Marketlərdə düyü əvəzinə görün bizə nə satırlar: Cəmi bir ovuc yesəniz... - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2022
  • #APATV #DüzgünSeçim #düyü #market #ishehsalat #məhsul #dünyabazarı #bahalaşma #təbiidüyü #sünidüyü #kartofnişastası #sintetik #kanifol #mağaza #sellofan #sağlam #qidalanma #qida #satış #qiymət #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı
    Marketlərdə düyü əvəzinə görün bizə nə satırlar: Cəmi bir ovuc yesəniz... - APA TV
    Son zamanlar dünyada gedən bahalaşma ilə bağlı ishehsalat sahəsində saxtakarlıqlar da sürətlə artmaqdadır. Ən çox saxtalaşdırlan məhsullardan biri də düyüdür.
    Hazırda dünya bazarını plastik və başqa zərərli maddələrdən hazırlanan süni düyü başına götürüb. Bu cür düyü təbii düyüdən dəflərlə ucuz başa gəlir. Buna görə də aşağı qiymətə satılır.
    Süni düyüyə kartof nişastası, sintetik kanifol kimi bir çox kimyəvi maddələr qatılır. Bunlardan başqa, süni düyü istehsalında iynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddədən də istifadə olunur. Halbuki bu maddə sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə çalğı alətlərinin yayına çəkmək üçün işlədilməlidir.
    Qısaca bu cür xarakterizə edək: 3 porsiya süni düyü yesəniz, bir mağaza sellofanı yemiş olursunuz.
    Yaxşı, bəs bütün bunlardan necə qorunaq? Təbii düyü ilə saxta olanı bir-birindən necə seçək?
    Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova seçməyin yollarını belə izah edir: “Bir stəkan suyun içinə bir xörək qaşığı düyü tökün. Düyü dibə çökmək yerinə suyun üzünə çıxırsa, deməli, saxtadır. Bir alışqanla bir ovuc düyünü yandırın. Düyü birdən alışsa, deməli, saxtadır. Təbii düyü alışmır. Bir miqdar düyünü həvəngdəstəyə töküb, əzin. Düyü tozu sarı rəngdə olarsa, deməli, saxtadır. Çünki əsl düyünün tozu ağ olur. Həmişəki yöntəmlə bişirdiyiniz plovun dadı-duzu olmadığını hiss edirsizsə və bişirəndə heç bir səhvə yol vermədiyinizi düşünürsünüzsə, düyünün saxta olma ehtimalı çox yüksəkdir. Düyüdən bir neçə qaşıq götürüb qapaqlı bir qabda 3-4 gün saxlayın. Qabın qapağını açdığınız zaman kiflənmiş düyü ilə qarşılaşdınızsa, bişirmək üçün saxladığınız düyünü zibilə atın. Çünkü təbii düyü bir neçə günə kiflənmir. Düyünü sobanın üzərində tavada qovururuq, formasını dəyişirsə, deməli, saxtadır. Hazırda ən çox istifadə olunan təbii düyü kəpək qabığı təmizlənən ağ düyüdür. Qəhvəyi və ağ rəndə olan düyülər sağlamlıq üçün daha faydalıdır. Lakin çox qaynadıldıqda tərkibindəki qidalandırıcı elementlər ölür. Nəticədə ağ və qəhvəyi düyülər digər rənglərdə olanlara nisbətən daha yararsız hesab olunur”.
    Ümumilikdə isə hansı növ düyü olur olsun, tərkibində nişasta var. Uzun müddət anbarlarda qaldıqda isə nəm çəkir. Bu da məhsulun xarab olmasına, üzərində kif göbələklərinin yaranmasına səbəb olur.
    Qidalanma üzrə mütəxəssis Tahirə Əlirzayevanın sözlərinə görə isə kənd düyüləri həmişə içi çör-çöplə dolu olur və düyünü suya tökəndə bulanıqlıq yaranır: “ Ümumiyyətlə, rafinə olunmamış düyü ən yaxşı düyü hesab olunur. Təbii düyü almağın ən yaxşı yolu rayonlardan sifariş verməkdir.
    Satışda düyünün bir neçə növü var. Sarı düyü, qara düyü və s. Qara düyünün insan orqanizminə çox xeyri var.
    Keçmişdə düyü qaynayan zaman, yarı bişmiş halından bir az çox qaynadıqda formasını itirirdi. Lakin indi düyünün nə qədər qaynamağından asılı olmayaraq, forması dəyişmir.
    Ümumiyyətlə düyünün ətri olmalıdır, qaynadılarkən şişməlidir, suda saxlanıldığı zaman cücərməlidir”.
    Göründüyü kimi... Mütəxəssislər yerli düyünün daha etibarlı olduğunu bildirirlər. Ancaq piştaxtalarda yerli düyüyə demək olar ki, rast gəlinmir. Hansısa marketdə tapa bilsən də, qiyməti idxal düyülərindən çox yüksək olur. Bəs bunun səbəbi nədir?
    Qida eksperti Fərid Səlimov sualımıza belə cavab verir: “Azərbaycanda düyü yetişdirmək üçün uyğun əkin sahəsi, suvarma sistemi yoxdur. Buna görə də yerli istehsalat zəifdir. Fermerin qarşılaşdığı çətinliklər istehsalatın maya dəyərini artırır. Təbii olaraq, satış qiyməti də yüksəlir. Baha olduğu üçün insanlar yerli düyüdən az istifadə edirlər”.
    Bəs plastik düyü necə istehsal olunur? Ölkəmizdə süni düyü istehsalına rast gəlinibmi?
    Ekspert deyir ki, ölkəmizdə buna rast gəlməyib: “Plastik düyü necə istehsal olunur. Bizim müəssisələrdə plastik düyü istehsalatı ilə qarşılaşmamışam. Ümumilikdə, plastik düyünün çəltiksiz düyü unundan hazırlandığını, kartof və plastik qarışdırılaraq əldə olunduğu deyilir”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: th-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 306

