Təhsil Nazirliyinin önündə etiraz: Müəllimlər imtahandan əslində niyə kəsilibmiş?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #APATV #TəhsilNazirliyi #əməkmüqaviləsi #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Bir qrup gənc müəllim Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirib.
    2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunan bu müəllimlər sonradan müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə qatılıblar. İndi isə onlar nazirlik tərəfindən keçirilən daimiləşmə müsabiqəsindən haqsız olaraq kəsildiklərini iddia edirlər.
    Günel, Pərvanə, Türkan və onların simasında neçə belə gənc müəllim var ki, eyni aqibəti yaşayırlar. Gənc müəllimlər müsabiqə əsnasında onlara qarşı kobud davranıldığını da iddia edirlər.
    Etirazçılar bildirdilər ki, nazirlikdə onları qəbul edib, dərdlərini dinləyən də yoxdur. Bir az sonra APA TV-nin çəkiliş heyətini görən nazirliyin insan resursları bölməsinin əməkdaşları etiraz edən müəllimləri qəbul edib, şikayətlərini dinlədilər.
    Daha sonra etirazçıların aqibətinin necə olacağına və açıq qalan digər suallarımıza cavab tapmaq üçün Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Ancaq təəssüf ki, bu mövzuda danışmaqdan qətiyyətlə imtina elədi.
    Bu üzdən suallarımıza cavab tapmaq üçün mövzuya yenidən qayıdacağıq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 309

  • @user-cg2hd7xq5w
    @user-cg2hd7xq5w 2 ปีที่แล้ว +94

    Çünki yerlərinə pul müqabilində təyin olunan şəxslər var. Əgər bu şəxslər müəllimliyə layıq deyillərsə niyə təhsil nazirliyi diplom verir?

  • @se3869
    @se3869 2 ปีที่แล้ว +123

    Hec kim gedib muellimlik oxumasin ,ne deyer var ne hormet ne maas ,evezinde eziyyet var,omur boyu imtahan var,her olur muellimden teleb edirler ,usaqlara tehsil ver terbiyye ver ve s axirda da valideyinde usaqda muellimin uzune durur

  • @user-dr8qf7vl3f
    @user-dr8qf7vl3f 2 ปีที่แล้ว +143

    Müəllimləri incitmək, bir millətin gələcəyini yox etmək deməkdir!

  • @rafailrasulov4012
    @rafailrasulov4012 2 ปีที่แล้ว +67

    Əgər oxuduqdan sonra iş yeri olmayacaqsa hər il minlərlə müəllim diplomunu niyə verirsiz??
    Mən də istirahətimdən, əynimdən, boğazımdan kəsib qız oxutmuşam. İş yoxdu oturub evdə. 44 bal yığıb işəqəbul imtahanından. 5 -7 saat iş verirlər, özü də mərkəzdən 25-30 km aralı, yol pulu da verməməklə. Bu nə deməkdi? Vallah ayıbdı.və günahdı.

  • @r.umudova5930
    @r.umudova5930 2 ปีที่แล้ว +149

    Çox heyf,müəllimlərə verilən dəyər budur.!
    Övladlarımıza icazə verərik heç müəllim olsun.
    HEÇ VAXTTT!!!

    • @cealiyeva
      @cealiyeva 2 ปีที่แล้ว +4

      Şəxsən mən gələcəkdə övladlarım olsa onlara dil öyrədəcəm icazə verməyəcəm oxuyub müəllim olsunlar

    • @seymurmusayev.7305
      @seymurmusayev.7305 2 ปีที่แล้ว +1

      Men istəmərəm myellim olsun

    • @mehin7509
      @mehin7509 2 ปีที่แล้ว

      Şəxsən men ididen usaglarimi.muellim olmaq hevesinden yayindiriram

    • @mehribanhetemova1420
      @mehribanhetemova1420 2 ปีที่แล้ว

      Bunların istədiyi də odur ki millət pisgünə qalsın

    • @pervizrzayev8128
      @pervizrzayev8128 2 ปีที่แล้ว

      Bu elə qarğanı qayadan atmaq deməkdi. Bu sistemə də lazımdı ki müəllim ordusunu əsaslı şəkildə ixtisar eləsinlər

  • @huseynmehdiyev9761
    @huseynmehdiyev9761 2 ปีที่แล้ว +37

    Müəllimi bu qədər imtahan etmək olmaz. İmtahanı diplom verende etmək lazımdır. Layiqdir alsın,layiq deyilse almasın.

  • @Pedaqoq486.
    @Pedaqoq486. 2 ปีที่แล้ว +45

    Müəllimləri bu qədər incitməyə heç kimin ixtiyarı yoxdur !!!

  • @mehricavadl8960
    @mehricavadl8960 2 ปีที่แล้ว +137

    Yazıq müəllimlər,2013-2014 cü illərdən bəri imtahanlarda surunuruk. Bəxtəvərdi əvvəldən kollec bitirib rahat şəkildə imtahansız işə qəbul olan və kifayet qədər saatı olan müəllimlər..

