Çökək hamam 1606 - cı il Gəncə
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb.
Hamamın tikintisində o zamanın ənənəvi materialları - qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var. Böyük günbəzlərin qırağında ventilyator rolu oynayan yarımgünbəzlər tikilib ki, onlardan ventilyasiya boruları divarların içərisindəki məkana doğru ayrılır. Qışda burada çox isti, yayda isə sərin olurdu.[6] Hamam odunla qızdırılırdı. Zirzəmidə iki buxar qazanı yerləşirdi. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Dörd yüz illik tarixi olan bu sistem 1963-cü ilədək mükəmməl işləyib.
Hamamın "Çökək hamam" adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Tikilinin altındakı zirzəmi isə qızdırıcı soba rolunu oynayır.Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə hamamın altının və divarlarının qızdırılmasını təmin edirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yollarla istifadə nöqtəsinə çatdırılır.
2002-ci ildən Çökək hamam beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu aldı və UNESCO tərəfindən mühafizə olunur.
GX013588