Baba Pünhan Kim hara deyir,ora gedirik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Müəllif: Baba Pünhan
    Şeir: Kim hara deyir,ora gedirik
    musiqi: ---
    İfa: radio face (Güldiyar Zülfüqar)
    --------------------------------------
    Şeir və ya qəzəlinizi səsləndirməyimizi istəyirsinizsə,bu ünvana bir şəkiliniz və yazdığınız şeiri göndərin:
    saningonderdiyin@gmail.com
    dj-admin@radio-face.com
    radio-face.com/...
    --------------------------------------
    Bu Vətənimin günü belədir, uzunu qısa eni belədir,
    Ata-babamın geni belədir gora desələr gora gedirik.
    Qadanı alım, qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Qazanı mənəm, qazanan odu, harama girib qızınan odu,
    Əli cibimə uzanan odu, əlinə qoyub para gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Nə darıxırıq nə yad edirik, darıxana da irad edirik,
    Bu bağımızı abad edirik, o bağa üzü qara gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Dərimi soyub, soyumu bölür, quyumu görüb quyumu bölür,
    Dənizə girib suyumu bölür gözü görəsi tora gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Bu ora gedir, o bura gəlir, bu ona deyir, o buna deyir,
    Bu onu yeyir, o bunu yeyir biz isə "Böyükşora" gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Qula ağayıq, pula əsirik pula görə qul cibi kəsirik,
    Nə gecikirik, nə tələsirik, təzə xanayıq zora gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Ərəbə baxıb göbək açırıq, xərəbə baxıb kürək açırıq,
    Soyuna-soyuna çiçək açırıq, boyana-boyana bara gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Ay saçı qısa Suray xanım, ay əri olan subay xanım,
    Əri "dub" özü Dubay xanım, bu gediş ilə hara gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    Elimiz itib, obamız itib anamız itib, atamız itib,
    Ərimiz ölüb, yaşımız ötüb çörəyə görə kora gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir ora gedirik.
    İkiqat olan iki beli var, səsə qoyulan iki əli var,
    Vəkil olanı iki dili var, deyir MM-ə xora gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir, ora gedirik.
    Kimə nə ki, bu çapa ilişir, kimə nə ki, bu YAP-a ilişir,
    Özü dolayan sapa ilişir, sapa-sapa yol dara gedirik.
    Qadanı alım qınama bizi,
    Kim hara deyir, ora gedirik.

ความคิดเห็น • 29

  • @kaba9373
    @kaba9373 3 ปีที่แล้ว +5

    Cox dusundurdu meni. Ba ba olduqu kimi yazib.ifada cox mohtesemdi

  • @likebutter4563
    @likebutter4563 2 ปีที่แล้ว +5

    Məzarın nurla dolsun şair

  • @rufatrufat517
    @rufatrufat517 3 ปีที่แล้ว +4

    ALLAH rəhmət eləsin Baba Pünhana və şeri oxuyanı var eləsin
    Bu şer lap elə bil bu gün yazılıb.'dədə babamın geni doğrudanda belədimi?"

  • @rubailhsimov5134
    @rubailhsimov5134 4 ปีที่แล้ว +5

    Halal olsun güldiyar 👍

  • @xeyalhuseynzad4525
    @xeyalhuseynzad4525 2 ปีที่แล้ว +3

    ALLAH şayirmizə rəhmət eləsin🤲 nə deyibsə elə düz deyib

  • @SSFFQQ
    @SSFFQQ 3 ปีที่แล้ว +4

    Allah rəhmət eləsin inşallah

  • @zulfiyarasoulzadeh5513
    @zulfiyarasoulzadeh5513 ปีที่แล้ว +1

    Allah BabaPünhana rehmet elesin

  • @elsadmuradov7739
    @elsadmuradov7739 5 ปีที่แล้ว +14

    Varol Pünhan ruhun şad olsun

  • @orxannurrftar9795
    @orxannurrftar9795 5 ปีที่แล้ว +17

    Yüksək səviyyəli ifadır.Səsinə qüvvət qardaş.