    • @yusif5461
      @yusif5461 2 ปีที่แล้ว +4

      Yaxsi mellim imtahandan cekinmez!

    • @r.z9064
      @r.z9064 2 ปีที่แล้ว +8

      @@yusif5461 bu bədbəxt muəllim ömrünün sonuna kimi imtahan verməlidir tüpürüm o nazirliyə ki verdiyi diploma etibar etmir yenə imtahan edir.hətta yenə etibar etmir isləyən muəllimi sertifikasiya imtahani edir

    • @ramizxelilov8922
      @ramizxelilov8922 2 ปีที่แล้ว +2

      Müəllim,Haqlı imtahandan çəkinməz,bəs dərsdən,dərslikdən xəbəri olmayan,dəxlisiz sual yığımı olan imtahanda yazıq müəllim nə etsin.

    • @jallizad4018
      @jallizad4018 2 ปีที่แล้ว +3

      2032-2033 ildə müəllim çatışmazlığı yarananda nə edəcəklər görəsən??

    • @jallizad4018
      @jallizad4018 2 ปีที่แล้ว +2

      @@elminmusayev9731 Növbəti 10 il ərzində Miq və sertifikasiya imtahanları nəticəsi olaraq müəllimlərin peşəsindən uzaqlaşacaqlarını nəzərə alsaq, müəllim olmaq istəməyən yeni nəsil də göz önündədir.Bu qaçılmazdı.Yəqin belə də istəyirlər

  • @xanimbayramli9822
    @xanimbayramli9822 2 ปีที่แล้ว +122

    Hec ne teze tehsil nazirinen cox umudli idik amma heyff il ilden tehsil uni qebul olmaq cox cetin olub

    • @nurnur_li8339
      @nurnur_li8339 2 ปีที่แล้ว +3

      Beli butun muellimlere bele edible

    • @ulvuulvu402
      @ulvuulvu402 2 ปีที่แล้ว +6

      serefsizdir sahil babayev ermenidir muavini vusal nesirli serefsizdir gunahsz adami tutdurub

    • @sekineagazade8110
      @sekineagazade8110 2 ปีที่แล้ว +4

      Siz ondan nece emin ola bilersinizki tehsille onun hec bir elagesi yoxdu. Tehsil naziri tehsilden anlayan olmalidi. Yoxsaki milletini soyan savadini oldurub manqurt eden yox

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 2 ปีที่แล้ว +37

    Bu ölkədə Müəllim olmaqda istəmir İnsan.Beş il imtahan verdim sonunda yorulub uzaqlaşdım .Hər dəfəsində bir bahanə ilə işə qəbul etmədilər.

  • @clalbybalal3941
    @clalbybalal3941 2 ปีที่แล้ว +42

    Haqlı etirazdır Allah köməkləri olsun.

  • @xanimmemmedova1721
    @xanimmemmedova1721 2 ปีที่แล้ว +30

    Allah bəlasını versin bizə haqsızlıq edənlərin!!!!! 50 bal topla, 1il işlə və sonra da 3 nəfər elmdən bixəbər səni kəssin səbəbsiz yere

  • @ibadovresad9756
    @ibadovresad9756 2 ปีที่แล้ว +39

    Təzə gələn nazir gündə bir qərar verir. Gua MIQ i daha asan etsin. Amma əslində, Emin gelendendi verdiyi hər qərar müəllimlərin ziyaninadir. Mikayıl islediyi dövrdə en düzgün idi

  • @xdicmmmdli1020
    @xdicmmmdli1020 2 ปีที่แล้ว +15

    Bəli çox doğrudur mənim müəlliməmdə bu imtahanda iştirak edib bütün sualları da cavablandırıb lakin buna baxmayaraq imtahandan kəsilib xahiş edirəm bu məsələyə Təhsil Nazirliyi tərəfindən yenidən baxılsın biz müəlliməmizi çox sevirik bizimlə olduğu bu müddətdə demək olarki ancaq uşaqların taleyi onu maraqlandırıb mən sinif yoldaşlarım və öz adımdan xahiş edirəm yenidən bu məsələyə baxılsın

  • @barca20051
    @barca20051 2 ปีที่แล้ว +31

    İmtahan götürən şəxs dərhal reaksiya verərdi ,onda bilərdik kim haqlıdır.İlk növbədə Garabaq veteranının xanımı işinə bərpa olunsun .Təhsil nazirliyi haqlıdır sa , rektorları çağırıb ,bu nə savadsız müəllimlərə diplom verirsiz .

