İçinə Qatılanı Bilsəniz...- Marketdən Bu Çörəyi ALMAYACAQSIZ
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #BirBax #Corek #Un
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Marketdən aldığınız çörəklər, ən bahalısından tutmuş adi zavod çörəyinə kimi yeni maya ilə hazırlanır. Bu mayadan hazırlanmış çörəyi yedikdə, o bizim qanımıza keçərək, çoxalmağa başlayır və bizim vitamin, mineral, zülal ehtiyatımızı dağıdır. Əvəzinə isə öz toksinlərini qanımıza buraxır.
Bu sözləri Rusiyanın məşhur həkimi, tibb elmləri namizədi Viktor Xruşev deyib. O, artıq özü də gündəlik menyusundan çörəyi çıxarıb.
"Maya orqanizmə parazit kimi hücum edir. O çörəyin içində bişəndə yapışqan kimi kapsulaya çevrilir. Bu kapsullar bağırsaqda açılır və bağırsağın selikli qişasına yapışır. Nəinki bağırsaqda, həmçinin qanın plazmasında yaşayaraq, sürətlə sərbəst çoxalır. Nəticədə müxtəlif toksiki zəhərlənmələr, göbələk xəstəlikləri, immunitet zəifləməsi, xroniki xəstəliklər yayılır. Əgər indi mayalı xəmir yeməyi tərgitsək, yalnız 5 ildən sonra qanın plazmasındakı maya təmizlənə bilər.
Ötən əsrin 40-cı illərinə kimi çörəkdə tamam başqa maya istifadə olunurdu. Ona görə müharibə və aclıq dövrünün insanları çətin şəraitə baxmayaraq daha sağlam və uzun ömürlü idilər. Həkim nədir biıməzdilər. O mayanı "xmelevim” adlandırırdılar. O, insanın simbiotik mikrflorasını dağıtmırdı, faydalı bakteriyaları öldürmürdü, xəmir bu mayada 1 sutkaya gəlirdi. Sonrakı illərdə çörək istehsalı artdığından istehsal prosesini asanlaşdırmaq üçün termofil maya icad olundu ki, bu mayada xəmir 1 saata gəlir.
Bu maya insanın simbiotik mikroflorasını dağıdır, yoğun bağırsaqda faydalı bakteriyaları öldürür, bununla da vitamin, amin turşuları, bioloji aktiv maddələrin sintezi zəifləyir. Mayadan 500 növ göbələk yaranır ki, onun 30-u insan üçün ölümcüldür.
Hazırda dünyada 80% böyüklər, 95% uşaqlar arasında göbələk xəstəlikləri artıb. Bu xəstəlikləri müasir aptek dərmanları da sağalda bilmir.
Uşaqlarda körpəlikdən baş qaldıran immunitet zəifliyi, allergik xəstəliklər, mədə-bağırsaq pozulmalarının səbəbini çox yerdə axtarırsız, amma masanın üzərində olan çörəyi görmürsüz.
Amerikanın tanınmış kardioloqu Vilyam Devis isə bildirir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır. Kardioloq qida üçün istənilən digər taxıldan unun daxil edilməsini məqbul sayır, nəinki buğda.
Həkim aşkar edib ki, müasir buğda və un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir. Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir.
Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşıb.
Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.
Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.
Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.
Buğdanı "xroniki zəhər" adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.
O, "Buğda qarnı" adlanan dünyaca məşhur kitabında xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib.