Salam. 1. 6 ay sosial sığorra stajı olmayan şəxs üçün hamiləliyə və doğuma görə müavinət hesablanılmır. 2. İşçi bir neçə yerdə İşlədikdə əsas iş yerində hesablanır, lakin əlvə iş yerlırindən əməkhaaqı barədə arayış gətirməklə əsaa iş yerindıki əməkhaqıyla gəlirlərə salınır.
@@kamalarzayeva1982 Salam narahat etdiyim ucun uzur isteyirem. Bilmek isterdim elilliyi olan qadin analiq mezuniyyetine cixdiqda ölu staj gedir,yoxsa aktiv olaraq qalir emek staji???
Salam, Kəmalə xanım. Mən bilmək istəyirdim ki, hamiləliyə və doğuma görə müavinət vergi tutulmamış maaşdan hesablanır yoxsa karta oturan maaşdan hesablanır? Və bir sualım da belədir. Müəlliməm, 7 illik stajım var. Mayın 31-i hamiləliyə və doğuma görə məzuniyyətə gedəcəyəm. İyunun 30-dan da 56 günlük əmək məzuniyyətimiz verilir. Yəni sosial məzuniyyətimlə əmək məzuniyyətim üst-üstə düşür. Sosial məzuniyyətim bitdikdən sonra əmək məzuniyyətim də hesablanacaqmı?
salam. diqqətiniz üçün çox sağ olun. müavinətlər vergi tutulmamış əməkhaqqından hesablanılır. Əmək məzuniyyəti sizin sosial məzuniyyətdən sonra verilə bilər. Amma hamiləliyə və doğuma görə məzuniyyətdən sonra uşağa qulluğa görə məzuniyyəti istifadə etsəniz əmək məzuniyyəti artıq sonra istifadə edilməlidir.
Salam.Kemale xanim,mende ekiz hamiləlikdir ve əməliyyatla dünyaya gelecekler.ASM mene dedi ki,126gun yaziriq .Diger 14gun ise doğuşdan sonra veriləcək.Bu doğrudurmu?
@@kamalarzayeva1982 Salam hemen o 14 gun temiz maashla hesablanib verilir yoxsa vergi tutulan? Yeni portalda gorduyumuz temiz maashla yoxsa kartimiza oturan vergi tutulmush maashla hesablanir??? Zzehmet dəyilse cavab yazardiz,🙏
Salam xanım. Mən 2023cü ilin iyul ayında məzuniyyətə çıxdım. Yanvarda işə qayıtdım.2024cü ilin mayında yenidən analıq məzuniyyətinə çıxacağam. Bu məbləğ necə hesablanacaq? Əvvəlcədən təşəkkürlər
Salam.Men qismen odenisli analiq mezuniyyetinde idim.Iyun ayinin 1-den ise qayitdim ve yeniden noyabr ayinin 20-den 126 gunluk (hamileliye ve doguma gore) mezuniyyete cixdim.Bele oldugu halda mene mezuniyyet nece hesablanacaq?Minimum emek haqqi ile ya aldigim emek haqqina gore.Muellimeyem.Iyun isleyib iyul avqust 56 gunluk tetile cixdiq.sent,okt,noyabr isledim.
Salam. İşlədiyiniz aylar və iş günlırinə uyğun olaraq hesablabacaq. Qismən ödənişli məzuniyyıt dövrü 126 günlük doğuma və hamiləliyə görə məziniyyət hesabalanan zaman nəzərə alınan dövr deyil
Salam Kəmalə xanım mən 01.03.2024 tarixden analıq məzuniyyətinə çıxmışam bizim mühasiblər sənədlərimi 4dede göndəriblər geri qaytarılıb bir türlü məzuniyyətini hesablaya bilmirler😢 doğum yaxınlaşır amma.menkm.senedler hele de göndərilməyib..geri qaytarılmanin sebebini necə bilmək olar?
Salam Xanim Allah saxlasin ovladinizi,mende dogum da oldu emeliyyatla,ama hele de odenish kocurulmeyib...( Aprelin 1 de senedler gonderilib dediler ish yerinden,ama odenish yoxdu hele.../
Mən müəlliməyəm 6 illik stajim var sadece 2022-ci il sentyabrında -(2022-2023 tədris ilində) işdən ərizəmi yazıb ayrılmışdım,2023-cü sentybrın 15-i yenidən (Miq ilə) işə daxil olmuşam və analıq məzuniyyətinə çıxmışam ,sentyabrın sonu . Mən heç yerdə tapa bilmirəm ki mənim məzuniyyət haqqım necə hesablanacaq, hele de ödemeyibler
Beli , Miq ilə 2023 cü ilin sentyabrin 15-de işə daxil olub, sentyabrın 25-de analıq məzuniyyətinə çıxmışam Onu da qeyd edim ki, 2022-ci il sentybrın 19-da öz erizem ilə işdən yrılmışdım
Salam,mən 1iyul 2023də analıq məzuniyyətinə çıxmışam,yanvarda məzyniyyətim bitib ,lakin öz hesabıma uşağa qulluğa görə məzuniyyət götürmüşəm..may ayının biri sonlandırıb işə qayıdacam,bilmək istəyirəm 56günlük yay məzuniyyəti necə hesablanacaq?zəhmət olmasa cavablandırardız
Salam. Öz hedabıma dedikdə yəqin ki uşağa 3 yaşadək qulluğa görə məzuniyyəti nəzərdə tutursunuz. Yaya görə məzuniyyər hesablanarkən son 12 ay gəlirləriniz nəzərə alınacaqdır. Uşağa qulluğa görə olan dövrdəki müvainətlər nəzərə alınmayacaq. Amma 126 gün məzuniyyətə görə müavinət nəzərə alınacaq.
