BizimTeref - Emircan Kendi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Əmircan kəndi Bizim Teref verlisinde
    Tural Teyfuroğlu
    Mürşüd Vəliyev
    Emin Musayev
    Fuad Əlibəyli
    #Emircan #Murshudes #Vlog
    Əmircan - Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, stadion, Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var.
    Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir
    Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi. Əhali sayı 1842-ci ildə 759 nəfər idi və Bakı kəndləri arasında bu, saya görə 9-cu olsada, sonrakı illərdə daha sürətlə artmışdır. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndlərdən olub, əhali sayına görə 8-ci yerdə idi. XIX əsrin sonunda kənddə quruculuq abadlıq işlərinin aparılması məskunlaşmanı sürətləndirmiş, həmçinin 1926-1939-cu illərdə əhalinin sürətli artımı olmuşdur. Əhali sayı 1959-cu ildə 12,2 min, 2009-cu ildə 30,3 min və 2016-ci ildə 31,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 60 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 25 minə yaxındır. Neft-mədən ərazilərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbənin şərqində Rəng zavodu ərazisi tamamilə məskunlaşmış, hətta Şor gölünün bir hissəsi qurudularaq, maklerlərin tikdiyi evlər formasında əhaliyə satılır.
    Qəsəbədə mineral hidrogen-kükürd tərkibli sularla müalicə edən Bərpa-müalicə mərkəzi vardır. Bura revmatizm, dəri, dayaq-hərəkət, artrit və d. xəstəliklərin müalicəsində istifadə edilir. Qəsəbədə Suraxanı rayon İH binası, H.Əliyev mərkəzi, istirahət parkları, idman kompleksi, stadion fəaliyyət göstərir. Burada S. Bəhlulzadənin ev muzeyi, Atəşgah qoruğ muzeyi, 2 poliklinika, özəl tibb müəssisəsi, internat, musiqi məktəbi, 1 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 6 məktəbdə 5676 şagird təhsil alır və 6 uşaq bağçasında 472 uşaq tərbiyə alır(2011). İstehsalat müəssisələrindən Suraxanı Neft və Qazçıxarma İdarəsi, Suraxanı neft maşınqayırma, Neft-Mədən avadanlığı zavodu, Dalma avadanlığı və quyuların istismarı və hərbi maşınqayırma zavodları, Polad-armatur ASC, Gilan Holdinq Sənaye MMC, Sement istehsal müəssisəsi, Sement-Beton və kiçik müəssisələr fəaliyyət göstərir. Transformator zavodunun yeni korpusları fəaliyyətə başlamışdır. Əmircanda məhəllə sistemi əsasən XIX əsrdə formalaşmağa başlamışdır. Buradakı 5 məhəllə-Naxır bulağı, Meydan yeri, Soltanabadlılar, Əsədli, Bünyadlılar məhəlləsi adı ilə tanınan kiçik məhəllə ümumiyyətlə, Əmircanda 4 məscid fəaliyyət göstərmişdir. Nizaməddin məscidi XIV əsrə, digər üç məscid: Muxtarov, Bünyadlılar və Tutağacı məscidi isə XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid edilir. Əmircan kəndinin şəhərsalma strukturunda türbələrin və ovdanların da özünəməxsus rolu var. “Əmirhac”, “Şıx Nəcəfəli”, “Göyçək”, “Səkinə” türbələri etiqad olunan dini ocaq kimi əmircanlılar arasında məşhurdur.
    Ardi: az.wikipedia.o...)
  • บันเทิง

ความคิดเห็น • 6