Skoda Superb (2020) yoxsa Toyota Camry ? I Qarşılaşdırma videosu I AvtoBaz 101

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 480

  • @tlcazerbaijan1561
    @tlcazerbaijan1561 4 ปีที่แล้ว +17

    Salam, Tural bəy və əziz dinləyicilər/izləyicilər. İlk əvvəl qeyd etmək istərdim ki, bu rəyi neytral bir 3-cü tərəf kimi yazıram.
    Videoçarxda Camrynin olanlarını "Camry-də bu var" prinsipi ilə, Skodada olanların isə daha təntənəli göstərildiyi fikrindəyəm. Sanki biraz Camry-nin ölkəmizdəki statusundan Superb-nin tanıdılması üçün istifadə olunub :) Biraz rəylərə baxdım, xalqın gözü tərəzidir prinsipi ilə yanaşsaq yazdıqlarım burada da təsdiqin tapır.
    Təbii ki, avtomobil fərdi seçimdir və zövq məsələsidir. Ama bu o demək deyil ki, istifadəçilər sadəcə bəzi funksiyalara və cari qiymətinə görə avtomobilə dəyər versinlər.
    Ama istənilən sürücü və ya şirkət sahibi avtomobil alarkən əsasən istismar müddətində abtomobilə xərcləyəcəyi yanacaq və amortizasiya xərclərini də düşünür.
    Yanacaq: Hamı təsdiqləyər ki, Superb-nin mühərriki 95 Oktanlı daha keyfiyətli yanacaqla istismar üçün nəzərdə tutulub.
    95 Oktanın ölkəmizdə qiyməti 1.5 AZN/Litr.
    Turbo sistemli mühərrikin daha bahalı yağ və baxım xərci tələblərini nəzərə almayaq heç.
    DSG tipli ötürücü barədə isə hər sürücü fərqli bir fikirdədir ama böyük hissənin müsbət fikirdə olduğunu deyə bilməyəcəm.
    Camry 2.5 . Toyotanın illərdir sınağından çıxmış 92 Oktanla tam rahat işləyən Atmosfer tipli uzun resurslu mühərrik.
    92 Oktanın ölkəmizdə qiyməti 0.9 AZN/Litr
    Transmissiya da həmçinin sadə və uzun resurslu. Əksəriyət təsdiq edəcək.
    Məncə mübahisəsiz şəkildə hamı razılaşacaq ki, Toyota etibarlılığına şübhə yoxdur.
    Xahiş edirəm kimsə "bu yalnız bizim ölkədə belədir" deyə cavab yazmasın. Bu demək olar ki, bütün dünyada belədir çünki.
    İnsanlar böyük miqdarda vəsaitini avtomobilə yatırır. 3 il sonra avtomobilini satmaq istəsə Toyota şübhəsiz ki, qiymətini daha yaxşı saxlayacaq. Deməli yatırılan sərmayə daha az itir.
    İnsanlar məsələn 10-a aldığını eyni periodda təbii ki, 7-ə satmağı üstün tutar nəinki 5-ə..
    Spec. cəhətdən bəli göstərdiyiniz Camry geri qalır. Çünki ən sadədir. Ön farların LED-ləri sadə, arxa stoplar da həmçinin.
    Azərbaycana göndərilən üst spec. Camry-də
    sadə spec-dən fərqli olaraq dəri salon, panorama, qızdırılan və elektron nizamlanan ön və arxa oturacaqlar, arxada oturan "rəis"in qoltuq altındakı LED tipli düymələrlə radionu, salonun temperaturunu, öz arxa oturacağını tənzimləyə bilməsi, böyük monitor, TOYOTA TSS(safety sense) sistemi (ön loqonun içindəki və alın şüşəsindəki sensorlar vasitəsilə) öndəki avtomobili izləmə, adaptiv cruise, tənzimlənən ara məsafəsi, yaxın/uzaqvuran işıqların qarşıya istinadən avtomatik tənzimlənməsi, avtomatik qəza əleyhi əyləcləmə, zolağı avtomatik saxlama kimi(lane assist) kimi funksialar, elektriklə tənzimlənən arxa pərdə və müsiqi həvəskarları üçün JBL audio sistem var.
    Performans cəhətdən düşündükdə isə nəzərə alsaq ki, ölkəmizdə olan ən sürətli yolda limit 120 km/saat nəzərdə tutulub, təhlükəsizliyə hamıdan çox önəm verən biri kimi siz də təsdiq edərsiz ki, Toyota lazım olan performansı artıqlaması ilə verəcək.
    Toyotanın mənfisini də qeyd edək. Ətraf mühitdən səs izolyasiyası cəhətdən biraz geri qalır.
    Diqqətiniz üçün təşəkkür edirəm.
    Hörmətlə: Mahmud Yusubov

    • @hecieminov5065
      @hecieminov5065 4 ปีที่แล้ว +1

      👏🏻👏🏻👏🏻👏🏻

    • @fuadhasanov9667
      @fuadhasanov9667 4 ปีที่แล้ว

      Qardaş bu skoda sizin indi sürdüyünüz land cruiser olsun lap Camry olsun qat qat hər cəhətdən üstün maşındı

  • @vusalheydrov4260
    @vusalheydrov4260 4 ปีที่แล้ว +10

    Superb bütün kuzalarında yaraşıqlı olub ❤️ Camry ölkəmizdə sırf Toyotanın brand olduğuna görə satılır və dəyərindən həddən artıq bahadı. Şübhəsiz ki, bu qarşılaşdırmada üstün tərəf Superbdi 👍🏻

  • @rahimserifli4636
    @rahimserifli4636 4 ปีที่แล้ว +17

    Camry’nin full versiyasını çekin mən onda deyəcəm skoda darıxdırıcıdır yoxsa camry

    • @suleymanalakbarov6961
      @suleymanalakbarov6961 2 ปีที่แล้ว

      Men camry 3.5 surmuwem. Fullun fulu. Skoda superb lk 2motor 280 at gucu. Skoda superb reqibi bele deyil Camry. Qardas Azerbaycan xalqi zorla bu camryni niye ustun gostermeye caliwir. Deil da deil o deil. Sadece daw doyendi bu qeder. Bawqa bir weyde superb reqibi deyil.

  • @rovsanbayramov6678
    @rovsanbayramov6678 4 ปีที่แล้ว +6

    Düzdü indi müasir texnologiyalar dövrüdür. Skoda o cəhətdən Camry dən üstün ola bilər. Hətta sürüşdə vv qrup maşınlar kimi zövq verən maşın yoxdur. Amma dözümlülük və keyfiyyətə gəldikdə Camry ilə müqayisədə çox geridə qalırlar. Adicə DSG karobka bəs üdirki 2-3 il sonra həmin maşınlardan bezəsən. Hələm bunun turbo matorunu demirəm ha. Müqayisəni bu cəhətdən də etsəniz daha əla olardı.