Salam Kəmalə xanım. Mən uşağa 3 yaşınadək qulluğa görə müavinat alıram. Noyabrin 1dən hamilə və doğuşa görə sənəd vermişəm 126 günlük martin 5i bitir. Bilmək istəyirəmki müavinat nəyə əsasən hesablanacaq?əvvəlki 12 ayı işləməmişəm. Minimum Əmək haqqına uyğun hesablanacaqsa qaydasın deyerdiz zəhmət olmazsa
Salam. Minimum əməkhaqqı 126 günlük məzuniyyrin başladığı aydakı iş günlərinin sayına bölünməklə 1 günə düşən qazanc müəyyənləşir və bu 126 gündə olan iş günlərinin sayına vurularaq müavinətin məbləği müəyyən edilir.
Salam Kemale xanim mende senedler geri gonderilir,'nece edim? Bilmirem hem haqq hesab yaziblar,dened uygunsuzlugu yazilib,basha dushmureme hamisi duzdu axi.
@@kamalarzayeva1982 142 ye zeng etmishdim,dediler tarixe duzelish edilenden sonra duzelish pecati vurulmayib,ona gore geri gonderilib. Onu da yeniden aparib vurdurub gonderdim.,gorum ne vaxt xeber cixacaq...
Salam Kəmalə xanım men may ayının 1 den analıq mezuniyyetine buraxılmışam hal hazırda mayın 14 dür menim ödenişim ne vaxt karta köçürülecek çox xais edirem məlumat vererdiz
Salam Səkinə xanım. Sizin sənədləriniz DSMFə göndərilmədiyindən və təsdiq olunmasından asılıdır. Sosial müavinətlərdən hamiləliyə görə ödəniş 15 gün ərzində edilir. Əgər göndərilən sənədlər göndərilib və təsdiqlənibsə. Mühasibatlıqla maraqlanın.
Salam.Kemale xanim,menim 6il stajim var.Bu il iş yerimi dəyişmişem başqa mektebe.Fevralda məzuniyyəte çixmaliyam.Ekiz hamiləlikdir.Men bilmek istəyirəm ki,menim muvavinetim hesablananda 100%emekhaqqi alacam ya az? Çox xahiş edirəm cavab vererdiz
Salam. Hamiləliyə və doğuma görə müavinətdə 6 ay sosial sığorta stajımın olması kifayət edir ki, orta gündlik qazanc 100 faizlə hesablansın. 126 gün hamiləliyə görə olan məzuniyyət təxminən 4 ayı əhatə etdiyinə görə 4 ay əməkhaqqıya yaxın məbləğ ödənilir.
Salam Kəmalə xanım, sağlamlığın müvəqqəti itirilməsinə görə müəssə tərəfindən verilən müavinətə gprə ,müəssə tərəfindən 22% MDSS hesablanırmı?,Cavabınız üçün əvvəlcədən təşəkkür edirəm.
Salam. Sosial müavinətlər sosial sığorta haqqına cəlb edilmir. Ona görə də nə işçidən nə də müəssisə tərəfindən sosial haqqlar hesablanmır. Sosial sığorta haqqında Qanun 15ci maddə
Salam. Mart ayında məzuniyyətə çıxmısınızsa martdan əvvəlki 12 ay qazancına əsasən məzuniyyət hesablanacaq. Fevral daxil olmaqla geriyə 12 ay qazancı nəzərə alınacaq.
Salam. Mən birinci uşağa görə analıq məzuniyyətindəyəm. Məzuniyyət qurtarmamış ikinci uşağım olacaq. Mənə ikinci uşağa görə məzuniyyət pulu hesablanacaqmı ?
Salam. Müddətli müqavilə ilə işləyən müəllimin məzuniyyəti necə hesanlanır başa salardız zəhmət olmasa. 4 il stajım var lakin müqavilə ilə işləyirəm. 1 may 2024 cü il tarixində məzuniyyətə cıxmışam. Müqaviləm iyun ayının 14 ü bitir. Mənə tam məzuniyyət düşəcəkmi?
Salam. Məzuniyyət müqavilənin müddətli olub olmamasından asılı olmayaraa sizin iş dövrünüzə əsasən hesablanır. Müqavilə 14 iyun 2023-14 iyun 2024 müddətıidirsə və əgər siz may ayında həmin iş dövrü üçün əmək məzuniyyətinə çıxmısınızsa o məzuniyyət günləri sizin bir il üzrə düşəcək olan məzuniyyət müddətindən azaldır, qalan hissə sizə ödəniləcək.
