İdxal zamanı Aksiz vergisi. Aksiz vergisinin hesablanmasına dair məsələlərin izahı.
ฝัง
- เผยแพร่เมื่อ 6 พ.ย. 2024
- İstifadə edilən mənbələr:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
www.e-qanun.az/...
2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
www.e-qanun.az/...
3. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
www.e-qanun.az/...
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı[502]
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə -
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[503]
213-1.2. Bu Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: [504]
213-1.2.1. külli miqdarda törədildikdə;
213-1.2.2. təkrar törədildikdə;
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[505]
213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -[506]
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.4. Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə -[507]
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[508]
Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə -
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.
Gomruk brokeri olmaq isteyirem. Meslehetinize ve sizin yaninizda hazirliq kecmek isterdim
Cox sagolun muellim.. Allah razi olsun..bilmediklerimi oyrendim ..
Allah razı olsun əziz məllimə.
Tesekkur edirik
Aksiz vergisi ƏDV kimi evezlesdirilir? Təşəkkürlər.
Salam,deyeri 575 manat olan aksiz sigaretin cerimesi ne gederdir?
Bir Əlaqə vasitəsi versez gözəl olar
Hal hazırda Benzinde aksiz vergisi var?
e-qanun.az/framework/4590
t.me/+BhGc3-Td8M8zMjgy
Teleqram kanalda oyrendiklerinizi tekrarlayin
Muellim, zehmet olmasa "topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyəri" sozunu basa salardizda
Yəni topdansatış o deməkdir ki ,satıcı qazancını uzərinə qoymasın .məs 5azm satıcının üzərinə düşübsə mal 1azmdə üzərinə qazanc qoyub satırsa,1manatdan başqa yəni sadəcə 5manat malın topdansatış qiymətidir.
189.2. Bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron vergi hesab-faktura, xammal və materiallar idxal edildikdə isə - müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır - aksiz vergisini evezlesdireceklerse bes onda niye tuturlarki ? Onu zehmet olmasa loru dilde izah ederdizde :(
Azerbaycanda gomruk kimi poskuda orqan yoxdur