ASAN Cavab - Nikahın qeydə alınması üçün hansı sənədlər təqdim olunmalıdır? - AzTV 06.03.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #asanxidmət #aztv

ความคิดเห็น • 42

  • @skrmmmdli7996
    @skrmmmdli7996 11 วันที่ผ่านมา

    Analizlerin cavabi en tez ve en gec nece gune cixir? Zehmet olmasa melumat vererdiz

    • @asanxidmat
      @asanxidmat  10 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Qeyd edək ki, tibbi arayışlar 14 iş günü müddətində hazırlanır. Hazırda müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir.

  • @aylinaliyeva2398
    @aylinaliyeva2398 7 วันที่ผ่านมา

    Salam nigaha girerkən aile veziyyeti haqqında arayış ve subaylıq haqqında arayış hardan alınır?

    • @asanxidmat
      @asanxidmat  5 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması zamanı əcnəbi vətəndaşdan ailə vəziyyəti haqqında arayış (arayış 6 ay müddətində etibarlıdır) tələb olunur. Təqdim olunan sənəd müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır) və Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur. Bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər.
      Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @seidexan1999
    @seidexan1999 23 วันที่ผ่านมา

    Analizi vermək üçün Asan xidmətə yaxınlaşmaq lazımdı ?

    • @asanxidmat
      @asanxidmat  22 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @aytenhesenova4847
    @aytenhesenova4847 28 วันที่ผ่านมา

    Bizdə qan analizi cavabı çıxıb, ancaq oktyabrın 10-u tarixi üçün sentyabrın 10-u gəlib ərizə yazmalıyıq?

    • @asanxidmat
      @asanxidmat  26 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

  • @sahilaali4788
    @sahilaali4788 2 หลายเดือนก่อน

    salam bunun üçün hansı xəstəliklə baglı analiz vermək lazımdır birdə əgər tərəfin biri türk vətəndaşıdırsa ona sadəcə şəxsiyyət vəsiqəsi lazımdır niğah üçün, yoxsa xarici pasport ?

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikaha daxil olmaq istəyən şəxslər talessemiya, İİV/QİÇS və sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidirlər.
      Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır.
      Tərəflərdən biri Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Nikahın qeydə alınması ilə bağlı Azərbaycan Respublikası vətəndaşının təqdim etməli olduğu sənədlər:şəxsiyyət vəsiqəsi, tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      Nikahın qeydə alınması ilə bağlı əcnəbi olan tərəfin təqdim etməli olduğu sənədlər: pasport (Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş), ailə vəziyyəti haqqında arayışı (arayış 6 ay müddətində etibarlıdır) (Türkiyə Respublikasından təqdim olunan sənəd müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur ), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), Dövlət Miqrasiya Xidməti tərəfindən verilən sənəd (vəsiqə və ya olduğu yer üzrə qeydiyyatla bağlı arayış), əgər şəxsin növbəti nikahıdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (Türkiyə Respublikasından təqdim olunan sənəd müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), tibbi müayinəni təsdiq edən sənəd, dövlət rüsumunun ödənilməsi barədə qəbz.

  • @aydantagiyeva8886
    @aydantagiyeva8886 หลายเดือนก่อน

    Salam. Asan xidmət mərkəzində tibbi müayinədən keçən zaman sənədlər həmən hazır olur yoxsa nə qədər müddətdən sonra? Bir də ki nigah qeydə alınan zaman şahidlərin qohum yoxsa yad olmağının fərqi var? Və şahidlərin biri xanım biri bəy olmalıdır yoxsa fərqi yoxdur?

    • @asanxidmat
      @asanxidmat  หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. İlk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması mərhələsində (ərizə yazılanda deyil) istədiyiniz halda şahidlər iştirak edə bilər. Onların iştirakı məcburi deyil. 18 yaşdan yuxarı istənilən şəxs nikah şahidi ola bilər.

  • @SekineSukurova-ov9or
    @SekineSukurova-ov9or 9 วันที่ผ่านมา

    Zəhmət olmasa cavab verin qan göturməsi ucun pul ödmişiy və məbləgi yazılmış cek veriblər o cek ikinci dəfə lazım dı cox xayiş elyrəm cavab verin

    • @asanxidmat
      @asanxidmat  8 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Qeyd edək ki, hazır sənədin əldə olunması ilə bağlı ödəniş qəbzi tələb olunmur. Tərəflər şəxsiyyət vəsiqəsini təqdim edərək hazır sənədi əldə edə bilər.

    • @SekineSukurova-ov9or
      @SekineSukurova-ov9or 8 วันที่ผ่านมา

      @@asanxidmat cox sagolun😊

  • @YuskaToma
    @YuskaToma 11 วันที่ผ่านมา

    Qan analizi ödənişlidir

    • @asanxidmat
      @asanxidmat  11 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.

  • @Ceyhune-20
    @Ceyhune-20 2 หลายเดือนก่อน

    Salam.Hem Azerbaycan hem xarici vetendaşlığı olub xaricde yaşayan şexs Azerbaycanda Azerbaycan vetendaşı ile özü ise xarici vetendaş olaraq nigaha gire bilermi?