  • @sharifaliyev92
    @sharifaliyev92 4 ปีที่แล้ว +7

    Tural bəy Salam. Əvvəla bildirmək istəyirəmki bu icmala baxan hər kəs açığ aydın görür ki burda Skoda reklamı gedir və Toyotanı zəif göstərirsən) amma bir şey varki bu Camry ən sadə və 2017 ci il restayling olmayan versiyadi. Müqaisə 2020 də olursa elə Camry 2020 2.5 full versiya ilədə etmək olardı , bilirsiz niyə? Çünki mən dediyim versiyada ön fənər gündüz işiğı arxa fənər təkər bazası və interyerdəki JBL səs sistemi həssas toxunuşlu boyük lcd monitor naqilsiz şarj sükanin elektron tənzimləyicisi arxa oturacağın arakəsməsindəki elekton idarəetmələr , öndə həm istidici həmdə soyuducu oturacağlar , yan pərdələr və s . bu dediyim versiyada var. Məncə obyektiv olmağ lazımdır Tural bəy , mən sizin izləyicinizəm və özümdə Camry sürürəm ən son model. Skoda və digər maşınlara pis demərəm amma kimsə hansısa maşını xoşlayırsa digər maşınların pis olduğunu deyə bilməz) Camry -nin reklama ehtiyacı yoxdur amçma belə icmal heçnəyi dəyişmir , çünki bir çətirə maşında dözümlülük vəya problem olmayacağını göstərmir , alıcı maşındakı keyfiyyətə onun rahatlığına önəm verir sonra bu dediyləriniz) Toyotanı niyə belə pisləyirsiz anlamıram ) işinizdə uğurlar.

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +4

      Siz harda pislədiyimiz gördünüz ki? Mən qiymət seqmentində eyni olan avtomobilləri icmal edirəm. Accord vs Camry testində də eyni məsələ oldu.Accord daha yaxşı idi mənə görə Amma mən toyota-nı pisləmirəm. Sadəcə bu qiymıt seqmenti üçün kasad opsiyalar edirlər. Video-da dediyim kimi Camry hibrid mühərriki opnun əsas üstünlüyüdür. Amma razılaşın ki, opsiya cəhətdın geri qalır. hətta qiyməti heç 60 000 olmayan İnsignia daha zəngin komplektasiyadadır. Mən heç bir berndi pisləmirəm. Belə bir mərəzim yoxdur. Mən sadəcə olan və olmayanları müqayisə edirəm. Və mən rəyimi satmıram. Olan və olmayanı deyirəm sadəcə. avtomobillər qiymət seqmentində eynidirlər. Camry daha full çox baha gılib çıxır.

    • @sharifaliyev92
      @sharifaliyev92 4 ปีที่แล้ว +1

      Tural Yusifov I AvtoStop pisləməsiniz belə maşın haqqında ki fikriniz belə düşünməyə vadar edir. Əziyyət çəkirsiz bu işi görürsüz bu təqdirə layiqdir və sizi hər zaman izləyib dinləyirik. Lakin razılaşa bilmədiyim məqam skoda full versiya camry isə sadə. Bu müqaisə honda accordla etdiyin kimi olsaydı razılaşardım sizlə. Hər ikisi full. Birdəki Tural bəy insignia vəya digər avtomobillər , camry sürən toyota sürən bilir bu markanı çətirə luka çoxda önəm vermeyenlərdə var , əsas önəmli olan maşının motor sürətlər qutusu və dözümlülüyüdür. Təbii ki sürəndəndə çox şey aslıdır) ona görə siz deyən qiymətə camry almağı seçən çoxdur.

    • @Rumpelstilzchen977
      @Rumpelstilzchen977 4 ปีที่แล้ว

      @@sharifaliyev92 Qardaş, söhbət birinin full birinin qeyri full olmağı deyil. Söhbət eyni qiymət çərçivəsində iki avtomobili müqaisə etmək. Nəticədə eyni qiymətdə biri obirisindən daha cəlbedici vəssalam. Deyək sizin əlinizdə o məbləğ var və bir qəpik artıq yoxdur, bu xülasə isə sizə məlumat verir o pula fərqli istehsalçılar sizə nə təklif edə bilər, bu qədər sadə.

    • @sharifaliyev92
      @sharifaliyev92 4 ปีที่แล้ว

      Rumpelstilzchen977 Haqlısan , mən səni başa düşdüm qardaş. Amma bu icmala baxan kimi birtərəfli olaraq skoda üstünlüyü və toyota isə bu qiymətə dəyməz almayın düşüncəsi yaranır istər istəməz. Hər kəs toyotanı bəyənməlidi anlayışı yoxdur təbii ki. Hər markada var belə variantlar. Və məlumdur ki qiymətdə buna görə dəyişir. Qiymət eyni olsada biri sadə biri full müqaisədə əlbəttdə skoda üstünlüyü göstərir) mən buna görə razılaşa bilmirəm)

  • @Reshad967
    @Reshad967 4 ปีที่แล้ว +8

    Priora Camry den komfortdu cixdiki bu sohbetde ...))))

  • @elminquluzade5535
    @elminquluzade5535 4 ปีที่แล้ว +8

    Şkoda ela masindir bir nov volvonu xatirladir az satilir ama keyfuyyetli masindi

  •  4 ปีที่แล้ว +8

    ancaq mene ele geldi ki, sanki Skodanin sifarisiyle hazirlanmis videodur? Skodani reklam etdiyi cox hiss olunur.

  • @pleiades9615
    @pleiades9615 4 ปีที่แล้ว +6

    İnsanlar burada Tural bəyin Skoda'ya tərəf olduğunu deyirlər,amma ironik olaraq özlərinin nə qədər tərəfkeş olduqlarını, obyektif yanaşmadıqlarını görmək olur. İşinizdə uğurlar. Bir də, Hyundai Sonata və Toyota Camry'in qarşılaşdırılması əla olar. Görək,onda nə deyəcəklər.

  • @bakiazerbaycan49
    @bakiazerbaycan49 4 ปีที่แล้ว +5

    Toyota prado sifirdan 120 min km.surmuwem.Ve bu gune qeder 92 benzin istifade elemiwem,mawinin naziyla oynamamiwam,eksine yagin,filterlerin,vaxti kecib sonra deyiwmiwem.inanin wamlari ve tekerleri zavoddan ustunde gelendi hele deyuwmemiwem.Lori dilde desem mawini capmiwam ve qeti baxmamiwam.Amma bu gunedek bir defe olsun problem yaratmayib ve meni yolda qoymayib.Goresen skodani bele sursem nece olar?!!

  • @rashadbayramli4003
    @rashadbayramli4003 4 ปีที่แล้ว +9

    Bu videoya bir dəfə baxıb əsəbləşmişdim, bir də baxdım daha da əsəbləşdim. Amerikanların , Türklərin maşın incələmə videolarına baxın nəsə götürün heç olmasa. Amma yox, sizə incəlımı videosu yox Şkoda Azərbaycan satış mərkəzinin reklamı lazımdırsa əziyyət çəkib özünü inkişaf elətdirmə, belə davam.

  • @nazimqasimov22
    @nazimqasimov22 4 ปีที่แล้ว +9

    Hər nə qədər Tural rəyini satmadığını deyirsə, bu video Škoda Superbin reklamından başqa bir şey deyil. Hətta videonun çəkildiyi məkan kimi də məntiqsiz olaraq Škoda Azerbaijan yazıb.

    • @emindadaszade750
      @emindadaszade750 4 ปีที่แล้ว +3

      Tebiki qardas tural pul qarsiliqinda reklam edir ve camry-nin reklama ehtiuaci yoxdu

    • @seymurabbasov6006
      @seymurabbasov6006 4 ปีที่แล้ว +4

      Mən də Camry sevirəm , amma gör gör kor kor super b daha üstündü , amma super b’yə pul vermərəm

    • @nazimqasimov22
      @nazimqasimov22 4 ปีที่แล้ว

      @@emindadaszade750, əslində 💰 qarşılığında reklam heç də qəbahət deyil normal şeydir. Ancaq Tural bunu inkar edir.

