Zəlimxan Yaqub - "Məkkə" şeiri | Lider TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • Verilişin müəllifi və aparıcısı: Zamiq Əliyev

ความคิดเห็น • 7

  • @gunduzazadoglu4961
    @gunduzazadoglu4961 ปีที่แล้ว +5

    Zəlimxan Yaqubun "Məkkədə" rədifli şerinə nəzirə. Allah Zəlimxan Yaquba qəni-qəni rəhmət eləsin! Ruhu şad, məkanı Cənnət olsun! Amin.🙏
    Məkkədə
    Zəlimxan Yaqub
    Çağırdıq qadir Allahı,
    Yazıldı qismət Məkkədə.
    Çəkdi bizi ziyarətə,
    Ulu bir qüdrət Məkkədə.
    Gündüz Azadoğlu
    Çağıraq qadir Allahı,
    Cəm olsun ümmət Məkkədə.
    Hamı getsin ziyarətə,
    Qoy olsun qismət Məkkə də.
    Zəlimxan Yaqub
    Həftələr aya qovuşdu,
    Çeşmələr çaya qovuşdu.
    Damla dəryaya qovuşdu,
    Yox oldu həsrət Məkkədə.
    Gündüz Azadoğlu
    Uca Allah saya salsın,
    Halal ruzi, maya salsın.
    Düşmən üstə qaya salsın!
    Yox olsun nifrət Məkkədə.
    Zəlimxan Yaqub
    Şəkər imiş sözdən ötrü,
    İşıq imiş gözdən ötrü,
    Zəm-zəm suyu bizdən ötrü,
    Oldu bir şərbət Məkkədə.
    Gündüz Azadoğlu
    İlk yaranmış Adəm idi,
    İlk quyusu Zəm-zəm idi.
    Şəhid olan Həmzəm idi,..
    İçibdi şərbət Məkkədə.
    Zəlimxan Yaqub
    Fikir fikrə həyan oldu,
    Səsimizi yayan oldu.
    Baxanlara əyan oldu,
    Əsil həqiqət Məkkədə.
    Gündüz Azadoğlu
    Əvvəl gedən bacım oldu,
    Başımızın tacı oldu.
    Xalamoğlu hacı oldu,
    Doğru, həqiqət Məkkədə.
    Zəlimxan Yaqub
    Yerdən göyə məhəbbət var,
    Göydən yerə mərhəmət var.
    Haqq doğru hərəkət var,
    Bircədi sifət Məkkədə.
    Gündüz Azadoğlu
    İbadət var göydəkinə,
    Mərhəmət var yerdəkinə.
    Məhəbbət var evdəkinə,
    Təkcədi ismət Məkkədə.
    Zəlimxan Yaqub
    Nur yaranıb, zər doğulub,
    İmam, Peyğəmbər doğulub.
    Əli kimi ər doğulub,
    Kəbəsi hikmət Məkkədə.
    Gündüz Azadoğlu
    Nur gəzdirib simasında,
    Pənci-Əli əbasında.
    Həzrət Əli odasında,
    Doğuldu, hikmət Məkkədə.
    Zəlimxan Yaqub
    Dilində Quran ayəsi,
    Üstündə haqqın sayəsi.
    Allahdandı sərmayəsi,
    Tükənməz sərvət Məkkədə.
    Gündüz Azadoğlu
    Nazil olan Quran olub,
    Sözü üstə duran olub.
    Mədinəni quran olub,
    Halaldı sərvət Məkkədə.
    Zəlimxan Yaqub
    Geyindik ehram paltarı,
    Ağlığı dağların qarı.
    Yeridik qibləyə sarı,
    Qıldıq ibadət Məkkədə.
    Gündüz Azadoğlu
    Ehramdan sonra təvafdı,
    Hər şey Allaha agahdı.
    Kəbə evi qibləgahdı,
    Əsil ibadət Məkkədə.
    Zəlimxan Yaqub
    Sevgi çələngi toxuduq,
    Ətir daddıq, gül qoxuduq.
    İmama rəhmət oxuduq,
    Yezidə lənət Məkkədə.
    Gündüz Azadoğlu
    Söz çələngi toxuyarıq,
    Müşkü-ənbər qoxuyarıq.
    Pirə rəhmət oxuyarıq,
    Yezidə lənət, Məkkədə.
    Zəlimxan Yaqub
    Aydınlığı haqqın nuru,
    Təmizliyi sudan duru.
    Bu şöhrəti, bu uğuru,
    Yaradıb qeyrət Məkkədə.
    Gündüz Azadoğlu
    Haqq üstünə nur ələyib,
    Üzünə örpək bələyib.
    Xəstələr şəfa diləyib,
    Şəfa, nəhayət Məkkədə.
    Zəlimxan Yaqub
    Əl vuranda qara daşa,
    Az qalır ki, ağlın çaşa.
    Nə gördüksə başdan-başa,
    Heyrətdi, heyrət Məkkədə.
