Gün keçdi (1971)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 12+
Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan qadın və kişi həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər.
Müəyyən məqsəd naminə həyatda öz-özünü aldadan Əsmər ilk baxışda xoşbəxt görünür: onun əri, qızı, gözəl ev-eşiyi, yaxşı dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bütün bunlar onu əyləndirsə də, sonralar tədricən bezdirir. Bəlkə də ona görə ki, Əsmər hələ də öz yerini tapa bilmir. Ona elə gəlir ki, bir günlük Bakıya gəlməklə malik olduğu süni həyat tərzini dəyişdirə biləcək. Amma insan yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşaya bilməz, hər adamın öz gələcəyi olmalıdır.
Kino mütəxəssisləri bu filmi “iki aktyorla rejissor işi”, “iki aktyordan ibarət şedevr” adlandırıblar.
Film əsasən Bakıda-İçərişəhərdə, prospektlərdə, təyyarə meydanında, yollarda çəkilib.
Rejissor: Arif Babayev
Ssenari müəllifi: Anar Rzayev
Operator: Rasim İsmayılov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Həsənağa Turabov (Oqtayın iş yoldaşı), Çingiz Əlioğlu (Camal), Muxtar Avşarov (poçtalyon), Sədayə Mustafayeva (Əsmərin anası)
İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 12.02.1971
Janr: lirik-psixoloji dram
"Bilirsən ,illər keçir, yaşa dolduqca hərşeyə ayıq baxırsan, başa düşürsən ki bəşəriyyətin dahisi deyilsən, başa düşürsən ki həyatda sənin kimilər çoxdur, elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən."
Öncə salam.Əslində insan Böyüdükçə ki, Müdrükləşir, Digərlərindən Çox Fərqli olduğunu anladıqca, bir növ Yalnızlaşırsanmış kimi olursan. Artıq Digərlərinin Həqiqi Simalarını Gördüyünü bilirsən, çünkü Anlayırsan ki, Həyat Özü elə Əsl Möcüzədir. Təşəkkür edirəm, Sizə.
@@user-le8th9tq7m Salam. Təşəkkür edirəm, rəyinizə görə. Çox haqlısınız, amma fikrimcə bu dediyiniz yalnızlaşmaq deyildə özünə daha çox dəyər verməkdi. Çünki yalnızlığı başqa cür anlayıram mən. Əgər zənglərinizi açan insanlar varsa, qapıları döyəndə üzünüzə xoşluqla açılırsa, və ən azından siz xəstələndikdə sizin üçün narahat olan, əlində bir qab yeməklə tez qapınıza gələn insanlar varsa, onda əmin olun yalnız sayılmırsız, hörmətli insan. Hər zaman dəyərli qalmağınızı arzu edirəm.
Ən sevdiyim manaloqdur.fantastika💯
👍🌐
İl 2024 hələ də izlənir. Bu filmlər bir dəyərdir, itirməməli, gələcək nəsillərə də izlətməliyik. Təşəkkür edirəm.
"Biz xaricdə olanda mən hər gün Moskva radiosuna qulaq asırdım; görüm Bakıda hava necədir? Biləndə ki Bakıda yağış yağır, soyuqdur, mən də üşüyürdüm..."
Əsmərin getdiyi an Oqtayın qəlbində hiss ediklərini o qədər gözəl anlayıram kiii. Amma kaş ki zamanında hisslərinə sahib çıxardı. Çünki zaman aldıqlarını geri vermir bizə.
Nə yetkinlik, nə də cavanlıq yaşlarımda bu filmə bxmamışam. Yaxşı ki baxmamışam. O zaman baxsaydım bəlkədə başa düşməzdim və dəyərincə quymət verməzdim bu filmə. Bu cür filmləri qürbətdə baxmaq cox ağır gəlir. Hisslər qarışır.
Hec kim Əsmərin nə qədər gözəl olduğunu vurğulamayıb. Çox gözəl qadındı
Mənə bir balaca Audrey Hepburn xatırladır😊
Mən də baxırdım, kiməsə oxşadırdım, çox oxşayir həqiqətən də elə şəkillər var ki
@@pinterest.vogueebəli Roma tətilləri
İl 2024. Hələ də sevgiylə sevə sevə izlədiyim Azərbaycan filmlərindən biri. Allah rəhmət eləsin Korifey Sənətkarlarimiza!!!
Bütün rəy yazanları salamlayıram. Bu qədər ziyalı, savadlı, intellektli insanlarımızın olduğunu bilmirdim. Var olun! Bildikləriniz, öyrəndikləriniz, mədəniyyətinizlə paylaşın! Bizi belə tanısınlar, amandı "onlar" qabağa keçməsinlər!
Hər vaxtiniz xeyir olsun. Möhtəşəm sənət əsəri. Şedevr musiqilər. Yetmişinci illərin Bakisini görmək baximindan gözəl fürsət. Sevə sevə baxiram və doymuram. Ssenari ssenari olanda yaradici rejissor quruluş verəndə, plan doldurmaq uçun cəkilən film olmayanda belə sənət əsəri ortaya cixir. Bir daha var olun. Allah amaninda olun!