  • @ilkintagiyev1237
    @ilkintagiyev1237 4 ปีที่แล้ว +5

    Allah rəhmət eləsin in şa Allah

  • @arifliyev2307
    @arifliyev2307 3 ปีที่แล้ว +3

    Baba allah sənin yanında mənə yer versə,deməli cənnətdəyəm.

  • @ProstaILyas
    @ProstaILyas 3 ปีที่แล้ว +4

    Haqqi deyen sair. Tek tuk qalib

  • @zaurelizade7806
    @zaurelizade7806 5 ปีที่แล้ว +13

    Gözel ifadi!

  • @ТоликГулиев
    @ТоликГулиев 5 ปีที่แล้ว +13

    аллах рахмат еласин баба пунхан сана

  • @senanabdullayev9881
    @senanabdullayev9881 4 ปีที่แล้ว +6

    Yaman deyir 😂😂😂😂😂😂

  • @anarkberov4052
    @anarkberov4052 2 ปีที่แล้ว +2

    👍

  • @namiqnamiq7366
    @namiqnamiq7366 5 หลายเดือนก่อน

    Allah rəhmət eləsin

  • @eyyubdadashov4018
    @eyyubdadashov4018 ปีที่แล้ว

    ALLAH səni rəhmət eləsin hayıf səndən tez ğetdin

  • @xaliqmirzezade
    @xaliqmirzezade 2 ปีที่แล้ว +4

    Evdeyem 2022 ye giririk bulvara zada tökülüşen bambililara baxa baxa bu şeire qulaq asıram debil milletin halına ağlamağım gelir😔

  • @lalefarzaliyeva3537
    @lalefarzaliyeva3537 4 ปีที่แล้ว +5

    Salamlar sizə seir necə gondərmək olur?

    • @guldiyarzulfuqar1592
      @guldiyarzulfuqar1592  4 ปีที่แล้ว +1

      Aleyke Salam..... Şeir və ya qəzəlinizi səsləndirməyimizi istəyirsinizsə,bu ünvana bir şəkiliniz və yazdığınız şeiri latın grafikası ilə göndərin:
      (şeir və ya qəzəl yoxlandıqdan sonra yayımlanacaq)
      Screen (ekrandan çəkiliş) qəbul olunmur!
      saningonderdiyin@gmail.com

  • @dilqmsgrovoffcial8912
    @dilqmsgrovoffcial8912 ปีที่แล้ว

    Баба пунхан пох йейирсен

  • @Назим-щ2у
    @Назим-щ2у ปีที่แล้ว

    55

  • @abbasqulu12iranhizbullahsi20
    @abbasqulu12iranhizbullahsi20 3 ปีที่แล้ว +1

    AllahMuhammedAli12İranHizbullahŞie313QasimSuleymani1979XameyniRahber14🇮🇷🇦🇿🇧🇭🇮🇶🕋🚀🌏🇮🇷Aşura Qudus Qarabağ Yemenn12

  • @zazaday6234
    @zazaday6234 3 ปีที่แล้ว

    Ezyet çekmisen ama zehmet olmasa bir de bu terzde ifa eleme bu şeiri,insan psixologiyasıdı hamı öz gördüyü işi beyenir,ama bilki yaxşı eşidilmir qıraqdan.Heç beyenmedim

    • @guldiyarzulfuqar1592
      @guldiyarzulfuqar1592  3 ปีที่แล้ว

      SUbyektiv yanaşıb fikir bildirdiyniz üçün çox sağ olun. Baş üstə

  • @pantheistmelankolia7677
    @pantheistmelankolia7677 3 ปีที่แล้ว +1

    Burnun girmediyi yere bawini niye soxursanee ? Behr nedi, tefile nedi bilmirsense Eruz vezninde yazilana yaxin durmadee. Padloduu bayati oxumag ? Bildiyini oxude.Biri var ozun behri sinig yazib deyesen cehennem bawa duwmek olar. Bawqasinin eserin goturub sindira-sindira demek yaxwi wey deyil.Ged oyrendee.Ayibdi ki oyrenmek ?!