    • @nazimqasimov22
      @nazimqasimov22 4 ปีที่แล้ว +1

      @@seymurabbasov6006, təchizat baxımından əlbəttə Superb üstündür. Ancaq Camry də etibarlılıq, dözümlülük, rentabellik baxımından üstündür. Ancaq bir meyarla avtomobili qiymətləndirmək düzgün deyil. Yeni aldıqda Superb qiymətə görə üstün olsa da uzunmüddətli dövrdə Camry öz sözünü deyəcək.

    • @seymurabbasov6006
      @seymurabbasov6006 4 ปีที่แล้ว +1

      Nazim Qasımov , ona görə dedim skodaya o pulu vermərəm )

  • @faridazizov7005
    @faridazizov7005 4 ปีที่แล้ว +11

    Tural bəy, 2008-ci il buraxilisli Toyota Camry(Full salon) sürürəm. Keçən 11 ildə mən servisə yalnız mövsümi detallara baxis üçün getmişəm. Sizin müqayisəniz daha Skodanın reklamı idi. Bu mənim subyektiv fikrimdir. Uğurlar!

    • @muradeliyev439
      @muradeliyev439 4 ปีที่แล้ว +1

      Düz deyirsiz, Tural məllim skodanı tərifləyir burda tam mənada. Skoda suberb Toyota Camry nən ümumiyyətlə rəqib belə deyil, skoda tez sıradan çıxan avtomobildir, Toyota isə elə deyil, eksteryer də isə skoda superb ümumiyyətlə çox vidsizdi, gəlmişkən rahatlıq və sərfəliliyə toyotanın rahatlığı dünya brendi birdəki sərfəlilikcə dünyada ən çox satan avtomobildir Toyota, bu videoda obyektivlik sən söz belə gedə bilməz,,,,, mənim fikrimcə

  • @aydnnovruzov8152
    @aydnnovruzov8152 4 ปีที่แล้ว +17

    Bugünku buraxilişda Şkoda tinsalinda alman avtomobillerini tərif etməniz,lakin alman avtomobil senayesinin gözü olan Mercedesi pisləməniz, bu buraxilişda 36 dəqiqəlik videonun 30 dəqiqəsini skodanı tərifləməyiniz çox gülünc gəldi.Skoda Azərbaycan sizə pul verib reklam etdirirsə,ancaq Skoda haqqinda melumat vererdin,Toyota ile qarşilaşdirma etməkdənsə

  • @ruslandadashov10
    @ruslandadashov10 4 ปีที่แล้ว +7

    Camry ilə superbin müqayisəsi bir az uğursuz olub məncə. Camry bu qiymətə etibarlı motor, sürətlər qutusu və xodovoy təklif edir. Komfort istəyirsənsə bir az da artıq ödə deyir. Superb isə wolksvagen ailəsindən olduğu üçün motor, s qutusu falan passatındır. Əvvəllər passat sürən bir adam kimi sizə deyim ki, bir neçə il sonra evakuatorun üstündə gedəndə göstərdiyiniz o çətir, vizitka qabı və s. adama kömək eləmir )) məncə superbi elə passatla müqayisə etsəydiniz daha maraqlı alınardı. Uğurlar )

    • @kamalibadzade9288
      @kamalibadzade9288 4 ปีที่แล้ว

      Sen mawina qullug eden surucu deyilsen ona gore passat evakuatora minib 😃2ciai ise ora minmeyen mawin ykxdur 3cusu ise bir haldaki camryni euro standsrtlara uygun buraxirlarsa,demeli euro standartlari tetbiq eden europa elbetki yapondan daha keyfiyyetli istehsal edir

    • @kamalibadzade9288
      @kamalibadzade9288 4 ปีที่แล้ว

      Hecde etibarli motor deyil toyotada kohnelende yag yeyir

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Etibar məsələsi nisbi anlayışdır . VW qrup çoxdandır belə problem yaşamır. Eyni ötürücü qutu tipi porsche, bentley -də də istifadə edilir. Bentley və audi sürəndə belə bir problem görmüsüz?)))

    • @ruslandadashov10
      @ruslandadashov10 4 ปีที่แล้ว +2

      @@kamalibadzade9288 birinci deyirsen maşına qulluq etmədiyim üçün minib evakuatora sonra da deyirsen ora minmeyen maşın yoxdu. Başa düşmədim nəysə... Biz səninlə tanışıq? Mənim maşına necə qulluq etdiyimi hardan bilirsən? )) Mən alman və yapon maşınlarının müqayisəsindən danışmıram. camry ilə superbinin müqayisəsinə olan fikrimi dedim ))

    • @ruslandadashov10
      @ruslandadashov10 4 ปีที่แล้ว

      @@DjTural bilirsiz necədi, Tural bəy... nə bizim istehlakçıların ekspluatasiya məntiqi avropalınınkı kimidir nə də ki, Avropadakı servislərdən burada var. Əgər hər şey ordakı kimi olsaydı düşünmədən sadaladığınız komforta üstünlük verib VW qrupdan daha komfortlu maşın sürərdik. Xırda bir epizodu deyim: yaxın qohumlardan Touareglə Türkiyəyə səfərə getmişdi. Hər ehtimala maşına baxdırmaq üçün İstanbulda VW servisə girdi. 1-2 saat maşının üzərində işləyəndən sonra adama siyahı verdilər. Siyahıda maşında hansı işlərin görüldüyü və nələrin dəyişildiyi barədə yazılmışdı. Adam ödənişlə bağlı məlumat istəyəndə, heç bir borcunuz yoxdur, VW sürdüyünüzə görə sizə təşəkkür edirik dedilər. Bu hal Bakıda olsaydı qiymətləri yəqin təxmin edirsiz də. Buna görə də bizim alıcılarımız servisdən qorxur. Servisə az aparan maşınlara üstünlük verirlər. Ona görə də komfortdan daha çox dözümlülüyə üstünlük verirlər.

  • @mornia4929
    @mornia4929 4 ปีที่แล้ว +4

    Salam Tural bəy xahiş edirem Mazda 6 və ya mazda cx-5 ve s.. hər hansə yeni bir mazda modelini test edin.Mazda modelini ağlınızda tutun tezliklə gözləyirəm )

    • @SeymurMua
      @SeymurMua 4 ปีที่แล้ว +2

      Mazda.😍

  • @pashap7213
    @pashap7213 4 ปีที่แล้ว +6

    Tural zehmet olmasa reklam yox, heqiqi avtobaz cekin!

  • @firon1119
    @firon1119 4 ปีที่แล้ว +15

    Camry olan yerde başqası yalandı👍 Toyota;Volvo Bide Mersedesden basqa dözümlü maşn tanmram

  • @avtoparkbakullc9663
    @avtoparkbakullc9663 4 ปีที่แล้ว +5

    Salam Tural bəy. Müqayisənin əsas hədəfi, eyni qiymətə hansı komplektasiyanı ala bilməkdən getdiyini başa düşdük. Lakin Şkodanın ən full komplektasiyası Camrynin orta versiyası ilə qiyməti eynidir. Bu artıq Camrynin üstün olduğunu göstərir. Yəni Şkodanın full versiyasının Camrynin full versiyasına çatmağına çox var məncə. Arxada oturub çəkiliş edəndə də, sanki Şkodanın qabaq oturacağını bir qədər qabağa çəkmişdiniz ki, arxa daha geniş görünsün, 11:01 dəqiqədə göründüyü kimi.

    • @sadiqelizade9639
      @sadiqelizade9639 4 ปีที่แล้ว +1

      Məsələ təxmini eyni qiymətə ala biləcəyiniz avtomobillərin sizə təqdim etdiyi funksiyalardır.

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Məsə elə Sadiqin dediyidir. Eyni qiymətə təqdim edilən funksiyalar. Camry-də elə bir fərqli funksiya yoxdur. Rahatdır, dözümlüdür , amma darıxdırıcıdır.

