İT sahəsində hansı istiqamət seçməli? Ətraflı ASAN izahat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • Mənə suallarınız varsa, Teleqram qrupuma daxil olun və yazın:
    t.me/+rlwbGavG1gE3Njcy
    Bu qrupa hər kəs daxil olub mənə suallar verə bilər.
    Qrupda videolarda qaldırdığım mövzular üzrə müzakirələr aparacayıq.
    ---
    Linkedin profile:
    / ilkin7
    İT-də roadmap / istiqamət seçimi.
    00:00 - Intro
    00:28 - Frontend Developer
    01:21 - Backend Developer
    02:19 - QA
    03:16 - DevOps / SysAdmin
    03:39 - Product Manager
    04:22 - Project Manager
    04:42 - Product Designer
    05:19 - Istiqamət seçimi
    Proqramlaşdırma ya QA? Product yoxsa Project management?
    SysOps ya Backend/Frontend?
    Seçim etmək üçün sizlər üçün ətraflı olaraq asan izahatla video yazdım.
    Öyrənməyə davam!
    #proqramçı #informatika #proqramlaşdırma #motivation

ความคิดเห็น • 79

  • @hummetazim
    @hummetazim 4 หลายเดือนก่อน +3

    Dəyərli məlumatlarınızı bölüşdüyünüz üçün təşəkkürlər.

  • @sumtechitacademy8441
    @sumtechitacademy8441 2 หลายเดือนก่อน +1

    Necə deyərlər, qızıldan dəyərli məlumat-lar üçün təşşəkkürlər👍👍👍

  • @bilalsen5525
    @bilalsen5525 27 วันที่ผ่านมา +1

    çok güzel bir video olmuş teşekkürler

  • @nizamisuleymanov5475
    @nizamisuleymanov5475 4 หลายเดือนก่อน +1

    👍

  • @user-eu9mk1rz3y
    @user-eu9mk1rz3y หลายเดือนก่อน +1

    İlk olaraq çox sağolun bizlərə dəyərli məlumatlar verdiyiniz üçün. Və sizə bir sualım olacaq, mən universitetdə logistika ixtisasında oxuyuram. Ancaq marağım İT- di və İT-nin hansı sahəsinə yönəlim bilmirəm front-end mənə daha maraqlı gəlir ancaq çox insan front-end və ya back- end hazırlaşır ümid edirəm başa düşürsünüz nə demək istədiyimi və data analitikada ixtisasımla əlaqəlidi sizin fikrinizcə hansı daha yaxşı olar mənim üçün?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน

      Frontend xoşunuza gəlirsə, başlayın. Çox adam oxuyub hazırlaşır, amma iş yerləri bitmir, yaxşı bilən və çalışan adamlar həmişə dəbdədir.
      Təcrübəmə görə deyə bilərəm ki fərq etməz hansı ixtisasdasınız indi. Ona uyğunlaşmayın, yeni bir tərəfə yönlənsəniz və o tərəfdə işləmək xoşunuza gəlsə, elə ora keçin.
      İndi diplomu heçkim saymır, əsas bilik və bacarıqlardır.

  • @feremezquluzade386
    @feremezquluzade386 4 หลายเดือนก่อน +1

    Salam QA test Engineer kursunu bitirmishem amma bezi seyler hele de mene tam aydin deyil.Internetde ve ya Udemide oz dilimizde ve ya Turk dilinde olan hansi kurslari meslehet gorursuz QA test Engineer ixtisasini tam derinden basha dushum.Ingilisce tehsil aldigimcun tam aydin olmayib mene

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน

      Mən Türkcə və ya Azərbaycanca təəssüf ki kurs tanımıram.
      Amma ətraflı dəqiq suallarınız varsa mənə yaza bilərsiniz Linkedin profilinde - videonun təsvirində link var.

    • @feremezquluzade386
      @feremezquluzade386 4 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli men sizi tapdim yazdim buna kursdan elave guclu heves ve ozune inam lazimdi.Tek kurs kifayet deyil ish tapmaq ucun amma elbetde hardansa baslamaq lazimdi.Amma ilkin olaraq tecrubeyle bu sahelerde inkisaf etmek mumkundur

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน

      @@feremezquluzade386 razıyam sizinlə, bu həvəs tək qazancda olmamalıdır. Sahəyə sevgi olmalıdır.

  • @fexreddin03
    @fexreddin03 4 หลายเดือนก่อน +3

    Salam.Mən cyber securty öyrənmək istəyirəm sizcə ilk öncə hardan başlamalıyam?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน +1

      Salam, bunun üçün əvvəl Computer Science Basics öyrənmək lazımdır.
      Sonra isə dərinnən əməliyyat sistemlərinə öyrənmək lazımdır.