  • @nurtelekom1243
    @nurtelekom1243 2 ปีที่แล้ว +16

    Çox üzücüdür ali təhsilli, miq-imtahanından uğurla keçmiş müəllimlər haqqında belə qərarlar vermək.Ədalətsizlikdir

  • @SamsungJ-xq9hg
    @SamsungJ-xq9hg 2 ปีที่แล้ว +24

    Bəli bu çox doğrudur ! Bizim də müəlliməmiz imtahanı yaxşı verdiyi halda imtahandan kəsilib . Buna səbəb nədir ? Xahiş edirəm kimsə başa salsın ! Niyə müəllimlərin əziyyəti yerdə qalmalıdır . Biz müəlliməmizin bizimlə qalmasını istəyirik . ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN də dediyi kimi" BİZ HAMIMIZ HƏYATIMIZDA ƏLDƏ ETDİYİMİZ NAİLİYYƏTLƏRƏ, BÜTÜN VARLIĞIMIZA GÖRƏ MÜƏLLİMƏ BORCLUYUQ "

  • @suleymanhuseynov8865
    @suleymanhuseynov8865 2 ปีที่แล้ว +50

    Bu dövlət 4 il oxutdurduğu təbəsini imtahansız işə götürmür.Belə olduğu halda universitet nəyə lazımdı

    • @allahnqulu1689
      @allahnqulu1689 2 ปีที่แล้ว +1

      Məndə müəlliməyəm və eyni fikirdəyəm

  • @xdicmmmdli1020
    @xdicmmmdli1020 2 ปีที่แล้ว +53

    Unutmayaq TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR . Və təhsili verən isə müəllimlərdir

  • @ulkeresgerova939
    @ulkeresgerova939 2 ปีที่แล้ว +14

    Bizim təhsildə çatışmamazlıqlar çoxdu, Bakı dövlətin coğrafiya ixtisasını bitirmişəm, bizim ixtisası bitirənlər müəllim işliyə bilməzmiş, qarşısında müəllim sözü yazılmalıymış, halbuki müəllimlik kimi mənə də eyni fənnlər tədris olunub tək pedaqoqikadan başqa, hətta ixtisasımı müəllimliklərdən çox bizə tədris ediblər eyni fənndən onlara 60sual salanda imtahana bizə 75-90sual salıblar, savetin vaxtlarında ta 2010a kimi bu ixtisaslar 2si bir olubdu sonradan ayrılıb 100nəfərdə yer ayırırlar bu ixtisasa, yaxşı belə bir sual çıxır biz coğrafiyaşünasıqsa, Azərbaycan kimi balaca coğrafiyası olan ölkəyə hər il bu qədər coğrafiyaşünas nə lazımdı? Əvvəl bizim ixtisası bitirənlər yenidən 1il artıq oxuyub ixtisas artırma edirdilər ki, müəllim işləyə bilsinlər, bu ildən oda ləğv olunub, ceyhun bayramov bizim xeyrimizə qərar çıxarmışdı çıxana yaxın kurslar təşkil olunacaqdı oda kağız üzərində qaldı, dünyanın heç bir yerində belə şey yoxdu, Rusiyada ixtisasım soruşanda deyirəm coğrafiyanı bitirmişəm, deyir müəllimsən deyirəm yox, üzümə mat mat baxırlar, heyif Azərbaycan təhsilinə tökdüyümüz pullardan, birdə zəhmətimə heyfislənirəm

    • @feridemeherremli763
      @feridemeherremli763 2 ปีที่แล้ว +1

      Eyni veziyyet mende de var teessuf ki...Baki Dovletin Tetbiqi riyaziyyatini bitirmiwem amma imtahan vere bilmirem.Mecbur kursda fealiyyet gosterirem muellime kimi...Allah sonumuzu xeyir etsin...🙏

  • @salmanmemmedov4052
    @salmanmemmedov4052 2 ปีที่แล้ว +22

    Bu idarəcilik bu təhsil bu huquq muhafizə sistemi Bir muəllim kimi deyirəm olmaz olsun hayif bu idarəcilik ücun 6il 2ay xususi təyinatli bolmələrində xidmətim hayif Şəhid qardaşlarimin qanindan qazi qardaşlarimin haqindan cox təsuflənirəm və iyrənirəm bu ölkənin idərciliyindən

  • @НиджатКулиев-ж6ш
    @НиджатКулиев-ж6ш 2 ปีที่แล้ว +30

    Dünyanın heç bir yerində belə bir şey yoxdur necə olur ki adam 4 il təhsil alır, diplom verirlər sonrada deyirlər imtahan ver get işlə bəlkə 200 manat alarsan insanları bir sözlə əzirlər

    • @aiselshukhurzadeh6740
      @aiselshukhurzadeh6740 2 ปีที่แล้ว

      Türkiyədə də belədir.

    • @yusif5461
      @yusif5461 2 ปีที่แล้ว +2

      Basa dusmedim sagirdde 11 il oxuyur sora imtahan verir burda ne var? Oxu get kec. Yaxxsi mellim. Imtahandan narahat olmaz

  • @mathteacher9736
    @mathteacher9736 2 ปีที่แล้ว +32

    Ümummilli liderimizin gözəl bir sözü var idi:Heç bir peşə müəllimlik peşəsindən üstün deyil. Amma çox təəssüflər olsun ki, indi müəllimlik heç bir peşədən üstün deyil

  • @meryemesma1074
    @meryemesma1074 2 ปีที่แล้ว +18

    Yazıqdır müəllimlər belə etməyin ,Allahdan qorxun

  • @Esmer1705
    @Esmer1705 2 ปีที่แล้ว +19

    Inanin ki, wiwirtmirler,tam dogru deyirler,orda musahibede sual veren muellimler ele bil celladdilar.