    • @avtoparkbakullc9663
      @avtoparkbakullc9663 4 ปีที่แล้ว

      @@DjTural Elə ilk cümləmdə mən də onu qeyd eləmişəm . Onu başa düşdük. Elə yapışmısız ondan. Onu keçin. 11:01 dəqiqə haqqında nə deyə bilərsiniz?

    • @azerabiyev
      @azerabiyev 4 ปีที่แล้ว

      @@DjTural Toyota yalnız 100.000 dən civarında və yuxarı modellərinə komfort daxil edir. Həm də Mühərikləri zəifdir Maşına görə. Sürmə komfortu olmur.

  • @ЧингизГейдаров-с8х
    @ЧингизГейдаров-с8х 4 ปีที่แล้ว +3

    Superbin hele 280 at guculu 4 cekeni de var, teessuf getirmirler. Yungulvari cip tuningden sonra olur 360 at gucu zad, 0-100 4-5 saniye arasidir, halbuki esseyboyda bagajina malik olan aile masinidir.

  • @_neejat
    @_neejat 4 ปีที่แล้ว +4

    Bizdə brendlərə qarşı bir önyarğı var, ənənəvi maşınlara üstünlük veririk, mən də Toyota sürürəm və təbii ki bəyənirəm ama ümumiyyətlə 2015-2019dan sonrakı avtomobil brendləri çox rəqabət qabiliyyətli maşınlar istehsal edirlər. Şkoda, Peugot, Renault, Volvo, Ford, Nissan, Honda, Citroen və s. markalar komfortlu, eksteryeri interyeri əla olan, sərfiyyatı aşağı, performansı yuxarı, rəqabətə tab gətirə biləcək maşınlar istehsal edirlərki müəyyən bir bazar payına sahib olsunlar.

    • @vefadaribrahimov6886
      @vefadaribrahimov6886 4 ปีที่แล้ว

      Nicat duz deyirsen vallah men volkswagen perestiskariyam skoda da volkswagen qrupuna aiddir axir eller cox inksaf edib

    • @turankhalafli897
      @turankhalafli897 4 ปีที่แล้ว

      En duzgun reyi sen bildirdin qardas, Turkiyede de Passatin bizdeki Camry kimi adi var ve baha satilir orda, ondan cox ustun reqiblerinden, cunki brendi dozumluluk uzre ad cixardib, bizde de Toyota o adi cixardib ve ona gore de en azi yapon qardaslari Honda ve Mazdadan azi 5-7 min dollar baha satilir, ikinci elde de.. ve bu yalanci brendlere qarsi mubarizeni men destekleyirem! Cunki artiq pul verirsiniz.. men Camryni cox sevirem, biz de istirdik alaq.. amma ele bahadir ki, ikinci elde ise adami lap yandirir.. dusunun yenisi 70-80 min dollar olan BMW, Mercedes be Audinin reqibi Camrynin yenisi 44 min dollar maks olsa da, 2015 leri eyni qiymete satilir.. pulunuza heyfiniz gelsin..

  • @mehemmedsultanli5996
    @mehemmedsultanli5996 4 ปีที่แล้ว +5

    Tural bey,menim 2007 passatim interyeri 2019camry den daha funksionaldi.Skoda da olan cox funksiyalar eynidir.Vag group avtomobiller full olur adeten)

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Yaponlar əvvəl dəmirə fikir verərdilər. Opsiyalar onlar üçün ikinci dərəcəlidir.

    • @nurlanjafaroff2792
      @nurlanjafaroff2792 2 ปีที่แล้ว

      Passat maşın deyil. Ged sen 2007 nin passatinin qiymetine bax bide 2007 camrynin. Bu maşına 92 də töksən işdiyir və daha funksyanaldı. 2019 un maşınıynan 2007 eyni tereziye qoyula bilmez

  • @nurkhanazmemmedov343
    @nurkhanazmemmedov343 4 ปีที่แล้ว +9

    Sabah toyota azerbaija turali devet edib ona emekdasliq teklif etse,Tural bu videonun eksini cekecek)

  • @Rumpelstilzchen977
    @Rumpelstilzchen977 4 ปีที่แล้ว +2

    @Tural Yusifov I AvtoStop Çox yaxşı bir fikir idi bucür videoları Azərbaycanda yaradaraq paylaşmaq. Buna bənzər ölkə daxili heç bir verilişi xatırlamıram. Bundan başqa, verilişi aparma üslubu çox maraqlı və fərqlidir, əmək və əziyyətinizə görə çox sağolun.
    Tövsüyələrdən biri daha keyfiyyətli kamera, bəlkədə daha doğrusu işıqlandırmadan (rakurs və sair) istifadə etmək; məsəl üçün Toyota Camry-nin baqajın için hesab etmək olar ki, görə bilmədik. Başqa bir tövsüyyə, test olunan avtomobillərin texniki məlumatların daha açıq şəkildə paylaşmaq. Məsəl üçün, Skoda Superbin uzunluğun qeyd etdiyiniz zaman sadəcə müqaisə etdiniz Volkswagen Passatla ancaq izləyici ya Passatın, ya da Camrynin dəqiq ölçülərin bilmədikdə bu fərqi anlamaya bilər. Yenədə görülən işə görə sizə minnətdarlığımı bildirmək istərdim.

  • @Mamedovv88
    @Mamedovv88 4 ปีที่แล้ว +1

    Tural bey bes 2-3 ilden sonra avtomobil satilarsa hansi daha cox qiymetini itirer ? Birde masinin seherde hormeti boyuk rol oynuyur )

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +2

      Əgər söhbət bizimkilərin "qiymətləndirməsindən" gedirsə, bir çoxları camry-ni daha yaxşı qiymətə sata bilərlər. Bizdə bazar sadəcə ümumi qənaət üzrə qurulub. Eyni keyfiyyətdə qalırsa, niyə daha çox dəyər itirməlidir ki? ))

  • @Elgasso
    @Elgasso 4 ปีที่แล้ว +3

    Mən bilən Superb LK 2.0 tsi versiyasında 4x4 olmalıdır.Yaxşı olardı texniki göstəricilərinə görə də bir az çox açıqlama verərdiniz. Bir Skoda yiyəsi kimi demək istərdim ki, düz 13 il 0 dan Octavia modelinə sahib olmuşam, 300 min kilometr sürüb heç bir çətinlik görmədim, satdım. Satib, Kodiaq modelinə sahib oldum. Məsləhət yenə də hər insanın zövqünə uyğun olmalıdır.

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Təşəkkür edirəm. Nəzərə alaram.

  • @fuadhsnov4426
    @fuadhsnov4426 4 ปีที่แล้ว +9

    Şkoda haçanan maşın olub Toyotanın yanında? Ən üst seqment Camry verərdilər sən də tərifləyərdin. Camrynın elə modeli var ki panarama lyukdu. Aşağı seqmenti götürmüsən sorada pisdiyirsən. Ümumiyyətlə olar müqayisə olunası maşın deyil. Camry daha üstündü

  • @MrAnarguliyev
    @MrAnarguliyev 4 ปีที่แล้ว +3

    VW Touareg second generation (2010-2014) model haqqinda buraxilishi gozleyirik

  • @nazimabuzerov9098
    @nazimabuzerov9098 4 ปีที่แล้ว +10

    camry ucun.
    en zeif komplektasiyani getirib deyirki en bahalisidi

    •  4 ปีที่แล้ว +4

      Ən bahalısı demir axı. Deyir Skodadan bahadır, ama bu qiymətə skoda daha çox şey təklif edir.