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdursa, nikaha daxil olan zaman Azərbaycan Respublikasının vətəndaşı kimi müraciət etməli və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @12ibr-12_kbrov
    @12ibr-12_kbrov 2 หลายเดือนก่อน

    Analizin cavab çıxdıqdan sonra ərizə yazmaq lazımdır?

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır.

  • @arzuman_055
    @arzuman_055 2 หลายเดือนก่อน

    Tibbi arayış hardan alınmalıdı?
    Tərəflərdən biri işdirak edə bilər nigahda?

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/service/asan-xidmetler/funksional-yardimci-xidmetler/tibb-xidmetleri/nikaha-daxil-olmaq-isteyen-sexslerin-tibbi-mueayineden-kecdiklerini-tesdiq-eden-arayisin-verilmesi
      Həmçinin xidmətlə bağlı ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

    • @arzuman_055
      @arzuman_055 2 หลายเดือนก่อน

      @@asanxidmat mən özüm Rusiyada olram bir ay vaxtım olmayacaq nigaha girməyə bunu online yada birimiz işdirak etsə nigaha girmək olar?

    • @arzuman_055
      @arzuman_055 2 หลายเดือนก่อน

      @@asanxidmat gələ bilerem 5..10 günlük yani qol çəkib nigaha girim ama belə üzün müddətli vaxtim yoxdur

    • @arzuman_055
      @arzuman_055 2 หลายเดือนก่อน

      @@asanxidmat əvvəlcədən neynəmeliyik hazır olsun sonra gelim götürüm sənədləri? Xayis edirəm loru dildə mənə izah edəsiz

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı Ədliyyə Nazirliyinin internet səhifəsi üzərindən elektron müraciət etmək olar. Bu elektron müraciət barədə məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağınız xahiş olunur. Elektron müraciət olunduqda nikahın qeydə alınacağı tarixdən 7-10 gün əvvəl sənədlərin yoxlanılması üçün nikahın qeydə alınacağı orqana təqdim olunması tövsiyə olunur.

  • @RüstəmŞirəliyev
    @RüstəmŞirəliyev หลายเดือนก่อน +1

    Salam, mən sabah nikaha düşmək istəyirəm, vəsiqə kifayətdir?

    • @asanxidmat
      @asanxidmat  หลายเดือนก่อน +1

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

  • @EfsaneAtakisiyeva-g4i
    @EfsaneAtakisiyeva-g4i 25 วันที่ผ่านมา

    18yasim 1gundu tamam olub hamiləyəm gelib qan analizi versek nese prabelm yaranmaz

    • @asanxidmat
      @asanxidmat  25 วันที่ผ่านมา

      Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @bakinskiparen6046
    @bakinskiparen6046 2 หลายเดือนก่อน

    Başaq hecbir sened teleb olunmurki

    • @asanxidmat
      @asanxidmat  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

  • @taghiyeffva2428gv
    @taghiyeffva2428gv หลายเดือนก่อน

    Salam sağlamlıq haqqında ödəniş qəbzinin telefonda şəkli olsa olar? Şəhərdən rayona gəlmişik yadımızdan çıxıb amma şəkilləri var telefonda, zəhmət olmasa cavab verərdiz 🙏🏻

    • @asanxidmat
      @asanxidmat  หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi arayışın hazır sənədinin əldə olunmasını nəzərdə tutursunuzsa, ödəniş qəbzi təqdim olunmadan da hazır sənədi əldə edə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

  • @teranesuleymanli3655
    @teranesuleymanli3655 หลายเดือนก่อน

    Heç nə başa düşmürəm. Daha asan dildə desələr nə olar ki

    • @asanxidmat
      @asanxidmat  หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.

    • @amraxamrax2053
      @amraxamrax2053 หลายเดือนก่อน

      ​@@asanxidmatsalam.oĝlumla gelinim 4 ildir evlidirler,amma resmi nigahlari yoxdur ,onlara da tibbi arayiw lazimdir resmi nigaha?

  • @GozelAgayeva-g6w
    @GozelAgayeva-g6w หลายเดือนก่อน

    Bes tereflerden biri xarici vetendaşdırsa?

    • @asanxidmat
      @asanxidmat  หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub.
      Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Tərəflərdən biri Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
      Nikahın qeydə alınması ilə bağlı Azərbaycan Respublikası vətəndaşının təqdim etməli olduğu sənədlər:şəxsiyyət vəsiqəsi, tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz.
      Nikahın qeydə alınması ilə bağlı əcnəbi olan tərəfin təqdim etməli olduğu sənədlər: pasport (Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş), ailə vəziyyəti haqqında arayışı (arayış 6 ay müddətində etibarlıdır) (müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), Dövlət Miqrasiya Xidməti tərəfindən verilən sənəd (vəsiqə və ya olduğu yer üzrə qeydiyyatla bağlı arayış), əgər şəxsin növbəti nikahıdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə ( müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), tibbi müayinəni təsdiq edən sənəd, dövlət rüsumunun ödənilməsi barədə qəbz.