Əliağa Vahid -Qəzəl -Bəhanəsiz
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Könlüm açıldı zülfünü gördükdə şanəsiz
Biganə batdı matəmə,qaldı nişanəsiz
Göstərmə gül cəmalını,artırma naləmi
Bülbül bahar olanda dayanmaz təranəsiz
Daim gözün xəyalını könlümdə bəslərəm
Bimarı kim görübdür,ola xəstəxanəsiz?
Cəllad min bəhanə ilə qəsdi-can edər
Sən öldürürsən aşiqi hər gün bəhanəsiz
Zülfündən ayrı ruhum uçur,axtarır səni
Sakit olarmi,bir quş ola aşiyanəsiz?
Hər yerdə,Vahid,indi sənin söhbətin gedir
Xalqın sevən bir aşiq olarmı fəsanəsiz?