  • @nazxanimfaracova575
    @nazxanimfaracova575 ปีที่แล้ว +133

    Allah bu düyünu(yəni saxta düyünü) hazırlayanlara lənət eyləsin o qazandıqları pulları onlara hsram olsum

    • @Ummu_Aksa
      @Ummu_Aksa ปีที่แล้ว +5

      Onsuzda o pul haramdır

    • @alittleabouteverything1523
      @alittleabouteverything1523 ปีที่แล้ว +11

      Tək düyü olsa nə vardı ki.. Bütün qida məhsulları bu gündədi. Sovet dağılandan bəri, bir Allah bilir bu 30 ildə nələr - nələr yedirdiblər bizə. .

    • @mleykkazmova322
      @mleykkazmova322 ปีที่แล้ว +2

      Amin

    • @paryadakaparyadobic6677
      @paryadakaparyadobic6677 ปีที่แล้ว +1

      AMİN CANİM

  • @mubarek6908
    @mubarek6908 ปีที่แล้ว +114

    Allahım, Özün bildiyin kimi bizi zalımlardan qoru.

  • @firdovsilsgrov6485
    @firdovsilsgrov6485 ปีที่แล้ว +167

    Qida təhlükəsizliyi hara baxır marketə gedəndə su qaşıq aparaq

    • @turanmemmedli2434
      @turanmemmedli2434 ปีที่แล้ว +13

      😂👍

    • @nazaceferli9839
      @nazaceferli9839 ปีที่แล้ว +6

      Duz deyir də .

    • @eminhuseynov8386
      @eminhuseynov8386 ปีที่แล้ว +7

      İndi əhalinin sağlamlığı heç kimin vecinə deyil

    • @proalesi829
      @proalesi829 ปีที่แล้ว +1

      ALLAH SİZİ GÜLDÜRSÜN

    • @fatehesgerov1496
      @fatehesgerov1496 ปีที่แล้ว

      Nə olduye yağın tərkibində, düyüdə. Şəkərdə nə xəbərdi

  • @gunaymuellim4365
    @gunaymuellim4365 ปีที่แล้ว +63

    Onu biz ayirmali deyilik. Yoxlanib satışa icaze verilmeli

  • @raissuleymanova2358
    @raissuleymanova2358 ปีที่แล้ว +107

    Bizə belə ağıl öyrətməkdənsə olmazmı heç satışa buraxılmasın .Bilə bilə saxtadı pul alıb satışa icazə verənlərin Allah bəlasını verəcək....

    • @sadaqatkenqerli5819
      @sadaqatkenqerli5819 ปีที่แล้ว +4

      Amin,İNŞALLAH!Elə bilirsiniz xəbərləri yoxdur?!Marketlər kimindir,özləri bilirlər

    • @emil_89
      @emil_89 ปีที่แล้ว +7

      Bular özlərini dolayıblar. Sadə xalq qidalara nəzarət edəcəksə dövlət qurumları nəyə lazımdıki

    • @brawiloyuncusu7675
      @brawiloyuncusu7675 ปีที่แล้ว +3

      Raisə Xanım tam düz deyirsiniz....Satışa götürən ""mağaza müdirləri""saxta düyünü nə üçün qəbul edib MİLLƏTƏ ZÜLM edirlər.....?????

  • @habibgaraev8397
    @habibgaraev8397 ปีที่แล้ว +55

    SATIŞDA KƏRƏ YAGI YOXDUR!!! SATILAN YAGLAR SAXTA YAGLARDİR!!! DÖVLƏT VƏTƏNDAŞINI QORUMALIDIR!!!

    • @AAB233u2
      @AAB233u2 ปีที่แล้ว +4

      Palma yagidir yediyimiz. hec vaxt hezm olmuyan😔

    • @maestropiano7390
      @maestropiano7390 ปีที่แล้ว +2

      Kere yaģi adi altinda baha qiymete satilir. Bizde mecbur olub aliriq

    • @qwertqwertyui2738
      @qwertqwertyui2738 ปีที่แล้ว +1

      @@AAB233u2 palma yağı olsa yaxşıdı yutub kanalların birində gördüm kitaylar kanalizasiyadan yağ hazırlayır

  • @eminhuseynov8386
    @eminhuseynov8386 ปีที่แล้ว +52

    Bu işlərə mütəxəsislər baxmalıdır.Bunu biz niyə etməliyik.