  • @allahnqulu1689
    @allahnqulu1689 2 ปีที่แล้ว +12

    Onda universitet nə üçündü hər yerindən qalxıb hazırlıga gedən uşaqlar şagirdlər universitetə deyil birbaşa müəllimlik etməy üçün imtahan versinlər.Bugünkü zamanda oxuduqdan sonra təkrar imtahan verəcəmsə nə üçün oxuyuram.sadəcə təkminləşmə kurslarıoımalıdı vəssəlam. Müəllimlər 55 yaşda yüksək maaşla təqaüdə çıxmalıdı əvəzində gənc kadırlar işə götürülməlidi

  • @isko_0124
    @isko_0124 2 ปีที่แล้ว +18

    Bu imtahan nədir,atıblar ortalığa,bu dövlət ali məktəblərin diplomu nə üçündür,tələbə olarkən olan pedoqoji təlimləri nə üçün keçirirlər?

  • @gulayismayll4925
    @gulayismayll4925 2 ปีที่แล้ว +16

    Təhsilimiz məhv olur hər gün. Nazir çooooox təcrübəsizdir bu mövqe üçün

  • @rmziyyfrzliyeva4809
    @rmziyyfrzliyeva4809 2 ปีที่แล้ว +11

    50-dən yuxarı bal toplayanların yazırlar ki,yenidən MİQ-ə imtahan ver.Müəllim artıq imtahanını verib,balını da toplayıb.Daimiləsməsinə maneə nədir bilən yoxdu

  • @g5lg8a54
    @g5lg8a54 2 ปีที่แล้ว +23

    Biz muellim kimi yox psixoloq kimi mektebe qebul olmusduq bizi de kenar etdiler.aylarla gozledib bizi ele salirlar.sonra da deyirler muqavilen bitdi.sag ol

  • @gdbejcngfhdicjt9157
    @gdbejcngfhdicjt9157 2 ปีที่แล้ว +20

    Bizim ən böyük dərdimiz rüşvətnən nəfəs almağımızdır

  • @zumrud6672
    @zumrud6672 2 ปีที่แล้ว +7

    Bu müsahibə mərhələsi ləğv olunmalıdır və ya tək psixoloq müsahibə aparsa yetər də. Müsiqi müəlliminin Cenubi Koreyanın paytaxtını bilib bilməməsi onun fəaliyyətində nə rol oynayacaq ki ay TN? Ondansa imkan yaradın ki müəllim öz ixtisası üzrə püxtələşsin.

  • @suracpiriyev8505
    @suracpiriyev8505 2 ปีที่แล้ว +29

    Нужно прежде всего проверит работников министерства образования.Похоже это не когда не будет справедливо.
    Шурик психолог 🔌🎯👍🇦🇿

  • @mehin7509
    @mehin7509 2 ปีที่แล้ว +11

    Azerbaycan en seviyyəsiz və ədalətsiz ölkədir o uyğun gorulmuyen cavabi verenlerin Allah cəzalarini versin

  • @mahirnbiyeva4836
    @mahirnbiyeva4836 2 ปีที่แล้ว +29

    Çox məntiqsizdir!Universiteti fərqlənmə diplomu ilə bitir, Mİq-in imtahanında 50-dən yuxsrı bal topla, müsahibədə suallara cavab ver,qərar çıxarılsın ki, uyğun deyilsən,Bu qərarın açması nədir görəsən?

  • @a.6281
    @a.6281 2 ปีที่แล้ว +10

    Elə bil 5 min maaş verirlər .Nəsə tələb də edirlər .Yazıq müəllimə 400 manat maaşı da çox görürlər bu qədər əziyyətin qarşısında. Aldıgı maaş əsəblərini müalicə etməyə çatmır

  • @yaqutseyid9991
    @yaqutseyid9991 2 ปีที่แล้ว +13

    Nə qədər ki. bu ölkədə rüşvət yaşanır heç bir problem çözülməyəcək.

  • @ismaylnbiyev6376
    @ismaylnbiyev6376 2 ปีที่แล้ว +12

    Çox maraqlıdı, bəzəndə elə adamı müəllim götürürlər ki, şübhələnməmək mümkün deyil. 44 uşağı bir sinifə doldurub 1 müəllimədə öhdəsindən gələ bilməyəcək qədər yükləmək doğrudurmu? Müəllim sayını artırmaq yəqin büdcəyə ziyandır.

  • @javadov2669
    @javadov2669 2 ปีที่แล้ว +7

    Müəllimlərə dəyər verək, gündə imtahan olmaz, müəllim müəllimdir,diplomu təhsil naziri verir, layiq deyilsək verməsinlər,sonra da imtahan etməsinlər

  • @xsamsal
    @xsamsal 2 ปีที่แล้ว +13

    Ədalətsiz və məntiqsiz qərarlar verirlər.İnsanın əsəblərini korlayıb sonra uyğun deyilsiz mesajını göndərirlər

  • @redminoteredmi4697
    @redminoteredmi4697 2 ปีที่แล้ว +9

    Çox haqsızlıqdi .. 54 bal topla 5 ay işlə sonra da deyilir ki, işlədiyiniz yerə uyğun deyilsiz. Uyğun deyildimsə 4 aydı niyə işlədirsiz məni məktəbdə? O, 3 nəfər mənim bildiyimin bəlkə də yarısını bilmir.

