Salyan sakininin evinə ilanlar hücum etdi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Salyan sakininin yaşadığı fərdi evdə ilan aşkarlanıb. İlanı öldürən ev sahibi mənzilində ilanların yuva saldığını iddia edir.
    Hadisə Salyanda yaşayan Cəfər Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Belə ki, ev sahibi Cəfər Hüseynov quşlara dən vermək üçün evin birinci mərtəbəsindəki anbarın qapısını açıb. Elə bu vaxt qapının qarşısında ilan görən kimi bir anlıq özünü itirib. İlan ev sahibinin üzərinə tullanmaq istəyib.
    Cəfər Hüseynov - ev sahibi
    “Lapatka kənarda idi. Lapatka ilə vurub öldürdüm. Sonra baxdım gördüm evin altında qapı var onun altından yol var. Oradan çıxıb gün işığına gəlirmiş.”
    Öldürülən ilanın uzunluğu 60 santimetrə yaxındır. Cəfər Hüseynov evin zirzəmisində yenə də ilanların olduğunu güman edir. Bu vəziyyətin isə ailəsi üçün hər an təhlükəli olduğunu deyir. Qeyd edək ki, Cəfər Hüseynov ilanı öldürdükdən sonra bu barədə aidiyyatı qurumlara müraciət edib. Hadisə yerinə baxış keçiriləndən sonra lazımi tədbirlər görülüb. İlanların ehtimal olunduğu yerlərə xüsusi dərmanlar səpilib.

ความคิดเห็น • 7

  • @Anna-yl7jc
    @Anna-yl7jc 8 ปีที่แล้ว +4

    videonun adini duzgun yazmadiginiz ucun beyenmedim

  • @asdfgasdfgh4036
    @asdfgasdfgh4036 7 ปีที่แล้ว +1

    surunen adama hecne elemir allah 2 eyaxli ilanan qorusun

  • @abbasshukurlu4102
    @abbasshukurlu4102 4 ปีที่แล้ว

    Zəhərsizdi yəni yarımzəhərli, ancaq həşaratlara ziyanı var insanı heç sancmır