Naxçıvan: "30 ildir ki, blokada şəraitində yaşayırıq"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • “30 ildir ki, blokada şəraitində yaşayırıq. Azərbaycandan da indiyə qədər bizimlə heç kim maraqlanmayıb. Yəni, Naxçıvan da Azərbaycan imiş?!”
    Naxçıvanda Vasif Talıbov dövrü qapanıb. Bir aydan çoxdur ki, naxçıvanlılar yeni mərhələyə keçid ediblər. Bu günlərdə Naxçıvanda azadlıq mehi əsməyə başlayıb.
    “Əslində, rahatlıqdır. Dostuq, yoldaşıq, gəlib 5-10 dəqiqə çay içib gedirdik. İndi domino oynayırıq, vaxtımız gedir”.
    “Haqqımızı tələb edə bilmirdik. Haqq tələb edəni nahaq yerə “podval”a qoyurdular. İstəsəydilər, hətta o adamı rahatlıqla döyüb təhqir edə bilərdilər. Ona görə də biz haqqımızı tələb edə bilmirdik, o qalırdı bizim içimizdə. O da bizi içəridən sökürdü…”
    Talıbovlu - Talıbovsuz naxçıvanlıları narahat edən əsas məslələrdən biri işsizlikdir. Burada şəxsi biznes qurmağa icazə olmayıb. Hətta evində ticarət və ya müxtəlif xidmət sahələriylə məşğul olanların da qapısını polis kəsdirib.
    Yeni sədr Fuad Nəcəfli təyin olunar-olunmaz Naxçıvanda sərbəst taksi fəaliyyətiylə məşğul olunmağa icazə verilsə də, çox keçmədi ki, sistem əvvəlki çarxı ilə dönməyə başladı.
    “Konkret icazə yoxdur. Respublika “DYP”sinin rəisi Ayaz müəllim var. Ayaz müəllim dəfələrlə şəxsən mənim özümü… Məhəlləmizdə, binanın qabağında durduğum yerdə “DYP” gəlib oturub maşına, deyib, sür idarəyə. Niyə? Nə olub? Sən icazəsiz taksi fəaliyyəti göstərirsən. Soruşuram ki, bəs maşınım normaldır? Deyir, hə. Sürücülüyüm var? Var. Heç kimin ailəsi, uşağı bizdən etiraz etmir ki? Yox. Bəs sən məni niyə içəri aparırsan? Deyir ki, sən nömrə almalısan. İndi taksi nömrələrinin də qiyməti 10 min manatdan başlayır”, Hüseyn Qəmbərov deyir.
    “Sarı taksilər bizə imkan vermir, qoymurlar. Deyirlər, biz 40 min verib maşın almışıq, siz də gedib bir UAZ 07 almısınız ki, taksi işləyəsiniz. Deyirəm, sənin də ailən var, mənim də. Hərə öz dolanışığı üçün çalışır. Bakıda necədir? Camaat sürür, ailəsini dolandırır. Taksini qoyuram qırağa, gəlsin, mənə iş versin, mən də işləyim”.
    Naxçıvanda 500-dən çox sarı taksi fəaliyyət göstərir. Taksi fəaliyyəti göstərmək üçün dövlətdən taksi üçün nəzərdə tutulmuş sari avtomobil satın almalısan. Bu avtomobillər onlara 35-40 min manata başa gəlir.
    “Bunun qanuni “birka”sının yeri buradır. Buranı ləğv ediblər. Bu tərəfdən özləri 2022-ci ilin “birka”sını vurublar. Halbuki, bu, 2017-ci ilin maşınıdır. Əvvəl köhnə maşın sürürdüm. Dedilər, 1 milyon getməlidir, 1 milyondan sonra məcburi dəyişməlisən. Aparıb qoydular “DYP”-nin həyətinə. Dedilər, dəyiş. Qohum-əqrəbadan bir az pul düzəldib, 15 min ilkin ödəniş etmişəm. Ayda 461 manat pul verirəm. Elə adam var ki, 500 verir, 600 verir. Vallah, çatdıra bilmirik. Onu necə verək? Şəhərdə də adam yoxdur. Saat gör neçədir, hələ siftə etməmişəm”, sürücü Səttar Əhmədov deyir.
    Bütün çətinliklərinə baxmayaraq, Naxçıvanda taksi fəaliyyətiylə məşğul olmaq ən mümkün qazanc yoludur.
    Türkiyədən ikinci əl təkər gətirib satan sahibkar Natiq Qulamov Vasif Talıbovun dövründə biznesinin əlindən alındığını deyir. Onun sözlərinə görə, heç bir sərəncam olmadan obyekti sökülüb. Yerində isə dövlət məmuruna məxsus olduğu deyilən ev tikilib.
    “Dedi ki, sərəncam yoxdur, tapşırıq var. Sözün var? Başqa söz deyə bilməzdim. Deyəsdim, başım cəlalətlər çəkərdi. 60 yaşımda məni atdılar DİN-in “podval”ına. 3 gün məni orada saxladılar. Düzdür, mənə orada başqa təzyiqlər olmayıb, amma axı nəyə görə mən orada yatmalıyam? 2017-ci ildən indiyədək mənim 6 min ədəd təkərim çürüdü. Bunun da birini 20 manatdan hesablayanda 120 min manat pul edir. Külli miqdarda mənə ziyan vuruldu. Həm maddi, həm mənəvi. Bax, bu maddiyyatı, bu mənəviyyatı kim ödəyəcək? Bilmirəm. İndi içəridə qalıb çox şeylər…”
    30 il sonra Naxçıvan rəsmi Bakıya daha yaxın görünür. Qadağalar şəhərinin sakinləri indi yeni rejimdən hüquqlarının bərpa olunmasını gözləyir.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