  • @konulzizli6166
    @konulzizli6166 2 ปีที่แล้ว +7

    Nə gözəl nitqləri var müəllimlərin👍fəxr etdim vallah

  • @turalesgerov9007
    @turalesgerov9007 2 ปีที่แล้ว +18

    Onu biliremki şerefleri yoxdur onlarin milletin eziyyetini yere vururlar

  • @aygunmehdiyeva7243
    @aygunmehdiyeva7243 2 ปีที่แล้ว +11

    Menim xalam qızı 56bal yığmışdı özüde çox gözəl müəllimdir necə ildide müqavilə ilə işləyir.test imtahanından hər il yüksək bal toplamasına baxmayaraq hər il müsahibədən kəsilir.

  • @humayhuseynova6221
    @humayhuseynova6221 2 ปีที่แล้ว +5

    İndiki ağlım olsa vaxtında dil öyrənib xaricdə təhsil alardım və bu xaraba ölkəyə ayağımıda atmazdım.Ölkədə bir dənə müsbət birsey yoxdurki baxıb sevinəsən

  • @kenanaghazade8686
    @kenanaghazade8686 4 หลายเดือนก่อน +1

    Eh yazıq müəllimlər. Sizdə olmasada kim burda qalacaq?!
    Tanrı sizin köməyiniz olsun! 🙏

  • @shehladadashova5484
    @shehladadashova5484 2 ปีที่แล้ว +54

    Hər il kəsilənlərin daha çoxunun hicablı olması…

    • @meryemesma1074
      @meryemesma1074 2 ปีที่แล้ว +7

      Müsahibədə hicablı görəndə qəribə suallar verirlər.Hormetli nazir bu məsələyə çözüm edin

    • @gulsane_dekor7713
      @gulsane_dekor7713 2 ปีที่แล้ว +6

      Mende Sevinirrim Hicabli xanimlarimiz muellime isleye bilir diye. Haqqinizi Sonuna Qeder Teleb edin Eziz Muellimler

    • @meryemesma1074
      @meryemesma1074 2 ปีที่แล้ว +2

      @@gulsane_dekor7713 təəssüf ki bəzi təhsil işçiləri sevinmir,hətta üzünün mimikası dəyişir və qəribə suallar verir.Nə yaxşı ki video yazı qalır,müəllimlər ayıq olsun haqlarını tələb etsinlər sona qədər.Sozsuz ki savadlı müəllimlərdən söhbət gedir

    • @shehladadashova5484
      @shehladadashova5484 2 ปีที่แล้ว +2

      Mütləq sona qədər mübarizə aparmaq lazımdı,mən bu mübarizədən sonra 5 ildir ki,işləyirəm

    • @hbibabdullayev4837
      @hbibabdullayev4837 2 ปีที่แล้ว +6

      Açıq saçıq geyimdə daha yaxşıdır? Hicablı, örtülü paltarları olan müəllimlər daha səviyyəli dərs keçər məncə. Çünki yuxarı siniflərdə oxuyan oğlan uşaqlarının fikiri ancaq dərsdə olar, müəllimənin sinəsində və ya budunda yox

  • @gunelemirli6719
    @gunelemirli6719 2 ปีที่แล้ว +3

    Müsahibəni də test formasında etsinlər. Nəyə görə bizim talehimiz kimlərinsə insafına görə həll olunmalıdı?

  • @royaladursun2624
    @royaladursun2624 2 ปีที่แล้ว +6

    Çünki adamı olanlar və pul verənlər o yerləri doldurubar artıq.Bu hökumətə savadlı kadrlar lazım deyil.

  • @melekvuqarli8811
    @melekvuqarli8811 2 ปีที่แล้ว +2

    Çox savadlı və təmkinli kadrlardılar. Danışanda belə xoş təsir edir. Yəni əsl pedaqoq kimi özlərini sübut edirlər. yəqin , gələcəyimiz olan uşaqlara təhsil və elm öyrətmək kimlərəsə sərf etmir.Necəki səngərdə Generalımız xəyanətin qurbanı oldu . Elədə təhsildə savadlı müəllimləri kənara qoyub şagirdləri məhv edirlər. Allah xakqımızı zülmkarlardan qorusun.

  • @gulsnsgrli7175
    @gulsnsgrli7175 2 ปีที่แล้ว +6

    Müsahibə obyektiv şəkildə olmur, 3 nəfər şəxsin subyektiv fikirlərinə əsaslanır. 3 şəxs 15 dəqiqə ərzində məni nə dərəcədə tanıyır axı işləydiyim yerə layiq görmür?

