubalının və Əlikram Yarəliyevin başçılıq etdikləri musiqi kollektivləri şimal bölgəsində insanların böyük rəğbətini qazanıblar. Bu
musiqiçilər Usta Qocaman məktəbinin layiqli davamçıları olmaqla, onun adını və sənətini daha yüksəklərə qaldırır və Doğma diyarı hər yerdə şərəflə təmsil edirlər.
Qocaman Qubalı öz musiqiləri ilə uzun müddət insanlara xoş əhval-ruhiyyə,sevinc gətirib.Bu səbəbdən onu yaşadığı diyarda həmişə arzulayırlar.Sənətkar barədə o qədər xoş təəssüratlar var ki... 2 belə təəssürat barədə hal şahidlərindən eşitdiklərimi diqqətə çatdırmaq istəyirəm.
... Əşrəfli obasında yaşayan Nənəxanım bibi bir gün öz evinin eyvanında yır-yığış edirdi. Birdən zurna səsini eşitdi.İşini saxlayıb qulaq asdı.Qocaman zurnasının səsini dərhal tanıdı.Sevincək halda qonşularını da xəbərdar etmək üçün çağırdı: "Ay Xurma arvad, ay Məryəm arvad! Bir eşiyə çıxın! Zurna səsinə diqqət yetirin! Gələn səslər Qocamanın çalğısıdır! Bizim Qocaman yenə toy aparmaq və camaatı sevindirmək üçün gəlib".
Xurma arvad da musiqinin təsirindən məmnunluğunu gizlətmədən söyləyir: "Ay Nənə (onu hamı qısaca belə çağırırdı), zurna səsini eşidən kimi biz də sənə xəbər vermək istəyirdik. Səslənən musiqi elə Qocamanındır. Nə yaxşı ki, Qocaman yenə gəldi. Neçə gündən bəri elə bil qəlbimiz qırılmışdı. Allah köməyi olsun. Zurnasının səsini eşidən kimi ovqatımız dəyişdi. Ruhlandıq. İnamımız bərpa oldu. Sanki dünyanı bizə qaytardılar".
Nənəxanım bibi isə gələn xoş musiqinin təsiri altında öz sadə və açıq eyvanında ürəkdən bir xeyli oynadı və yalnız bundan sonra işinə davam elədi...
Usta Qocamanın zurna səsi doğma ellərdə belə qarşılanırdı. Bu, sadə insanların onun sənətinə böyük ehtiram və sevgisinin göstəricisidir.
2-ci təəssürat.
...Qızılı payızın lap əvvəli idi. Musiqiçilər dəstəsi ilə növbəti toya gedən Qocamanın Salman yüksəkliyindən havalandırdığı zurna səsləri Çayqışlaq elində də eşidildi.Bu yurdun sakini Əminə xala həmin vaxt həyətindəki təndirdə öz bağının meyvələrini qurudurdu. O, musiqi səsini eşidən kimi işini buraxıb qonşu çəpərinə doğru gedərək
qonşusunu səslədi: "Ay Həmdulla kişi,haradasınız? Eşidirsinizmi, yenə Qocamanın zurnasının səsi gəlir! Ay allah, nə yaxşı ! "
Heç vaxt zarafatından qalmayan Həmdulla dayı qonşusuna belə cavab verdi: "Ay arvad, get işinlə məşğul ol Təndirini sal və bağın meyvələrini qurut! Axı, zurna səsi sənin nəyinə lazımdır?"
Əminə xala: "Elə demə, ay Həmdulla kişi! İşin öz yeri var. Amma indi Qocamanın xoş musiqisi məni elə şad edib ki, buradaca oynamağım gəlir" deyərək qollarını açıb təndirin həndəvərində oynamağa başladı...
Ustad sənətkara və onun musiqilərinə bu diyarda olan rəğbət. məhəbbət insanların yaddaşında bax belə qalıb.
Beh beh sagol senetkar
Şahin Seyidov
Texminen 30 il..belkede cox..
