Yağlı Suallar, Qaymaqlı Cavablar: [NİYƏ] Ömür-boyu Öyrənməliyik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2024
  • "[NİYƏ] Ömür-boyu Öyrənməliyik" mövzusunda Emil Manafov 🛳 ilə çox səmimi bir söhbətimiz oldu. Yağlı suallara, qaymaqlı cavablar verdi Emil bəy!
    Videoya baxmaq həvəsiniz olmasa, ya dinləyə bilərsiniz, passiv öyrənmə şəklində, ya da bu xülasəni oxuya bilsəniz. Fikrimcə, maraqlı məlumatlar öyrənmiş olacaqsınız.
    "NİYƏ-si bəlli olan insanın NECƏ-si daha asan olar" sözü ilə söhbətimizə başlarkən, Emil bəyə sual ünvanladım ki, yuxunun müxtəlif dərinlikləri olduğu kimi, öyrənmə prosesi hansı dərinlikdə baş verir. Onun cavabı çox maraqlı oldu. Öyrənmə prosesi niyyətli bir şəkildə baş verməlidir. Yəni, insan bir mövzunu istəyərək öyrənərsə, öyrənmə prosesi daha səmərəli olur.
    Öyrənmə prosesi məqsədyönlü olmalıdır.
    "Öyrənməyə meyilli və açıq insanı necə tanimaq olar, və necə bilmək olar ki, bir insan öyrənməyə meyillidir" sualıma Emil bəy, fərdin suallar soruşmasından, öz fikrini bildirməsindən, maraqlarından bəlli olur ki, bir insan öyrənməyə meyillidir. Müsahibələrdə öyrənməyə meyilli fərdlərin dərhal fərqləndiyini deyir Emil bəy.
    "Hazırda dünya qədər öyrənmə resurslarının üstündə otururuq" deyir Emil bəy, internet və mobil avadanlıqları nəzərdə tutaraq.
    Öyrənən insan daim irəlidədir. Başqaları ilə müqayisədə yox, özünün dünənki halı ilə.
    Öyrənmənin ən böyük düşməni, mən tənbəllik kimi düşünsəm də, Emil bəy fokusun olmamasıdır deyir. Çünki, o düşünür ki, bir insan bir şeyi istədikdən sonra onu etmək üçün mütləq bir yol tapır.
    60-a yaxın komanda üzvünə rəhbərlik edən Emil bəy deyir ki, başmaqsız başmaqçı olmamaq üçün təlim-tədris mərkəzində daim öyrənməni insanları həvəsləndirərək təmin edir.
    "Məcburi öyrənmə necə, faydalıdır bəzən?" sualıma Emil bəy, motivasiyanın eksternal bir məfhum olduğunu, üçün motivasiyadan daha vacib olan nizam-intizam olduğunu vurğulayır, çünki uğurlu nəticələr tez alışıb tez sönən motivasiyadan yox, davamlı olan nizam-intizam və rutin proseslərdən irəli gəlir.
    Söhbətimizi doğma atalar sözümüz ilə yekunlaşdırdıq: "bilməmək ayıb deyil, öyrənməmək ayıbdır."
    Bu söhbətimizdən faydalı bir şey öyrənməyiniz arzusuyla...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1

  • @userarzu
    @userarzu 4 หลายเดือนก่อน

    Təşəkkür edirəm bu video üçün
    Yeni fikirlər öyrəndim😊