  • @eminaga4065
    @eminaga4065 4 ปีที่แล้ว +23

    Day denən skoda'nın reklamını çəkirsən də

  • @ismayilmirzeyev9789
    @ismayilmirzeyev9789 4 ปีที่แล้ว +5

    Tural qardaş,Azərbaycan üçün Camry daha uyqundur,1cisi turbo deyil yeni 92 benzinle de işləyə bilər,2cisi dsg karopka deyil adi avtomatdir,3cusu de satmaq daha asandır,Camry daha uyqundir bize

  • @elvin8840
    @elvin8840 4 ปีที่แล้ว +6

    Azərbaycan da yanacaq ve yağin keyfiyetsizliyi skodani bir iki ile mehv edir ama Toyota cox dözümlü maşindir.

    • @Tahir-js8ku
      @Tahir-js8ku 3 ปีที่แล้ว

      Bezin qiyməti qalxdı ki qoy biz toklu maşın alaq

  • @elminhuseynov8167
    @elminhuseynov8167 4 ปีที่แล้ว +4

    Şkoda dözümlülüyü ilə camrydan varlı ola bilərmi görən?))

  • @azerioglu3381
    @azerioglu3381 4 ปีที่แล้ว +8

    Hech videoya baxmamish deyirem. Elbetde škoda.

  • @Kmlzade
    @Kmlzade 4 ปีที่แล้ว +3

    Əzizim hər şey əla lakin biraz skoda haqqında danışanda eləbil sevincdən səsiniz titrəyirdi, biraz birtərəfli danışmış kimi göründünüz. Buda digər maşının həvəskarları üçün biraz qıcıqlandırıcı olur. İşinizdə uğurlar)

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Avtomobilin zəngin komplektasiyası sevindirməyə bilməz. Razılan ki, çelər simiclik etməyiblər)) Olmayanı uydurmadım. Nə var dedim )

  • @samirsamedov545
    @samirsamedov545 4 ปีที่แล้ว +6

    Təşəkkürlər Yusif bəy. Şkoda 👍

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Mən təşəkkür edirəm.

  • @furkan9910
    @furkan9910 4 ปีที่แล้ว +8

    Skoda superb kesinlikle daha ustun bir araba ayni paraya

    • @kenanbayramov4367
      @kenanbayramov4367 4 ปีที่แล้ว +1

      Sen git renault clio falan vidyolarına bax

    • @furkan9910
      @furkan9910 4 ปีที่แล้ว

      @@kenanbayramov4367 niye hayirdir

    • @kenanbayramov4367
      @kenanbayramov4367 4 ปีที่แล้ว

      OTO VİDEO siz seversiniz 1.2 1.4 1.5 1.6 1.7 ve 1.8 motorlarınını

    • @furkan9910
      @furkan9910 4 ปีที่แล้ว

      @@kenanbayramov4367 clionun 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 motorlarimi var

  • @s3m3dov
    @s3m3dov 4 ปีที่แล้ว +2

    Salam, zehmet olmasa alinacaq hibrid avtomobiller haqda video gelsin. Ve yaxud Azerbaycanda cox istifade olunan Toyota Prius haqqinda video gelsin. Tesekkurler.

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Təşəkkür edirəm. Mütləq edəcəyik.

  • @ilqarhesenli8418
    @ilqarhesenli8418 4 ปีที่แล้ว +5

    obyektiv rəy veriləndə yazırlar ki, reklam edirsən))) Faktiki 2 ədəd 60 mindən bahalı maşındı. Komplektasiya baxımından Şkoda çox üstəliyir. qaldı ki benzinə 65 min verən adam benzin dərdi çəkməməlidi. hər halda maşını son puluna almayıb.. DSG7 isə əvvəlki kimi problemli deil . çatışmamazlıqlar aradan qaldırılıb. Toyota bəli dözümlü və sadədir. amma o qədər pul verib Komfortdan, sürüşdən həzz almaq lazımdı. 67 minə maşın al amma lyuk olmasın))

  • @ziznzirov7428
    @ziznzirov7428 4 ปีที่แล้ว +4

    Salam Tural bəy.axırıki test videosu gəldi.Mənim müqayisəli seçimim skoda olar. Ancaq Mercedese bir başqa brendir hər cəhətli.Ugurlar Sizə yeni videolar gözləyirik.Mercedes modellərindən.

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Təşəkkür edirəm. Növbəti video Mercedesdən olacaq.

  • @ilkinkazimov1565
    @ilkinkazimov1565 4 ปีที่แล้ว +1

    Men bu avtomobilden cox memnunam rahat ve dinamikdir Shkoda once Tayota prado 150 idare etmishem 3 il.ondan once Tayota camri 1 il mence Shkoda 👍tam bashga bir dunyadir .bu menim subyektiv fikrimdir kimse razi olmuya biler .teshekkur Tural bey avtomobil dunyasina rengarenglik gatdiginiz ucun ceklishlerinizle

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Təşəkkür edirəm.

  • @ramazanaliguliyev4841
    @ramazanaliguliyev4841 4 ปีที่แล้ว +5

    Tural ozu biler. Commercial strategy ozune mexsusdur. Siz ne bambili kimi dushmusuzki Tural reklam edir. terifliyir. Eceb edir Kishi pul qazanir. Yaxsi edir. Ailesine siz baxirsiz beyem? Ela Tural Super Review di👍👍👍👍

  • @aze0626
    @aze0626 4 ปีที่แล้ว +4

    Baxmiyaraqki cox dozumlu mawindi tayota ama heqiqeten 60 mine yarawan bir mawin deyil sexsi fikrim raziyam sizinle

  • @enesabbasigil
    @enesabbasigil 4 ปีที่แล้ว +3

    Tural yusifov cok dogru konusuyor, cok dogru bi kıyaslama yapmıs tebrikler. Tabiki skoda :)

  • @emilvaliyew
    @emilvaliyew 4 ปีที่แล้ว +7

    Skodanin full unan Tayotanin sadesini qarşılaşdirirsiz camry nin de fullu skodadan 1000 defe yaxsidi skodanı reklam eləyirsiz

  • @nihadceferli370
    @nihadceferli370 4 ปีที่แล้ว +3

    Tural bey siz muqayisede skodani full salonunu camry nin ise orta salonunu.muqatise edirsiz ama.camry nin 3.5 mator 301 at guclu modeli ile skodani muqayise bele etmey olmaz

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Onun qiyməti bahadır. Full salon olsa belə 97000 manat çox bahadır. + opsiya yenə də zəngin olmur. Təkır, mühərrik, salon rəng və dəri seçimi ikə fərlənir. Amma 30000 -ə yaxın qiymət fərqi olur. Avtomobillər qiymət seqmentində eyni seçilir ki, opsional olaraq eyni olub-olmaması bilinsin.

  • @ulvueyvazov9498
    @ulvueyvazov9498 4 ปีที่แล้ว +1

    Sizin fikrinizcə hansı daha dözümlü güclü və irəli şığıyandı

  • @vugarmammadov1988
    @vugarmammadov1988 4 ปีที่แล้ว +4

    Day sozum yoxdu Toyota ve Skodani muqayise elediler. Skoda Superb-in reqibi muqayisede yalniz VW Passat ola biler day yoxsa Toyota Camry yox

  • @tamerlan7609
    @tamerlan7609 4 ปีที่แล้ว +6

    Nə olursa olsun şkoda istəyir 5 mator olsun .fərq etmir . Camrinin adı gələndə bəs edir. Camri ilə şkoda müqayisə etmək
    Sanki eşşək ilə atı müqayisə etmək kimi bir şeydir. Təbii ki , heç düşünmədən təhcizata baxmadan camri seçərəm . Həm dünya brendi həmdə keyfiyyətlidir👍👍👍 Toyota camry

    • @hashimov810
      @hashimov810 3 ปีที่แล้ว +1

      siz ele ad diye diye durmusuz bawqa hecneyine baxmirsiz?