@@kamalarzayeva1982 Çooooooox sagolun təşəkkür edirəm Təhsil şöbəsinə də gedirəm hec kim suallarımı cacablandırmır. Müqaviləm 15 sentyabr- 14 iyun tarixlərindədir Orta məktəb müəllimiyəm. Daimiləşə bilmirəm 4 ildir müqavilə ilə çalışıram
Salam. Analıq məzuniyyəti dedikdə yəqin ki uşağa qulluğa görə məzuniyyəti nəzərdə tutursunuz. Əgər son 12ayda dsmf-ə cəlb edilən gəliriniz olmaylbsa minimum əməkhaqqı üzərindən hesablama aparılacaq.
@@kamalarzayeva1982 salam, beli uşağa qulluğa gore, bes men indi işe cixib son 3 ayi işleyib, yeniden mezuniyyete cixsam, yeni maaşla hesablanacaq mezuniyyet pulum?
Salam..sualım biraz uzun olacaq.. tam başa düşüm deyə ətraflı yazacam..mənim 14 illik iş stajım var yəni hal hazırdada işləyirəm..eyni yerdə..analıq məzunyətindən qayıtdım 1 il qədər işlədim..sora yenidən analıq məzunyətini geri göturdum 6 ay qədər uzatdım bu məzunyəti..6 ay tamam olanda işə çıxdım..hamilə olduğum üçün indi cəmi 5 ay işdə olacam..çunki 7 ay bitir analıq məzunyətinə gedecam yenidən..bilmək isdədiyim mənə analıq məzunyət pulu tam ödəniləcəkmi yoxsa azmı ödənəcək?? necə hesablanacaq məzunyət pulu?..birdə analıq məzunyətindən əlavə mənə məzunyət yəni illik ödənilən məzunyət haqqı düşürmü?? Zəhmət olmasa cavab yazardızda..
Salam. Analıq məzuniyyəti sizə 7 ayın qazancı və 7 ayın iş gününə əsasən hesablanacaqdır. Çünki qalan 5 ay sosial məzuniyyətd olmusunuz, həmin günlər çıxılan günlərə aiddir. Analıq məzuniyyətindın əlavə işlədiyiniz və 126 günlük sosial məzuniyyət dövrünə görə formalaşan əmək məzuniyyətindən də istifadə edə bilərsiniz.
Salam. Bu müəssisənin qərarından asılıdır. Lakin bu artma olarsa siz yalnız işə çıxanda əməkhaqqı aldığınız zaman təsiri olacaq. Müavinətə təsiri olmur.
Salam. Mən ikinci övladıma görə məzuniyyətə çıxmalıyam. Birinci övladima görə aldığım məzuniyyətdən sentyabr ayinda qayıtmışam. Yəni son 5 ayim işdə qalan isə analıq məzuniyyətində keçib. Mənim üçün necə hesablanacaq mümkünsə izah edərdiniz
Salam. Sizin məzuniyyət işdə olduğunuz 5 aya görə hesablanacaq. Sosial məzuniyyət günləri son 12 ay günlərinin sayından çıxılacaq. 5 ay üzrə qazanc 5 ay üzrə iş günlərinə bölünərək 126 günə düşən iş günlərinin sayına vurulacaq.
@@kamalarzayeva1982 təşəkkürlər aydindir. Uşaq əməliyyatla olacaq, sonradan mənə 14 günlük bülten veriləcək, stajim 2 ildir. 14 günün maaşi tam veriləcək ?
Son olaraq bir sualimda var😂 çox sağolun minnetdaram cavablandirdiginiz üçün, çox kömək oldunuz Allah razı olsun. Yaydaki məzuniyyətim necə hesablanacaq onu bilmək istəyirəm. Müəllimlərin 56 günlük yay məzuniyyəti, mən analıq məzuniyyətindən qayıtmış olacam iyun ayinin 20də
Əsas məzuniyyət son 12 ay əməkhaqqına əsasən hesablanılır. Uşağa qulluq dövrü həmin 12 ayda olarsa həmin dövr çıxılır, lakin işlıdiyiniz dövr və 126 gün məzuniyyət dövrü nəzər alınaraq həmin dövrdəki qazanclarına əsasən müəyyən ediləcək
Salam Kəmalə xanım. Fevralın 1dən analığa çıxmışam. E sosialda ilk 14 gün üçün ödənilməli məbləğ 0 manat göstərir. Bilmək olar ilk 14 günün pulun hansı qurum ödəyəcək. Bu haqda məlumat versəniz çox şad olardım. Öncədən təşəkkürlər🌹
Salam Aytən xanım. Analığa görə məzuniyyət yəqin hamiləliyə və doğuma görə olan 126 günlük məzuniyyəti nəzərdə tutursunuz. 126 günlük məzuniyyərin sənədləri göndəriləndə 126 gün üçün bütöv ödəniş edilir. 14 gün ödənişi bu məzuniyyətə aid deyil.
@@kamalarzayeva1982 Bu sual mene de cox maraqlidir Kemale Xanim.,o 14 gunu bize DSMF odeyir yoxsa oz idaremiz? Bir de maashin nece faizini odeyirler 14 gun hesablananda???
@y.m.942 ödəniş DSMF tərəfindən edilir. 14 günə düşən iş günlərinin sayına görə müəyyən edilir. Təxminən maaşın 1/3 və ya 1/2 hissəsinə yaxın məbləğ olur. Hansı aya təsadüf etməyinin önəmi var.
@@kamalarzayeva1982 Mende 14 gunun bashlamagi Avqustun 6 na dushur. Mumkunse yardim ederdiz hesablayardiq ne qeder dushe biler. 1380 azn emekhaqqimdi. 6 gunluk idaredi. (Avqustun 5 de 126 gunum bitir.)
Həvəsləndirmə ödənişinin əsası nədirsə ona uyğun verilir. Uzaq ərazilərdə işləyən şəxs uşağa qulluğa görə məziniyyətdədirsə o zaman həvəsləndirmə ödənişinin əsası olmaz. Çünki faktiki olaraq əməkdaş işləmir.
Çox sağ olun. O qədər aydın izah etdiniz ki, video bitən kimi sizin səhifəyə abunə oldum.🙏
Təşəkkür edirəm.Faylları yüklədim
Salam, Kəmalə xanım. Ətraflı, dəqiq izah üçün çox sağolun. Zəhmət olmasa nümunəni mənə də göndərərdiz. Əvvəlcədən təşəkkürlər🙏
salam. diqqətiniz üçün minnətdaram. buyurun yükləyə bilərsiniz: drive.google.com/drive/folders/1Dyf-5-lLsi-LK8YbUehBhZFgmacLiDy1?usp=sharing
Salam. Analiq mezuniyyet pulu vergi tutulmamis maasla hesablanir?
Salam. Bəli, vergi, sosial hesablamalar olmadan olan qazancdan hesablanılır.
Salam. Ətraflı və gözəl izahınıza görə çox sağ olun. Protokol nümunəsini mənə yollayasaydınız sevinərdim.
Salam. Diqqətinizə görə çox sağ olun. Protokol nümunəsi videonun alt hissəsində yerləşdirilmişdir.
Salam özel mmc analiq mezuniyyrti verilir. Emr protokol erize formalarini gondere bilersiniz?
Salam. Bəli verilir. Nümunələr videonun alt hissəsində yerləşdirilmişdir.
1.Hamiləliyə və doğuma görə müavinətdə 6 ay sosial sığorta stajı olmayanda necə hesablanir.
2. işçi 2 yerde işlədikdə necə hesablanir
Salam. 1. 6 ay sosial sığorra stajı olmayan şəxs üçün hamiləliyə və doğuma görə müavinət hesablanılmır. 2. İşçi bir neçə yerdə
İşlədikdə əsas iş yerində hesablanır, lakin əlvə iş yerlırindən əməkhaaqı barədə arayış gətirməklə əsaa iş yerindıki əməkhaqıyla gəlirlərə salınır.
Əla Kəmalə xanım,həmişəki kimi izahınız mükəmməldır. Mənə zəhmət olmasa göndərin nümunələri.
diqqətiniz üçün minnətdaram. mailinizə göndərildi.
Salam men oyrenmek isteyerdim.,2 ci qrup elilliyi olan ishciye her hansi bir guzesht ve ya elave odenish falan olurmu Analiq mezuniyyetine gederken???
Salam. Hamiləliyə görə müavinət 100 faiz dərəcə ilə heç bir tutulma olmadan ödənilir. Əllilik dərəcəsinə görə əlavə ödəniş edilmir.
@@kamalarzayeva1982 Sabahiniz xeyirli ugurlu olsun. Cox teshekkur edirem cavab yazdiginiz ucun. Anladim.,cox sag olun.🌹
@@kamalarzayeva1982 Salam narahat etdiyim ucun uzur isteyirem. Bilmek isterdim elilliyi olan qadin analiq mezuniyyetine cixdiqda ölu staj gedir,yoxsa aktiv olaraq qalir emek staji???
Əlillikdən asılı olmayaraq əgər əməkdaş üçün sosial müdafiə fonduna ödəniş edilmirsə o zaman sosial sığorta stajı sayılmır.
Salam, Kəmalə xanım. Mən bilmək istəyirdim ki, hamiləliyə və doğuma görə müavinət vergi tutulmamış maaşdan hesablanır yoxsa karta oturan maaşdan hesablanır? Və bir sualım da belədir. Müəlliməm, 7 illik stajım var. Mayın 31-i hamiləliyə və doğuma görə məzuniyyətə gedəcəyəm. İyunun 30-dan da 56 günlük əmək məzuniyyətimiz verilir. Yəni sosial məzuniyyətimlə əmək məzuniyyətim üst-üstə düşür. Sosial məzuniyyətim bitdikdən sonra əmək məzuniyyətim də hesablanacaqmı?
salam. diqqətiniz üçün çox sağ olun. müavinətlər vergi tutulmamış əməkhaqqından hesablanılır. Əmək məzuniyyəti sizin sosial məzuniyyətdən sonra verilə bilər. Amma hamiləliyə və doğuma görə məzuniyyətdən sonra uşağa qulluğa görə məzuniyyəti istifadə etsəniz əmək məzuniyyəti artıq sonra istifadə edilməlidir.
@@kamalarzayeva1982 çox sağ olun, ətraflı izaha görə minnətdaram
Salam , mmc olan kursda işledikde dekret pulu almaq olur?
Salam. 6 ay sosial sığorta stajınız varsa bəli almalısınız.
Salam.Kemale xanim,mende ekiz hamiləlikdir ve əməliyyatla dünyaya gelecekler.ASM mene dedi ki,126gun yaziriq .Diger 14gun ise doğuşdan sonra veriləcək.Bu doğrudurmu?
Salam. Bəli. 126 gün hamiləıiyə görə məzuniyyətə çıxanadək ödənilir. 14 gün isə sonradan xəstəlik vərəqi təqdim edilir, ödənilir.
@@kamalarzayeva1982 Salam hemen o 14 gun temiz maashla hesablanib verilir yoxsa vergi tutulan? Yeni portalda gorduyumuz temiz maashla yoxsa kartimiza oturan vergi tutulmush maashla hesablanir??? Zzehmet dəyilse cavab yazardiz,🙏
Salam xanım. Mən 2023cü ilin iyul ayında məzuniyyətə çıxdım. Yanvarda işə qayıtdım.2024cü ilin mayında yenidən analıq məzuniyyətinə çıxacağam. Bu məbləğ necə hesablanacaq? Əvvəlcədən təşəkkürlər
Salam. Zəhmət olmazsa bildirərdiniz, iyul ayında hansı məzuniyyət növündən istifadə etmisiniz?
@@kamalarzayeva1982 iyun ayında analıq məzuniyyəti 126günlük, sonra 56 günlük əmək məzuniyyəti hüququndan istifadə etdim
Salam Kəmalə xanim numunede karta vurulan mebleg yazilib yoxsa portal maas?
Salam. Karta vurulan deyil, hesablanan yəni gross əməkhaqqı qeyd edilir.
Salam. Mezuniyyet pulu Sistemde ödenise gönderilmis olundugu gösderir. Amma kartda pul yoxdur. Nece is gunu erzinde gelmelidir?
Salam. Sistemdə ödənişə göndərilmiş veriləndən sonra 2 həftə ərzində kartınıza köçməlidir.
@@kamalarzayeva1982 tesekkur edirem❤️
Salam xanım protokol mütləq şəkildə olmalıdır.?
salam. sosial müavinətlərin ödənişi üçün protokolun olması zəruridir.
Salam.Men qismen odenisli analiq mezuniyyetinde idim.Iyun ayinin 1-den ise qayitdim ve yeniden noyabr ayinin 20-den 126 gunluk (hamileliye ve doguma gore) mezuniyyete cixdim.Bele oldugu halda mene mezuniyyet nece hesablanacaq?Minimum emek haqqi ile ya aldigim emek haqqina gore.Muellimeyem.Iyun isleyib iyul avqust 56 gunluk tetile cixdiq.sent,okt,noyabr isledim.
Salam. İşlədiyiniz aylar və iş günlırinə uyğun olaraq hesablabacaq. Qismən ödənişli məzuniyyıt dövrü 126 günlük doğuma və hamiləliyə görə məziniyyət hesabalanan zaman nəzərə alınan dövr deyil
Oktyabrda ödənişli məzuniyyətim bitdi, 56 günlük əmək məzuniyyətim dən istifadə etdim. Mayda yenə çıxacam. Necə hesablanacaq? 😊
Salam məndədə eyni sizin kimidir. Sizdə neçə ayın maaşı kimi verildi
@@aitac7508 Noyabr ayinin 20-den mezuniyyete cixmisam amma helede mezuniyyetim verilmeyib
@@AgalarovCeyhun hele verilmeyib mezuniyyetim
Salam Kəmalə xanım mən 01.03.2024 tarixden analıq məzuniyyətinə çıxmışam bizim mühasiblər sənədlərimi 4dede göndəriblər geri qaytarılıb bir türlü məzuniyyətini hesablaya bilmirler😢 doğum yaxınlaşır amma.menkm.senedler hele de göndərilməyib..geri qaytarılmanin sebebini necə bilmək olar?
Salam. Göndərən tərəf sistemdə geri qaytarılma səbəbini görə bilir.
Özünüz də 142yə zəng etməklə öyrənə bilərsiniz.
Salam Xanim Allah saxlasin ovladinizi,mende dogum da oldu emeliyyatla,ama hele de odenish kocurulmeyib...( Aprelin 1 de senedler gonderilib dediler ish yerinden,ama odenish yoxdu hele.../
@y.m.942 DSMFdən 1 həft ərzində sənədə baxış edilir və əgər hər şey qaydasındadırsa 15 gün ərzində ödəniş edilir. Əks haıda geri qaytarılır.
Mən müəlliməyəm 6 illik stajim var sadece 2022-ci il sentyabrında -(2022-2023 tədris ilində) işdən ərizəmi yazıb ayrılmışdım,2023-cü sentybrın 15-i yenidən (Miq ilə) işə daxil olmuşam və analıq məzuniyyətinə çıxmışam ,sentyabrın sonu . Mən heç yerdə tapa bilmirəm ki mənim məzuniyyət haqqım necə hesablanacaq, hele de ödemeyibler
Salam. Siz tarixləri dəqiq qeyd edə bilərsinizmi?
2023 sentyabrda işə qəbul olub elə həmin ay analıq məzuniyyətinə çıxmısınız?
Beli , Miq ilə 2023 cü ilin sentyabrin 15-de işə daxil olub, sentyabrın 25-de analıq məzuniyyətinə çıxmışam
Onu da qeyd edim ki, 2022-ci il sentybrın 19-da öz erizem ilə işdən yrılmışdım
@kamalarzayeva1982 ???
@@kamalarzayeva1982 zehmet olmasa baxardiniz
Salam,mən 1iyul 2023də analıq məzuniyyətinə çıxmışam,yanvarda məzyniyyətim bitib ,lakin öz hesabıma uşağa qulluğa görə məzuniyyət götürmüşəm..may ayının biri sonlandırıb işə qayıdacam,bilmək istəyirəm 56günlük yay məzuniyyəti necə hesablanacaq?zəhmət olmasa cavablandırardız
Salam. Öz hedabıma dedikdə yəqin ki uşağa 3 yaşadək qulluğa görə məzuniyyəti nəzərdə tutursunuz. Yaya görə məzuniyyər hesablanarkən son 12 ay gəlirləriniz nəzərə alınacaqdır. Uşağa qulluğa görə olan dövrdəki müvainətlər nəzərə alınmayacaq. Amma 126 gün məzuniyyətə görə müavinət nəzərə alınacaq.
Salam Kəmalə xanım. Mən uşağa 3 yaşınadək qulluğa görə müavinat alıram. Noyabrin 1dən hamilə və doğuşa görə sənəd vermişəm 126 günlük martin 5i bitir. Bilmək istəyirəmki müavinat nəyə əsasən hesablanacaq?əvvəlki 12 ayı işləməmişəm. Minimum Əmək haqqına uyğun hesablanacaqsa qaydasın deyerdiz zəhmət olmazsa
Salam. Minimum əməkhaqqı 126 günlük məzuniyyrin başladığı aydakı iş günlərinin sayına bölünməklə 1 günə düşən qazanc müəyyənləşir və bu 126 gündə olan iş günlərinin sayına vurularaq müavinətin məbləği müəyyən edilir.
@@kamalarzayeva1982 çoxsağolun🥰
Salam Kemale xanim mende senedler geri gonderilir,'nece edim? Bilmirem hem haqq hesab yaziblar,dened uygunsuzlugu yazilib,basha dushmureme hamisi duzdu axi.
Salam. Geri qaytarılma səbəbləri nə qeyd edilib? Ona uyğun düzəliş etməlisiniz.
@@kamalarzayeva1982 Senedlerde uygunsuzluq,haqq hesabda uygunsuzluq.

Mümkünsə mənə şəklini kamalarzayeva1982@gmail.com ünvanına göndərin.
@@kamalarzayeva1982 142 ye zeng etmishdim,dediler tarixe duzelish edilenden sonra duzelish pecati vurulmayib,ona gore geri gonderilib. Onu da yeniden aparib vurdurub gonderdim.,gorum ne vaxt xeber cixacaq...
Salam Kəmalə xanım men may ayının 1 den analıq mezuniyyetine buraxılmışam hal hazırda mayın 14 dür menim ödenişim ne vaxt karta köçürülecek çox xais edirem məlumat vererdiz
Xaiş edirem Kəmalə xanım mənim sualımada cavab yazardız
Salam Səkinə xanım. Sizin sənədləriniz DSMFə göndərilmədiyindən və təsdiq olunmasından asılıdır. Sosial müavinətlərdən hamiləliyə görə ödəniş 15 gün ərzində edilir. Əgər göndərilən sənədlər göndərilib və təsdiqlənibsə. Mühasibatlıqla maraqlanın.
Salam.Kemale xanim,menim 6il stajim var.Bu il iş yerimi dəyişmişem başqa mektebe.Fevralda məzuniyyəte çixmaliyam.Ekiz hamiləlikdir.Men bilmek istəyirəm ki,menim muvavinetim hesablananda 100%emekhaqqi alacam ya az? Çox xahiş edirəm cavab vererdiz
Sentyabrin 15-i yeni işe başladım.Emrim o gün verilib
Salam. Hamiləliyə və doğuma görə müavinətdə 6 ay sosial sığorta stajımın olması kifayət edir ki, orta gündlik qazanc 100 faizlə hesablansın. 126 gün hamiləliyə görə olan məzuniyyət təxminən 4 ayı əhatə etdiyinə görə 4 ay əməkhaqqıya yaxın məbləğ ödənilir.
❤@@kamalarzayeva1982
Salam Kəmalə xanım, sağlamlığın müvəqqəti itirilməsinə görə müəssə tərəfindən verilən müavinətə gprə ,müəssə tərəfindən 22% MDSS hesablanırmı?,Cavabınız üçün əvvəlcədən təşəkkür edirəm.
Salam. Sosial müavinətlər sosial sığorta haqqına cəlb edilmir. Ona görə də nə işçidən nə də müəssisə tərəfindən sosial haqqlar hesablanmır. Sosial sığorta haqqında Qanun 15ci maddə
@@kamalarzayeva1982 Çox sağolun.
Salam Kemale xanim.Men bu mart 27 yeni bugun mezuniyyete cixdim.12 ayin odenisi hesablamanda aprelden goturulecek ya fevral?
Salam. Mart ayında məzuniyyətə çıxmısınızsa martdan əvvəlki 12 ay qazancına əsasən məzuniyyət hesablanacaq. Fevral daxil olmaqla geriyə 12 ay qazancı nəzərə alınacaq.
Kemale xanım salam sizinle nece elaqe saxlıya bilerem?
Salam. +102329500 nömrəsinə yaza bilərsiniz.
Salam. Mən birinci uşağa görə analıq məzuniyyətindəyəm. Məzuniyyət qurtarmamış ikinci uşağım olacaq. Mənə ikinci uşağa görə məzuniyyət pulu hesablanacaqmı ?
Salam. Bəli. Minimum əməkhaqqına nisbətdə hesablanacaqdır.
Men 470 manat maaş alırdım . İndi ne qeder pul ödenilecek mene 1 ci defe
Salam. Hamiləliyə və doğuma görə müavinət təxminən 4 aylıq maaş qədər məbləğə bərabər olur.
Salam. Müddətli müqavilə ilə işləyən müəllimin məzuniyyəti necə hesanlanır başa salardız zəhmət olmasa. 4 il stajım var lakin müqavilə ilə işləyirəm. 1 may 2024 cü il tarixində məzuniyyətə cıxmışam. Müqaviləm iyun ayının 14 ü bitir. Mənə tam məzuniyyət düşəcəkmi?
Salam. Məzuniyyət müqavilənin müddətli olub olmamasından asılı olmayaraa sizin iş dövrünüzə əsasən hesablanır. Müqavilə 14 iyun 2023-14 iyun 2024 müddətıidirsə və əgər siz may ayında həmin iş dövrü üçün əmək məzuniyyətinə çıxmısınızsa o məzuniyyət günləri sizin bir il üzrə düşəcək olan məzuniyyət müddətindən azaldır, qalan hissə sizə ödəniləcək.
@@kamalarzayeva1982 Çooooooox sagolun təşəkkür edirəm
Təhsil şöbəsinə də gedirəm hec kim suallarımı cacablandırmır.
Müqaviləm 15 sentyabr- 14 iyun tarixlərindədir
Orta məktəb müəllimiyəm. Daimiləşə bilmirəm 4 ildir müqavilə ilə çalışıram
salam, zehmet olmasa cavablayarsiz, analiq mezuniyyetinde ola ola, 2ci mezuniyyeti gotursem, 2defe ne qeder alacam? nece hesablanir? ilk defe 973 azn
Salam. Analıq məzuniyyəti dedikdə yəqin ki uşağa qulluğa görə məzuniyyəti nəzərdə tutursunuz. Əgər son 12ayda dsmf-ə cəlb edilən gəliriniz olmaylbsa minimum əməkhaqqı üzərindən hesablama aparılacaq.
@@kamalarzayeva1982 salam, beli uşağa qulluğa gore, bes men indi işe cixib son 3 ayi işleyib, yeniden mezuniyyete cixsam, yeni maaşla hesablanacaq mezuniyyet pulum?
@nigarpirniya9115 bəli işə çıxsanız maaşa uyğun hesablama gedəcək.
Salam..sualım biraz uzun olacaq.. tam başa düşüm deyə ətraflı yazacam..mənim 14 illik iş stajım var yəni hal hazırdada işləyirəm..eyni yerdə..analıq məzunyətindən qayıtdım 1 il qədər işlədim..sora yenidən analıq məzunyətini geri göturdum 6 ay qədər uzatdım bu məzunyəti..6 ay tamam olanda işə çıxdım..hamilə olduğum üçün indi cəmi 5 ay işdə olacam..çunki 7 ay bitir analıq məzunyətinə gedecam yenidən..bilmək isdədiyim mənə analıq məzunyət pulu tam ödəniləcəkmi yoxsa azmı ödənəcək?? necə hesablanacaq məzunyət pulu?..birdə analıq məzunyətindən əlavə mənə məzunyət yəni illik ödənilən məzunyət haqqı düşürmü?? Zəhmət olmasa cavab yazardızda..
Salam.
Analıq məzuniyyəti sizə 7 ayın qazancı və 7 ayın iş gününə əsasən hesablanacaqdır. Çünki qalan 5 ay sosial məzuniyyətd olmusunuz, həmin günlər çıxılan günlərə aiddir. Analıq məzuniyyətindın əlavə işlədiyiniz və 126 günlük sosial məzuniyyət dövrünə görə formalaşan əmək məzuniyyətindən də istifadə edə bilərsiniz.
Mən analıq məzuniyyətindəyəm maaş artsa mənə aid olCaq
Salam. Bu müəssisənin qərarından asılıdır. Lakin bu artma olarsa siz yalnız işə çıxanda əməkhaqqı aldığınız zaman təsiri olacaq. Müavinətə təsiri olmur.
Salam. Mən ikinci övladıma görə məzuniyyətə çıxmalıyam. Birinci övladima görə aldığım məzuniyyətdən sentyabr ayinda qayıtmışam. Yəni son 5 ayim işdə qalan isə analıq məzuniyyətində keçib. Mənim üçün necə hesablanacaq mümkünsə izah edərdiniz
Salam. Sizin məzuniyyət işdə olduğunuz 5 aya görə hesablanacaq. Sosial məzuniyyət günləri son 12 ay günlərinin sayından çıxılacaq. 5 ay üzrə qazanc 5 ay üzrə iş günlərinə bölünərək 126 günə düşən iş günlərinin sayına vurulacaq.
@@kamalarzayeva1982 təşəkkürlər aydindir. Uşaq əməliyyatla olacaq, sonradan mənə 14 günlük bülten veriləcək, stajim 2 ildir. 14 günün maaşi tam veriləcək ?
@aitac7508 126 günlük məzuniyyətin davamı olduğu üçün tam ödəniş ediləcək.
Son olaraq bir sualimda var😂 çox sağolun minnetdaram cavablandirdiginiz üçün, çox kömək oldunuz Allah razı olsun. Yaydaki məzuniyyətim necə hesablanacaq onu bilmək istəyirəm. Müəllimlərin 56 günlük yay məzuniyyəti, mən analıq məzuniyyətindən qayıtmış olacam iyun ayinin 20də
Əsas məzuniyyət son 12 ay əməkhaqqına əsasən hesablanılır. Uşağa qulluq dövrü həmin 12 ayda olarsa həmin dövr çıxılır, lakin işlıdiyiniz dövr və 126 gün məzuniyyət dövrü nəzər alınaraq həmin dövrdəki qazanclarına əsasən müəyyən ediləcək
Salam Kəmalə xanım. Fevralın 1dən analığa çıxmışam. E sosialda ilk 14 gün üçün ödənilməli məbləğ 0 manat göstərir. Bilmək olar ilk 14 günün pulun hansı qurum ödəyəcək. Bu haqda məlumat versəniz çox şad olardım. Öncədən təşəkkürlər🌹
Salam Aytən xanım.
Analığa görə məzuniyyət yəqin hamiləliyə və doğuma görə olan 126 günlük məzuniyyəti nəzərdə tutursunuz. 126 günlük məzuniyyərin sənədləri göndəriləndə 126 gün üçün bütöv ödəniş edilir.
14 gün ödənişi bu məzuniyyətə aid deyil.
@@kamalarzayeva1982 Bu sual mene de cox maraqlidir Kemale Xanim.,o 14 gunu bize DSMF odeyir yoxsa oz idaremiz? Bir de maashin nece faizini odeyirler 14 gun hesablananda???
@y.m.942 ödəniş DSMF tərəfindən edilir. 14 günə düşən iş günlərinin sayına görə müəyyən edilir. Təxminən maaşın 1/3 və ya 1/2 hissəsinə yaxın məbləğ olur. Hansı aya təsadüf etməyinin önəmi var.
@@kamalarzayeva1982 Avqustun 6 na dushur 14 gunun bashlamagi. Eyer mumkunse yardim ederdiz hesablayardim ❤️
@@kamalarzayeva1982 Mende 14 gunun bashlamagi Avqustun 6 na dushur. Mumkunse yardim ederdiz hesablayardiq ne qeder dushe biler. 1380 azn emekhaqqimdi. 6 gunluk idaredi. (Avqustun 5 de 126 gunum bitir.)
Bütün nümune formalarının pdfni gondere bilersiz zehmet olmasa
Salam. Videonun aşağı hissəsində linkdə yerləşdirilmişdir.
Salam.3illik məzuniyyətdə olan müəllim h1 vəyah2alırmı?
Salam. Zəhmət olmazsa sualınızı dəqiq yazardınız. H1 və h2 nə nəzərdə tutmusunuz?
@@kamalarzayeva1982 uzaq ərazilərdə işləyən müəllimlərə həvəzləndirmə ödənişləri olurdu hər ay maaşdan əlavə onu nəzərdə tuturam
@@kamalarzayeva1982 uzAq ərazilərdə işləyən müəllimlərə hər ay maaşdan əlavə həvəsləndirmə ödənişi olurdu ,onu nəzərdə tuturam
Uzaq ərazilərdə işləyən müəllimlərə maaşdan əlavə hər ay həvəsləndirmə ödənişi olur onu
Həvəsləndirmə ödənişinin əsası nədirsə ona uyğun verilir. Uzaq ərazilərdə işləyən şəxs uşağa qulluğa görə məziniyyətdədirsə o zaman həvəsləndirmə ödənişinin əsası olmaz. Çünki faktiki olaraq əməkdaş işləmir.
Salam zehmet olmasa elaqe nomrenizi vere bilersiz veya whatsapp
Salam. Buyurun. 0502013563