Özündən 30 yaş kiçik tələbəsilə evləndi, oğlunu diri-diri doğradılar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2022
  • Onun həyatı yaşama dair bir nümunədi. Sinə gərdi, bacardı, sevildi, tanındı... Ancaq bu uğurların fonunda elə dəhştlər də yaşadı ki, yəqin ki, o faciələrə hər kəs dözə bilməzdi.
    Biri var idi, bu dünyada cəhənnəmi yaşayan, lakin qamətini, qürurunu heç zaman qırmayan sevimli diktor, Xalq artisti Rafiq Hüseynov...
    Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
    Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız.
    Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.
    Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. "Çahargah" çaldığı yerdə tarın sarı simi qırılıb. Rafiq Hüseynli o hadisə haqqında belə deyir:
    "Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaq sarı simlər, dəfələrlə təkrar olunacaq".
    Məktəbi qurtarandan sonra tarı atır, anası kimi hüquqşünas olmaq istəyir.
    Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər iş axtarır. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. "Nə iş versəniz, işləyəcəm" deyir və onu işıqçı işinə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
    Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
    Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışır.
    Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
    Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur" deyib.
    Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
    Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən 30 yaş böyük olan Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
    1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.
    Rafiq Hüseynov ağ ciyər xərçənginə yoluxur. Həkimlərin səyinə baxmayaraq Xalq artisti 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
    Rafiq Hüseynov öz sahəsinin möhürünü vuran şəxslərdən bəlkə də birincisidir. Bununla yanaşı sovet diktoru kimi quru bir obrazın içindən çıxıb milyonların sevimlisi olmağı da Rafiq Hüseynov bacarmışdı... Qəbrin nurla dolsun, ustad...

ความคิดเห็น • 153

  • @raisaquliyeva316
    @raisaquliyeva316 2 ปีที่แล้ว +35

    Gözəl, istedadlı diktor idi. Allah səni rəhmət eləsin. Qəbrin nurla dolsun. Xatirələr,....xatirələr...

  • @user-hd2xn1py9e
    @user-hd2xn1py9e 2 ปีที่แล้ว +41

    Allah rəhmət eləsin.O vaxtlar televiziyalarda qayda qanun variydi indikilərdən Allah saxlasin.

  • @azize4
    @azize4 2 ปีที่แล้ว +43

    "Gecdi daha" mahnısını ifasında tez-tez dinləyirəm.. Allah rəhmət etsin. Ruhu şad olsun.

  • @xalideagayeva8264
    @xalideagayeva8264 2 ปีที่แล้ว +39

    Uwaglig illerimuzin sevimli diktoru Rafiq mellim Allah size rehmet etsun.🙏🥀🥀🥀

  • @leylamusayeva7684
    @leylamusayeva7684 2 ปีที่แล้ว +53

    Hec yadimdan cixmaz 7 ci sinifde oxuyurdum 20 yanvar gecesi dehset yasadiq nece gunler televiziya islemedi ve bir nece gunden sonra qara paltarda ilk defe Rafiq muellim efire cixib xalqa derin uzle baş sagligi verdi butun ailelikle televizorun qarsisinda oturub onun danisigini diqqetle izleyirdik.Hemin gunden men aparici kimi yalniz onu keşv etdim xeyalimda .Amma indi 46 yasimda bir xanimam ancaq o gunleri hec vaxt unutmaram.Yegane aparici idi o insan.

    • @nusabmirzyeva4461
      @nusabmirzyeva4461 2 ปีที่แล้ว +4

      Mənimdə yadımdadır Mənimdə 47 yaşım var

  • @feridzeynalov8917
    @feridzeynalov8917 2 ปีที่แล้ว +21

    Azerbaycan TV kanallarına bu insanlara göre baxardiq. Kimleri itirdik

  • @gultekinmahmudova6814
    @gultekinmahmudova6814 2 ปีที่แล้ว +33

    MƏKANI CƏNNƏT OLSUN DƏYƏRLİ DİKTORLARLMIZIN

  • @elladabagirova7010
    @elladabagirova7010 ปีที่แล้ว +5

    Он был скромный,интеллигентный,с приятным голосом и внешностью!Аллах рахмет элясин!🙏🙏🙏💐💐💐💐💐💐