  • @bayramrustemov3032
    @bayramrustemov3032 3 ปีที่แล้ว +3

    Cox gozel davami gelsin ugurlar butun videolariniza baxiram sizi yeni izleyirem deye kohnelerede baxiram

  • @bayramrustemov3032
    @bayramrustemov3032 3 ปีที่แล้ว +1

    Bu servisderde karanti oldugda her seyi pulsuz duzeldir yoxsa nece?

    • @bayramrustemov3032
      @bayramrustemov3032 3 ปีที่แล้ว +1

      Artig cavabin videoda dediz Tural bey 🙂

  • @hidayetmusayev7557
    @hidayetmusayev7557 3 ปีที่แล้ว +5

    Şkoda daha gözəldi çünki alman texnologiyasıdı👍👍👍👍

  • @fuadqurbanov1528
    @fuadqurbanov1528 3 ปีที่แล้ว +1

    tural bey skoda octavia yoxsa carolla xse hansi daha yaxsidir

  • @raufislamov5323
    @raufislamov5323 4 ปีที่แล้ว +13

    Bu Müqayise Deyil Şkodanın Reklamıdı Az Artistiy Ele Özüvü Ağıllı Sanma.

    • @samiresgerov5369
      @samiresgerov5369 4 ปีที่แล้ว +6

      Qaqawm skodani bakida beyenmirler dunyanin cox yerinde olmusam esasen avropa olkelero skoda surur pis deyl

    • @raufislamov5323
      @raufislamov5323 4 ปีที่แล้ว +3

      Samir Esgerov Siznen Razıyam Ola Biler Elbetde. Amma Daha Camryden Üstün Deyil Amma Bu Üstünmüş Kimi Gösterir.

    • @samiresgerov5369
      @samiresgerov5369 4 ปีที่แล้ว +2

      @@raufislamov5323 he qaqa orasi duzdu bu gah chevyni terif edir gah hundayi mersedeside lap 1 kopklk eledo qoydu ora.ama toyota sirf rasxodsuz masindi ona gore bahadi yani birdefelik duzeldirler

    • @Kn-we1fg
      @Kn-we1fg 2 ปีที่แล้ว

      @@raufislamov5323 nıe üstün deyil? Deye bilersiz? Funksiya cehetden skoda üstündür

  • @kamranasgerov1413
    @kamranasgerov1413 3 ปีที่แล้ว +4

    Superb Türkiyədə Kamriden bahadır Passatla eyni segmentdedir.Toyota yaxşı davamlı maşındır Azerbaycan bazarına da oturub deyə keyfiyətə görə o qiyməti alır.Normalda Kamri Superb sinifində olmamalıdır.Burda taksilər Kamri sürür ama Superb Passat bunları biznes adamları sürür ve qiyməti Kamridən yüksəkdir.

  • @alshka5682
    @alshka5682 4 ปีที่แล้ว +3

    Bildiyimiz kimi toyota bacardigi qeder elektronikadan uzag durur ona gorede das doyen deyilir bez rasxod)) ama Elektronika seven digitalliga daha cox onem veren videodanda gorunduyu kimi Skoda ya uz tutmalidi.

  • @nazimsrbtov8500
    @nazimsrbtov8500 3 ปีที่แล้ว +11

    Camry deyənlər

  • @yavuz6050
    @yavuz6050 4 ปีที่แล้ว +7

    camry əlbəttə ❤❤

  • @elqizbayramov5416
    @elqizbayramov5416 4 ปีที่แล้ว +4

    skoda elektronıka cəhətdən çox üstünlükləri var ancaq bir məsələki var ki superb dizayini wolkswagen qrup avtomobılırıne oxsayır ancaq camryde özüne mexsus dızayını var . avtomobılde ne qeder elektronıka cehetden ustunluye varsa demelı hemen avtomobılın gelecekde elektronıkada boyuk problemlerı ve hemın elektronıkanın temırı baha başa gelır . toyotanın daşdoyan olması esas sebebı elektorınıka kasatligidır

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +2

      Avtomobilə düzgün xidmət və diaqnostika onun ömrünü uzadır. Dünyada əbədi heç nə yoxdur :-)

  • @rustammuradov5966
    @rustammuradov5966 4 ปีที่แล้ว +1

    Simply clever:)
    Şkodanın Bakıda,digər maşınlar ilə müqayisədə az satılmasına görə,Turalın bu formatda Superb-i reklam etməsi normal qarşılanmalıdır fikrimcə.
    Superb-in Camry qarşısında üstünlüyünü göstərmək üçün, kifayət qədər vaxt sərf etdiyi görünür amma professional incələmədir,əla!
    Ümid edirəm,Şkoda rəhbərliyi Turalı qonorar baxımından razı sala bilib:)

  • @ilkinsukurov6488
    @ilkinsukurov6488 4 ปีที่แล้ว +5

    Qardas adam duz deyir də dizayin cəhətdən camry geridədi.qəbul edin cənablar

    • @iboazim4562
      @iboazim4562 3 ปีที่แล้ว

      Baqaj bölməsinin ağzına gələni danışır

  • @vasifhuseynov9841
    @vasifhuseynov9841 4 ปีที่แล้ว +5

    Toyota da bir gun sponsor olar insallah

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Skoda sponsor deyil. Olmayan şeyi demədim axı. Sadəcə olan və olmayanları dedim. Rəqəmlər yalan demir.

    • @vasifhuseynov9841
      @vasifhuseynov9841 4 ปีที่แล้ว +4

      @@DjTural Hec olmasa videonun adini qarsilasdirma videosu qoymayardiz,cunki qarsilasdirma videosu bele olmur

  • @elbrusbabayev3650
    @elbrusbabayev3650 4 ปีที่แล้ว +1

    Şkoda ümumiyyətlə çox gözəl avtomobillər istehsal edir ,dediyiniz kimi qiymət- keyfiyyət baxımından da üstündür .Toyatanın servisi rahatdır məncə.Şkodanın ehtiyat hissələri bahadır.

  • @mirzeqasimli2480
    @mirzeqasimli2480 4 ปีที่แล้ว +1

    Salamlar cox sagolun ugurlar olsun. Men cox sad olardim ki toyota prius ile honda insight muqaiyese edesiz. Evvelceden tskler

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Hibrid müyasisə də olacaq.

    • @mirzeqasimli2480
      @mirzeqasimli2480 4 ปีที่แล้ว

      @@DjTural seve seve izleyecem insallah

  • @seymurabbasov6006
    @seymurabbasov6006 4 ปีที่แล้ว +6

    Toyota və Skoda müqayisəsi kimi baxdım , Toyota deyir ki, biznes isdəyirsənsə Lexus al , amma Toyota’nı Skoda ilə yox , Mercedes və bmw ilə müqayisə eləməy lazımdı

    • @fuadhsnov4426
      @fuadhsnov4426 4 ปีที่แล้ว +1

      Seymur Abbasov Toyota Mercedeslə müqayidə oluna bilməz

    • @kenanbayramov4367
      @kenanbayramov4367 4 ปีที่แล้ว +1

      Fuad Həsənov düzdü lexus nan müqaisə doğrudur

  • @ulvueyvazov9498
    @ulvueyvazov9498 4 ปีที่แล้ว +1

    Tural bəy Toyota prado çəkə bilərsiniz 2012 vs Mitsubishi Pajero 2012

  • @kenanbayramov4367
    @kenanbayramov4367 4 ปีที่แล้ว +1

    Qaqa sənə bir şey deyim camrinin sən 1-ci paketini götürürsən superbi orta paketi

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +3

      Mən qiymət və mühərrikə görə seçim edirəm. 3.5 Camry də belə bu opsiyalar yoxdur. Camry yaxşı maşındır , amma opsiyası zəngin deyil.