ความคิดเห็น • 227

  • @hemidkerimov8325
    @hemidkerimov8325 ปีที่แล้ว +29

    Gənclər işləməlidir cayxanada domino oynamalı deyillər.

    • @TvGunslingeRvT
      @TvGunslingeRvT 2 หลายเดือนก่อน

      Ishin bashin burax

    • @ddsrzayev978
      @ddsrzayev978 2 หลายเดือนก่อน

      Olar işdən sonra oynasınlar, gjdllaq əmi?

  • @pripirverdiyeva5791
    @pripirverdiyeva5791 ปีที่แล้ว +20

    Bes günlük dünyada olmuşuq yesir,
    Yasamaq eşqindən coxları bezir.
    Nahaq divan qurur,haqqa is kesir,
    Sonrada deyirler ALLAH yalandı,
    ALLAH özün saxla ALLAH amandı.

  • @cosqunseferov9364
    @cosqunseferov9364 ปีที่แล้ว +17

    Caann yerlililerm Allah size yar olsun.Allahin izniyle gozel gunler gormek arzusu ile
    Hemise uzunuz gulsun insallah

  • @senann4682
    @senann4682 ปีที่แล้ว +9

    Bu nə ölkədi biz yaşayıriq,

  • @АлиА.в
    @АлиА.в ปีที่แล้ว +9

    Guya bilmirdiler ki naxclvan necedi. Poz qazan mutleq lazlmdl hakimleyin pul yeridi

  • @viktoriakopustina5676
    @viktoriakopustina5676 ปีที่แล้ว +24

    Kecmis olsun qardas. Bundansonra hecolmasa yaxsi yasayasiz. Allah komeyiniz olsun. 👍

    • @АкифГулиев
      @АкифГулиев ปีที่แล้ว +2

      Allah Hamisa bizimladi qardasim . Bandalor Imkan vermin . Sonra bizim Allahimiz onlarin burnundan tokur bizdan yediklarini .

    • @Koradron540
      @Koradron540 ปีที่แล้ว +4

      Azərbaycanın harasında xaşı yaşayış var?

    • @viktoriakopustina5676
      @viktoriakopustina5676 ปีที่แล้ว +2

      @@Koradron540 Elbetde hec yerinde. Ama naxcivan lap dehsetmis.

  • @elvinaliyev180
    @elvinaliyev180 ปีที่แล้ว +7

    Eliyev rejmi kokunnen deyismelidir

  • @bestscenes1744
    @bestscenes1744 ปีที่แล้ว +6

    Çox şey istəyən yoxdur,Bakı və digər rayonlarımız necə,bura da elə vəssaalam

  • @EYVAZPAŞAOGLU
    @EYVAZPAŞAOGLU ปีที่แล้ว +5

    TALIBOV KİMİLƏRİ BÜTÜN AZƏRBAYCAN DOLUDUR. HƏR BİR MƏMUR, HƏR BİR İÇRA BAŞÇİLARİ ELƏ BİLİRLƏR VƏZİFƏ PUL YIĞMAQ YERİDİR. AY ADAMLİQDAN XƏBƏRİ OLMAYANLAR, VƏZİFƏ ADAM OLMAQ ÜÇÜN SİZƏ VERİLİR, SİZ ƏHALİNİN QULLUQÇUSUSUZ.