  • @ramilhmdova851
    @ramilhmdova851 2 ปีที่แล้ว +1

    Müsahibə ləğv olunmalıdı,müsahibə qərəzli məqsəd daşıyır. 3nəfər komisiya üzvünə görə bu qədər müəllim əziyyət çəkir. Bu haqsızlıqdır.

  • @jalepolad1666
    @jalepolad1666 2 ปีที่แล้ว +9

    Valideyn ve muellimin haqqi odenmez!!! Heyif ki imtahan edenler bunu bilmir!

  • @nigarramazanli5917
    @nigarramazanli5917 2 ปีที่แล้ว +3

    Axırıncı ilimdi imtahan verecem.Bu il də olmasa...bezdirirler heqiqeten ne qeder imtahan ne qeder eseb...

  • @jallizad4018
    @jallizad4018 2 ปีที่แล้ว +5

    Allah köməyiniz olsun ,təhsilimiz sizin kimiləri qiymətləndirməyəcək.

  • @ahadliparviz2830
    @ahadliparviz2830 2 ปีที่แล้ว +8

    Salam pul vesediz kecədiz

  • @fatimequrbanova1278
    @fatimequrbanova1278 2 ปีที่แล้ว +10

    Coox heyif cox tehsilimizi ne hala qoyublar..

  • @asikomezahiri5443
    @asikomezahiri5443 2 ปีที่แล้ว +14

    Ən ağıllı işi mən görmüşəm qızımı Almanyaya hazırlaşdırdım oxudu indi anitizioloq həkim işləyir ikinci övladımı ora gedəcək övladlarım Kanadaya, Amerikaya sənəd verin gedin yaşayın

    • @hyatabdullayeva3996
      @hyatabdullayeva3996 2 ปีที่แล้ว

      Mənim də oğlum Almaniyaya hazırlaşır 🙏

    • @asikomezahiri5443
      @asikomezahiri5443 2 ปีที่แล้ว

      @@hyatabdullayeva3996 Vallah buraxın getsin həyatını qursun onsuzda biz əziyyət çəkmişik qoy onlar çəkməsin əziyyət

    • @melisaugur1625
      @melisaugur1625 2 ปีที่แล้ว

      @@asikomezahiri5443 bes ödenişi kim ödeyir xanim orada yasamaq tehsil haqqi odemek bunlar varmi?

    • @hyatabdullayeva3996
      @hyatabdullayeva3996 2 ปีที่แล้ว

      @@asikomezahiri5443 Allah köməyiniz olsun.

    • @asikomezahiri5443
      @asikomezahiri5443 2 ปีที่แล้ว

      @@melisaugur1625 Xanım deyil ödəniş indi dövlət liniyası açılıb amma Azərbaycana qayıtmaq şərti ilə mən öz hesabıma göndərdim

  • @uomoforte5667
    @uomoforte5667 2 ปีที่แล้ว +4

    Bir sözlə gələcək nəsili göz görə-görə uçuruma aparırlar. Onlara tapşırılan və belə olmağını istətəyənlərin sayəsində. Heyif...çox heyif, bu millətdən..

  • @vesilenovruzova8395
    @vesilenovruzova8395 2 ปีที่แล้ว +7

    Miqde konkret derebeylikdir

  • @sarazara5364
    @sarazara5364 2 ปีที่แล้ว +2

    Düzəlmədikdə. İmtahan veriblərsə keçirdində. Savadlı müəllimlərə məktəblərdə böyük ehtiyac var.

  • @azer03
    @azer03 2 ปีที่แล้ว +6

    Деньги Деньги Деньги 💰 взятки надо платить

  • @Caniyeva9
    @Caniyeva9 3 หลายเดือนก่อน +1

    Ona görədə hazırda müəllimlik ixtisasını oxuyanlaradı sözüm. Marşurutdan düşən kimi Bakıda sevgili axtarmıyın dərsinizi oxuyun. Ən əsası kampyuterdə işləməyi özünüzçün öyrənin mütləq deməyinki ixtisasım deyil.

  • @omerseferli
    @omerseferli 2 ปีที่แล้ว +3

    Haqsizliqdir!Eziyyet çekib yüksek bal topla,müsahibədə iştirak et suallara cavab ver ve netice siz uyğun deyilsiniz.Niyə görə??Səbəb zəhmət olmasa!!!!

  • @turalaliyev5284
    @turalaliyev5284 2 ปีที่แล้ว +7

    Ay milet basa dusun qanuni olkede yasamirig

  • @ahadliparviz2830
    @ahadliparviz2830 2 ปีที่แล้ว +6

    Bura azəbacandi rüsvət vesediz kecediz

  • @cosgunbabayev5062
    @cosgunbabayev5062 2 ปีที่แล้ว +2

    Allah köməyiniz olsun əziz müəllimlərimiz inşaallah səsinizi istədiyiniz yerə çatdıra bilərsiz

  • @MM-jl1zx
    @MM-jl1zx 2 ปีที่แล้ว +21

    KƏSİLƏNLƏRİN ƏKSƏRİYYƏTİ HİCABLILARDIR NİYƏ? BU HƏR İL TƏSADÜFDÜRMÜ?,MÜƏLLİMƏ MÜTLƏQ AYAQLARI ÇILPAQ GÖRÜNƏN, DİZDƏN ƏTƏK GEYİNMƏLİDİR Kİ ONU MÜƏLLİMƏ KİMİ QƏBUL EDƏSİNİZ,ALLAH VERƏR İNŞALLAH CAVABINIZI!!!