Bura musiqi anlayanda yazır ankamayanda Hecde ele deyil Demək indi musasir dövurdu gətirib zurnani ərəb fars türk barmaqlari nəfəsləri ilə ifa edirlər buda gugaki bir yenikidir Olsun nə deyirik ....Bu bu kişi qanunu zurna ifa edir Və senetkardir Zurna ilk əvvəl belə ifa olunub lap ilk öncədən
Bu kimin toyudu?
kim bilir bu toy necenci ilde olub
Bu toy 1991 ci ilde cekilib
bılmek olar bu kımin toyudu?
Bu qubanın qaracay kentinde olub
Qozel Calanlar qarabaq zonasindadir!
Onlar qarabağlılarındır. Özünüzünkülərdən danışın.
Yox!!Qədimi yurdumuz olan Quba
Biyabircilar
Allah hereye bir Omur verib sohbet calmaqdan qedir Ve Xalq yaxwi qorur kimin yaxwi calmaqini yeqinki bucurede hamini yola salib
Xalq çoxluqdur. Kommentariyalardan da açıq-aydın görünür ki, xalqı təşkil edən çoxlıq Usta Qocamanın çaldıqlarını yaxşı gördüyünə və çox yaxşı dərk elədiyinə görə ona layiq olduği yaxşı qiyməti də verib. Rəy yazan diplomat,hüquqşünas, dövlət qulluqçusu,musiqişünas və yüksək intellektə malik digər peşə sahibləri ifanı bəyənmiş və müsbət rəy vermişlər. Kommentariyalardan da göründüyü kimi, təkcə bir nəfər öz xoşagəlməz ifadələri ilə başqa fikir söyləmiş və etikadan kənar, normal mədəni adama yaraşmayan sözlərlə özünü adını çəkdiyimiz yüksək peşə sahiblərindən üstün olduğunu göstərməyə çalışmışdır. Xoşagəlməz, qeyri-etik ifadələr, öz düşündüklərini hamıdan üstün tutmaq isə belə adamın özünə verdiyi ən doğrü qiymətdir.
@@sahinseyidov6906 Mene maraqli deqil her kimsense qabaqindan yesen yaxwi olar seninen heckimin ISI yoxdur Axmaxin biri Axmax
@@нашанеба Özünüz barədə nə qədər yüksək fikirdə olsanız da, elə Öz sözlərinizlə özünüzü göstərdiniz və özünüzə qiymət verdiniz.
Biri Yazibki etin tokulsun eti varki tokulsunde meweden mallari caqirirlar 😀😀😀
Get özünə lağ ele
ətiniz tökuksun😣😮
Musiqi Sənəti və bu sahədə istedad insana Allah tərəfindən verilir.Usta Qocamana da bunları Böyük Yaradan bəxş edib.Onu tanıyanlar və müsiqisini dinləyənlər bunun Allah vergisi olduğunu gözəl başa düşürlər.Hətta bizim xoşumuz gəlsə də, gəlməsə də Qocaman yaxşı sənətkardır və onun sənəti xalq tərəfindən həmişə sevilib. Buna görə də Uca Allahın lazım bilib Qocamana verdiklərinə və xalqın böyük əksəriyyətinin bu sənətkarla bağlı fikirlərinə müsbət yanaşmaq lazımdır. (Hörmətlə Elsevər).
Етлери варки токулсунде башлары чыхмаян Гоюнлар бунлар не горублерки
Belə çıxır ki, Allah yer üzündə ağılı və qabiliyyəti təkcə Sizə verib. Sizdən başqa heç kim heç nə görməyib.
@@sahinseyidov6906 menim qorduyum Qeder siz qorun Ve bu menim fikrimdir o cure Qozel ustadlarimiz var yani pise pis yaxwiya yaxwi Deyerler
@@sahinseyidov6906 here Oz fikrini bildirir pise pis yaxwiya yaxwi Deyerler
Urey
YAŞA USTAD