    • @anarmamedov4953
      @anarmamedov4953 ปีที่แล้ว +10

      Mütəxəssisin başı pul oğurlamağa qarışıb,,

    • @eminhuseynov8386
      @eminhuseynov8386 ปีที่แล้ว

      @@anarmamedov4953 hə

    • @eminhuseynov8386
      @eminhuseynov8386 ปีที่แล้ว +2

      @@anarmamedov4953 Hər kəs öz işini layiqincə yerinə yetirsə inanın ki heç bir prablem yaşanmaz

    • @anarmamedov4953
      @anarmamedov4953 ปีที่แล้ว +2

      @@eminhuseynov8386 Əsas odur ki yerinə yetirmirlər də

    • @eminhuseynov8386
      @eminhuseynov8386 ปีที่แล้ว +1

      @@anarmamedov4953 Düz deyirsiz Elədir

  • @durdanezeynalova4657
    @durdanezeynalova4657 ปีที่แล้ว +53

    Bədbəxt xalq hər şey gündən günə bahalaşır bunun istehsal etdiyi məhsullar ozü kimi keyfiyyətsizdir

    • @gulkaaliyeva2073
      @gulkaaliyeva2073 ปีที่แล้ว +1

      😀😀😀Guyah bişirende bilmiyeciyikki plastikdi veya ehhavara qalıblar onsuzda duyu yemirem bahadı 🤣🤣🤣

    • @fazilhuseynov6987
      @fazilhuseynov6987 ปีที่แล้ว

      @@gulkaaliyeva2073 pis oldum Sənə görə

    • @gulkaaliyeva2073
      @gulkaaliyeva2073 ปีที่แล้ว +1

      @@fazilhuseynov6987 Təbiyiki bu bir zarafat idi mene icaza vermir həkim duyu yemeye 😔

    • @qenberovmehdi882
      @qenberovmehdi882 ปีที่แล้ว

      @@gulkaaliyeva2073 yalan yalan xeberlerdir inanmiram o duyunun sortu eledir saxta duyu men bildiyime gore seker xesteleri uçun istehsal olunur

  • @edaletnifteliyev6896
    @edaletnifteliyev6896 ปีที่แล้ว +78

    Marketə gedəndə özümüzlə bir vedrə su aparmalıyıq ki təbii düyünü araşdıraq?

    • @zulfiyyedadashova3353
      @zulfiyyedadashova3353 ปีที่แล้ว +4

      🤭

    • @seidismiyev5641
      @seidismiyev5641 ปีที่แล้ว +3

      Biz coooox çətinliklərdən keçmişik

    • @guseinmamedov3971
      @guseinmamedov3971 ปีที่แล้ว +9

      Nəinki su, hətta həvəngdəstə və kibrit ya da alışqan götürməyi unutmayın 🤣

    • @iradehuseynova2016
      @iradehuseynova2016 ปีที่แล้ว

      ​@@guseinmamedov3971 🤣🤣🤣

    • @mahmud6864
      @mahmud6864 ปีที่แล้ว +5

      Nece duz dediz.bu niye markete ki.i gelib cixir?bele duyiler yoxlanilmali,satiwina qadaga edilmeliidi

  • @gulsenhuseynova7401
    @gulsenhuseynova7401 ปีที่แล้ว +48

    ALLAH QƏNİM OLSUN BU İŞƏ ƏL ATANLARI.HARADA İSTEHSAL OLUNUR? KOR OLUBLAR HARA BAXIR BUHAZIR YEYƏN BOYNU YOĞUNLAR.

  • @minnosminnos1533
    @minnosminnos1533 ปีที่แล้ว +68

    SAXTA DÜYÜ HAZIRLANMASINI HƏLƏ BİR ÇƏKİB GÖSTƏRİRLƏR DƏ BU Kİ CİNAYƏTDİ NİYƏ HƏBS OLUNMUR BELƏ ZİYANVERİCİLƏR BƏS NƏYİ GÖZLƏYİRSİZ !?

    • @turanmemmedli2434
      @turanmemmedli2434 ปีที่แล้ว +3

      Hazırlanan yer başqa ölkedir.

    • @necefqasimov7907
      @necefqasimov7907 ปีที่แล้ว +2

      Azerbaycan neden imkan edit serheden zibil mallar kecir

  • @zaurbesirov6309
    @zaurbesirov6309 ปีที่แล้ว +7

    Şaxta düyünü yaradanlara düyü qənim olsun canlarına.Amin.

  • @azerzahidzade5194
    @azerzahidzade5194 ปีที่แล้ว +35

    Suvarma niyə problem olur ki ?!
    Nağıl danışma. Azərbaycanda monopoliya imkan vermir ki...

  • @melekabbasova7270
    @melekabbasova7270 ปีที่แล้ว +14

    Allah öz vətənimizdə yetisən düyüyə birdə basqa qidalara berəkət versin elə basqa ölkələrdən gələn bəzi qidalardıda milləti bütün xəstəliyə salıb Allah bizləri bütün bu saxta qidalardan sorusun insallah amin

  • @heqiqetveliyeva3218
    @heqiqetveliyeva3218 ปีที่แล้ว +17

    Vətənimin Astara,Lənkəran,Ağdaş düyüləri var. Onları alıb yeyin. Öz millətimizədə xeyr verək.

    • @mahmud6864
      @mahmud6864 ปีที่แล้ว

      Salam.onlari nece tanimaliyiq?belke yalan diyir lenakar duyusudu.neter aid etmek olar

    • @azerbaijan_az
      @azerbaijan_az ปีที่แล้ว +4

      @@mahmud6864 köhnə,qədimi düyünü tanımaq çox asandır. Bir az qırmızı təhər olur,yəni ağappaq, parıltılı olmur,təbii düyü iyi gəlir, içində xırda zilifi olur (yəni xırda,qara zibili,toxumu) sanki tozlu olur,yuyanda, bulanıq suyu çıxır, İki, üç dəfə yuyuram. Ağdaş düyüsü. Pişəndə lığabli olur. Bu saydıqlarım yerli yumru düyüyə aiddir. Mən Ağdaş düyüsü işlədirəm.

