Xoşbəxt olmaq üçün 8 vərdiş

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Xoşbəxt olmaq üçün 8 vərdiş
    1. Kiçik şeylərdən həzz almağı öyrənin
    Özünü xoşbəxt et. Sehirli bir möcüzənin gəlib səni tapacağına və xoşbəxt edəcəyini gözləmə.
    Bir neçə sadə yol var ki, onların sayəsində biz hər gün özümüzü sakit, rahat və xoşbəxt hiss edə bilərik.
    • Səhər tezdən gəzintiyə çıxmaq
    • Günü gözəl bir səhər yeməyi ilə başlamaq
    • Yaxşı bir kitab oxumaq
    • Əyləncəli bir film izləmək
    • Uşaqlarınızla vaxt keçirmək
    Özünüzə, bacarıqlarınıza və marağınıza nəzər yetirin və hər gün zövq ala biləcəyiniz bir şey tapın. Bu məşğuliyyətlər sayəsində əsəbləriniz sakitləşəcək və qısa müddət ərzində olsa da, sizi narahat edən bütün problemlər unudulacaq.
    2. Təbiətlə birləşmək üçün vaxt tapın
    Təbiətin sakitləşdirici hüzurunu hiss etmək üçün səy göstərin…
    Sakit bir təbiət guşəsinə (parka, meşəyə, dənizə) gedin…
    Bayıra çıxmaq, təbiətlə bağ qurmaq, həyatımıza daha çox xoşbəxtlik gətirərək, bədbin düşüncələri və mənfi duyğuları da alıb aparar.
    3. Dostlarınızla vaxt keçirməkdən zövq alın
    Dostlarınızla birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın! Onlarla birlikdə əylənin, gəzin, gülün, sevin, sevilin! Bir sözlə yeməyinizi, içəcəyinizi və sevincinizi dostlarınızla paylaşmaqdan həzz alın.
    Paylaşmaq gözəldir. O, dostluğa bambaşqa rəng qatar.
    Təcrübələrinizi və xüsusilə də sevinclərinizi bir-birinizlə bölüşməkdən çəkinməyin!
    Əğər hər hansısa problemi dostlarınızla müzakirə etmək istəyirsinizsə, bunun üçün uyğun bir zaman seçin. Danışdıqca, dinləməyi də öyrənin! Dostlarınızın problemləri haqqında soruşun və lazım gəlsə, dəyərli məsləhətlər verin.
    4. Həsəd və paxıllıq hisslərindən uzaq olun
    Başqalarının uğurlarına ürəkdən sevinin - bunu öyrənmək lazımdır. Bundan ilhamlanmaq lazımdır. Bu, uğur qazanmağınızda sizə kömək edən stimul olacaq. Hər kəsin uğur əldə etmək şansı var və bu imkanları dəyərləndirmək yalnız sizin əlinizdədir. Həsəd aparmağa dəyərmi?
    Heç bir halda başqalarına həsəd aparmayın!
    Paxıllıq inamsızlıqdan, özünə inamın olmamasından yaranır və sanki bütün dünyaya insan özünü zəif və bacarıqsız olduğunu bəyan edir. Yalnız başqalarının xoşbəxtliyini bölüşərək siz uğuru özünüzə cəlb edə bilərsiniz. Ancaq unutmayın ki, özünüzə qiymət yazan qələm sizin öz əlinizdədir!
    5. Sizi əhatə edən insanlara qarşı mehriban və diqqətli olun
    İnsan əgər başqalarına diqqət edərsə və onların ehtiyaclarını görməyə çalışarsa və onları da xoşbəxt etməyə çalışarsa, özü də xoşbəxt olar. Bu mehribanlıq hissi elə bir duyğudur ki, insanda ruhu rahatlıq və sevinc hissi yaradır.
    6. Hər şeyi olduğu kimi qəbul etməyi öyrənin
    Həyat hər zaman sevindirici olmur, bunu bilirik. Çətinliklərlə üzləşəndə hər şeyi olduğu kimi qəbul etmək o qədər də asan deyil. Bəs nə etməli? Yaşanan hər şeyi qəbullanmaq hər cəhətdən insanı rahatladan bir yoldur. Əks halda üsyan edəcəksiniz. Bütün səhvlərinizi, yanlış seçimlərinizi, pis xatirələrinizi və özünə peşmançılıq kimi gördüyünüz hər şeyi sevin.
    Düşüncənizi dəyişdirin və həyatınızı dəyişdirəcəksiniz. Bunun üçün əlinizdən gələni edin! Özünüzü tapın və bu daima sizə mənəvi rahatlıq və daxili xoşbəxtlik gətirəcəkdir!
    7. Başqalarının sizin haqqınızda nə dediklərinə və düşündüklərinə əsla fikir verməyin
    Heç bir zaman xoşbəxtliyinizin digər insanların dediklərindən və ya etdiklərindən asılı olmasına imkan verməyin. İnsanlar nə istəyir düşünə, edə və hətta sizi tənqid edə bilər! Əsas odur ki, siz bunu çox önəmsəməyəsiniz. Sizin xoşbəxtliyiniz həmişə yalnız sizin öz əlinizdə olduğunu unutmayın və yalnız siz onu daha yaxşı və ya pis bir tərəfə dəyişə bilərsininiz.
    Digərlərinin sizin haqqınızda nə düşündüyü və ya dedikləri - onların problemidir! Bunun sizə təsir göztərməsi üçün heç bir səbəb yoxdur. Hər şeyi ürəyinizə salmayın onda heyatınız daha da xoşbəxt olacaq.
    8. Xoşbəxtliyinizin xarici vəziyyətlərdən asılı olmadığını başa düşməyiniz vacibdir
    Qarşılaşdığınız hər bir hadisəyə və ya vəziyyətə nəzarət edə bilməzsiniz. Əgər sizin xoşbəxtliyiniz digər amillərdən asılı olsa, onda təkrar-təkrar məyus ola bilərsiniz.
    Özünüzü xoşbəxt hiss etməyiniz üçün sizin nə qədər gözəl insan olduğunuzu söyləyəcək birinə ehtiyacınız yoxdur. Maddi vəziyyətinizdən, məşğuliyyətinizdən, yaşadığınız yerdən və tanış olduğunuz insanlardan asılı olmayaraq da xoşbəxt ola bilərsiniz. Unutmayın ki, xoşbəxt olmağınız öz əlinizdədir!
    Xoşbəxtlik kim olduğunuz və ya sahib olduqlarınızla əlaqəli deyil, o düşüncənizlə bağlıdır. Bunu nə qədər tez başa düşsəniz, bir o qədər xoşbəxt olarsınız. Bir sözlə, hər şey öz əlinizdədir!

ความคิดเห็น • 5