  • @qarabagl5015
    @qarabagl5015 ปีที่แล้ว +5

    İşsizlik baş götürüb gedir. Qiymətlər hər gün artır yaşamaq hər an çətinləşir. Neft Qaz Enerji ölkəsiyik amma sürünürük. 50 yaşım var hara gedirəm deyirlər yaşın çoxdu. Pensiya yaşı 65 dir. Biyabırçılıqdır. Analoqu olmayan ölkədə yaşayırıq

  • @Forma567
    @Forma567 ปีที่แล้ว +7

    Уйдаааа икинчи беле зеиф языг бахча ушаглары кими языг языг данышан икинчи беле бир миллет йохдур. Беле язырам ки кедин кезин дуняны бахын башга миллетлер нече яшайырлар нече ишлейирлер нече горхмаздылар. Гардашлар айылын мерд олун хеч вахт хеч кесден хеч не истеме дуня ганунуйнан яшайын- йохса минирлер о саат.. баша душурсуз не язылды бурда??? Аллах ел айаг хер шей вериб. Сиз миллет кими ушаглыгдан фырылдаг фырылдаг ишлер корурсуз- ахырынызда бу ..

    • @Албаномар
      @Албаномар ปีที่แล้ว

      😂😂😂 дуз дейирсен. Горхурлар горхудублар. Соз дейен кими чырпарлар ешшек чырпан кими😂

  • @romanfarming7241
    @romanfarming7241 ปีที่แล้ว +6

    GÜYA AZƏRİBAYCANIN BAŞQA ŞƏHƏRLƏRİ YAXŞDIR? ÖLKƏDƏN İŞ TAPMAYIB ÖLKƏDƏN ÇIXIB GEDİB ÇÖRƏK DALIYACA ÖLKƏSİNƏ QAYDA BİLMİR HƏSRƏT QALIB EV EŞİYİNƏ AYLƏ UŞAQINA. ALLAH BU REJMİN TEZLİKLƏ SONUN GƏTİRSİN.

  • @ХабилГасанов-у2з
    @ХабилГасанов-у2з ปีที่แล้ว +9

    Аллах талыбовларын haмысына леннет еласин

  • @lovstDadasov
    @lovstDadasov ปีที่แล้ว +6

    yazıq millət.

  • @Forma567
    @Forma567 ปีที่แล้ว +11

    Башга миллетлери богаза йыганда онлар куллелейирлер огру бандит чиновниклери.

    • @АкифГулиев
      @АкифГулиев ปีที่แล้ว +4

      Биз озумузу йандырмагдан башга кучумуз hеч найа чатмыр . Оз чанымыза гаст еламайи бачарырыг амма биза азиййат верана гыймарыг .

    • @Forma567
      @Forma567 ปีที่แล้ว +2

      @@АкифГулиев Бели чох дузуну дедин- яндырырыг чоху исе озуну асыр озлерин- Аллах исе севмир беле адамлары.Она коре космос галактика озлерине гесд еденлери севмир- беле адамларын балалары невелери хошбехт олмаз. Мердлий сыфырдады. Анчаг бутун дуняя кулуруй.

  • @mamedmamedo
    @mamedmamedo ปีที่แล้ว +7

    Yenedə imkan vermirlər fuad müəllimin qebuluna düşem promlemimi bildirəm qebul otağı həll etmir derdimizi mektublarıma deqiq cavab veren olmadı

    • @gurbancoban7663
      @gurbancoban7663 ปีที่แล้ว

      Nese umùdùnmù variydi ki deyir òzùme yer edim gòr sene ne edim

  • @sefiqeismayilova8562
    @sefiqeismayilova8562 ปีที่แล้ว +7

    YAZIX MİLLƏTİM YAZIX

  • @КадамШералиев-ц5ы
    @КадамШералиев-ц5ы ปีที่แล้ว +8

    АЛЛАХ БУТУН АЗЕРБАЙЦАНА КОМЕК ОЛСУН.

    • @Forma567
      @Forma567 ปีที่แล้ว

      Сен нагылчысан дейесен? Гешенк нагыл язырсан..