  • @aios8629
    @aios8629 ปีที่แล้ว +9

    Indi her defe dùyù aldiqda yandirmaq, sulamaq, kifletmek lazimdi . Eceb işimiz var. Kefdeyik.

    • @hafiseehmedova9411
      @hafiseehmedova9411 ปีที่แล้ว +1

      Təbii düyüdən siçan iyi gəlir.Qonşum plov bişirəndə iyi bütün bloka yayılır.

    • @hafiseehmedova9411
      @hafiseehmedova9411 ปีที่แล้ว +1

      Həm də ki təbii düyü tez bişir,ancaq yanında qalasan ki tez xəşil olmasın,qazın xodun azaldasan

  • @SeferSeyidov
    @SeferSeyidov ปีที่แล้ว +11

    Saxta düyülərin satışına icazəni kim verir və nəyə görə saxta məhsul satanlar cəzasını çəkmir ?

  • @nehhuseynov2252
    @nehhuseynov2252 ปีที่แล้ว +27

    BU MİLLƏTƏ SAXTA ƏRZAQ SATDIRANLARA ALLAH HƏMİŞƏ LƏNƏT ELƏSİN PULDAN ÖTRU BU MİLLƏTİ NİYƏ QIRIRSINIZ AY ZƏRİL OLASINIZ

    • @mexparaaqadadasova1616
      @mexparaaqadadasova1616 ปีที่แล้ว

      Ona görədə fərq etməz ya Bakı ya da Rayon kəndləri,əkin-biçinlə,heyvandarlıqla məşğul olmalıdır ki,əhalini təbii məhsulla təmin etsin.Yoxsa hamı mağaza açıb süni məhsulların alverin edir.

  • @turan2117
    @turan2117 ปีที่แล้ว +19

    Qida tehlukesizliyi hara baxir,dehwetdiye,hardan ne alasan?

    • @turan2117
      @turan2117 ปีที่แล้ว +2

      🙏

    • @nazaceferli9839
      @nazaceferli9839 ปีที่แล้ว +4

      Qida təhlükəsizliyi ancaq cibinə girən pula baxır.

    • @EliMusayev-rm2rt
      @EliMusayev-rm2rt หลายเดือนก่อน

      Delenci metleb de menem poxumu alde yede ele belde ki irele dùsdù allah belene versen amin insallah

  • @user-cw6kj7fj8m
    @user-cw6kj7fj8m ปีที่แล้ว +14

    Marketde satilan duyulerin hamisi saxtadi .Mehebbet ,Tamasa v s adlarla camaatin peh pehle alib bisirdiyi duyu makaron kimi duyu formasinda istehsal olunan saxta mehsuldur.Tebii yerli duyunu yalniz bazarlardan ceki ile elde etmek olar marketkerde deyil.

    • @hokumeqasimova7193
      @hokumeqasimova7193 ปีที่แล้ว +1

      duz

    • @xdicfatim8501
      @xdicfatim8501 ปีที่แล้ว +2

      Yerli təbii düyülərdı var.Məsələn Astara düyüsü Haşimi.

    • @smkirsmkir3420
      @smkirsmkir3420 ปีที่แล้ว

      Tamamı ilə razıyam mən də Rusiyada sınamışam

  • @esmayeekberova9673
    @esmayeekberova9673 ปีที่แล้ว +33

    Bəs onu idxal edənlər məsuliyyətə cəlb edilmirlər? məsuliyyət daşımırlar?

    • @Uss662
      @Uss662 ปีที่แล้ว +2

      Yox bu biznesdi olarin pullari coxdu

    • @mexparaaqadadasova1616
      @mexparaaqadadasova1616 ปีที่แล้ว

      Bütün dünyaya ölümlə nəticələnən virusu yayıb yoluxduranlar məsuliyyət daşımırlarsa süni qida məhsulu istehsal edən niyə məsuliyyət daşımalıdır?

  • @taranaaliyeva5771
    @taranaaliyeva5771 ปีที่แล้ว +14

    Dərdimizi kimə deyək .?

  • @vusalquluzade6063
    @vusalquluzade6063 ปีที่แล้ว +10

    Qida tehlukesizliyide otursun evde biz onlarin yerine qidalari yoxlayariq

  • @nihat7213
    @nihat7213 ปีที่แล้ว +6

    Allah lənət eləsin belə adamlara

  • @turalbashirli3551
    @turalbashirli3551 ปีที่แล้ว +7

    Ağdaş düyüsü qəşəng olur

    • @metanetagayeva5729
      @metanetagayeva5729 ปีที่แล้ว

      Hardan almaq olar

    • @turalbashirli3551
      @turalbashirli3551 ปีที่แล้ว

      @@metanetagayeva5729 mən Arazda görmüşdüm paketin üzərində Ağdaş düyüsü yazılmışdı, bidə Ağdaşda tanışı zad olsa tapşırmaq olar ordan alıb gətirsin

  • @ninasergeyevna8383
    @ninasergeyevna8383 ปีที่แล้ว +7

    Tamojnidan 10 dene etir kecirdende ilisirler su butulkasina ilisirler , bes niye bu boyda insanlarin orgnizimlerine pis tesir eden zeherli praduktlari yayanlari tutmurlar. Desetdiyi

  • @matanataliyeva498
    @matanataliyeva498 ปีที่แล้ว +20

    Təbii düyünun öz qoxusu var və ölçüləri fərqli-irili,xırdali,rəngi bulanıq olur. olur .Sintetik düyu isə standart ölçüdə, şəffaf rəngə yaxın bir rəngdə olur.

