Bu sənəd ortaya çıxsa, Nikol... | Zəngəzur dəhlizi barədə qalmaqallı açıqlama
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Bu sənəd ortaya çıxsa, Nikol... | Zəngəzur dəhlizi barədə qalmaqallı açıqlama
“ABŞ Dövlət Departamentinin 90-cı illərdə Meğri dəhlizi ilə bağlı sənədləri açması Ermənistanın Baş naziri Nikol Paşinyanın yalanını ortaya çıxarmaq üçün atılan addımdır”.
Bunu erməni ekspert Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, Paşinyan keçmiş prezidentləri debatlara dəvət etdi, amma Levon Ter-Petrosyan əvəzində Paşinyanı danışıqlar sənədini yayımlamağa çağırdı:
“Paşinyan bunu etmədi, lakin onun yerinə bunu Vaşinqton etdi. ABŞ və Fransa, eləcə də digər Qərb ölkələri Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarı idilər. Nikol Paşinyan isə ictimaiyyəti inandırmağa çalışır ki, Qarabağın verilməsi qərarını Rusiya qəbul edib. Onlar müharibəni alovlandırdılar ki, Rusiya qoşunlarını çıxarsınlar. Bütün bunlar mərhələli şəkildə açılır. Nikol Paşinyan artıq ABŞ ilə toqquşmadadır. Amerika isə ona qarşı propaqandanı başladıb. Əgər Madrid sənədləri ortaya çıxsa, Paşinyanın vəziyyəti pisləşəcək.
2000-ci illərdə diskussiya gedirdi ki, Qarabağ gərək Azərbaycandan ayrılsın, Ermənistan isə Laçın dəhlizi əvəzində ərazisinin bir hissəsini Azərbaycana versin. Lakin Bakının Ermənistan ərazisindən nəzarətsiz nəqliyyat dəhlizindən söhbət getmirdi. Əgər Heydər Əliyev buna razılaşsaydı, o zaman bu, reallıq olacaqdı. Lakin razılıq verilmədi və məsələ baş tutmadı. Ona görə də Dövlət Departamentinin bəyanatı Nikol Paşinyana qarşı yönəlib. Amma bu həm də Rusiya əleyhinə addımdır. Əvvəllər güman edilirdi ki, Rusiyanın Qarabağda mövcudluğu şəxsən Putin tərəfindən hazırlanıb, amma yekunda həmin ərazi “satıldı”. Bu gün isə ABŞ-nin faktiki hədəfi təkcə Paşinyan yox, həm də Rusiyadır”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan öncə Meğri dəhlizi ilə bağlı bəzi sənədlərin üzərində məxfilik qrifini götürüb. Sənədlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın Azərbaycanın eks-prezidenti Heydər Əliyevlə, eləcə də amerikalı diplomatlarla danışıqları əks olunub. Sənədlərin məxfiliyinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaların artması, eləcə də Paşinyanın Köçəryanı Zəngəzur dəhlizini Azərbaycana verməkdə ittiham etməsi fonunda ləğv edilməsi xüsusilə diqqət çəkib.
Meğri dəhlizi 90-cı illərin sonu “Qobl planı” əsasında Azərbaycana verilməli idi. Plan Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tuturdu. Bu plan ətrafında müzakirələr fonunda Ermənistanda Levon Ter-Petrosyanın istefaya getməsi, eləcə də parlament teraktı yaşanıb.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Bu sənəd ortaya çıxsa, Nikol... | Zəngəzur dəhlizi barədə qalmaqallı açıqlama
2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #abş #ermənistan #rusiya #nikolpaşinyan #putin #qarabağ #vaşinqton #laçın #paşinyan #robertkocharyan #qalmaqal #zəngəzurdəhlizi #bakutvreels
Здравствуйте всем, автор то что до сегодняшнего дня народ Азербайджана и Государство Азербайджана страдает именно за русского царя а потом дальше за Ленина и Сталина, даже после Сталина Советской власти разделили исторический землю Азербайджана!
Сегодня Азербайджан полностью имеют право вернуть всё свои территории!
До Ираванский Ханство!
Запомните раз на всегда пожалуйста, вся территория армении принадлежит государство Азербайджана ☝️
Зенгезур это Азербайджан 💫☝️