  • @ilkinheziyev239
    @ilkinheziyev239 3 หลายเดือนก่อน +2

    Salam . 3 aydi Frontend kursuna baslamisam ve scripti oyrenmekde cox cetinlik cekirem demey olarki hecne anlaya bilmirem nece etmeliyem komeklik ede bilersiniz . html ve css de cetinlik cekmirem

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +1

      Bunun üçün sizə düzgün başa salan adam lazımdır. İnternetdə başqa öyrədən videolara baxın. Bəlkə sırf indiki kursu başa salan adam sizə başa sala bilmir onu.

    • @zenyfut
      @zenyfut หลายเดือนก่อน

      Salam. İndi necə bəs irəliləyiş var bu yöndə? Geriyə dönüb baxanda yenə kursa gedərdiniz yoxsa?

  • @familmurtuzov4312
    @familmurtuzov4312 หลายเดือนก่อน +1

    Salam ilkin bəy,proqramlaşdırmada alqoritm harada istifadə olunur?Mütləq öyrənilməlidirmi?yoxsa yalnız müəyyən proqramlaşdırma dili üçün səciyyəvidir?Yəni başqa proqram öyrənsək ona ehtiyac yoxdur

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน +1

      Alqoritmlər sizin beyninizi problem həll etməyinə öyrədir. Bu beyin məşgı kimi faydalıdır.
      Etməsəniz də olar. Amma bəzi şirkətlər işə götürəndə alqoritmləri soruşur.

    • @familmurtuzov4312
      @familmurtuzov4312 หลายเดือนก่อน +1

      Xarici dil və kompyuterlə aram yaxşıdır,Html,Css və Java script və Phyton öyrənmək üçün mənə 3 ay kifayətdir.Hələlik bunlar kifayətdirmi?Videolarınızdan yola çıxaraq demək olarki əlavə səhifəni gücləndirmək üçün React və verilənləri bazası ilə bağlı dilləri də bilmək lazımdır.Soruşmaq ayıb olmasın özünüz hansı dilləri bilirsiz və ilk dəfə professional olaraq işə başlarkən hansıları bilirdiz?Cavablandırsanız sevinərəm,əvvəlcədən təşəkkürlər.Tənbəllik mənim ikinci adımdı boynuma alıram))

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน +1

      @@familmurtuzov4312 mən 18 il öncə başlamışdım. İlk dil Visual Basic idi. Sonradan PHP və Javascript öyrənmişdim (html və css dillər deyil, onları artıq bilirdim). Sonradan keçdim C#-a, və Java öyrəndim.
      5-6 il öncə Go-da və Pythonda yazmağa başladım. İndi isə işim idarəçilikdir, kod yazmıram.

    • @familmurtuzov4312
      @familmurtuzov4312 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli Çox sağolun ətraflı məlumat üçün,işlərinizdə müvəffəqiyyətlər

  • @user-uc7po2mp5h
    @user-uc7po2mp5h 4 หลายเดือนก่อน +2

    Backend üçün ilkin C++ la başlamaq olar,yoxsa sadəcə java öyrənməklə iş tapmaqda çətinlik çəkə bilərəm?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน +1

      Java daha asandır öyrənmək üçün. Və həmçinin iş tapmaq üçün.
      Sadəcə 5-10 ildən sonra C++ ilə daha çox maaş almaq şansınız çoxalır. Lakin normalda iş yerlərin sayına görə də Java qabaqdadır, çünki daha çox çoxsaylı şirkətlərdə istifadə olunur.

    • @user-uc7po2mp5h
      @user-uc7po2mp5h 4 หลายเดือนก่อน

      @@IlkinAlibayli məlumat üçün təşəkkür

  • @emindesss
    @emindesss 4 หลายเดือนก่อน +3

    Başlanğıc üçün python yetərlidir?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน +1

      Bəli, əlbəttə ki

  • @Aytac-kj4ee
    @Aytac-kj4ee 4 หลายเดือนก่อน +3

    Salam Mən 1 ci kurs tələbəsiyəm və universitetdə c++ dilini öyredirlər. Zəhmət olmasa pulsuz şəkildə c++ öyrənməklə bağlı və ya sadəcə c++ pyrənməklə bağlı video gəlsin

    • @IlkinAlibayli
      @IlkinAlibayli  4 หลายเดือนก่อน +4

      Söz vermirəm amma çalışa bilərəm. Bu kanalda specific məsələlərə toxunsam yalnız az saylı təbəqə baxacaq. Ona görə çalışıram ümümi məlumatlar verim, hamıya uyğun olan.