  • @xatirkazmova6054
    @xatirkazmova6054 ปีที่แล้ว +9

    Necə ALLAHDAN qorxmurlar

  • @zahramammadova6487
    @zahramammadova6487 ปีที่แล้ว +18

    Deyirsiniz ki, yerli bazarlarda saxta düyülər " baş alıb gedir". Onda heç olmasa bir nümunə də olsa, niyə göstərmədiniz?

    • @qenberovmehdi882
      @qenberovmehdi882 ปีที่แล้ว +1

      Çunki gelir ordadi

    • @zahramammadova6487
      @zahramammadova6487 ปีที่แล้ว

      @@qenberovmehdi882 Mən də bilirəm, gəlir ordadır və bazarlarda saxta məhsullar satılır. Dediyim o idi ki, təbii məhsulu göstərir, saxtanı yox!? Nümunə üçün heç olmasa, birini göstərsə idi, yaxşı olardı!

  • @mehdiabasov934
    @mehdiabasov934 ปีที่แล้ว +10

    ко́мру́кден бир пачка сигарет кечирмек олмур бес халгы гыран гидалары республикайа ким ве нечейе бурахыр?!

  • @rhmancavid3711
    @rhmancavid3711 ปีที่แล้ว +7

    DÜİİE QULFU ALLAH DEİYRİK ALLAH O İŞE QOL QOİANLARIN QSZANCLARINI XİMİALARA QİSMET EDSİN ALLAH BELALARINI VERSİN 🙏🤲

  • @gulnazmirzeliyeva4619
    @gulnazmirzeliyeva4619 ปีที่แล้ว +10

    BƏS NİYƏ BİZİM GÖMRÜK BELƏ MALLARI BURAXIR ÖIKƏMİZƏ.

  • @azerbaijan_az
    @azerbaijan_az ปีที่แล้ว +4

    Azərbaycan xalqı görəsən niyə belə tamahgirlikdən əl çəkmir,niyə özümüz özümüzə düşmənik. !? Belə saxtakarlıq heç bir ölkədə yoxdur.

  • @rhmancavid3711
    @rhmancavid3711 ปีที่แล้ว +6

    ÖLENLERİNE MİN LENET OLSUN BU İŞLE PUL QAZANANLARIN BİR DEFE AS SÜZDÜM EVDEN ELE BİR QOXSU CIXDIKİ TÖKÜB KLOKA DÜİÜNÜ APARIB ATTIM DEDİMKİ BU DÜİÜNÜN SAİI QEDER BUNU İSDESAL EDEN EVİNE BELA ĞELSİN AMİN 🖤🥀😭

  • @leylarzayeva2403
    @leylarzayeva2403 ปีที่แล้ว +4

    Mən düyü almağa gedəndə özümlə bankada su ,yandırmaq üçün kibrit, polietilen paket yaxşıdı ki marketlərdə var, indi onu yoxlayanda məni tutmasınlar

  • @ilkinxudiyev4233
    @ilkinxudiyev4233 8 หลายเดือนก่อน +1

    Nələr görürük, məhsulun keyfiyyətini alıcılar yoxlamaya bilər. Satışa ciddi nəzarət olunmalıdır.

  • @vasifstamatoluk5724
    @vasifstamatoluk5724 ปีที่แล้ว +2

    Ona gore onkoloji xestelikler bash alib gedir Allah ozu qorusun bizleri.

  • @user-us6hy1ch5r
    @user-us6hy1ch5r ปีที่แล้ว +10

    Магазада су ахтараг?

  • @sunnasunna5239
    @sunnasunna5239 ปีที่แล้ว +4

    Sonuncu cumlelerini chox ela dedin muxbir bey

  • @user-tt1pi2mt1s
    @user-tt1pi2mt1s ปีที่แล้ว +9

    Azerbaycan ne gune qalibki bu qeder saxta sunu qidalar var? Bisende beyem gormurlerki?

  • @legendlegend7669
    @legendlegend7669 ปีที่แล้ว +11

    Bu üsulullari bizə niyə oyrədirsiz.Millət kasıbçılıqdan şikayət edir.Ucuzda deyilki birdəfə alıb təcrübə aparsın .Olmaz ki, hərə öz işini halalliqla icra etsin.Axi onlar işlərinə görə maaş alırlar.Saxta məhsula necədi azə verilir ki, o məhsul istehsal olunur hələ birdə marketlərə qədər gəlib çıxa bilir

  • @gulnareibrahimova1390
    @gulnareibrahimova1390 ปีที่แล้ว +4

    Sonrada deyirlər xərcəng yayılır.allah özün qoru.İndiki zamanda insanlarda sünidi qidalarda sünidi hər şey sünidi

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 ปีที่แล้ว +2

    Bu saxtakarları tutub cəzalandırmaq lazımdır.Dövlət bu işi araşdırmalıdır....Milləti qorumaq lazımdır....

