Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU
    “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
    Verilişin budəfəki sayı tanınmış telejurnalist Elnur Əşrəfoğluna həsr olunub.
    Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub. 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə “Neftçi” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.
    Mərhum jurnalist barədə xatirələrini bölüşən həyat yoldaşı İlahə Şükürova Elnur Əşrəfoğlu ilə ailə həyatı qurduğuna görə heç vaxt peşman olmadığını deyib.
    O, həyat yoldaşının futbol sevgisini oğluna necə aşılamasından danışıb:
    “Oğlumuz Mətinə körpə vaxtlarından futbol izlədirdi. Deyirdim, ay Elnur, o nə başa düşür, futbol nədir. Üç yaşından sonra Mətini özü ilə stadionlara aparırdı. Necə o marağı Mətində yaradıbsa, indi oğlum Elnurun davamçısıdır. Bu uşaq Elnur kimi futbolla yaşayır”.
    İ.Şükürova E.Əşrəfoğlunun koronavirusa yoluxma dövründən bəhs edib:
    “Sentyabrın 1-i idi. Elnur mənə zəng vurub özünü çox pis hiss etdiyini dedi. Evə gəldi. İlk dəfə idi ki, onun hərarətinin qalxdığını gördüm. “Korona” sözü ona dəhşətli gəlirdi. Biz bu virus yayılandan Elnura görə çox qorxurduq. Düzdür, Elnur sağlam idi, heç bir problemi yox idi. Amma bir böyrəyi var idi. Buna görə çox narahat idik. Səhər getdik, test verdik. Telefona pozitiv olması barədə cavab gəldi. Elnur kimi həyatsevər, hər şeyə normal baxan insan o mesajdan sonra çökdü. Telefonu söndürdü, heç kimin zənginə cavab vermədi”.
    Qızı Zöhrə Şükürova ölüm ayağında olan atasını xəstəxanada ziyarət etmədiyinə görə peşman olduğunu söyləyib:
    “Sonuncu dəfə atamı xəstəxanaya yola salarkən gördüm. Gedəndə mənə dedi ki, ağlama, pis olma, bir həftəyə qayıdacağam. Özü də vəziyyətinin ağır olduğunu hiss edirdi, amma yenə də təsəlli verməyə çalışırdı. Yanına getmək istəyirdim, amma yaxınlarım dedilər ki, atanı o vəziyyətdə görməsən, daha yaxşı olar. İndi çox peşmanam, kaş yanına gedərdim”.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #retrobaku #elnurəşrəfoğlu #jurnalist #aparıcı #şərhçi #hüquqşünas #neftçiklubu #televiziyaaparıcısı #cüdofederasiyası #elnuresrefoglu
    00:00 - Giriş
    00:20 - Elnur Əşrəfoğlu haqqında
    00:41 - İlahə Şükürova (Həyat yoldaşı)
    00:57 - Çingiz Əhmədov (Əməkdar artist, dostu)
    01:13 - Zöhrə Şükürova (Qızı)
    01:57 - Mətin Şükürov (Oğlu)
    02:44 - Elnurun mənfi cəhətlərindən biri hər yerə gecikməsi idi
    04:13 - Ağır xəstəlik səbəbi ilə böyrəyinin birini götürmüşdülər
    05:08 - Telefonuna gələn mesajdan sonra Elnur çökdü
    07:18 - Çox peşmanam ki, kaş atamı görməyə gedərdim
    09:15 - Telli Pənahqızı (Əməkdar mədəniyyət işçisi)
    11:02 - Mən atam öləndən sonra böyüdüm
    11:51 - Elnurun ölməyini yuxumda görmüşdüm
    12:26 - Atam-anam öləndə ağlamamışam, amma Elnur məni ağlatdı
    13:25 - Telefonuna baxanda bir daha bildim ki, nə qədər mükəmməl insandır
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 179

  • @user-gl8yz3jc3v
    @user-gl8yz3jc3v 10 วันที่ผ่านมา +52

    Allah rəhmət eləsin çox gözəl mədəni ailəsi var Allah uşaqların xoşbəxt bəxdəvər eləsin elnurunda ruhu sevinsin