  • @mominetehmedova858
    @mominetehmedova858 2 ปีที่แล้ว +51

    Onu tanıyanlar heç vaxt unutmayacaq ruhun şad olsun dəyərli diktorumuz.Siz də sağolun unudulmazları unutmamqa üçün belə vidiolar çəkirsiz

  • @validequluyeva6696
    @validequluyeva6696 2 ปีที่แล้ว +6

    Rafig müəllim çox gözəl diktor idi gözəl danlwlg tərzi rus dilini mükəmməl bilirdi onun fefatlnl eşidəndə çox pis oldum yerin cənnət olsun Gözəl diktorumuzz

  • @cmileqasimqizi5550
    @cmileqasimqizi5550 2 ปีที่แล้ว +25

    Həyatı şəxsiyyətinə yaraşmayan sənətkar.Qismətdən artıq yemək olmaz deyiblər belə yazılbış.Allah Məkanını Cənnət eyləsin

  • @pervizbayramov1336
    @pervizbayramov1336 2 ปีที่แล้ว +10

    Gozel isan allah rehmet elesin amin

  • @ruslanhasanov7631
    @ruslanhasanov7631 2 ปีที่แล้ว +17

    ALLAH RAFİQ MÜƏLLİMİN RUHUNU ŞAD ELƏSİN. NƏ XOŞBƏXT MƏNƏ Kİ, ONUN TƏLƏBƏSİ OLMUŞAM.

  • @_karma_chan7852
    @_karma_chan7852 2 ปีที่แล้ว +13

    Allah rehmet eylesin!

  • @alihasanov2747
    @alihasanov2747 2 ปีที่แล้ว +7

    Allah rəhmət etsin. yalan xəbər verməyib

  • @muzayyedostuyeva6500
    @muzayyedostuyeva6500 2 ปีที่แล้ว +7

    .Çox mənalı veriıişdir.Həmişə izləyirəm.Çox gözəl seçiminizvar.

  • @mikromikro9075
    @mikromikro9075 2 ปีที่แล้ว +11

    Bu mahnı həyatına aiddir
    Tələbəsiylə evlənəndə düşünərdi gecdir daha
    Saf sevgi tükənmir ...sonrakılar ehtirasdır... buna deyirlər nəfs ambarə ...
    İndi görəsən valdeyinlərinin sözünə baxmayan yazıq tələbə neynir...

    • @user-rl4ky4tf1y
      @user-rl4ky4tf1y 2 ปีที่แล้ว +1

      Йазыг нийе олур?Мехеббетсиз йашанмыш 100ил бир куне деймез!Бойук севкиси олуб ,бир гыз евлады вар ,дунйа гедер хатирелери вар!

  • @hurueliyeva1868
    @hurueliyeva1868 2 ปีที่แล้ว +4

    Fəxrlə xatırladıgim xatirələrimdən biri də tələbəlik illərimdə rəhmətliyin çox sevdiyim ,gözəl sənətkarımız Ofeliya Sənani ilə birlikdə apardıqları verilişin əsas iştirakçılarından biri olmağımdir. Allah qəni-qəni rəhmət eləsin ,məkanı cənnət olsun !

  • @vaovaqo534
    @vaovaqo534 2 ปีที่แล้ว +8

    Allahdan Rafiq müəllimə rəhmət diləyirik.

  • @nesibmusayev9528
    @nesibmusayev9528 2 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin! Çox böyük sənətkar idi! Təmkinli, sakit təbiətli!

  • @mikromikro9075
    @mikromikro9075 2 ปีที่แล้ว +6

    Biz dünyaya insan gəlmişik ..
    İnsan olaraq ağlımız şurumuz var.ölümü ayrılıqı fikirləşib ömür yolunda etab etab müdrükləşməliyik . Yalan sözdür sevginin yaşı yoxdur. Sevginin yaşı var . Heç görmüsüz qışda alma ağacı bar gətirib yetişsin .. hərkəs ağlına görə hərəkət etməməlidir. Olabilsin onun ağlı 10 faizdir hərkəs yaşınagörə hərəkət etməlidir . ALLAH RAFİQ MÜƏLLİMƏ RƏHMƏT ELƏSİN.⚘⚘

  • @elmiraliyeva6564
    @elmiraliyeva6564 2 ปีที่แล้ว +17

    O, bu mahnını ilk məhəbbəti Roza Tağıyeva üçün oxuyur, oğlu Rövşəni dünyalarca sevirdi, o xəbərdən sonra ayaqları tutulmuşdu. Hər şey bitdi, ancaq onun diktorluq fəaliyyətində " Yeni il şənlikləri" heç vaxt yaddan çıxmayacaq.