  • @elsadelsad3854
    @elsadelsad3854 ปีที่แล้ว +2

    Axı bu Vasif Talibovu nədən tutmuyublar bilən varmı. Bu qədər haqsızlıq edib amma ona bir söz deyen yoxdur

  • @yus8283
    @yus8283 ปีที่แล้ว +15

    Naxçıvan Azərbaycanın ürəyidi❤️, maşennik məmurlar onu Azərbaycasızlaşdıra bilməz🆘Lazım olsa bütün Azərbaycan özün qurban verər Naxçıvana görə! Elə bütün bölgələrmizçin həmçinin! Bu torpağın hər qarışı şəhid qanıyla yoğrulub! Bəlkədə dünyada yeganə millətiy ki mövcudluğmuzçun bu qədər şəhid vermişiy!

  • @elshadhuseyinov5366
    @elshadhuseyinov5366 ปีที่แล้ว +21

    Vaskanın Naxçıvan camaatına etdiyi zülmü Allah götürmez.vaskanın mehkemesi şeher stadiyonunda keçirilmelidir.🇦🇿🇹🇷

  • @Abdullayev10
    @Abdullayev10 ปีที่แล้ว +2

    Hamsini eden ozleridi Polisde kim ishleyir ? Dtx-da kim ishleyir ? Hamsi hemin adamlarin ushaqlaridi Hami deyir sherefsizlik-qanunsuzluq olmasin Ancaq hami oglunu-qizini rushvetle ishe duzeltmeye calishir Deyirler ki qanunsuzluq olmasin Ancaq men qanunsuzluq edim Ele bir dunya yoxdu Sen harda qanunsuzluq edirsense bir gun o qanunsuzluq sene geri qayidir

  • @adem3935
    @adem3935 ปีที่แล้ว +7

    Allah köməyi olsun millətimin

  • @vuqarquliyev4112
    @vuqarquliyev4112 ปีที่แล้ว +3

    Vasif Talıbovlarda o biri nazirler kimi kefe ğedir. Sadece bir az topa tutsunlar sonra. Ramiz,Mehdiyev,Isa Sadıxov,Elman Rūstemov ve s. kimi hakimiyyete xidmet ordeni ile teltif olunacag.

  • @sgrovailah4555
    @sgrovailah4555 ปีที่แล้ว +4

    Elabil severni kareyadi naxcivan allah komak olsun siza

  • @muradrzayev525
    @muradrzayev525 ปีที่แล้ว +2

    Yəni.inanırsız.təzə.gələn.talıbovdan.yaxşı.olacaq.vasifə.rəhmət.oxuyarsız.

  • @aytacvelemannkanal3438
    @aytacvelemannkanal3438 ปีที่แล้ว +2

    Vasif tarixin qəddar pisimis bir zibilliyinə getdi,ona görədə Atalar düz deyib yaxşılıq elə rəhmət qazan lənət yox!

  • @Elvin.57
    @Elvin.57 7 หลายเดือนก่อน +2

    Can can mənim kasıb millətim😔

  • @pechenegs
    @pechenegs ปีที่แล้ว +2

    Vasif talibovlar Naxcivanda yasamamildi

  • @QARA-p1m
    @QARA-p1m ปีที่แล้ว +3

    Qaqawin da Eli hec qesey getirmiyibe dominede 😂😂😂

  • @fazilagaev1036
    @fazilagaev1036 ปีที่แล้ว +8

    Sual cixir ortaya 30 il Bakımın bundan xeberi olmayib ? , Mence buna Baki göz baglayib .

    • @Албаномар
      @Албаномар ปีที่แล้ว

      Ай гердеш гаранлыглар вар чох хейатда

  • @shahpuri6573
    @shahpuri6573 ปีที่แล้ว +3

    Heç nə dəyişilməyəcək, xandan başqa. Hakimiyyət dəyişməlidir. Ölkədə dərəbəylikdir.

  • @senanaliquliyev2209
    @senanaliquliyev2209 ปีที่แล้ว +3

    Gömrükdə nəyinki yaxşılığa doğru, birazda acınacaqlı vəziyyət yaradıblar.

  • @turalisgnderov3732
    @turalisgnderov3732 ปีที่แล้ว +2

    Imkan veribki is yerleri açılsın

  • @vipphone5263
    @vipphone5263 ปีที่แล้ว +3

    Məyər bunlar yaxşidirmi?