  • @MurshudovSahmar
    @MurshudovSahmar 9 วันที่ผ่านมา +22

    Ela jurnalist idi elada oqlan 😢😢Allah rehmet etsin

  • @user-qu1bd6lc2r
    @user-qu1bd6lc2r 9 วันที่ผ่านมา +23

    Menim yoldasim da 47 yasinda rehmete getdi 😢. Bizi yariyolda qoydu. Allah rehmet elesin

  • @RamilEliyev-xp8pl
    @RamilEliyev-xp8pl 3 วันที่ผ่านมา +2

    Allah rəhmət eləsin qəbri nurla dolsun yeri behişt olsun inşallah

  • @asifhesenov2653
    @asifhesenov2653 9 วันที่ผ่านมา +9

    Gözəl insan Gözel Qonşu, Gözel Exlaqlí Ədəbli Ərkanlí Biriydi Elnur. Allah Rehmət Eləsin Məkaní Cənnət Olsun. Allah Ailəsinə və Övladlarína Can Sağlíğí Versin.

  • @Kalbinur4242
    @Kalbinur4242 9 วันที่ผ่านมา +36

    Cavan insanların ölümünə çox pis oluram mənim atamda 56 yaşında rəhmətə getdi 7 ildi 😢Allah bütün rəhmətə gedənlərə rəhmət etsin ailəsinə səbir diləyirəm 🤲

    • @OmerXeyyam22-gb7mg
      @OmerXeyyam22-gb7mg 8 วันที่ผ่านมา +2

      Atam 51, 3 əmim 51 yaşında çox heyf ata ölümü ən dehsetlisidir

    • @shafaqmehdiyeva4215
      @shafaqmehdiyeva4215 8 วันที่ผ่านมา

      Amin🤲

    • @Nocomment-wp1nk
      @Nocomment-wp1nk 5 วันที่ผ่านมา

      Allah rəhmət eləsin mənim də atam 54 yaşında rəhmətə gedib.Atasiz ev boşdur(

  • @novruzmeherremov6640
    @novruzmeherremov6640 10 วันที่ผ่านมา +25

    Allah rəhmət eləsin. Sport daycest verilisini aparirdi.90 ci illerde

  • @RocolCant
    @RocolCant 9 วันที่ผ่านมา +24

    Məndə həyat yoldaşımı koronadan itirdim 2021 avqust ayında 46 yaşda (yaşıdığ).
    Allah Elnura və çəmi dünyadan kğçən əzizlərimizə Rəhmət Eləsin.

    • @user-ne6uo3kx1h
      @user-ne6uo3kx1h 6 วันที่ผ่านมา

      Amin

    • @raufrauf5679
      @raufrauf5679 23 ชั่วโมงที่ผ่านมา

      Allah rehmət eləsin😢

  • @vusalcafarov7391
    @vusalcafarov7391 8 วันที่ผ่านมา +11

    Allah rəhmət eləsin Elnura.usaq vaxtlarımizda futbolu bize çatdırdı və sevdirdi.Ovladlarina xoşbəxtlik arzu edirəm.

  • @FatimeEhmedova-rv5cd
    @FatimeEhmedova-rv5cd 2 วันที่ผ่านมา +2

    37 yaşi vardi ölendede gözel gözleriyle mene hesretle baxdi hecne demedi ama hersey dedi bizi tek qoydu getti heyatimin isiqi söndü yattiqi torpaqa qurbanolum gözel heyatimin yoldaşı😢😢😢😢😢

  • @user-ri6wy6tt7j
    @user-ri6wy6tt7j 5 วันที่ผ่านมา +2

    Məkanı cənnət olsun allah ailəsinə səbr versin🙏🙏🙏

  • @ilkinmikayilov2287
    @ilkinmikayilov2287 9 วันที่ผ่านมา +19

    ALLAH rəhmət eləsin. Nə qədər insanı apardı o amansız xəstəlik.

