Roman Qriqorçuk: "Evə getmək istəyirəm"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Supersport.Az "Qarabağ"la bacarmayan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun fikirlərini videogörüntüyə alıb.
    Mütəxəssis hakimlərdən gileylənib və evə getmək istədiyini bildirib.
    “Çox yaxşı futbol oynadıq. Hər iki komanda keyfiyyətli oyun göstərdi. Ötən il deyəndə mənə inanmırdılar. Bu gün mən hakimlər barəsində danışmaq belə istəmirəm. Çünki hər şey davam edir. Rəhbərliyə demişəm ki, komandanı müdafiə etmək lazımdır. Bu barədə hansısa tədbirlər görmək lazımdır.
    Mən sadəcə evə getmək istəyirəm. Psixoloji cəhətdən komanda ilə birlikdə olmaq lazımdır ki, oyunçular məyus olmasınlar.
    "Qarabağ"ı təbrik edirəm. Yaxşı oynadılar və ümmumilikdə, çox yaxşı iş görürlər. Baş məşqçilərinə çox böyük hörmətim var.
    Azərbaycanlı hakimlərinin səviyyəsi yaxşıdır. Amma digər tərəfdən top futbolçunun üzünə dəyərkən, hakim penalti təyin edir. AZAL ilə qarşılaşmada dördüncü referi futbolçumuzu təpikləyən rəqib oyunçunu müdafiə etdi. Artıq deyiləsi sözüm yoxdur".

ความคิดเห็น • 3