Lerik Yolu - 4k - Azerbaijan | Mountains Road Driving | Лерик, Азербайджан 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Lerik Yolu Azərbaycan
    Çəkim tarixi: 25.09.2020
    Lerik rayonu haqqında:
    Qədim tarixə malik olan Lerik rayonu Talış dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsiləsi, bundan şimalda Peştəsər və Burovar dağ silsilələri uzanır. Rayon ərazisi əsasən dağlıq və dağətəyi olduğu üçün çətin relyefə malikdir. Hazırda rayonda 84 min nəfər əhali yaşayır.
    Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur... Lerik ərazisində mövcud olan Oğlan və Qız qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkibmiş. Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.
    Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.
    Rəvayətə görə bura qədim Albanların məskəni olmuşdur.Burada Albanlara məxsus qəbiristanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir. Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının baş səhifələridir.
    Lerikin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə də zəngindir. Faunasında isə vaxtilə şir, pələng, dağkeçisi və başqa nadir heyvanlar olub. İndinin özündə də Lerik meşələrində vaşaq, bəbir, qaban, ayı, canavar, çaqqal, tülkü, dovşan, meşə pişiyi, dələ, süleyşin, həmçinin kəklik, turac, meşə xoruzu, torağay, bildirçin və s. quş növlərinə rast gəlmək mümkündür. Rayonun Zuvand bölgəsində Zuvand qoruğu salınıb. Burada ölkəmizdə və dünyada az rast gəlinən, əsasən cənub bölgəsində yayılan heyvan və quşlar qorunur.
    Ərazinin bitki örtüyü iki əsas zonaya bölünür: Dağ-çəmən zonası.Dağ-meşə zonası. Dağ-çəmən zonası rayonun cənub-qərbində Peştəsər silsiləsi ilə Talış silsiləsini əhatə edir. Statistik məlumatlara görə, torpaq səthinin 60-70 faizi çəmən bitkiləri altında, 10-15 faizi qayalıqlarda yerləşir. Dağ-çəmən zonasında yüksəkliyə qalxdıqca çim əmələ gətirən bitkilərlə rastlaşırsan. Burada bitki növlərindən gəvən, pində, ardıc kolu, kəklikotu, dağ nanəsi bitir. Dağ-meşə zonasında dəmirağacı, nil, cökə, göyrüş, vələs, fıstıq ağacları daha çox yayılmışdır. Yalnız meşələrdəki müqəddəs ziyarətgahlarda həmişəyaşıl şümşad ağacı bitir. İlboyu ətrafı atlas kimi bəzəyir, insanlara xoş ovqat bəxş edir. Lerik meşələri Alaşar - Buravar silsiləsində yerləşir və sahəsi 28120 hektara çatır. Meşələrdə alma, armud, alça, qoz ağacları, giləmeyvələrdən çiyələk, dağ çiyələyi, böyürtkən, yemişan, qaragilə geniş yayılmışdır.
    Buraların dup-duru, şəffaf suyu, bulaqları, cayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik şay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir.
    Öz fünkar, ecazkar təbiəti ilə seçilən turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”, “Xəyal”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. “Xəyal” istirahət mərkəzinin öz xüsusi heyranedici mənzərəsi var. Vazaru çayının axar istiqamətində və çayın üstünə gölgə salan meşənin sərv çinar ağaçları turistlərin həyat məkanına çevrilib. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Bundan başqa rayonun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.

ความคิดเห็น • 7