    • @allahmkomkol2804
      @allahmkomkol2804 9 วันที่ผ่านมา

      Biridə mənim gözəl mamam😢😢😢

    • @kmalsrfova1331
      @kmalsrfova1331 8 วันที่ผ่านมา +1

      Biri də mənim gözəl anam...

    • @huseynci-mt5yz
      @huseynci-mt5yz 5 วันที่ผ่านมา

      Biridə bizim imanlı qardaşımızı 😢

    • @ayparahacl1117
      @ayparahacl1117 2 วันที่ผ่านมา

      Allah Elnur bəyə rəhmət etsin. Cox üzüldüm... Mən də iki il öncə bacımı itirdim, korona xəstəliyindən dünyasını dəyişdi. Deməy olar ki, dərmanı tapılmayan amansız xəstəlikdən biridir, kovid. Dünyasını dəyişənlərin hamısına Allah rəhmət etsin. Qəlbimizi göynədir sağalmayan yaralar... 😥

  • @gioulzarkassoumova5678
    @gioulzarkassoumova5678 9 วันที่ผ่านมา +19

    ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun! Bir olan ALLAH torpagi sani balalarina,ezizlerine gozel omur-gun versin! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺

  • @ferqanesuleymanova3771
    @ferqanesuleymanova3771 5 วันที่ผ่านมา +2

    Allah rəhmət eləsin haminin sevimlisi gözəl insan nur icində yat

  • @muxtarbaxsheliyev1936
    @muxtarbaxsheliyev1936 10 วันที่ผ่านมา +23

    QARDAŞ SALAM.ALLAH RƏHMƏT ELƏSIN.MƏKANİ CƏNNƏT OLSUN.ÖLMƏLI OĞUL DEYILDI.ALLAH YOLDAŞİNİ UŞAQLARİNİ SAXLASİN ONUN TORPAĞİ SANİ OVLADLARİNA ÖMÜR VERSIN.ALLAHİN MƏSLƏHƏTIYDI BELƏ YARİMCİQ ÖMÜR.

  • @natiqhdov1536
    @natiqhdov1536 3 วันที่ผ่านมา +1

    Çox həvəslə onun sportdaycest verilişini gözləyirdik. ALLAH rəhmət eləsin

  • @elsenelsen819
    @elsenelsen819 5 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin məkanı cənnət olsun Allah bütün günahlarını bağışlasın yaxşı insan olub onu həmişə xatırlayacağıq

  • @dovranomarov4996
    @dovranomarov4996 9 วันที่ผ่านมา +11

    Allah mekanının Cennet etsin
    Hamı birgun gedecek, esas iz qoydu getdi bu heyatdan.

  • @mehsultan7039
    @mehsultan7039 10 วันที่ผ่านมา +22

    Allah rehmet elesin🤲

  • @teranehebibova9920
    @teranehebibova9920 9 วันที่ผ่านมา +15

    Allah rəhmət eləsin məkanl cənnət olsun Gözəl insan Allah səbr versin Amin 😢❤😢

  • @kaptagon8337
    @kaptagon8337 9 วันที่ผ่านมา +10

    ALLAH REHMET ELESIN AMIN ANASI MELLIMEM OLUB COX GÒZEL TERBIYELI AILEDILER YERLIMDILER ALLAH ÒVLADLARIN AILESIN QORUSUN AMIN

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 9 วันที่ผ่านมา +13

    ALLAH RƏHMƏT ELƏSİN SƏBR VERSİN AİLƏSİNƏ. MƏKANIN CƏNNƏT OLSUN ELNUR ƏŞRƏFOVOĞLU.

  • @komandos.020
    @komandos.020 9 วันที่ผ่านมา +9

    Allah rehmet elasn həmyaşidim deyerli insan.Ailəsinə sebr dileyirem

  • @nezaketsalmanova6431
    @nezaketsalmanova6431 8 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin, gözəl insan idi. Bir il bir yerdə oxumuşuq.