  • @sabina3981
    @sabina3981 2 ปีที่แล้ว +1

    Mən də institutda oxuyurdum 5 kursda ,o dəhşətli günlər yadıma düşür.Rafiq müəllimə Allah rəhmət eləsin

  • @amirasTcarCrushersVIP
    @amirasTcarCrushersVIP ปีที่แล้ว

    Rafiq muellim, uwaglik illerimizin sevimli diktoru. Gozel diksiyaya, intellektual seviyeye malik bir insan idi. Mekani cennet olsun, nur įcinde yatsin.

  • @sringulsad1687
    @sringulsad1687 2 ปีที่แล้ว +2

    Yeri cənnət olsun Ömrünü ,,eşqə “ qurban verib elə qara ləkəsidə odu

  • @letafetqadimova4830
    @letafetqadimova4830 2 ปีที่แล้ว +11

    Mən Rafiq müəllimi uşaqlıqdan dinləyib ,əlçatmaz bir insan kimi təsəvvür edirdim ,illər keçdi ,sənətim ,işimlə əlaqədar Rafiq müəllimlə tanisliqimiz oldu və çox xoşbəxt idim , , çox qürurlu ,ciddi ,ciddi olduquyla yanaşı ,şirin,ciddi zarafatlariyla yaddaşımda qaldı ,bəli zarafatı da ciddi edirdi ,indi də xatırlayanda gülürəm ,Səbinə xanım Rafiq müəllimi seçdiyinə yanilmiyib ,sevgi yaşa baxmır ,insan hər yaşda sevib sevilə bilər ,hər kəs həyatını istədiyi kimi yaşamalıdır ,sonumuz bir şeydir ,ölüm ,ayrılıq ,niye de istədiyimiz kimi yasamiyaq

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 2 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin.Çox. yaxşı diktor idi.Səsinin vurğunu idim.Məkanı cənnət olsun.

  • @cansiyetselimova7641
    @cansiyetselimova7641 2 ปีที่แล้ว +5

    Allah rehmet elesin

  • @BaldiyariSalam
    @BaldiyariSalam 11 หลายเดือนก่อน +1

    Rafiq hüseynov allah sənə rəhmət eləsin. Yazan. Rafiq Məlikov. Rafiq şah. Rafiq adı müqəddəs addır

  • @wtwt3548
    @wtwt3548 2 ปีที่แล้ว +2

    O bu dünyaya tək gəlmishdi, ondan bir də olçayacag, allah rəhmət eləsin, yeribehishtlik olsun.

  • @tariyelshirinli
    @tariyelshirinli 2 ปีที่แล้ว +11

    ALLAH RƏHMƏT ELƏSİN. RUHU ŞAD OLSUN. İNSAN KEÇMİŞ DÖVRÜ XATIRLAYIB KƏDƏRLƏNİR. NƏ ETMƏK OLAR HƏYATIN QANUNUDUR. BİR GÜN GƏLƏN BİR GÜN GEDƏCƏK.

  • @esmiraalekberova4275
    @esmiraalekberova4275 2 ปีที่แล้ว +7

    Allah rəhmət etsin.

  • @aygunkazimova8626
    @aygunkazimova8626 2 ปีที่แล้ว +1

    О шушада догулсада о бизим Бакылы Рафиймизди.Чох савадлы диктормыз ды.Аллах ряймят элясин.

  • @maxmuddobro6456
    @maxmuddobro6456 2 ปีที่แล้ว +5

    Allah rəhmət etsin amin.