  • @mircamalseyidov1787
    @mircamalseyidov1787 ปีที่แล้ว +2

    Sarah takasller bah apar

  • @elnurhuseynov7102
    @elnurhuseynov7102 ปีที่แล้ว +4

    Bu cinayətkarlar neyə tutulmur

    • @hyatveolum1160
      @hyatveolum1160 10 หลายเดือนก่อน +1

      Çunki Əliyevlərin yaxın qohumudurlar

  • @turalmuradli7088
    @turalmuradli7088 ปีที่แล้ว +3

    Esas poz qazan var?? Vessalamda

  • @ГазанфарСалманов-ф4о
    @ГазанфарСалманов-ф4о ปีที่แล้ว +3

    Аллах налат еласин шарафсизлара

  • @Ceyhun030
    @Ceyhun030 ปีที่แล้ว +9

    OYANIN QARDAŞLAR ARTIQ BU YEZİDİ KÜRD ERMƏNİ HAKİMİYYƏTDƏN QURTULMAQ ZAMANIDIR BİR UCU NƏQŞİCAHAN BİR UCU MASALLI BÜTÜN AZƏRBAYCAN OYAN 🤘

    • @YasarBirsoy-y5v
      @YasarBirsoy-y5v ปีที่แล้ว +3

      Ayəəə nəhhçi cahan farscadır əəəəəə, bizim dildə olur nuhçıxan əəəəəə

    • @Ceyhun030
      @Ceyhun030 ปีที่แล้ว +2

      @@YasarBirsoy-y5v yazığ sənin halına

    • @YasaAzərbaycanım
      @YasaAzərbaycanım ปีที่แล้ว +1

      @@Ceyhun030 yaziq senin kimi olur ki Dövletinin qedrini bilmir

    • @Ceyhun030
      @Ceyhun030 ปีที่แล้ว

      @@YasaAzərbaycanım ay bədbəxt oğlu bədbəxt dövlət sən kimə deyirsən? Dövlət var?

  • @elsnquliyev8366
    @elsnquliyev8366 ปีที่แล้ว +2

    Əziz Naxçıvan əhlinə xoşbəxt həyat arzulayıram . Nə gözəl ki diktaturadan canınız gurtarıb . Ailələrinizə cansağlığı , ruzi bərəkət arzulayıram !

  • @Кечибей
    @Кечибей ปีที่แล้ว +1

    Ким гетириб гойду бу талибову?тек Нахчиван йох бутун Азербайчан пис гундеди.

  • @seradar5000
    @seradar5000 ปีที่แล้ว +1

    Rədd olsun bu diktator hakimiyyət! Bütün siyasi məhbuslara azadlıq! İlham Əliyev diktatorluğu məhv olana qədər mübarizəyə davam!

  • @etibar7082
    @etibar7082 ปีที่แล้ว +1

    Kor gözləri 30 ildən sonramı açıldı bu talançı hakimiyyətin

  • @naxcivanqacqini3755
    @naxcivanqacqini3755 ปีที่แล้ว +2

    Avropasa taksi 15 min veren yoxdu, niye avropan8n besiyidi naxcivan

  • @АкифГулиев
    @АкифГулиев ปีที่แล้ว +1

    Guya ki Bakinin xabari yoxuydu ? Gedin 5 yasinda Usaqa danisin bu Naqili .

  • @iorudj489
    @iorudj489 ปีที่แล้ว +4

    😢😢😢😢

  • @musviqvliyev2873
    @musviqvliyev2873 5 หลายเดือนก่อน +1

    Allah kömək olsun, nə deyək

  • @РомаРаман-н2д
    @РомаРаман-н2д ปีที่แล้ว +1

    İlham Eliyev devrilmese bele olar

  • @xelirzauluturk8206
    @xelirzauluturk8206 ปีที่แล้ว +2

    Barlarda acilar.