  • @Kyerkegor
    @Kyerkegor 5 วันที่ผ่านมา +4

    Gözəl dostum, qardaşım...Yerin hər zaman görsənəcək. Birgə şəkillərimizi görmək məni o illərə apardı, zarafatlarımızı, səmimi gülüşünü xatırlatdı. Kaş ki heçnə dəyişməyəydi. Allah sənə rəhmət eləsin, qardaşım!

  • @namiqmemmedrzayev1876
    @namiqmemmedrzayev1876 9 วันที่ผ่านมา +5

    ALLAH rəhmət eləsin , yerin Cənnət olsun əziz qardaşımız .

  • @Fuad_336
    @Fuad_336 9 วันที่ผ่านมา +13

    Allah rehmet elesin.balalari xos gunler gorsun

  • @davud.488
    @davud.488 10 วันที่ผ่านมา +22

    İlk dəfə muxbirlərdən ingilis dilində danismagi mən elnurdan esitmisəm

  • @cavidallahverdili8460
    @cavidallahverdili8460 3 วันที่ผ่านมา +2

    Ay Allah necə pis oldum nə vaxt rəhmətə gedib 😢

  • @user-roman5586
    @user-roman5586 6 วันที่ผ่านมา +2

    Allah rəhmət eləsin yaxşı idman şərhçisi idi.

  • @gunaymusayeva5372
    @gunaymusayeva5372 9 วันที่ผ่านมา +5

    Məkanı cənnət olsun İn şə Allah
    Dünyasını dəyişdiyini eşidəndə çox pis olmusdum.

  • @ilahiyaahmadova8441
    @ilahiyaahmadova8441 9 วันที่ผ่านมา +7

    Allah rəhmət eləsin

  • @nesibeelekberova7316
    @nesibeelekberova7316 9 วันที่ผ่านมา +5

    ALLAH rəhmət eləsin...ALLAH valideynlərinə, ailəsinə səbr versin....

  • @aidliyeva6544
    @aidliyeva6544 8 วันที่ผ่านมา +5

    Allah rəhmət etsin.dinlədim çox pis oldum .47 yaş bir kişi üçün heçnə😢😢😢😢

  • @zuzu6683
    @zuzu6683 10 วันที่ผ่านมา +18

    Allah rehmet etsin

  • @sevincmmmdova6792
    @sevincmmmdova6792 9 วันที่ผ่านมา +5

    Allah rəhmət eləsin cox cətin günlər idi

  • @samirsamirzade2714
    @samirsamirzade2714 9 วันที่ผ่านมา +5

    ALLAH Rəhmət eləsin çox darıxmışıq apardıgı idiman verlişləri üçün

  • @sahilazimov7392
    @sahilazimov7392 9 วันที่ผ่านมา +16

    Ruhu şad olsun.

  • @elnurelnur5371
    @elnurelnur5371 9 วันที่ผ่านมา +10

    Allah rehmet elesin qebri nurla dolsun 😢😢

  • @galatasaraygalatasaray3659
    @galatasaraygalatasaray3659 10 วันที่ผ่านมา +16

    Allah günahlarını bagışlasın Adaş Məkanın cənnət olsun 😢

  • @pervanenebiyeva1134
    @pervanenebiyeva1134 6 วันที่ผ่านมา +4

    Məkani cənnət ,ruhu şad olsun 🤲 Xatirimdə səmimi, maraqli jurnalist kimi qalib, ailəsini də özü kimi səmimi, mədəni gördüm...

  • @Mahir_Farajov
    @Mahir_Farajov 9 วันที่ผ่านมา +12

    Allah rəhmət eləsin.

  • @10-AA-10T
    @10-AA-10T 9 วันที่ผ่านมา +9

    ALLAH REHMET ELESİN ELNURU.DOSTUM😢

  • @nargizsadihova5262
    @nargizsadihova5262 9 วันที่ผ่านมา +12

    Allah rehmet elesin.

  • @gulesernamazova3149
    @gulesernamazova3149 9 วันที่ผ่านมา +11

    Allah rəhmət eləsin😢

  • @user-wj7ft5xo2b
    @user-wj7ft5xo2b 8 วันที่ผ่านมา +2

    Mətbuat işçiləri arasında futbol turnirində mənə çox gözəl top vurmuşdu ha tulladım çıxara bilmədim çox yaxşı oğlan idi Allah rəhmət eləsin

  • @kmalsrfova1331
    @kmalsrfova1331 8 วันที่ผ่านมา +4

    ALLAH qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun, heyif cavanlığından...😭😭😭

  • @adahuseynli7724
    @adahuseynli7724 9 วันที่ผ่านมา +9

    Allah ruhunu şad etsin həmişə....

  • @TheFenomeno1984
    @TheFenomeno1984 9 วันที่ผ่านมา +8

    Allah rehmet elasin!

  • @olkenmusayev
    @olkenmusayev 8 วันที่ผ่านมา +4

    Həyat fanidir Allah rahmet eylesin Elnur Eşrefoğlu

  • @emilz296
    @emilz296 8 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin ailəsinə,balalarına, yaxınlarına səbr dözüm versın ruhu şad olsun Amin

  • @mlmusic1661
    @mlmusic1661 9 วันที่ผ่านมา +8

    ALLAH Rəhmət eləsin.

  • @tahminaalieva4075
    @tahminaalieva4075 9 วันที่ผ่านมา +7

    Ruhu şad olsun, dünysin deyişdiyini indi bildim 😔

  • @leylamusayeva9607
    @leylamusayeva9607 2 วันที่ผ่านมา +1

    Allah rehmet etsin cooooox pis oldum doğurdanda nurlu insan idi rehmete getdiyin bilmirdik.Allah əzizlərine sebr versin

  • @leylaaliyeva9081
    @leylaaliyeva9081 3 วันที่ผ่านมา +1

    Qəhrəman balamız💔, gec də olsa bu millət səni tanldı, 🙏qəhrəmanlığın dillərdə dastan oldu.🙏 Ruhun şad olsun.🇦🇿🇦🇿🇦🇿🥀🥀

  • @Vetenim041
    @Vetenim041 5 วันที่ผ่านมา +1

    ALLAH rehmet Elesin.Yaddawlarda gozel qalib

  • @SeydaZamanova
    @SeydaZamanova 9 วันที่ผ่านมา +7

    Allah rəhmət eləsin 😢

  • @sohretsemedov685
    @sohretsemedov685 9 วันที่ผ่านมา +7

    Elnur Esrefoglu 😢

  • @allahmkomkol2804
    @allahmkomkol2804 8 วันที่ผ่านมา +5

    Uca Rəbbim bu karona xəstəliyini hazırlayıb və hazırlatdırıb dünyaya yayanlara onların əzizlərinə ağıla gələn və gəlmiyən bəlalar versin.Amin Ya Rəbbəl Aləmin.Mənim kimi çox insanları ağlar günlərə qoydu bu xəstəlik😢😢😢.

    • @OmerXeyyam22-gb7mg
      @OmerXeyyam22-gb7mg 8 วันที่ผ่านมา +1

      Yoldaşım ölümdən döndü, koronadan

  • @user-lu8bv6ko8w
    @user-lu8bv6ko8w 9 วันที่ผ่านมา +4

    RUHUN ŞAD OLSUN ELNUR

  • @FatimeEhmedova-rv5cd
    @FatimeEhmedova-rv5cd 2 วันที่ผ่านมา +2

    Demeli aile bascisi ölen aileler hamisi eyni cür olurmuş elebil ailemizi gorürem çan atasiz balalarimiz.😢😢😢😢😢😢

  • @tahirguleliyev2438
    @tahirguleliyev2438 9 วันที่ผ่านมา +9

    ALLAH ELNUR MÜƏLLİMƏ QƏNƏ QƏNİ RƏHMƏT ELƏSİN..AMİN..ÇOOOOX SEVDİYİM ŞƏRHÇİLƏRDƏNİDİ..ONUN ÖLÜMÜ HƏQİQƏTƏNDƏ MƏNƏ ÇOOX PİS TƏSİR EDİB..HEÇ VAXT ONUN YOXLUQUNA İNANMIRAM..HƏR FUTBOLA BAXANDA ELƏ BİLİRƏM DEYƏÇƏK ŞƏRH.ETDİ MƏN ELNUR ƏŞRƏFOQLU..SEVƏNLƏRƏ SƏBİR ELNURA ALLAHDAN RƏHMƏT DİLƏYİRƏM..MƏKANIN CƏNNƏT OLSUN GÖZƏL NURLU ELNUR AMİN..

  • @ZulfiyyeMemmedova-sx6rj
    @ZulfiyyeMemmedova-sx6rj 2 วันที่ผ่านมา

    Allah rehmet elesin .Gozel insaniymis,mukemmel aile başçisiymiş.Belke de yaxsilar gedir bu dünyadan ...

  • @khuramanvaliyeva7110
    @khuramanvaliyeva7110 2 วันที่ผ่านมา

    ALLAH rəhmət eləsin 🤲.
    Mən hec bilmirdim,indi bildim rəhmətə getdiyini.
    Hətta ekrandan yaxşı insan oldugu hiss ounurdu...
    Məkanı Cənnət olsun 🤲...

  • @qarabag2950
    @qarabag2950 9 วันที่ผ่านมา +4

    Allah sənə rəhmət eləsin elimizin oğlu məkanın cənnət olsun 🤲😔

  • @GulzarTagiyeva
    @GulzarTagiyeva 3 วันที่ผ่านมา

    Allah rəhmət eləsin Elnura.🤲🥺Həm şəxsiyətinə, həm peşəsinə hörmətim var idi.

  • @elnaretopcuyeva9166
    @elnaretopcuyeva9166 5 วันที่ผ่านมา +2

    menimde atam karonadan rehmete gedib Allah hamisina rehmet elesin

  • @mirsamin2370
    @mirsamin2370 9 วันที่ผ่านมา +4

    Usaqligimizin futbol sesi,heyif

  • @xanimaliyeva3457
    @xanimaliyeva3457 4 วันที่ผ่านมา

    Allah rəhmət eləsin.Ruhu şad,məkanı cənnət olsun.🙏🙏🙏

  • @reyhanenezereliyeva8427
    @reyhanenezereliyeva8427 9 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin

  • @rufetvei9463
    @rufetvei9463 9 วันที่ผ่านมา +10

    Mən yoldaşıma döyə döyə yemək verdım və sagaldı, əsas qidalanma və qorxmamaq

  • @byazismaylova-jh1pr
    @byazismaylova-jh1pr 9 วันที่ผ่านมา +8

    Allah rehmet elesin

  • @user-xc5hg4dp1d
    @user-xc5hg4dp1d 4 วันที่ผ่านมา +2

    Allah Rehmet elesin yeri Cennet olsun

  • @sevdaaxundova6563
    @sevdaaxundova6563 7 วันที่ผ่านมา +1

    Allah rehmet elesin. Nece gözəl ailesi var. Allah sizleri qorusun.

  • @jurvuqar
    @jurvuqar 3 วันที่ผ่านมา

    Ruhunuz şad olsun, gözəl qəlbli insan!

  • @ferecismaylov6891
    @ferecismaylov6891 17 ชั่วโมงที่ผ่านมา

    Allah rəhmət eləsin! 1998 ildə futbol oynayırdıq

  • @user-oq8pe8fh1l
    @user-oq8pe8fh1l 9 วันที่ผ่านมา +6

    Аллах рехмет елесин.

  • @suleymanoveldeniz476
    @suleymanoveldeniz476 9 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin ruhu şad olsun

  • @CemileMemmedova-dh6lx
    @CemileMemmedova-dh6lx 2 วันที่ผ่านมา

    Nece gozel aile bashcisi olub...chooooox teessuf....balalarina yoldashina o qeder pis olan kishiler varki helede sagdi

  • @user-wc2ds9cd5p
    @user-wc2ds9cd5p 9 วันที่ผ่านมา +3

    Allah rəhmət eləsin!

