ELçin XəyaLi - Köhnə kişiLər !
ฝัง
- เผยแพร่เมื่อ 19 พ.ย. 2024
- KÖHNƏ KiŞiLƏR !
Sonuncu düymədə ,bağLanar köynək ,
Təsbehi əLində , gözündə eynək ,
Haqqı ayaqLayan , dövranLa neynək ?
Quruyub qaLmısız , köhnə kişiLər !
Böyüyən nəsiLə , öyüd verirsiz ,
Baxaraq gəncLərə , var-gar edirsiz ,
ÇəkiLib göyLərə , bir-bir gedirsiz ,
Heyif azaLmısız , köhnə kişiLər !
Duruşu oxşadar , zirvəLi dağı ,
Qeyrət simvoLudur , başda papağı ,
Hər sözü fəLsəfə , deməz bayağı ,
Qafiyə atmısız , köhnə kişiLər !
Dünyamız qarışıb , o aLt - üst oLub ,
Nakişi , biqeyrət , küçəLər doLub ,
Bakirə gözəLLər , qarıyıb, soLub ,
ELə biL yatmısız , köhnə kişiLər !
QaLmıb tərbiyənin , yüksək üzLəri ,
DiLLərin mədəni , o xoş sözLəri ,
BəLkə yoruLmusuz , atıb bizLəri ,
Şeytana satmısız , köhnə kişiLər !
Müdrük ağLınızLa , bağLayıb qanı ,
Bir “ SƏN ÖL“ sözünə , keçərdiz canı ,
İndi o zamanə , o dövran hanı ?
ALəmi qatmısız , köhnə kişiLər .
Ömür bir sınaqdır , sağ və soLunda ,
BoşaLar dizlərin , sınar qoLun da ,
ELçinəm , mənim tək ,haqqın yoLunda ,
Köməksiz , batmısız , köhnə kişiLər ?!
ELçin XəyaLi
Спасибо брат красавчик супер