  • @necefqasimov7907
    @necefqasimov7907 ปีที่แล้ว +5

    Allah evinizi yixsin.On a gore hekimlerde qalmisiq.Bizim qida tehlukesizliyi hara baxir biz duyu yoxlayiriq.Hele alaciq suya qoyaciq palastik olduqin bildik tokek.Birde alaq.

  • @-.nizami.n
    @-.nizami.n ปีที่แล้ว +5

    Çammati dolamayin , saxta olmur , hamisi feykdir . Keyfiyyətli və Keyfiyyətsiz olur .

  • @adsoyad4961
    @adsoyad4961 ปีที่แล้ว +6

    SAXTA. DÜYÜ. UN. ŞƏKƏR . 1DEYİL. 2. DEYİL. BƏLKƏ. İSTEHSAI. EDƏNİ. ÖMURLÜK. HƏBS. EDSİNLƏR.

  • @qaraqarayev4037
    @qaraqarayev4037 ปีที่แล้ว +17

    Əvvəllər aş(plov)bişirmək hər qadının işi deyildi.Kimisi əzərdi düyünü,kimisi bərk götürərdi.İndi yerindən duran aş(plov)bişirir.O vaxtı hörmətli qonağın afına plov bişirirdilər,indi fast food bişirirlər.

    • @qenberovmehdi882
      @qenberovmehdi882 ปีที่แล้ว +1

      Vallah adam varki heç indide bisire bilmir

  • @rggrgrs5gff202
    @rggrgrs5gff202 ปีที่แล้ว +6

    Gic gic danışırsan biz narketdə suyu yaxud necə yandıraq

  • @dunyaalmi6137
    @dunyaalmi6137 ปีที่แล้ว +3

    Mənə elə gəlir ki bu il kimsə babat düyü yetişdirib.Onu satmaq lazımdır)))

  • @bulbulaliyev5292
    @bulbulaliyev5292 ปีที่แล้ว +4

    FERID SELIMOV AXIRINCI DEFE HANSI MARKETDE YOXLAMA APARIB?

  • @brawiloyuncusu7675
    @brawiloyuncusu7675 ปีที่แล้ว +2

    EMİL BƏY.TAM DOĞRU.....BU İŞLƏ MƏŞĞUL OLAN DÖVLƏT QURUMLARI , DEMƏLİ, İŞLƏMİRLƏR.ONLAR BELƏ DEYİR:
    ""MİLLƏT NECƏ TARAC OLUR-OLSUN,NƏ İŞİM VAR?????""

  • @sovktorucova6232
    @sovktorucova6232 ปีที่แล้ว +4

    Allah qənim olsun çamatı qıranlara zəhər yesinlər hökumət hara baxır yarısı müharibədə yarısında pradukda qırıllar

  • @habibgaraev8397
    @habibgaraev8397 ปีที่แล้ว +1

    MARAQLIDIR DÖVLƏT NƏZARƏTİ HARDADIR!!!

  • @kamalataharli7391
    @kamalataharli7391 ปีที่แล้ว +2

    Allah bəlalarlnl versin amin.

  • @zamiqmuxtarov5786
    @zamiqmuxtarov5786 ปีที่แล้ว +5

    BIZ ElƏMMƏMƏLİK SİZ NƏ ÜÇÜN OTURMUSUNUZ ORDA HAVAYI MAAŞ ALMAQA

  • @Ramin0244
    @Ramin0244 ปีที่แล้ว +7

    Əkin toxumu qalmıyıb hamısını yeyib qurtarmısınız. Düyünün nəsli kəsilib.

  • @icelaynfc1412
    @icelaynfc1412 ปีที่แล้ว +25

    Millət hamısı alır yeyir.saxtanı bilə bilə noyə yıqışdırmırsız.milləti niyə qırırsız?

    • @hokumeqasimova7193
      @hokumeqasimova7193 ปีที่แล้ว +1

      gözel söz sonrada clxlb elan verir bu saxdadlr yemiyin

  • @brawlbro1223
    @brawlbro1223 ปีที่แล้ว +6

    Нийе беле данышыр бу арвад? Еле бил буна елчи гелиб бу да чезилир.

  • @gurbancoban7663
    @gurbancoban7663 ปีที่แล้ว +3

    Saģolun ki bize dùyù seçmeyin yolunu gòsterdiz o zaman bu cùr işlere baxan yerler zaten işinin òhdesinden gelmir baģlansin boşuna maaş alirlar

  • @elcinmehdiyev1167
    @elcinmehdiyev1167 ปีที่แล้ว +2

    Yerli düyü lazımdır, əkinçilər əkin əkməlidir... Amma monopoliyanı ələ keçirəndən sonra saxtakarlıq etməsələr yaxşı olar

    • @qenberovmehdi882
      @qenberovmehdi882 ปีที่แล้ว +2

      Kendderde adam qalibki ekinlede mesqul olsun

    • @elcinmehdiyev1167
      @elcinmehdiyev1167 ปีที่แล้ว +1

      @@qenberovmehdi882 çox təəsüf ki, qalmayıb

  • @qubushsalam9955
    @qubushsalam9955 ปีที่แล้ว +4

    Evlerimiz plastık ceyım plastik masınlar plastik yedıyımızde plastik, 🤣 vaxtinda robot olaq,yoxsa oleceyık.