  • @afidavalieva2866
    @afidavalieva2866 4 วันที่ผ่านมา

    Nur içində yatsın😢
    Çox gözəl insan idi.

  • @racabhaydarov
    @racabhaydarov 7 วันที่ผ่านมา +1

    ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN.ALLAH AİLƏSİNƏ SƏBR VERSİN.

  • @aygunquliyeva904
    @aygunquliyeva904 4 วันที่ผ่านมา

    Allah rəhmət etsin, ailəsinə, dogmalarina, sevdiklərinə səbr versin❤

  • @teymurkeytiyev5364
    @teymurkeytiyev5364 7 วันที่ผ่านมา +1

    Allah rehmet etsin coxx heyif,Allah balalarina omur versin

  • @user-sy1uf4tk8q
    @user-sy1uf4tk8q 9 วันที่ผ่านมา +4

    Allax rehmet elesin

  • @firuzapanahova388
    @firuzapanahova388 6 วันที่ผ่านมา +1

    Allah rehmet elesin🙏 heç xeberim yox idi Elnur beyin rehemete getdiyinden 😢

  • @selale5334
    @selale5334 9 วันที่ผ่านมา +3

    Allah rəhmət etsin Amin

  • @user-qo1rg2uu9r
    @user-qo1rg2uu9r 9 วันที่ผ่านมา +6

    ALLAH REHMET ELESIN😢

  • @gunelmamedova8871
    @gunelmamedova8871 8 วันที่ผ่านมา +1

    İndi bildim onun rəhmətə getməyini çox pis oldum😔məkanı cənnət olsun

  • @elsadezizov3475
    @elsadezizov3475 9 วันที่ผ่านมา +3

    MƏN ELNURU UŞAQLIQDAN TANIYIRDIM ALLAH RƏHMƏT ELƏSİN.

  • @valehsoltanov5987
    @valehsoltanov5987 3 วันที่ผ่านมา

    Allah rəhmət eləsin Elnur M Mənim rəhmətlik Əmininde yarışlarını diktr ederdi ,Düzgün insaniydi

  • @gunelmamedova8871
    @gunelmamedova8871 8 วันที่ผ่านมา +1

    Uşaq vaxtımızda onu şərh etdiyi idman oyunlarına həvəslə baxırdıq. Çox heyif

  • @zumrudmustafayeva4531
    @zumrudmustafayeva4531 16 ชั่วโมงที่ผ่านมา

    Allah rəhmət eləsin
    heyif😢

  • @bismiillahallah5854
    @bismiillahallah5854 6 ชั่วโมงที่ผ่านมา

    Allah rəhmət etsin.Nurlar içində yat.

  • @user-hr6ks7uo7l
    @user-hr6ks7uo7l 9 วันที่ผ่านมา +2

    Allah Rehmet elesin

  • @rufatmadatov5812
    @rufatmadatov5812 8 วันที่ผ่านมา +1

    Ağlatdiz meni😢😢😢😢

  • @Novıymirtv
    @Novıymirtv 7 วันที่ผ่านมา +1

    BU OĞLAN RƏHMƏTƏ GEDİB DEMƏLİ ,ALLAH RƏHMƏT ELƏSİN...MƏN DƏ DEYİRƏM BU NİYƏ GÖRÜKMÜR...

  • @azadsukurova252
    @azadsukurova252 8 วันที่ผ่านมา +1

    ALLAH rəhmət eləsin məkanı cənnət olsun Amin

  • @gunfighter9439
    @gunfighter9439 10 วันที่ผ่านมา +11

    aztv 2 de sportdayces verliwine maraqla baxardiq,rehman bakrabociyle cingiz bezrabocinin boksuna😀.heyf .nur icinde yatsin

  • @zahramammadova6487
    @zahramammadova6487 4 วันที่ผ่านมา

    Allah rəhmət eləsin!🤲