    • @emindesss
      @emindesss 4 หลายเดือนก่อน +1

      Bizdə də c++ keçirlər☠️

    • @karimovanar
      @karimovanar 3 หลายเดือนก่อน

      Fehmi Uyarin dersleine baxa bilersiz

  • @ilyasquluyev4792
    @ilyasquluyev4792 หลายเดือนก่อน +1

    Salam proqramlaşdırma sahəsinə başlamaq üçün yaş məhdudiyyəti var? Yəni müəyyən bir yaxşdan sonra iş tapmaqda çətinlik olurmu?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน +1

      Şirkətdən şirkətə fərqlənir. Əsas daimi öyrənən olasız. Əgər bunda əminsinizsə, başlayın

    • @ilyasquluyev4792
      @ilyasquluyev4792 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli əslində öyrənmək hər yaşda lazımdır. Bu peşə elədirki daimi nələrisə öyrənməlisən və bu məni qorxutmur. Sadəcə bir reallıq varki cəmiyyətdə istənilən peşə üzrə gənc kadrlara önəm verilir.

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน +1

      @@ilyasquluyev4792 bu sahədə həmişə insanlara tələb olacaq, və buna görə tələb tək gənclərə deyil, hamıya aiddir

    • @ilyasquluyev4792
      @ilyasquluyev4792 หลายเดือนก่อน

      @@IlkinAlibayli təşəkkür edirəm.

  • @trioxsama
    @trioxsama หลายเดือนก่อน +1

    Salam. Data sahesi bagli fikirleriniz nedir?(Data engineer,analyst ve science kimi)

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน

      Çox gözəl sahədir. Ölkəmizdə bu sahədə iş nisbətən azdır.
      Amma data da backend proqramlaşdırmadan istifadə edir

    • @trioxsama
      @trioxsama หลายเดือนก่อน

      @@IlkinAlibayli Çox sağolun, cavabınız üçün.Ölkəmizdə ümumi iş bazarında bu sektorun dəyəri illər keçdikcə artar sizcə? Hal-hazırda xarici ölkələrdə trenddən düşmür.

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน +1

      @@trioxsama artacaq, əminəm

  • @Coding._.programmer
    @Coding._.programmer 3 หลายเดือนก่อน +1

    Salam. Linux sistem administraturu olmaq üçün help-desk, şəbəkə biliyi lazımdır?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +1

      Bəli, əlbəttə lazımdır

    • @Coding._.programmer
      @Coding._.programmer 3 หลายเดือนก่อน

      @@IlkinAlibayli bəzi kurslar nə help-desk nə də şəbəkə keçmədən keçirdilər deyə soruşdum. Sağolun

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +1

      @@Coding._.programmer helpdesk daha asan və adi bir ixtisasdır. Sırf müştəri yönümlüdür.
      Şəbəkələr isə SysOps/Sysadmin sahənin bir hissəsidir.
      Sysadmin helpdesk işini tam bilməsədə olar. Amma demək olar ki tam olaraq əhatə edir.

    • @likbr2053
      @likbr2053 หลายเดือนก่อน

      Salam məllim.mənə daha çox proqramlaşdırma sahəsinə yox,daha çox texniki sahəyə marağ göstərirəm. Help desk,sistem admistratoru,lunix server admistratoru.bu kimi ixtisaslara başlamaq istəyirəm,hardan başlaya bilərəm?​@@IlkinAlibayli

    • @IlkinAlibayli
      @IlkinAlibayli  หลายเดือนก่อน

      @@likbr2053 Kompyuter arxitekturası biliklərindən. TH-cam da çoxlu videokurs var buna aid

  • @kwmasal3182
    @kwmasal3182 2 หลายเดือนก่อน +1

    Salam. Men IT ixtisasi uzre qiyabi tehsil aliram. Bu sahenin bir istiqameti uzre baslamaq isteyirem ama hardan nece baslayacagimi bilmirem. Cox xais edirem mene komeklik gostererdiz😊

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน

      Mənim kanalımda bu haqda video var. Nədən başlayım adlanır :) orada baxa bilərsiniz

    • @kwmasal3182
      @kwmasal3182 2 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli Salam Baxdim ama hele de anlamadim)))

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน

      Frontend və ya QA dan başlamaq daha asandır

    • @kwmasal3182
      @kwmasal3182 2 หลายเดือนก่อน

      @@IlkinAlibayli Cox sagolun

  • @aasadovsw
    @aasadovsw 2 หลายเดือนก่อน +2

    Mobil development hech vurgulanmayib))

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน

      Cunki o ele Frontende cox oxsardir :)

  • @user-gw6yu4zv3w
    @user-gw6yu4zv3w 2 หลายเดือนก่อน +1

    Komputer arxasinda cox vaxt lecirmeliyik? Nece saat vaxtimizi ala biler?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน +1

      Komputer qabaginda oturmaq yalniz belde problem yaradir. Bunun ucun parallel olaraq idmanla mesgul olun

    • @user-gw6yu4zv3w
      @user-gw6yu4zv3w 2 หลายเดือนก่อน

      @@IlkinAlibayli bagiwlayin men ona gore demirem. Menim 2 azyawli uwagim var yeni men onlarada vaxt ayira bilecem? Yeqinki saatlarla vaxtimi alacaq?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน

      @@user-gw6yu4zv3w başa düşdüm sizi. Əlbəttə ki saatlarla vaxta alacaq.

  • @azadasadov1984
    @azadasadov1984 หลายเดือนก่อน +1

    Data Science öyrənmək istəyirəm, hardan başlayım?

  • @cmilmmmdov7683
    @cmilmmmdov7683 3 หลายเดือนก่อน +2

    Salam, ilk öncə c++ ilə data structura, algoritma və oop öyrənib sonra javaya keçid ermək çətin bir yol deyilki. C++ daha dərin dil olduğuna görə bu qavramları daha yaxşı anlamaq olur, təbii ki çətindir. Siz necə fikirləşirsiz sadəcə təməlləri c++ ilə öyrənməyi soruşuram ümumi c++-ı deyil

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +1

      Çətin yol deyil. Bu dillər hamısı C-type dillərdir. Çox oxşar strukturları var. Sadəcə C++ da memory management var, Javada isə o avtomatik görülür.
      Təməlləri C++ ilə öyrənərkən siz daha dərin başa düşəcəksiniz. Əsasən yaddaşla işləməyi də öyrənsəniz. Çünki o halda başqa dilə keçəndə "kapotun altında" nə baş verdiyini anlayacaqsınız.

    • @karimovanar
      @karimovanar 3 หลายเดือนก่อน

      C/C++

  • @luna-sh5sp
    @luna-sh5sp 2 หลายเดือนก่อน +2

    Riyazi bilikler zeif olanlar nece bu seheye yiyelene biler?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน +3

      QA, Design və ya Frontend əsasları (!) üçün Riyaziyattan elə də xəbər olmayan adam da öyrənə bilər. Əsas riyaziyyat bilmək deyil, ona meyilli olmaqdır, yani məntiqli insan olmalıdır.

    • @SelimMelikzade208
      @SelimMelikzade208 2 หลายเดือนก่อน

      ​@@IlkinAlibayliqardaşım məndə bu sahəyə yönəlmək üçün internet və onlayın dərslərə qoşuluram hələ təzə başlamışam ama ingilisdilim zəhifdi elə riyaziyyatıda az bilirəm mən İT öyrənə bilərəmmi.

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน +1

      @@SelimMelikzade208 öyrənə bilərsiniz, niyə də yox. Amma əvvəlcə İngilis Dilində oxuyub başa düşmək səviyyəsinə çatdırın biliklərinizi.

    • @SelimMelikzade208
      @SelimMelikzade208 2 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli praqramlaşdırmaya aid ingilis dilini öyrənirəm yaxşı qavraya bilirəm azdan çoxdan bilirəm inşallah bir azda üzərimdə işdəsəm yaxşı bilərəm

  • @aydnorucov5231
    @aydnorucov5231 2 หลายเดือนก่อน

    Helpdesk öyrənməyi məsləhət görürsünüz ?

    • @IlkinAlibayli
      @IlkinAlibayli  2 หลายเดือนก่อน

      Lap başlanğıc kimi bəli. Amma Helpdeskdə dayanmağı məsləhət görməzdim.
      Davam edib SysOps/SysAdmin olmaq daha məsləhətli olardı

  • @vusalresulov925
    @vusalresulov925 3 หลายเดือนก่อน +1

    dil biliyi ne qeder vacibdir ve 0 dan ne meslehet gorurusuz

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +1

      Vacibdir, ən azından oxuyub başa düşmək lazımdır İngilis dilində.

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน

      Sıfrdan videoda dediyim kimi, Frontend və ya QA. Onlardan başlamaq nisbətən asan olur.

    • @vusalresulov925
      @vusalresulov925 3 หลายเดือนก่อน +1

      @@IlkinAlibayli təşəkkürler anladım

  • @HuseynHemidov
    @HuseynHemidov 3 หลายเดือนก่อน +1

    Siz ozunuz pul qazana bilirsiz porqramistlikden?)

    • @IlkinAlibayli
      @IlkinAlibayli  3 หลายเดือนก่อน +3

      Yo, ancaq meyxanadan ;-)

  • @sokrates8919
    @sokrates8919 16 วันที่ผ่านมา +1

    Inglisce bilmek vacibdir?😔

    • @IlkinAlibayli
      @IlkinAlibayli  15 วันที่ผ่านมา

      İngilis dilinin əsasları əvvələ bəs edər. Amma gələcəkdə yenə də lazım olacaq İT sahəsində.