  • @rafiqaliyev9751
    @rafiqaliyev9751 ปีที่แล้ว +3

    SAXTA HÖKÜMƏTLƏ SAXTA DÜYÜDƏ FƏRQ YOXDUR...

  • @Komedi_Eylence
    @Komedi_Eylence ปีที่แล้ว +10

    Mutexessislerimiz bilmirem ozlerinden deyirdiler yoxsa kitabdan oxuyurb deyirdiler hec razi qalmadim cavablari ile.Yerli duyuler chunki xarice idxal olunur.

    • @osmanenver3375
      @osmanenver3375 ปีที่แล้ว

      Niyəki astara düyüsü hər növü əkilib satılır bizdə

    • @osmanenver3375
      @osmanenver3375 ปีที่แล้ว

      İstiyən buyurub alar

    • @Komedi_Eylence
      @Komedi_Eylence ปีที่แล้ว +1

      @@osmanenver3375 esitdiyime gore bize catmir o duyuler xarice gedir

    • @osmanenver3375
      @osmanenver3375 ปีที่แล้ว

      @@Komedi_Eylence mən şahidəm bizdə satılır
      Ola bilər xaricə də satsınlar
      Amma 100 faiz əminəm ki satırlar bizdə
      Mən şəxsən alıram

  • @teranemesimova1742
    @teranemesimova1742 ปีที่แล้ว +8

    Mən almışam düyü hey qaynatdım bişmədi bacıma deyəndə dedi sintetik düyü oluf.

  • @elmddinrzayev1924
    @elmddinrzayev1924 ปีที่แล้ว +1

    Allah bəlalarını versin

  • @qenberovmehdi882
    @qenberovmehdi882 ปีที่แล้ว +1

    Saqlam qidalanma mutexessisi ne gozel melumat verdiniz aqillisizda siz marketde alov yandiraq yoxsa bir butulka su alib teccrube aparaq ne gic gic meslehetler verdiz tesekkur edirik gicbeserler

  • @gunayseferova5741
    @gunayseferova5741 ปีที่แล้ว +4

    Birinci danışan zanım caamatı gic yerinə qoyub deyəsən indi biz əlimizdə suyla stəkanla marketə gedək ,bütün əsəb elədi ey məni hıqıldya hıqıldya danışığıyla ,zibil

  • @nurlanasgarov5893
    @nurlanasgarov5893 ปีที่แล้ว +3

    Idxal edenler ve ona sebeb olanlar niye mesuliyyete celb olunmurlar??

  • @ttt3505
    @ttt3505 ปีที่แล้ว +3

    Düyünün qiymətini qaldırma üsulu! Düyünün yeni manapolisti peyda olub!

  • @hokumeqasimova7193
    @hokumeqasimova7193 ปีที่แล้ว +1

    dadll cox helimli olur kend duyusu 👍👍👍🤲🏼

  • @user-ut7ul4sj7i
    @user-ut7ul4sj7i 3 หลายเดือนก่อน

    Allah Lənət eləsin bizlərə zülm edənlərə

  • @nmem626
    @nmem626 ปีที่แล้ว +1

    Nəzarət edilsin!!!Əlimizdəki son qalan pulla düyü alaq gətirək yoxlayaq saxta çıxsın🤔

  • @tunzalaxalilova4341
    @tunzalaxalilova4341 ปีที่แล้ว +1

    Allah sen bizi qoru bele bedxahlardan

  • @arzusmdova7903
    @arzusmdova7903 ปีที่แล้ว +1

    Çox sağolunbelədəyərliməlumatlara görə

  • @seriyyeheyderova7105
    @seriyyeheyderova7105 ปีที่แล้ว +1

    Salam Allah razi qalsin sizdən

  • @msumisayeva9049
    @msumisayeva9049 ปีที่แล้ว +1

    Mehkemeye vermek emlaklnı musadire etmek lazımdır...

  • @user-cn5mc8cm5o
    @user-cn5mc8cm5o ปีที่แล้ว

    Аллах белаларыны версин яреббим нийе жамааты зехерлейирсиниз

  • @sohretnovruzov7748
    @sohretnovruzov7748 ปีที่แล้ว +7

    dunyani su basa gedir bunlar sudan daniwirlar .sudan daniwma kendde olalanlara normal werait yaradin milletmizde normal duyu ve diger erzaglarla qidalansin .her qidamiz normaldi ki qaldi duyiye yediymiz butun qidalara kimyevi ximikatla doludur.

  • @abgggg1659
    @abgggg1659 ปีที่แล้ว

    Allah kahr etsin, zalimleri Amin

  • @NN-mz4vw
    @NN-mz4vw 8 หลายเดือนก่อน +2

    Üç saat nağıl danışınca olmazmı ki saxta qidaların satışına ciddi nəzarət olunsun? Belə çıxır ki cürbəcür sortlarda düyü almalıyıq və sonra yandırıb suya töküb hoqqalardan çıxmalıyıq.Ay bala hər evdə labaratoriya var?

  • @user7717
    @user7717 ปีที่แล้ว +2

    Düyü bizdə özümüz camahatımız min bir əziyyətlə zülümlə nə boyda xərcxəsarətlə əkib becəririk su qiymətinə satada bilmirik vallah istəyən hər kəs müraciət edə bilər.sezonuda yaxınlaşır.tonlarla məhsulumuz olur.hər növdə

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 ปีที่แล้ว

      Harda satırsız?