Əziziyəm birdə mən,
Doldur içim birdə mən ,
Ömür keçdi , gün keçdi .
Cavan olmaram birdə mən.
😭😭😭
Mənim də belə məhəbbətim olub...bir birimizə qismət olmadıq..hərəmizin öz ailəsi var..amma siniflə görüşürük və hər görüşəndə də o günlər yada düşür..eynən Əsmərlə Oqtay kimi..heyif o günlərə..ömür keçdi, gün keçdi, cavan olmaram bir də mən..😔
Yeqin bunu yazan qadindi.Əks cinsin duyğularini bu güne qeder qoruyub saxlamasini helede sevgisi haqqinda dusunmesine inanmiram nedense
Ne yaxwi ki bu film var gözel Bakım her küçesi bir efsanedir. Bu film meni uwaqliğıma qaytardı gözel küçeler , bulvar, tariximiz en gözel dövrler 😍😍😍
❤❤❤❤❤
Fəvvarələr meydanı və filan, o meydani, hansını ki, artıq çoxdandı yerlə yeksan ediblər
En cox Baki seherinin tesviri meni heyran etdi. Ela film idi 👍
Baxdığım ən gözəl filimlər
1.Gün keçdi
2.Park
3.Ölsəm bağışla
4.Soyuq günəş
"Onun bəlalı məhəbbəti,, oda gözəl filimdi👍
Uşaqlığın Son Gecəsi… 😢
Təhminə və Zaur
@@retroradiofm1988Razıyam uşaqlığın son gecəsidə gözəl filimdir.
👍🏻👍🏻
"Belə görünür ki, adam həmişə harasa getmək istəyir..."
"Həyatda, məncə, ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin; əfsanə, ya həqiqət, dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın".
❤
✨
Sizin iki şərhinizi oxudum.İkisi də sentimental.Yəqin ki yaralısınız. Dünyada hər şey ötəridir. Bir gün ağlayırsan bir gün gülürsən.Bax belə keçir gedir günlər. Blez Paskal demişkən: Havanın necə olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur.Mənim özümün günəşli tutqun yağıntılı yağıntısız günlərim var.
Bütün həyatını hisslərlə, hisslərin varlığı ilə, onun istisi ilə, hərarəti ilə yaşamaq necə də gözəldir...
-sən o gecə ürəyində nə tutmuşdun?
-mən o gecə, Oktay, ürəyimdə tutmuşdum ki, əgər qutuda heç olmasa bir dənə kibrit çöpü qalıbsa, biz səninlə evlənəcəyik.
Səni sevirdim.
Gecələr düşündüm: “Mütləq sabah mən,
Sənə deyəcəyəm gizli hissimi.”
Səni görən kimi bilmədim nədən,
Utancaqlıq hissi boğdu səsimi.
*
Heyranın olsam da mən gənc yaşımda
Etiraf təpəri yoxdu özümdə.
Xəyalın gündüzlər gəzdi başımda,
Gecələr yorulub yatdı gözümdə.
*
Ötüb keçdisə də illər aradan
Paslı kilid kimi dilim oldu lal.
Səni başqasına yazdı Yaradan.
İndi təsəllimdir yadigar xəyal…
Ümid edirəm bir gün baxacaqsan bu kinoya, görəcəksən yazdığımı.
Edə bilmədiyim,deyə bilmədiyim bütün şeylər üçün üzr istəyirəm. Bir gün səninlə Bakıda, birlikdə gəzdiyimiz o küçələrdə görüşmək ümidi ilə .....
eynilə...
Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə ayiq baxirsan.... Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən.... Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur.... Elə ki, bunlari başa düşdün ,onda yaşamaq da asan olur.... Sakitcə oturub öz işini görürsən..
Filmin mahnıları o qeder duyğulu ve gozeldir ki.Elece de aktyorların ses tembrleri.O vaxt Azerbaycan filmlerinin bir başqa keyfiyyeti olub indi ele deyil.Ilde bir defe mutleq izleyirem.
İl 2023 hələdə izləyən var?
2023????
2022)
Beli, var, 2022 il)
Gelecekden gelmisen qardaş?😀
bu filimi 2093cu ilde de izleyecekler.
Bir dəfə "yox" deyəcəyim yerdə "hə" dedim. Əsmər
Fiimde dedi o sözü
Bir defe men de "yox" deyeceyim yerde "he" dedim..
Coq gözəl film sevdin catmadın o da gözəl ölənə kimi sevirsən oda gözəl
14.09.2005 ci ilin bu gunu..ilk sevgi etirafi aldigim gun..helede onu xatirlayanda bu filmi varaqlayiram..1 sozle sevginin qururdan ve safliqdan ifade edilmeyib xatirelerde qaldigi en gozel numunasi.
Sadəcə dərin və möhtəşəm ötəsi film nümunəsi!
