Təxəyyül ART GROUP _ üzvlərinin sənət əsərlərindən ibarət sərgisi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 30 iyul 2024-cü il tarixində, saat 18:00-da, Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda "Təxəyyül ART GROUP" üzvlərinin sənət əsərlərindən ibarət sərgi keçirildi. Bu tədbir Azərbaycan Rəssamlar İttifaqı və "Azərbaycan Xalçaçıları" ictimai birliyinin təşəbbüsü ilə təşkil olunub. Layihənin ideya müəllifi Azərbaycan Rəssamlar ittifaqı, ”Azərbaycan xalçaçiıları” ictimai birliyinin , “Təxəyyül ART GROUP” üzvü Sahilə Rəxdari, təşkilatçı Azərbaycan Rəssamlar ittifaqı, “Azərbaycan Xalçaçıları” ictimai birliyinin, “Təxəyyül ART GROUP” yaradıcısı və rəhbəri Natiq Nəcəfzadədir. Sərginin əsas məqsədi, qrup üzvlərinin əsərlərini daha geniş publikaya tanıtmaq, milli mədəni irsimizi təşviq etmək, ənənəyə klassik və müasir baxışı, nəzəri və təcrübi bilik və vərdişlərin formalaşmasını təmin etməkdir. Sərgidə 54 iştirakçının 100-dən çox əsəri nümayiş olundu. Burada rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən bədii tikmə, qurama, dulusçuluq, keramika, keçə və xətt sənəti kimi əsərlər yer aldı.
    Sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının katibi, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq rəssamı Ağaəli İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər qonaqlar çıxış etdilər. Sərgi iştirakçıları sertifikat və təşəkkürnamələrlə təltif olundular.
    Bu tədbirin Azərbaycan mədəniyyəti və incəsənətinə böyük töhfələr verəcəyinə inanırıq. Qrup olaraq layihəmizi daha da inkişaf etdirmək və Azərbaycan milli mədəni irsini təbliğ etmək məqsədi ilə xarici ölkə sərgilərində də iştirak etmək əsas hədəflərimizdəndir. Təxəyyül ART GROUP tərkibində xarici ölkə vətəndaşları olan rəssamlar da fəaliyyət göstərir.
    videoda aşağıdakı materiallardan
    istifadə olunmuşdur:
    Education Background Music No Copyright Study Royalty Free Music
    / watchv=pszkl8dvdcc&lis...
    Background Music For Craft Videos No Copyright Music Craft Music Creators Gallery
    • Background Music For C...
    PEOPLE APPLAUSE
    SOUND EFFECT (NON COPYRIGHT)
    • PEOPLE APPLAUSE SOUND...

ความคิดเห็น •