    • @user7717
      @user7717 ปีที่แล้ว +1

      @@husniyyehemidova2357 Ucardanıq

    • @husniyyehemidova2357
      @husniyyehemidova2357 ปีที่แล้ว +1

      @@user7717 Allah bol eləsin ama Ucara gəlmək uzaqdı bizə

    • @user7717
      @user7717 ปีที่แล้ว

      @@husniyyehemidova2357 caaannn təşəkkür edirəm. Çox təəssüf

  • @nebakiyonufaklikk5088
    @nebakiyonufaklikk5088 ปีที่แล้ว

    Allah sen saxla nələr yeyirik

  • @zibeydeabasova7006
    @zibeydeabasova7006 ปีที่แล้ว +10

    Vay vay bəs nəyə necə güvənək?yumurta saxda,düyü saxda,cörək saxda helə ona görədə insanlarda saxdalaşıb

  • @bakinkabakinka1715
    @bakinkabakinka1715 ปีที่แล้ว +1

    Neyniyek indi duyu alanada maqazine su aparaqyoxlamaq ucun????

  • @mehdisadiq6834
    @mehdisadiq6834 ปีที่แล้ว +2

    Goresen bu saxta duyu hardan kecib gelir maqazinlere? Gedin pzunuzu dolayin. Bu gomrukden kecende baxmalidirlarda yaziq qara camaat neynesin

  • @ilkinabdullazad4929
    @ilkinabdullazad4929 ปีที่แล้ว +1

    Kitaylar ograsdar eliyir

  • @emil_89
    @emil_89 ปีที่แล้ว +1

    Sadə vətandaş qida təhlükəsizliyinə nəzarət etdisə daha nə zibiləəəəə yarıyıyy dövlət orqanlarıı

  • @sadaqatkenqerli5819
    @sadaqatkenqerli5819 ปีที่แล้ว +1

    Bu qədər həngamə ilə düyünü ayırd edəcəyiksə,qida məhsullarına nəzarət qurumları nəyə lazımdır?!Nəyə görə marketə gələn hər məhsul yoxlanmır?!Nə yaxşı balaca yer icarəyə götürüb xiyar pomidor satanların başının üzərində domokl qılıncı kimi dururlar pul almaq üçün,marketlərə nəzarət edə bilmirlər və yaxud etmirlər.

  • @samirsuleymanov2088
    @samirsuleymanov2088 ปีที่แล้ว +1

    Niye biz plasmas duyu axtarmaliyiq........dovletde ridaya nezaret eden qurum var onun basinda oturanlari gulleliyin

  • @sbuhisirvani9440
    @sbuhisirvani9440 ปีที่แล้ว

    Nə makaron, nə düyü , nə vermeşil..hansın yandırırsan yanır..
    Yemıkdən də doymaq olmur.
    Çox sağ olun ki, məsləhət verirsin.
    Amma buna ehtiyac yoxdur.
    Belədənsə bunu ölkəyə gətirilməyin qarşısını alın.

  • @_SeaofSeas_
    @_SeaofSeas_ ปีที่แล้ว +2

    Düz əməlli danış hövsələm daraldı

  • @abbasadilov4501
    @abbasadilov4501 6 หลายเดือนก่อน

    Aylrmaq lazlm deyil. Ölkəmizdə istehsal olunmur.Sadəcə xaricdən gətirilməsinə icazə verilməməlidir. Gətirmək istəyənə ağlr cəza verilməlidir. Düyünün saxtallğlnl araşdlrmaq nağlldlr.

  • @user-az5119
    @user-az5119 ปีที่แล้ว

    Camaatı başa salmaq əvəzinə onu satanın görünə odun soxmaq lazımdır.

  • @alfa912
    @alfa912 ปีที่แล้ว

    Yerli düyünün qiyməti qan qiymətinədir. Yaxın durulasi deyil.

  • @bxtiyarmhrrmov8435
    @bxtiyarmhrrmov8435 ปีที่แล้ว +2

    Undan danış unu saxda edillər nəyinki

  • @nayibalizade751
    @nayibalizade751 4 หลายเดือนก่อน

    Dövlətin məmurları
    nə fikirləşir .
    Vətəndaşlarına necə qayğı göstərir.?
    🇦🇿

  • @FreeSpirit-rj8op
    @FreeSpirit-rj8op ปีที่แล้ว

    Mehseti xanim gozel izahat verirsen.Ele bil rehmetliy Amaliya xanim danisir.

  • @elayzeyn9287
    @elayzeyn9287 ปีที่แล้ว

    Ona görə ölkədə xərçəng şəkər və diğər xəstəlıklər TÜĞYAN edir

  • @gulnazilyasova6979
    @gulnazilyasova6979 ปีที่แล้ว +2

    Kül Başıvuza Hara Baxır Dövlət Başçıları

  • @user-oi1in4vk3b
    @user-oi1in4vk3b หลายเดือนก่อน

    Ay qızım sənə bir sualım var bunları bizə deyirsən sağ ol.Bəs sən bu iş üzrə mütəxəsis sən .Sən hara baxırsan .Dövlətdən pul alırsan . Sənin işini bu millət ğörməlidi .İşində düzgün işləsən saxta düyülər mağazaya gəlməz.