  • @user-nm3nd7vo1h
    @user-nm3nd7vo1h 2 ปีที่แล้ว +5

    Жаль что такие люди талантливые уходят . Грустно очень спасибо кто ведет программу и создал я даже и не знала такие подробности

  • @UrusAlii
    @UrusAlii ปีที่แล้ว +1

    Рус дилини вэ Азэрбайчан дилини чох мукэммэл билирди!❤❤❤❤

  • @huseynovazemfira3958
    @huseynovazemfira3958 2 ปีที่แล้ว +4

    Allah rəhmət etsım

  • @seadetzalova7771
    @seadetzalova7771 2 ปีที่แล้ว +1

    Ruhunuz Şadd, Yeriniz Nurlu, İşıqlı Olsun İnşallah🤲🙌🙌🙌 Sizdən Yoxdur Və Hec Vaxd Olmayacaq Möhrünü Vurmuş Savadlı, Gözəl İnsan Rahat Yatın 🙌🙌🙌

  • @asvarnasirov2103
    @asvarnasirov2103 2 ปีที่แล้ว +2

    Allah rəhmət eləsin ruhu şad olsun. Amin.

  • @baharzrabliyeva1227
    @baharzrabliyeva1227 2 ปีที่แล้ว +1

    Rafiq hüseyinov hər zaman bizə dogmadı onun səsin heç vaxd unudmarıq

  • @denizerler5493
    @denizerler5493 2 ปีที่แล้ว +5

    Gozel cutluk idi

  • @alimehdiyev2236
    @alimehdiyev2236 2 ปีที่แล้ว +1

    Atama oxwuyurdu aAllah hr ikisine rehmet etsin

  • @user-lg4wy5bh6e
    @user-lg4wy5bh6e 2 ปีที่แล้ว +3

    Севгини ,севги иле мукафатландырмаг лазымдыр,екс тегдирде сен севен тереф учун чанлы мейитсен.Рафик муеллиме АЛЛАХ рехмет елесин.

  • @user-zt5vc5fh8v
    @user-zt5vc5fh8v ปีที่แล้ว

    coox gozel daniwirsiniz allah size deymesin allah onada rehmet elesin hegigeten gozel diktoruydu men hemiwe onun anardigi xe erlere baxirdim geri nurla dolsun

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 ปีที่แล้ว +1

    Аллах рахмат еласин!🌹🌹🌹🌹

  • @susannakutluca3544
    @susannakutluca3544 2 ปีที่แล้ว +1

    Çox yaxşı,intelligent insan idi... O hemişe Roza xanımı sevirdi... Son illetre hedfinden artıg sigaret çekirdi... ciğerlerini özü çıxartfı sıradan... Allah rehmet elesin

    • @user-wq7hm5fi4o
      @user-wq7hm5fi4o ปีที่แล้ว +1

      Чох ичирди.полад ла рессамлар иттифагинин седри иле бир йерде хемише олурдулар

  • @mrziyyfndiyeva9977
    @mrziyyfndiyeva9977 2 ปีที่แล้ว +10

    Axı atasıni erkən yasda itirib deyirsiz , sorada deyirsiz ki filimə cəkilməyə atasi qoymadı bunu necə başa düşək.....

    • @user-fm1jt8un2g
      @user-fm1jt8un2g 2 ปีที่แล้ว

      Qeyd olundu ki 15 yasinda atasini itirib filma isa atasi saq ikan taklif olunmusdu

    • @Redmia-wp4di
      @Redmia-wp4di 2 ปีที่แล้ว

      ogey ana filmində ismayil rolunda 10-11yasinda usaq cəkilməliydi.atasini isə 15yaşinda itirib.

  • @yapayzeka5115
    @yapayzeka5115 2 ปีที่แล้ว +1

    Beli gözel insanların adı çekilenlde üzlerde tebessüm yaranır Allah rahmet etsin

  • @nurcahan6353
    @nurcahan6353 2 ปีที่แล้ว +1

    Allah Rəhmət eləsin Nur içində yatsın 🌹🌹

  • @kamalataharli7391
    @kamalataharli7391 10 หลายเดือนก่อน

    Televiziya məkanlnda ənyaraşlql aparıcılardan birincisi.Allah rəhmət eləsin Amin.

  • @agababahacibalayev3418
    @agababahacibalayev3418 2 ปีที่แล้ว +1

    Allah rəhmət etsin Ruhu şad olsun Amin.

  • @p.amran.5237
    @p.amran.5237 2 ปีที่แล้ว

    Ушаглыг хатирелеримин диктору.чох темиз,гейри-ади сесе малик.
    "Чых гатар йолуна "махнысыны чоох севирем🥰
    Аллах рехмет елесин.