  • @arif_091
    @arif_091 ปีที่แล้ว +3

    Vesalam eliniz qolunuz acilsin butun gunu ancaq nerd oynayin axirdada nusye duzdu ele şeyler variydi yaxşiydi indi ama bazara dönecey

    • @cemalkaya582
      @cemalkaya582 ปีที่แล้ว +3

      vasqanın iş verenisen

    • @YasaAzərbaycanım
      @YasaAzərbaycanım ปีที่แล้ว

      Sen agillisan..sen bekar qalma..vaskanin g.tünde 1 neferlik yer var..tez tepil ora..😂

  • @user-rh5qi3hd6o
    @user-rh5qi3hd6o ปีที่แล้ว

    ЕЛЕ. ДАНЫШЫРСЫНЫЗ..КУЙА. АЗЕРБАЙЧАНДАДА. ЕЛЕ..ДОЙУЛ. ОЛКЕДЕ. ИШ. ЙОХ. КУЧ. ЙОХ...ПУЛУМУЗ...ЙОХ...СОЮУГДАН . ЕВДЕ. ОТУРМАГ..ОЛМУР..СЕГИЙЙЕ...ЛАП. ПИСДИР...СКОРЫЙ. ЧАГЫРЫРСАН...10..МАН...КЕЛИР....БУРДАДА. ИНСАНЛАР..НАХЧЫВАНДАН. ПИС. КОКДЕДИР...

  • @farizsheykzada6264
    @farizsheykzada6264 ปีที่แล้ว

    Vasıf talibovsuz daha pis günlerimiz başlayip

  • @teymurteymurov6456
    @teymurteymurov6456 ปีที่แล้ว +7

    ALLA MAXÇIVANLILARIN QAPISIN AÇSIN...

  • @edaletqurbanov84
    @edaletqurbanov84 ปีที่แล้ว +1

    DƏHŞƏTDİ ALLAH BÖYÜKDÜR HAQSİZLİQ YERDƏ QALMAZ

  • @henifeeliyev2861
    @henifeeliyev2861 ปีที่แล้ว

    Köhne hamam köhne tac,deyişilen heçne yoxdu Naxçıvanda.eksine hele dahada pisleşib.

  • @zaureliyev8249
    @zaureliyev8249 2 หลายเดือนก่อน

    Naxcvanda, fahişelik, pozgunculuq, baş alıb gedir

  • @ЧингизНахметов-й4у
    @ЧингизНахметов-й4у ปีที่แล้ว

    Goresen 30 il neden Bakida dovlet goz yumurdu?? Salamlar oldun Naxcivan milletine Lankarandan.

  • @Mətanət-t8l
    @Mətanət-t8l หลายเดือนก่อน

    Var dövləti , pulu , bu millətin VƏZİFƏYƏ gələninin ağzınnan , götünnən basasan , deyəcək ki, bas təki pul olsun .😅😅😅😅😅😅😅

  • @mahirmamedxasanov47
    @mahirmamedxasanov47 ปีที่แล้ว +2

    рушфат рушфат рушфат хорлар кеф едир рушфат шахды каролду байди

  • @farizsheykzada6264
    @farizsheykzada6264 ปีที่แล้ว

    Maraxlandilar noldu ki dahada pis oldu gumari getirdiniz ickini getirdiniz istediyiviz budur

  • @ДмитрийМихалыч-н4н
    @ДмитрийМихалыч-н4н ปีที่แล้ว +1

    Талыбовун Нясилини сюргюн Элямяк Лазымды

  • @semanagizade6660
    @semanagizade6660 ปีที่แล้ว

    Sehiyyeside lap berbat halldadi rusvet xorluqdu

  • @farizsheykzada6264
    @farizsheykzada6264 ปีที่แล้ว

    Güya indi neolduki indi evinde goyullar işlemeye ele herşey kankret pisleşecek

  • @andreyzeynalov9080
    @andreyzeynalov9080 28 วันที่ผ่านมา

    Vasif Talıbovun vaxtında Naxcıvanda vezıyyet indikinden qat qat yaxsı idi.indi naxcıvanda rüsvet bas alıb gedır. İş yerleri sıfırdır

  • @Elbrus_Aslanli
    @Elbrus_Aslanli ปีที่แล้ว +2

    Bu qədər qadağaya naxçıvan dillənə bilməyibsə, demıli azərbaycanın hər yerində belə bir şərait olsa heç kim səs çıxartmıyacaq.

    • @hsjqnshsgqh
      @hsjqnshsgqh ปีที่แล้ว +1

      Bakıdakı mitinqlərdən xəbərüz yoxdu diyəsən?

  • @PervizBaxseliyev-ft3km
    @PervizBaxseliyev-ft3km หลายเดือนก่อน

    Naxçıvan öz gözəlliyi ilə gələcək inkişafına davam edəcək

  • @gabiljafar3394
    @gabiljafar3394 ปีที่แล้ว +2

    Bütün Azərbaycan xalqı!