  • @rufaneselimova1060
    @rufaneselimova1060 2 ปีที่แล้ว +10

    Bu qədər əziyyət çəkmişik,belə ədalətsizlik olar axı!məktəblərdə o qədər savadsız müəllilər var niyə onları incitmirlər məhz bizi gənc müəllimləri incidirlər ,bəs Miq imtahanı niyə keçeilir müəllim öz savadın Miqdə göstərir.

  • @gulcinabdurraxmanova1660
    @gulcinabdurraxmanova1660 2 ปีที่แล้ว +3

    Çox üzücüdür ali təhsilli, miq imtahanindan uğurla keçmiş müəllim haqqinde bele qerarlar vermek. Heyif sadece. Budur bizim tehsilimiz??

  • @ulvehmedov1687
    @ulvehmedov1687 2 ปีที่แล้ว +3

    Budu muellimlere qoyulan hormət çox təəssuf

  • @turkanveyselova6141
    @turkanveyselova6141 2 ปีที่แล้ว +9

    Biz hörmətli Eşqi Bağırovun bu işi araşdırıb,ədalətli qərar verəcəyinə əminik...

    • @hafizliyev9755
      @hafizliyev9755 2 ปีที่แล้ว

      Elə bu işləri bu yerə çıxaran eşqi bagurovdu

    • @Nur-2387
      @Nur-2387 2 ปีที่แล้ว

      Əgər o isə eşqi baxirsa gozunuzu yığın o işdən

  • @zulfiyeseydehmedova7827
    @zulfiyeseydehmedova7827 2 ปีที่แล้ว +5

    Müəllimlərin haqqı ödənmezdir

  • @rizvansari8332
    @rizvansari8332 2 ปีที่แล้ว +3

    Sebeb pul vermemisiniz Adam tapib minnetci salmamisiniz VE Ziz onlarin ne isdediyini sormamisiniz

  • @heqiqetsadiqova8583
    @heqiqetsadiqova8583 2 ปีที่แล้ว +2

    Haqqsızlıq. Edirsiz. Lehinə. Deyilik. Müəlimə. Nə. Etməlidi. Suala. Çavab. Verir.

  • @esmiraqdimova8253
    @esmiraqdimova8253 2 ปีที่แล้ว +3

    Elə hərəkətlər edirlər ki, sonda məktəbdə işləməyə müəllim tapmayacaqlar.

  • @Feriha2013
    @Feriha2013 2 ปีที่แล้ว +3

    Elə edirlər xanim müsabiqədə gözəl rəftar edib sorada adami olani keçirirlər

  • @Rezcentr
    @Rezcentr 2 ปีที่แล้ว +1

    dəhşət söz tapa bilmirəm nə vaxtacan belə...gərəy Allah dünyanı başınıza fırlaya.nə qədər haqsızlığa göz yumaq.Allah sən özün köməy .amin

  • @ulkerimanova7936
    @ulkerimanova7936 2 ปีที่แล้ว +3

    Tehsil sistemi uwaqlarin heyati ile oynayanda niye hec kimin sesi cixmirdi

  • @aygunmehdiyeva7243
    @aygunmehdiyeva7243 2 ปีที่แล้ว +1

    Bir təhsil naziriki məktəbdə pul yığılmasıni normal qarşılayırsa o nazirdən heç nə gözləmək lazım deyil.

  • @orxanabbasov1474
    @orxanabbasov1474 2 ปีที่แล้ว

    Məndə şəhid ailəsiyəm. Kənd yerinə işləyirəm. Apelyasiyam çox gözəl keçdiyi halda məni yenə kəsdilər . Xahiş edirəm cənab nazir bunlara yenidən baxış keçirsin

  • @ulkerhuseynova4563
    @ulkerhuseynova4563 2 ปีที่แล้ว +4

    dəhşətdi

  • @camal9848
    @camal9848 2 ปีที่แล้ว +3

    Xahis edirik bu movzuya qayidin.edaletsizlikdi.neçe aylardir muellim kimi çalısiriq.indi deyirlerki get otur evinde.zehmet cekib ali tehsil almisiq.oz verdikleri diploma hormet etmirler.bu ne demekdir?

  • @a.a.5049
    @a.a.5049 2 ปีที่แล้ว +5

    Cox incidir nazirlik camahatı.😡

  • @nerminmuzefferova8233
    @nerminmuzefferova8233 2 ปีที่แล้ว +1

    Konsert hələ qabaqdadır,sertifikasiyadan sonra.Imtahanı veribsə müsahibə niyə verməlidir ki? Biabirçılıqdır .