  • @user-fv4us2pm3r
    @user-fv4us2pm3r 2 ปีที่แล้ว +6

    Меканы ченнет олсун! Ен чох севдийим апарычы иди. Беле апарычы йохдур индики заманда.

  • @aywenatayeva2499
    @aywenatayeva2499 2 ปีที่แล้ว +1

    Allah rəhmət etsin Sizidə çox ssg olun

  • @user-ko7xx4ni6h
    @user-ko7xx4ni6h 2 ปีที่แล้ว +1

    Allah rehmet elesin istedadli diktorumuz.

  • @terifeseyidova728
    @terifeseyidova728 2 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin🤲🙏

  • @aidatarverdiyeva2870
    @aidatarverdiyeva2870 2 ปีที่แล้ว +1

    Gozel diktor genciliyimiz in diktoru Allah rahmet etsin mekanları cennet olsun

  • @elladabagirova7010
    @elladabagirova7010 ปีที่แล้ว

    Allah rəhmət eləsin!Məkəni cənnət olsun!🙏🙏🙏

  • @tahirekazimova7204
    @tahirekazimova7204 ปีที่แล้ว

    Cox sag oglum gozel verlisdi.

  • @cavidsultanov1359
    @cavidsultanov1359 2 ปีที่แล้ว

    Bu insani coox sevirdim...amma sevgi tukenenden sora nedi.... zehlem getdi Rafiqden

  • @user-qx6kf9dy3z
    @user-qx6kf9dy3z 2 ปีที่แล้ว +3

    АЛЛАХ РАХМАТ ЕТСИН ЙЕРИ ДЖАННАТ ОЛСУН ИНШАЛЛАХ АМИН.⭐⭐🙏❤️🇦🇿🇹🇷 ШУШУ. ГОЗАЛ МАКАН ГУЛУН ЧОХДУР АЛЛАХ ДАХАДА АХАРЛЫ БАХАРЛЫ ЕТСИН ИНШАЛЛАХ 🌙⭐🙏❤️ БАЙРАМ КИМИ ЗАУР. Б КИМИ ДЫГАЛАРДА ОЛУР 🇷🇺🇮🇷🐽🙏

  • @yeganeova4476
    @yeganeova4476 2 ปีที่แล้ว +1

    Allah rəhmət eləsin,ruhu şad olsun! Onun şəxsi həyatını yox,xidməti fəaliyyətini xatırlamaq lazımdır.

    • @xaliq2926
      @xaliq2926 ปีที่แล้ว

      İnsanın şəxsiyyəti onun qiymətidir istedad gəldi gederdi

  • @user-rl4ky4tf1y
    @user-rl4ky4tf1y 2 ปีที่แล้ว +3

    Аллах Рахмет елесин!Халам ону безекли оглан Офелия Сананини исе безекли гыз адландырмышды.Верлиши онлар апаранда дейирди меним безеклилерим келди!

  • @sbinomrova8333
    @sbinomrova8333 2 ปีที่แล้ว +1

    Allah Qəni Qəni rehmet elesin gozel diktorumuz

  • @user-fc1jh9yk9u
    @user-fc1jh9yk9u 11 หลายเดือนก่อน

    Allah rəhmət eləsin😢😢😢belə həyata baxıram vəfasız həyat😢😢😢

  • @selshattincakr5331
    @selshattincakr5331 ปีที่แล้ว

    Allah rehmat etsin

  • @aydinquliyev6487
    @aydinquliyev6487 2 ปีที่แล้ว +2

    omurlerde fesiller kimidir🙏

  • @elcinhuseynov2808
    @elcinhuseynov2808 ปีที่แล้ว

  • @Mysoftblog8
    @Mysoftblog8 2 ปีที่แล้ว

    İstedadli savadli seçilen bir sesi olduqu kimi hemde cox gözəl yaraşiqli kişi olduqu uçun qadinlar Rafiq muəllimin sevgisi qarşisinda aciz qalirmişlar və eləcədə 30 yaş fərq olan Səbinə xanim valideynlərinin təkidinə baxmayaraq evlilik təklifin qəbul edib. Ruhu şad olsun 🙏

  • @alptegin4086
    @alptegin4086 ปีที่แล้ว

    Biz ele bilirdik ki biz onlari tanidigimiz kimi onlarda bizi taniyir.
    Amma ne onlar bizi taniyirdi ne biz onlari tanimisiq.
    Allah rəhmət eyləsin.