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 3 ปีที่แล้ว +2

    Tural bey Superb.👍
    Hem dizany,hem elektronika,hem dinamika.At gucu de çoxdu camry den.
    Təşəkkurlər!

  • @mehdihesenov8035
    @mehdihesenov8035 4 ปีที่แล้ว +13

    Tural şkoda sənə nə qədər pul verib?

  • @mustafashabanov248
    @mustafashabanov248 4 ปีที่แล้ว +2

    Bu müqayisəniz Maradonanın indiki halını hər hansı tanınmamış, lakin futbolla hazırda məşğul olan şəxslə eyni sahədə müqayisə edib, üstünlüyü sadə futbolçuya verməkdir. Bravo!

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Nəyə əsasən belə deyirsiniz?

    • @FHT-vq5lr
      @FHT-vq5lr 4 ปีที่แล้ว

      @@DjTural atla eşşəyi müqaisə edirsiz. Bu düzgün deyil

  • @sabithajiyev700
    @sabithajiyev700 4 ปีที่แล้ว +1

    Salam. Zehmet olmasa menim sualima cavab veresiz. Siz deyirsiz ki Android avto istifade etmek olar. Bes bunu ne yuklemek olar?men ozum diqer yollarnan yukledim ve Cox rahat vasitedi men hal hazirda istifade edirem. Sadece maraglisi oduki Android Auto ni google play marketden yuklemek olmur. Bizim regioncun baglidi.

    • @tlcazerbaijan1561
      @tlcazerbaijan1561 4 ปีที่แล้ว +1

      Salam. Bizim forumda 1 nəfər mirrorlinki aktivləşdirib naviqasiyanı işlədir 2019 rav4də

    • @sabithajiyev700
      @sabithajiyev700 4 ปีที่แล้ว

      @@tlcazerbaijan1561 mirrorlinkde her telefon desteklemir. Ekser samsung ve sony telefonlarinda var o funksiya. Bashga telefondan dolaysi yollarnan ancag emele geler

    • @tlcazerbaijan1561
      @tlcazerbaijan1561 4 ปีที่แล้ว +1

      Həmən üzv də əlavə app yazmışdı

    • @sabithajiyev700
      @sabithajiyev700 4 ปีที่แล้ว

      @@tlcazerbaijan1561 meselede orasindadiki reklam edirler ki bu mashinda android avto var birinde mirrorlink. Bunlari telefonuma gosha bilmiremse neyniriyem mashinda olmagini.

  • @Nick-zu9nb
    @Nick-zu9nb 4 ปีที่แล้ว +6

    Bizim insanlar Toyotanı gözündə niyə böyüdür axı? Skoda hər tərəfli üstündür. Toyotanın məsələsi “daşdöyən”olmasıdır,başqa heçnə

  • @fuadalizade2011
    @fuadalizade2011 4 ปีที่แล้ว +3

    Avtomobilin adını düz yaza bilməyənlər,rəylərdə avtomobil müqayisə edirlər.)

  • @MrNiyaz-fj2mt
    @MrNiyaz-fj2mt 4 ปีที่แล้ว +1

    Skoda her terefli ustundu menim zovqumce hemde keyfiyetli gorsenir detal olaraq hemde icindeki material

  • @ruslanmaharramov57
    @ruslanmaharramov57 2 ปีที่แล้ว +5

    her şeyi ilə Skoda öndədir. Toyota Camry 2015 den sonra pox kimi buraxılıb. Camry deyən insanlara sözüm odur ki, yeni camrylere qətiyyən pul verməyin. ondansa gedin Haval H6 alın daha məsuliyyətlidir. ama Tural havayı yerə Camry ilə Skoda Superb müqayisə elədi. Skoda Superbe yaraşan müqaisə Mercedes modelləridir

  • @aqilhuseyn6287
    @aqilhuseyn6287 4 ปีที่แล้ว +9

    skodani ele en geriye salan bir sebeb var oda -- DSG suretler qutusu olmasidi. Maksimum 15000 kmden sonra suretler qutusu siradan cixir. qaldiki Tayotaya bu marka hemise sadeliyi ile secilib amma, dozumluluk ve satisa gorede her markadan ustun bir avtomobildi, 2-ci siraya baxsaq oda daha bir Toyota- Carolladir. Gic-gic avtomobilleri Toyotayla muqayise etmeyin

    • @quzeyguneyazerbaycan28
      @quzeyguneyazerbaycan28 4 ปีที่แล้ว +1

      2019-2020 Toyotalarin suretler qutusu guya nedir ki? Dsg dediyiniz ( variator).bu deq Almanlar,Yaponlar ve s variator karrobkaya kecir.

    • @aqilhuseyn6287
      @aqilhuseyn6287 4 ปีที่แล้ว +2

      Quzey Guney Azerbaycan Sizin bildiyiniz bir çox mehşur maşın markası toyotanın süretler qutusundan istifade edir. Özüm 11 ildi toyota camry sürürem eyni maşını neinki süretler qutusu heç bir yerinde problem yoxdur. Sizce hansısa şkoda ve ya vag qrupun maşını bu qeder dözümlü ola bilermi?

  • @vusalshafiyev8695
    @vusalshafiyev8695 4 ปีที่แล้ว +3

    Cox teessuf edirem.en yaxshisi radioda suruculeri maariflendirmekdi.siz ki,intellektual birisiz.hansinda knopka coxdu o yaxshidi prinsipi ile getseydiler,toyota dunyada en cox satan avtomobil olmazdi.

  • @elcinkerimov8400
    @elcinkerimov8400 4 ปีที่แล้ว +5

    skodadan neqeder pul almisan?

  • @baxtiyarsarvarli9663
    @baxtiyarsarvarli9663 4 ปีที่แล้ว +3

    Bele qarşılaşma olar? Ele bil mırta video çəkir

  • @sacidmansurzade3737
    @sacidmansurzade3737 4 ปีที่แล้ว +4

    Sade versia camry ile full şkaodanı müqayise elemek füz deyil

    • @sacidmansurzade3737
      @sacidmansurzade3737 4 ปีที่แล้ว +4

      qaqa skoda hara cemri hara. 1il sora skodanın problemleri başlayanda cemrini 5il problemsiz sürürsen

  • @umudalxanov4436
    @umudalxanov4436 4 ปีที่แล้ว +1

    Çox gozel izah edirsiz zehmet olmasa Camry 2020 Hibrid çekersiz

  • @eminqasanov7870
    @eminqasanov7870 4 ปีที่แล้ว +3

    Salam Qardaşım . Çox gözəl izah edirsiniz . Amma bir şeyi başa düşmürəm . Operator kamera man səni çox çəkir , maşınları yox . Baqaj bölməsini ümumiyyətlə qörmədim . Ancaq Sani .

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Nəzərə alaram. Təşəkkür edirəm.

  • @adilhuseynli5225
    @adilhuseynli5225 4 ปีที่แล้ว +4

    Camry full versiyada deyil sadə olanını çəkibsiz amma dözümlü və etibarılığına söz ola bilməz

  • @yunismemmedov1434
    @yunismemmedov1434 4 ปีที่แล้ว +3

    Tural bəy camrynin rahitliği cox əladi cox yumuşağ maşindi

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Mübahisə etmirəm. Camry yaxşı maşındır.