    Gündüz Azadoğlu
    Qara daşı müqəddəsdi,
    Daş töküldü, külək əsdi.
    Düşmənin başını kəsdi,
    Heyrətdi, heyrət Məkkədə.
    Zəlimxan Yaqub
    Nahaq yerə ürək yarma,
    Haqq olmasan, haqqa varma.
    Ey insan, cənnət axtarma,
    Gəzdiyin cənnət Məkkədə.
    Gündüz Azadoğlu
    Haqsız yerə könül qırma,
    Haqsızın yanında durma!
    Haqlı olsan, haqsız vurma!
    Axtar ədalət Məkkədə.
    Zəlimxan Yaqub
    Baxışlardan nur tökülür,
    Dodaqlardan dürr tökülür.
    Hər yerdən şükür tökülür,
    Yoxdu şikayət Məkkədə.
    Gündüz Azadoğlu
    Baxışlardan nur ələnir,
    Adamlar ağa bələnir.
    Hər yerdən şükür elənir,
    Vardır şəfaət Məkkədə.
    Zəlimxan Yaqub
    Tarix qədim, dərgan ulu,
    Torpaq odlu, çeşmə sulu.
    Kim olsa Allahın qulu,
    Çəkməz xəcalət Məkkədə.
    Gündüz Azadoğlu
    Tarix qədim, dərgah Onun,
    Kafir oldu oğlu Nuhun.
    Doğru yolda olan qulun,
    Olmaz xəcalət Məkkədə.
    Zəlimxan Yaqub
    Baxın Kəbənin yaşına,
    Dünya dolanır başına.
    Toz qonsa bircə daşına,
    Qopar qiyamət Məkkədə.
    Gündüz Azadoğlu
    Qədimdi Kəbənin yaşı,
    Həcərül-əsvəddi daşı.
    Qopsa saatının başı,
    Olar qiyamət Məkkədə.
    Zəlimxan Yaqub
    Ən uca dövlət kimidir,
    Ən dadlı qismət kimidir.
    Allaha xidmət kimidir,
    Kəbəyə xidmət Məkkədə.
    Gündüz Azadoğlu
    Ən əziz mehman kim idi?
    Suda qərq olan kim idi?
    Allaha aslan kimidi,
    Kəbəyə şöhrət Məkkədə.
    Zəlimxan Yaqub
    Hər ürək bir dolu camdı,
    Hər könül bir yanan şamdı.
    Sabaha bir ehtiramdı,
    Dünənə diqqət Məkkədə.
    Gündüz Azadoğlu
    Hər nəfisin çıxar canı,
    Damarında donar qanı.
    Əzəl gündən dünya fanı...
    Ümməti-Cənnət Məkkədə.
    Zəlimxan Yaqub
    Bir tanış ol, yaxşı tanış,
    Qələmim, yaz, dilim, danış.
    Allah əli toxunmamış,
    Yoxdu bir sənət Məkkədə.
    Gündüz Azadoğlu
    Məhəmməd şəninə alqış,
    Haqq yolunda qılınc çalmış.
    Allah Özü toxunmamış,
    Yoxdu bir vəhdət Məkkədə.
    Zəlimxan Yaqub
    Ər demişik, ərənlərə,
    Haqqa könül verənlərə.
    Məhəmmədi görənlərə,
    Var bir şəfaət Məkkədə.
    Gündüz Azadoğlu
    Çox əzizdi hər millətə,
    Tab gətiribdi zillətə...
    Şəfaəti var ümmətə,
    Çəkib əziyyət Məkkədə.
    Zəlimxan Yaqub
    Yaxın gəlməz ağrı-acı,
    İman olsa başın tacı.
    Zəlimxan da oldu hacı,
    Tapdı səadət Məkkədə.
    Gündüz Azadoğlu
    Uzaq olsun ağrı-acı,
    Xoşbəxt olsun, qardaş-bacı.
    Azadoglu olsun hacı,
    Tapsın səadət Məkkədə.
    Gündüz Azadoğlu, Nijni Novqorod şəhəri.
    05.10.2022.
    23:45.

  • @ЭлханАлиев
    @ЭлханАлиев หลายเดือนก่อน

    Allah rehmet elesin Size Dahi insan

  • @hasan.nagiev
    @hasan.nagiev ปีที่แล้ว +2

    Allah rəhmət eləsin

  • @user-pm5my5zt4i
    @user-pm5my5zt4i 9 หลายเดือนก่อน

    🙏👍🤲✋️

  • @user-zt8dw9nv6y
    @user-zt8dw9nv6y 5 หลายเดือนก่อน

    Allah rehmet etsin

  • @user-hz9td6zx3z
    @user-hz9td6zx3z 4 หลายเดือนก่อน

    , Allah size rehmet elesin boyuk insan yeriniz cennet olsun

  • @aytenpashayeva5303
    @aytenpashayeva5303 ปีที่แล้ว +1

    Dahi şairə Allah rəhmət etsin