  • @arazesgerov3085
    @arazesgerov3085 2 ปีที่แล้ว

    Allah rəhmət eləsin

  • @alsuaygun2510
    @alsuaygun2510 2 ปีที่แล้ว +3

    Rəhmətliyin bir bacısıda var idi RƏFİQƏ ONU TANIYAN VAR İDİ ???? TANIYANLAR YAZIN .

  • @nurcahan6353
    @nurcahan6353 2 ปีที่แล้ว +1

    İnşəallah Sabah kitab mənə çatacaq.

  • @alahatismayilova9095
    @alahatismayilova9095 2 ปีที่แล้ว +2

    Mən o, faciəni bu günkü kimi xatırlayıram, biz Roza xanımla qonşu binada yaşayırdıq.
    Roza xanımın yaxın qohumu (səhv etmirəmsə xalası nəvəsi ) oglu Rövşəni hamam otagında dograyıb , aparıb rayonda basdırmışdı. 😥

    • @c._.a
      @c._.a ปีที่แล้ว

      Rozanin birinci erinden olan oglu - bele ewitmiwdim🤷‍♀️

    • @nuranequrban590
      @nuranequrban590 ปีที่แล้ว

      Niye doğmamıştır ki ?ne ustunde ? Bu rövşen rafikin oglu deyildi ki ?

  • @sevgixanim5126
    @sevgixanim5126 2 ปีที่แล้ว

    Allah rəhmət eylesin

  • @user-nw6dd8ps6r
    @user-nw6dd8ps6r 2 ปีที่แล้ว +4

    Истедадлы инсан. Аллах рехмет елесин.

  • @malahatabbasova7154
    @malahatabbasova7154 2 ปีที่แล้ว +1

    RatiqnHüseynovun ifasında"Gecdi daha"mahnısı

  • @aurufsnfieiu5491
    @aurufsnfieiu5491 ปีที่แล้ว

    Alah rahmat elasin gözal isdedadli diktoruydu

  • @user-ip3ef7yo9l
    @user-ip3ef7yo9l 2 ปีที่แล้ว +2

    OGRAŞ KİŞİLƏRDƏN OLUB DEMƏK.

  • @UrusAlii
    @UrusAlii ปีที่แล้ว

    Аллах рехмет елесин! Рафиг муэллими Мэн шэхсэн таныйырдым.😢😢😢😢

  • @iradaastanova6949
    @iradaastanova6949 2 ปีที่แล้ว +6

    Qocalıq😔

  • @ramil6723
    @ramil6723 2 ปีที่แล้ว +1

    Bizim tarixdə hansı düzgün addım atılıb ki. Əsəblərimizi qorumaq üçün heç tarix kitabına yaxın getməmək lazlmdı

  • @CyrusCadusi
    @CyrusCadusi 2 ปีที่แล้ว +3

    O mənim yaddaşımda “Günün ekranı” xəbərlər proqramının diktoru kimi qalıb. Yaxşı diktor idi. Allah rəhmət eləsin!

  • @rahibhuseynov9616
    @rahibhuseynov9616 2 ปีที่แล้ว

    Belesini ele ordada basdirmaq lazim idi.heyif bu mahninin sozlerine, musiqisine !!

  • @raminkerimov6888
    @raminkerimov6888 2 ปีที่แล้ว +3

    Oxudu kimi gecdi daha

  • @user-zt2dg6ou5w
    @user-zt2dg6ou5w 2 ปีที่แล้ว

    Oglunu nece diri- diri dograyiblar???? Bu barede etrafli melumat vererdiz?? Zehmet olmasa

  • @aidaquliyeva2922
    @aidaquliyeva2922 2 ปีที่แล้ว

    Heyifsizden sizi kimi diktorlar gelmez birde

  • @user-az5119
    @user-az5119 2 ปีที่แล้ว +1

    Ə, qurumsaq, yanındaydın? Nə bilirsən diri - diri doğrayıblar.

