Nağıyevlərin tikinti şirkəti vətəndaşı aldadıb?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Nərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən yataqxana binası söküləndə sakinlər sevinmişdi. Onlara bildirilmişdi ki, yaşadıqları sahəyə uyğun mənzillərlə təmin ediləcəklər. Bina tikilinə qədər isə onlara kirayə haqqı ödənəcək.
    Nəbiyeva İradə uzun illər "Azərmetal" İstehsalat Birliyində çalışıb. Ev növbəsində olduğu üçün ailə üzvlərinin sayına həmin yataqxanadan onlara otaqlar verilib. Yaradılmış komissiyanın hesablanmasına görə İradə Nəbiyeva 74 kvadrat metr yaşayış sahəsi hesablanıb, indi ona yaşayış sahəsi hər mənzildə 18 kvadratmetr olmaqla cəmi 36 kvadrat metrlik ayrı-ayrı iki mənzil təklif olunur. Bu isə onu heç qane etmir.
    İradə Nəbiyeva ilkin müqavilə bağlanarkən aldadıldığını da bildirib. Dərhal müqaviləni dəyişməyi istəsə də buna imkan verilməyib. İşin məhkəmə qaydasında həll olunması deyilib. Məhkəmələr isətikinti şirkətinin əsl sahibinin ( RR Construction MMC-nin sahibi Nadir Abdullayev göstərilsə də, şirkətin əsl sahibinin DTX rəisi Əli Nağıyevin qardaşı Vəli Nağıyev olduğu bildirilir) qorxusundan konkret qərar verməyə çətinlik çəkib. Tikinti şirkəti binanı müqavilə üzrə nəzərdə tutulan vaxta da təhvil verməyib. Ödədiyi kirayə haqqını da kəsib.
    Şikayətçi İradə Nəbiyeva məsələ ilə bağlı Prezidentə, birinci vitse-prezidentə müraciət etsə də heç bir cavab ala bilməyib.

ความคิดเห็น • 8

  • @xeyalcavadzade7974
    @xeyalcavadzade7974 2 ปีที่แล้ว +2

    Bu serefsiz mkt sahiblerine niye dovlet maraglanmir bularnan

  • @zar9991
    @zar9991 หลายเดือนก่อน

    İsfəndiyar Axundov bizi 2008-ci ildən aldadıb.

  • @leylanebiyeva3082
    @leylanebiyeva3082 2 ปีที่แล้ว +2

    bu xanim 2 ildi eziyyet cekir
    kiraye pulu odenmir, aldadilir tek qadin oldugu ucun insAllah ki haqq edalet yerini tutar

  • @gulnarshirinova7806
    @gulnarshirinova7806 2 ปีที่แล้ว +2

    Kime isdeyirsiz sikayet edin,xeyri olmayacaq.

  • @mehrivliyeva3452
    @mehrivliyeva3452 2 ปีที่แล้ว +1

    Onlar bütün sakinləri doladılar barmaqlarına,hamını aldatdılar, başdan sovdu təmir elədilər

  • @maryammaqsudova631
    @maryammaqsudova631 2 ปีที่แล้ว +1

    bu tip meselelerin ishiqlandirilmasi yaxshidir,umid edirem tez bir zamanda hell olunar.