  • @zeynep3737
    @zeynep3737 2 ปีที่แล้ว +2

    İntihar həddinə çatdırırlar adamı.hamı ailəsinə, uşağına ayıracağı vaxtı dərs oxumağa həsr edir.axırı da belə olur.usaqlarım necə böyüdü mən bilmədim.keşke belə etməsəydim

  • @omrnbiyev944
    @omrnbiyev944 2 ปีที่แล้ว

    Yuli Sezar belə demişdir: " Əgər bir dövləti məhf etmək istəyirsənsə, birinci onun təhsilini vur".

  • @cimnaznesibova383
    @cimnaznesibova383 2 ปีที่แล้ว +4

    Mənim qızımıda 59 balla kəsiblər

  • @innewyork1263
    @innewyork1263 2 ปีที่แล้ว +1

    Boşuna imtahan vermeyin ,onsuzda vakansiya yoxdur .Varsa da bakıdan uzaga .Olan cibinize,vaxtınıza olur

  • @niyamddinmirzyev7516
    @niyamddinmirzyev7516 2 ปีที่แล้ว +1

    Bu qədər insanlar müəllimə peşəsini oxuyub issi qalırlar eğer belədirsə bu peşələr yığışdırlsinunsuzda iş problemdi

  • @mansuramammadova375
    @mansuramammadova375 2 ปีที่แล้ว +3

    Budurmu muelıme qoyulan hormet isle bir nece ay yararlı ol mektebe sonra desinler yararsızsız

  • @_GS33
    @_GS33 2 ปีที่แล้ว +1

    Haksızlıklar ola biler amma pulla oxuyub diplom alanda çox.Haqli şekilde imtahandan kesiliblerse.....alqişlayiram tehsil nazirimizi.Savadli müellimler lazım savadli geleceyimiz üçün

  • @nigarnovruzova8682
    @nigarnovruzova8682 2 ปีที่แล้ว +1

    Bawina daw, ay təhsil nazirliyi. Bu insanlar muellimliye uygun deyilse bes bir il erzinde mektebde nece iwleyibler?

  • @fadailyusubov4840
    @fadailyusubov4840 2 ปีที่แล้ว +5

    Pul isdiyrel

  • @fffr7116
    @fffr7116 2 ปีที่แล้ว +1

    biz müəllimlər sertfikasiya bazarına yox deyirik.....🙄

  • @Gunniblog
    @Gunniblog 2 ปีที่แล้ว +2

    Uyğun görməyiblərmiş!!! Kimlər uyğundu bəs?? Şagird psixologiyasından 1 qram anlamayan 45 dəqiqəni sinifdə boş keçirib şagirdə bilik ötürməyənlər?? Bu dövlətin verdiyi maaş gözlərindən gəlsin o cür müəllimlərin. Gül kimi savadlı kadrlar qalıb çöldə , insaniyyətdən uzaqlar sinifə girib "dərs deyir" 🤦‍♀️

    • @gulnarmusayeva7451
      @gulnarmusayeva7451 2 ปีที่แล้ว

      məktəblərdə vurma cədvəlini bilməyənlər işləyir müəllim kimi. Kollec bitirib pulun verib vaxtında işə qəbul olunub .İndi də havayı maaş alır amma mən 52 balla çöldə qalmışaç təzədən miqə hazırlaşıram. 17 iıdir ortadayam institut diplomu ilə

    • @Gunniblog
      @Gunniblog 2 ปีที่แล้ว +1

      @@gulnarmusayeva7451ehhh) çalışdığım məktəbdə nə qədərdir o cür "müəllimlər" . Məktəb deyilki. Dəlixanadı! Full təmirli 3 mərtəbəli məkyəb tikilib istifadəyə verilib maddi texniki bazası zəngin. Di gəl ki bu dövlətin qədrini bilən yoxdu!! Özbaşınalıq , rüşvət! Müəllimlər metodikadan heç anlamırlar! Uşaqlar döyülür, söyülür, özü də müəllimlər hər cür söyüş söyürlər.. Bunları görüb susmaq məcburiyyətində qalmaq necə də incidir! Mənəvi şikəst ediblər gül kimi uşaqları! Düzəməlli Azərbaycan dilini bilmir nə müəllimlər nə də uşaqlar ( azsaylı xalqlardandır kənd əhli)

  • @nerminmuzefferova8233
    @nerminmuzefferova8233 2 ปีที่แล้ว +1

    TƏHSİL NAZİRİ VAXTİ İLƏ SERTİFİKADİYADAN KEÇİB,GÖRƏN?

  • @qamattagiyeva2753
    @qamattagiyeva2753 2 ปีที่แล้ว +1

    ÇOOOOOX DÜZ DEYİRSİNİZ 👍

  • @aygunmemmedova6490
    @aygunmemmedova6490 2 ปีที่แล้ว

    Ya qaynatan məktəb müdürü olmalıdı,ya da nazirlikdə qohumun,tanışın.Onda yerin məktəbdə hazır olar.

  • @gulnarmusayeva7451
    @gulnarmusayeva7451 2 ปีที่แล้ว +1

    hamısı da ağıllı , başlı müəllimlərdir. Allahlarından bulsunlar.