Dövlət əmlakının icarəyə verilməsi
ฝัง
- เผยแพร่เมื่อ 1 ก.พ. 2025
- Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı 1 531 yeni müqavilə bağlanılıb.
Bu barədə İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Yeni icarə müqavilələrinin 631-i qeyri-yaşayış sahələrinə, 900-ü isə torpaq sahələrinə aid olub.
Bundan başqa, hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib.
11 ay ərzində dövlət əmlaklarının icarəyə verilməsi hesabına büdcəyə proqnozdan 4,3 milyon manat və yaxud təxminən 43 % çox - 14,4 milyon manat vəsait ödənilib.
Dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.
Copyright © AZTV
TH-cam kanalına abunə olun: bit.ly/3pUCAO3
Facebook - bit.ly/3iKyc2R
İnstagram - bit.ly/3xkj2Fn
TH-cam - bit.ly/3gAuYw9
Telegram: bit.ly/3heof98
Rəsmi sayt:
bit.ly/3e28gJJ AZ
bit.ly/3dZP4MJ RU
bit.ly/2Z4EMH9 EN
«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-si ölkəmizin ən qocaman televiziya və radio qurumudur: Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb.
Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur.
office@bakucms.com / www.bakucms.com
#AZTV #AzərbaycanTeleviziyası