  • @soul1989
    @soul1989 ปีที่แล้ว +1

    Bütün günahlar elə Naxçıvan sakinlərinin özündədir,gərək hamınız yığışıb o quldur,rüşvətxor və dələduz Talıbov tayfasını Naxçıvandan rədd edərdiniz

  • @orxankerimli9428
    @orxankerimli9428 ปีที่แล้ว

    Artıq hər şey yaxşı olacaq. Vasif Talıbovun dövrü tamam bitdi. Bir bir hər şey normala dönəcək. Tam nəfəs ala bilərsiniz. Səbirli olun. Hər şey əla olacaq.

  • @MishaMemmedli
    @MishaMemmedli 2 หลายเดือนก่อน

    Guya nolduki?vasif getdi naxcivan ag gune cixdi?tersine oldu pozqunluq bas alib gedir

  • @visili-in2oi
    @visili-in2oi ปีที่แล้ว

    Can millət cəhənnəm əzabı yaşıyırmış. ...vasif allah belani versin

  • @zaureliyev8249
    @zaureliyev8249 2 หลายเดือนก่อน

    Vasif talıbov getdi, ağ gune cıxdınız?

  • @saraxatun7591
    @saraxatun7591 ปีที่แล้ว

    Bes basbilenler hardaydilar.Naxcivanlilar hamiya yaxsiliq edin.Yaxsi olun.!Xudayar beyin qohumu idi Talibov.

  • @haqqvdalt.582
    @haqqvdalt.582 ปีที่แล้ว

    Guya indi bundan sonra haqqınızı tələb edə biləcəksiniz.???-Təki olsun.! -Amma unutmayın ki, sistem həmin sistemdir.!!!

  • @Татьяна-м2л6с
    @Татьяна-м2л6с ปีที่แล้ว +4

    Yaxsi hec ne gozlemesin naxcivan camahati.ne geder ki ilha ve pasayevler bu olkenin basinda artuslik edirler

  • @mehdizimob3367
    @mehdizimob3367 ปีที่แล้ว

    NƏDİR QORXURSUNUZ MALATOF DÜZƏLDİN O ŞİRKƏTLƏRİ YANDIRIN.

  • @orxankerimli9428
    @orxankerimli9428 ปีที่แล้ว +1

    Artıq hər şey yaxşı olacaq. Vasif Talıbovun dövrü tamam bitdi. Bir bir hər şey normala dönəcək. Tam nəfəs ala bilərsiniz. Səbirli olun. Hər şey əla olacaq.

  • @ДжонниСтар-к7л
    @ДжонниСтар-к7л 2 หลายเดือนก่อน

    Vasif olanda bari bu qeder pozgunluq yoxuydu

  • @user-zs7vo9bt1j
    @user-zs7vo9bt1j 3 หลายเดือนก่อน

    Hecnə dəyişməyib,dəyişən Vasifin kursusudur

  • @rahimagiblaliyeva7184
    @rahimagiblaliyeva7184 ปีที่แล้ว

    Ananiz olsun caycida yoxmuw

  • @nuxbnuxb2263
    @nuxbnuxb2263 6 หลายเดือนก่อน

    İmdide ele hemen seydi Vadif getdi Agasif geldi.

  • @эминм-д4ы
    @эминм-д4ы ปีที่แล้ว +1

    Zarttt

  • @aysun.mehdiyeva.2007
    @aysun.mehdiyeva.2007 ปีที่แล้ว

    Şimali Koreya və Türkmənistan kimi yaşayırıq

  • @fuadfuad1839
    @fuadfuad1839 ปีที่แล้ว +1

    Bu hakimiyyət bele terrorcun yaxşı ki qarsısın alıb get gedə axırda xalq arasi müharibə başlayardı. Bandı yığıncaq olub ki o ətrafındakı terrorçu polis adına ləkə getrenleride tutulmalıdır .

