Shekide qanunsuz parklanma | Kanal S Xeber

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    Şəkinin əksər ərazilərində, xüsusilə də mərkəzi küçələrdə, nəqliyyatın sıxlıq təşkil etdiyi ərazilərdə qanunsuz parklanmalar var. Hətta dayanma-durma nişanının düz altında avtomobillər sıraya düzülür. Təbii ki, bu da digər nəqliyyat vasitələri və eləcə də piyadalar üçün çətinlik yaradır.
    Polisin qanunsuz olduğunu dediyi ərazilərə bələdiyyə rəsmi icazə verib. Belə görünür, qurumlar bir-birindən məlumatsız işləyir. Ümid edirik ki, məsələ bu sujetdən sonra öz həllini tapmış olacaq...
    Şəkidə bir çox yerlərdə dayanma durmanın qadağan olunması ilə bağlı nişanların olmasına baxmayaraq sürücülər həmin ərazilərdə avtomobillərini saxlayaraq yollarda süni hərəkət sıxlığı yaradırlar. Əksər sürücülər qanunsuzluq etdiklərinin fərqindədirlər, ancaq başqa yollarının olmadığını deyirlər. Ancaq problem bununla da bitmir. Belə ki, Şəkinin mərkəzi və hərəkət sıxlığının çox olduğu yollarda hər addımbaşı süni dayanacaqlar və özlərini bu dayanacaqların sahibləri kimi aparan el sözü ilə desək “parkovşiklər”lə də qarşılaşmaq mümkündür. Avtomobillərin parklanma ehtiyacından süni istifadə edərək bunu gəlir mənbəyinə çevirən və qanunsuz parklanma yerləri təşkil edənlərsə rəsmi icazələrinin olduğunu deyir. 2022-ci ildə Şəki şəhəri ərazisində dayanma-durma qaydlarını pozan sürücülərə qarşı 290 protokol tərtib olunub. Polis əməkdaşları qanunsuz parklanma ilə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atacaq. Qeyri-qanuni parklanma yeri yaradan hüquqi və ya fiziki şəxslər, eləcə də dayanma-durma qaydalarına əməl etməyənlər məsuliyyətə cəlb ediləcək.
    #KanalS #Xəbər #Şəki

ความคิดเห็น • 9

  • @rahimmahmudov287
    @rahimmahmudov287 2 ปีที่แล้ว +4

    Arada bazarin qabagina da baxin çöl yola yəni . Hörmətli müxbir.

  • @deryaheyderov7403
    @deryaheyderov7403 2 ปีที่แล้ว

    Yolları düzəltsələr hər şey əla olar Şəkidə.

  • @АЛОСАТАГАЕВ-ц5е
    @АЛОСАТАГАЕВ-ц5е 2 ปีที่แล้ว +1

    Çox düzgün iraddır.
    Bəs bu günədək DYP əməkdaşları belə pozuntuları görmürdü?

  • @musfiqqedirov4777
    @musfiqqedirov4777 2 ปีที่แล้ว +2

    Amerikanı kəşf ediblər, siz burnunuzu soxmağa başqa yer tapın. Belə çəkənsən normal problemləri çək paylaş da, məsələn acından dilənçilik eləməyə məcbur olanları...

  • @ramilmamedov7517
    @ramilmamedov7517 2 ปีที่แล้ว

    Bu günde axşam oldu da nevaxt

  • @ugurqedirov553
    @ugurqedirov553 2 ปีที่แล้ว +3

    Gəlin S.Rəhman küçəsi bina 23A nın məhləsini çəkin bazarın altındakı 4 qardaş satış bazasından girişi olan binaya!!! Biyabırçılıq bütün bazarın maşınları məhlenin qabağında saxlayır hər gələn maşından bir zibil atılır Allah bunların belasını versin adam evə gəlmək istəmir zibilxana üstəlik parkinq olub yiyəsi yoxdur

  • @asifdawdemirov6745
    @asifdawdemirov6745 2 ปีที่แล้ว

    Ətimiz tökülür.Dar küçə,bazar yolu.. Putin də gəlsə əlac edə bilməz...

  • @elvinomer973
    @elvinomer973 2 ปีที่แล้ว +4

    Bir onu biliremki camaati onsuz sixirlar hami pis gundedi is yox qiymetlerden od yagir bu zibil muxbirlerde xeber olsun deye oz işlerinden olmasin deye camaatin coreyine bais olurlar her seyi isiqlanrdirib .İmkan verin millet dolansinda harda saxlasin bes damin ustunde?Muxbirsen get cehennem ol basqa xeberleri cek yayda