  • @MusayevQasam
    @MusayevQasam 4 ปีที่แล้ว +4

    Əlbətdə CAMRY 🖤

  • @Axadhubetov
    @Axadhubetov 4 ปีที่แล้ว +8

    Tural yalannan basib bagliyir Skoda Camry durmaqina cata bilmez

  • @dtx0179
    @dtx0179 4 ปีที่แล้ว +2

    Tayota Camry modeli Azerbaycada 2 versiyasa gelir ponarama luk olan versiya yaponiya Di. Ve diyer 2 versiya rusiyada sankterburqdan yigilir. Mende olub, masin deil karopka ve mator yaxsdi kuzov 0

  • @knan8994
    @knan8994 2 ปีที่แล้ว +9

    Videoya heç baxmadan yazıram toyotanı bu maşınla qarşılaşdırmağ o at eşşək məsələsidi

  • @frankmartin783
    @frankmartin783 4 ปีที่แล้ว +2

    Super B 565 Litr di bagaj hecmi 625 deyil. Oda hatchback oldugu ucun.

  • @sananabdullah7563
    @sananabdullah7563 4 ปีที่แล้ว +3

    Bu sinifin Lideri Paccat bide Camry di bulardan sonra isə Accord ilə Sonata gəlir . Passat həyat maşındı)))

  • @emilvaliyew
    @emilvaliyew 4 ปีที่แล้ว +1

    Avtobaz 88 də də camry cəkmişdiz ordakında 2 luk varyda 2.5 matorydu amma

  • @ЧингизГейдаров-с8х
    @ЧингизГейдаров-с8х 4 ปีที่แล้ว +2

    Camrinin Superbin qarsisinda cemi 1 plusu var - Superbden dozumludur. Amma bu masinlari salonnan alan maksimum 5 il surub satacaq. Bu 5 il erzinde texmini 80-120 min km arasi yurus olacaq. Bu yurus Superbin ne motoruna ne karobkasina hec bir ziyan vurmaz, vaxtinda yag ve normal benzin tokme serti ile. Tebii ki 150-200 arasi bezi problemler ola bilsin yaranar, amma o artiq 2ci 3cu yiyesinde olacaq. Toyotanin beyenlerin hamisi ikinci el masinlari alanlardir, tebii ki olar ucun esas dozumlukdur. Amma salonan gedib masin alan adam ucun dehli yoxdur, masin 150 min gedib dagilacaq, yaxud 1 milyon gedib dagilacaq, o masini belke de 50 min surmemis satar. Hemin adam ucun esasi salondur, komplektasiyadir, dizayn ve test drayv vaxti hiss olunmus xuyusiyetlerdir. Birde ki yaxsi elde dozumsuz masin da kifayet qeder dozumklu olar, amma pis elde toyotanin alluminium muherriki yag yeyer, karobkanin friksionlari dozmez, gidrobloku olub dagilar.

  • @eliqasimov7956
    @eliqasimov7956 10 วันที่ผ่านมา

    Bir mənalı olaraq əlbətdəki Skoda.. Bunu bütün dünya bilir ki Skoda ən dözümlü avtomobildir.Bu dəyqə mersedes w124-ü (Yeşka)əvəz edən yeganə maşındır Skoda

  • @ulvueyvazov9498
    @ulvueyvazov9498 4 ปีที่แล้ว +1

    Xaiş edirəm gələcək videoda camry 3.5 və Kia Optima cekesiz 🙏

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      Optimanı sonata ilə müqayisə etmək istəyirəm. Təşəkkür edirəm.

  • @sadecebiri395
    @sadecebiri395 4 ปีที่แล้ว +3

    Çoxusu deyib beledi, eledi. Ama Toyota Camry alan sağlamlığa o qeder de fikir vermir, rahatlıq mövzusunda gedin Türklerin inceleme videolarına baxın. Camry daha sade materialdandı. Skoda ise daha yumuşaq. Neyse eşi, here istediyin alacaq onsuzda :)

  • @miranehmedov6770
    @miranehmedov6770 4 ปีที่แล้ว +2

    Hamının gozdediyi 102 çi buraxılışda Prado və pajeronu qarsilasdirin zehmet olmasa

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +1

      102-də GLE olacaq :-)

    • @ulvueyvazov9498
      @ulvueyvazov9498 4 ปีที่แล้ว +1

      Miran Əhmədov səncə Prado yoxsa Pajero

    • @miranehmedov6770
      @miranehmedov6770 4 ปีที่แล้ว

      @@ulvueyvazov9498 bele teriflemey kimi olmasın özüm prado sürürəm 0 dan hal hazırda 250 min km dir ama indiye kimi yağın suyunu dəyişib sürmüşəm birdene de prablemi olmuyub ama pajeroda maraglidi o qederde xəbərim yoxdur

    • @ulvueyvazov9498
      @ulvueyvazov9498 4 ปีที่แล้ว

      @@miranehmedov6770 məndə də Pajero var idi 3.5 yeni pis deyil di hara desən çıxır amma benzini çox aparırdı 100km/18-21

    • @miranehmedov6770
      @miranehmedov6770 4 ปีที่แล้ว

      @@ulvueyvazov9498 Prado da pis deyil razdatka ni qosanda daha yaxşı çıxır ama benzin sərfiyyatı çoxdu mence pajerodan 2.7 di deye 20 den aşağı olmur şəhərdə ama esitdiyme gore 4 daha az içir fikrim varki dəyişim ama dözümlülüyüne soz yoxdu bəs Pajero necedi o baxımdan?

  • @elmeddinakhundov9969
    @elmeddinakhundov9969 4 ปีที่แล้ว +2

    Sizə olan hörmətim bir şkodalıq imiş. Sadə camry götürüb full salon superb müqayisəsi etmək imanınızı yandırmır?

    •  4 ปีที่แล้ว +1

      Videonun əvvəlində qeyd edilib ki eyni qiymət olan sinifi müqaisə edir.

  • @mgcwrld
    @mgcwrld 4 ปีที่แล้ว

    Şkoda mənim çox xoşuma gəlir. Bunu kreditlə almaq olar?

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว

      Olar. İndi kampaniya var. Barter də mümkündür.

  • @tahliliun7596
    @tahliliun7596 4 ปีที่แล้ว +2

    2ci əl maşınların test drivenı çəksəz daha məqsədə uyğundur çünki Azərbaycan da 0 km maşın alacaq maaş kimdə var bilmirəm

    • @DjTural
      @DjTural  4 ปีที่แล้ว +2

      Təşəkkür edirəm. İkinci əlləri də çəkəcəyik.

  • @gasimguliyev1777
    @gasimguliyev1777 4 ปีที่แล้ว +4

    Tural bey reklam filan basha dushurem ama bu qeder haqsizlig yoxdaa..)) toyota camry sade komplektaciya ile skoda superb ful komplektaciyani muqayise elemek ne dercede duzgundur.. )) ful camry-nin hecneyi yox ele arxasinnan danishsag arxa full sensorla idare olunur.. siz qiymet cehetden muqayise eliyirsiz ama bu duzgun deyil axi..)) toyota skodadan daha ustun brenddi diye qiymeti baha qoyur..bu size hec yarashmadi heeecc

    • @qurbannovruzov0031
      @qurbannovruzov0031 4 ปีที่แล้ว

      Sadə komplektasiyası belə superbin lauren klement opsiyasından daha bahadır