  • @nicatnuriyev5725
    @nicatnuriyev5725 ปีที่แล้ว +1

    NAXÇIVANDA AZƏRBAYCANDIR HƏLƏ YAXŞI Kİ NAXÇIVANDA BAŞQA BAYRAQ ASILMIYIB

  • @romaroma5196
    @romaroma5196 ปีที่แล้ว

    Gic gic verlisler düzeltmeyin özünüzden ilhamin xeberi yoxmus ki, 30- erzinde😅 bu bir sefin ucbatinda baw veren senarilerdi düzüb qowursunuz😅

  • @ФизулиМамедов-ь4п
    @ФизулиМамедов-ь4п 6 หลายเดือนก่อน

    Хатриниза даймасин, сизин Нахчыван кланыныз Нахчываны йох бутун Азербайджанын евни йыхыблар. Сизин на ахмаг торпагыныз ва суйунуз вар,нагадар вижданцыз инсанлар,, мамурлар йетищдирибла. Бу виждансызлар эладжа оз милатимиза Азеритюркларина ганим чыхыблар. Аллах сиза комак олсун.

  • @liarifli3627
    @liarifli3627 ปีที่แล้ว +1

    TALIBOVLAR GETDİ DÜZDÜ BƏS PAŞEYEVLƏR NECƏ DÜZƏLDƏCƏK?

  • @alsuaydn9404
    @alsuaydn9404 ปีที่แล้ว

    30 ildir blokadadayıq, heç kim bizimlə maraqlanmır deyərkən nə demək istəıyir bu yoldaş?? İllərdir video süjetlər hazırlanır, insnaları dindirməyə çalışırlar ancaq heç kəs əziyyət çəkdiyini dilə gətirmir, elə danışırdılar ki, sanki Naxçıvanda güllük gülüstanlıqdır. Vasif Talıbova qarşı çıxan bir nəfər də görmədik. İndi çox şükür etiraflar bir bri gəlir. Naxçıvan da artıq azaddır. İnsanlar problemlərini dilə gətirir, həlli yollarını axtarırlar. Tədricən hər şey həllini tapacaq.

  • @elcinsadiqov8623
    @elcinsadiqov8623 ปีที่แล้ว

    Naxçıvan Həmişə demaqoq kimi tanınıb , sonra nə oldu

  • @user-cx3ku5jm7y
    @user-cx3ku5jm7y ปีที่แล้ว +1

    Бела олурду ки , торпаглар алдан кедирди , корасан бу миллата киминса йазыгы каладжакми ????

  • @anarmemmedov2607
    @anarmemmedov2607 ปีที่แล้ว

    Ele bu deyqede naxcivanda veziyyet çooox pisdi iş yox güc yox ele yalannan cahamatın başın allatdılar

  • @cavdanrecebli3009
    @cavdanrecebli3009 9 หลายเดือนก่อน

    Toplananların yerini deyişende cem deyişmir.Esas odur ki dominoya icaze verilib ,day ne isdiyirsiz Başınızı saln aşağı dominonuzu oynayın.

  • @aidememmedova3216
    @aidememmedova3216 ปีที่แล้ว +1

    Cox gozel video hazirlanib👏👏👏

  • @turalnezereliyev1548
    @turalnezereliyev1548 2 หลายเดือนก่อน

    Şimali koreyadan ferqimiz odur ki cekilișe icaze var , birde sac duzumu . Nifret edirem bu sisteme

  • @xuramanhesenova7123
    @xuramanhesenova7123 ปีที่แล้ว

    "Pis getməsinki yerinə yaxşısı gələr"- deyə deyim var.Allahın bizlərə təyin etdiyi rəhbər gələnə kimi bu rəhbərlər millətə zülüm verəcəklər.

  • @rubabeaskerova7744
    @rubabeaskerova7744 ปีที่แล้ว +1

    Yağışdan çıxıb yağmura düşüb naxçıvan

  • @Парвиз-б7з
    @Парвиз-б7з 3 หลายเดือนก่อน

    Heyder eliyevi hakimyete getiren insanlardir bu insanlar veten sever insanlardir niye sixirlar bu insanlari

  • @sevdahuseynova5507
    @sevdahuseynova5507 ปีที่แล้ว

    naxçıvan da azərbaycan ərazisidir blokada vəziyyətində olmayıb heç vaxt sadəcə olaraq quru yolla əlaqəsi kəsilib amma heç vaxt ayrı bir ərazi olaraq görülməyib. necə yəni azərbaycandan kimsə maraqlanmayıb? bəyəm naxçıvan azərbaycan ərazisi deyil. naçıvandan ayrı bir ərazi olaraq danışmaq mənasızdır. artıq islahatlar naxçıvanda da keçirilir bundan sonra fərqli olacaq orda da vəziyyət