  • @zohrezamani931
    @zohrezamani931 2 ปีที่แล้ว

    Аллахдан бойук сенеткара рехмет торпагы нурла долсун сиз дейирсиз ки хеле рафиг кичик оларкен атасы рехмете гедир анасы онлары бакыйа гетирир лакин кинойа чекиленде атасы ичазе вермир анасы икинчи дефе ере гетмишди?

  • @bibi2136
    @bibi2136 2 ปีที่แล้ว

    30 yaş ....

  • @vefarr6827
    @vefarr6827 2 ปีที่แล้ว +2

    Niye oqlunu ele dehsetle qetle yetiribler? Sebeb ne olub ki?

  • @mikromikro9075
    @mikromikro9075 2 ปีที่แล้ว +3

    O kitaba pul verməyə dəyməz ...TARİXİMİZİ HƏFDƏBECƏRƏ DÖNDƏRMİSİZ...

  • @nazenimustafayeva5578
    @nazenimustafayeva5578 2 ปีที่แล้ว +3

    Diri diri doğramaq nədir? Öldürüb sonra doğrayıb çamadanlara yiğib aparıb basdirib.BDU- nun tarix fakültəsinin 1 kurs tələbəsi idi . 1984 - cü il sentyabrın 28 - qətlə yetirilib

    • @ibrahimelesgerovelesgerovi897
      @ibrahimelesgerovelesgerovi897 2 ปีที่แล้ว

      niye dograyiblar?sebeb ne olub?

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 ปีที่แล้ว +1

      Bəs öldürən kim idi?Roza xanımın birinci nigahdan olan oğlu, yoxsa óvladliga götürdükləri uşaq?

    • @mehebbetresulova
      @mehebbetresulova 2 ปีที่แล้ว

      @@sevilia.m.1078 övladlığa götürdükləri.Paxıllıqdan.

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 ปีที่แล้ว

      @@mehebbetresulova Deyirdilər Roza xanımın birinci nikahdan olan oğludur.Bilmirəm nə dərəcədə düzdür.R.Huseyniv da üstüörtülü danışdı bu barədə.Deyirdi ki, çıxıb, rayonda yaşayır.Yəni yatdı, çıxdı. Mənim oğlumsa daha gəlməyəcək .Çıx dəhşətli hadisədir.

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 ปีที่แล้ว

      @@mehebbetresulova Onu deyim ki, bu işi gələ də aciqlamirlar.Guzli uş kimi saxlayırlar.

  • @xyalkdrli.438
    @xyalkdrli.438 2 ปีที่แล้ว

    Ən çox sevdiyim diktor.

  • @user-xh4hv2lb1s
    @user-xh4hv2lb1s ปีที่แล้ว

    Oglunun ölumunun sebebi ne imiw???

  • @anaresedov4141
    @anaresedov4141 2 ปีที่แล้ว

    Salam o olduren oz qohumu du onlarin usaqi olmur qatili ozleri saxliyir sonra Roza xanimin bir oqulari olur usaq boyuduycen bu qatilde qisqancliq yaranir sonra usaqi oldurub doqrayir camadana yiqir qatilin adi intzam di helede yasayir bele bele isler var bu heyatda.

    • @nuranequrban590
      @nuranequrban590 ปีที่แล้ว

      Burda deyirler eee yetime çörek ver vurub gözünü çixartsin ,gerek öz doğduğundan basqa heç kimi saxlamayasan ki miras ucun de bele etmeye

  • @biradam9419
    @biradam9419 2 ปีที่แล้ว

    Niyə öldürülüb bəs?

  • @user-iu6yp5nf3j
    @user-iu6yp5nf3j ปีที่แล้ว

    Айе о гйет олуб егер темиз киши олсайды Бир гадынла не олурса олсун олене Кими йашамалыйды мен хер шей баша душмурем егер йа гадын пис йоллара гедирлерсе бели бошанма олар йохса хер Бир хырдачылыг учун бошанма дузгун дейил ахмаг инсанлар чохдур индиде тамам пислешиб Азербайджан поза донуб

  • @noraismayilova4791
    @noraismayilova4791 2 ปีที่แล้ว

    Ölüm yaraşmayan insan

  • @sevinchumbetova6411
    @sevinchumbetova6411 2 ปีที่แล้ว +2

    даха денан гызы яшда бир ханым алыб