Bu filimdekinin eynisini yaşadığım ucun her il tekrar baxiram.
Sevgi gerek vaxtinda etiraf edilsin itirsede bilek qalsada saxlamaq en dehsetlisidir
Bu filmin her deyqesin keçmişime hesr edirem🥀🥀gün keçdi keçmiş bitdi🍂🍂
BU FİLİMDE OYNAYANLARA BE DÜNYASINI DƏYİŞƏN ATİYORLARA ALLAHDAN REHMET DİLEYİREM İNŞALLAH
Həyatda məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin,əfsanə ya nağıl dəxli yoxdur,əsas odur ki,uydurduğu nağıla inansın...
Очевидно лишь одно, человек абсолютно ранимое существо, ибо его одинаково ранит и радость и печаль, и нищета и богатство, и любовь и ненависть, и счастье и горе, как и присутствие либо отсутствие любой чувственности.
Иллюзии, иллюзии, уметь любить само по себе уже счастье, особенно если любимый жив и здоров, иногда счастливые не осознают своего счастья, но чаще всего не ценят и пренебрегают им....
Не грусти о том чего нет,
Здесь и сейчас наслаждайся жизнью сполна и тем чем владеешь.
Человек удивительное явление из разных чувств и контраста эмоций.
Человек овершенно необъяснимое творение.
Hər kəsin öz filmi gələr göz önünə .Ey həyat sən nə qəribəsən 😔
Oktay işdən başqa heç nə düşünmürsən. Əsmərin sizə demək istədikləri çox dərin idi.
Ancaq sevgi imkansız olsa, gözəldir. Deyəsə...2023
Hisslərimizin içimizdə gizlənən qəbristanlığı bizi kölgə kimi daim təqib edir. Soyuq məzarların istisi, hənirtisi bizi için- için ağladır, ağladır... Görünməyən göz yaşları cücərir, cücərdir... Könül məbədimiz, həyat məbədimiz bir- birinin xarabalıqlarını ayaqlarının altında arayır, axtarır... Ey həyat, sən nəyə gərəksən...
Belə filmlərin dəyəri qiyməti o qederdiki illər keçsə belə o dublaj səsləri o musiqi bir daha heç vaxt filmlər olmayacaq yaxsl ki bizə bir miras qoydu bu sovet hökuməti bizdən qalacaq isə heç 2 çi dəfə baxmaq belə istənilməyən Bozbash filmler olacaq heyf çox heyf ki bir miras qoyulacaq film olmadl dövlətlərdən sonra ancaq güldürmək üçün qurşaqdan asagl zarafatlarla filmlər çəkildi
54:26 Kamikadzelər təyyalərinə minərkən torpaqdan əbədi ayrılırdılar. Onlar bilirdilər ki bir də heç vaxt bu torpağı görməyəcəklər. Bir də geri dönməyəcəklər. Əsmər ona görə Kamikadze adını götürür
70 90 ci illər Azərbaycanın ən müasir dövrleri olub bunu deyim və biləsiz indi gerideyik savadsız cəmiyyət puxtelesmekdedir
50:16-50:51-ci saniyələrdəki Seyid Həsən kişi mənim ulu babamdır, uşaq vaxtı, nənəm ilə baxanda demişdi mənə, film də gözəl filmdir, indi artıq çox korlanıb cəmiyyət!
ALLAH RƏHMƏT ELƏSİN 🤲
heyif bu filmlərimizdən ...
@@mehmanb.1242 Amin, ölənlərinizə rəhmət, doğru deyirsiniz, çox heyif, indi artıq cahillik, əxlaqsızlıq baş alıb gedir 🤦
BU GÖZƏL BÖYŪK ROMANTIKDIR.HƏR ŞEYDƏ INCƏ BIR DUYĞU,HƏZIN BIR XATIRƏ XŪLASƏ LIRIKA AXTARAN BIR QADINDIR.👏👍❤
"Sevmirdinsə onunla niyə evləndin"? Allah bu sözü, bu dərdi çəkən hər insana nəsib etsin!!!
Bəli, sevirsənsə vaxtında etiraf et ,sonra gec olar .Mən bu filmə uşaqlıqda baxmışdım ,uşaq olduğum üçün əhəmiyyət verməmişdim .İndi isə böyük maraqla izlədim .
Əziziyəm birdə mən,
Doldur içim birdə mən.
Ömür keçdi ,gün keçdi.
Cavan olmam birdə mən.😔
- Yadındadır, Bakıya necə qar yağmışdı? Heç sonra elə qar yağıb?
- Yox.
Hardasa öz həyatımı görürəm bu filmə baxanda Duyğulanıram
2023 ildi ,bu filim ,hələdə izlənilir ,sonralarda izləniləcək .❤Həyat nə qədər ki ,davam edəcək ,bu filimdə izləniləcək .👍❤LEYLA ŞIXLİNSKAYA ,❤HƏSƏN MƏMMƏDOV ,hər iki aktyor ,ziyalı ,mədəni ,əvəzolunmazdılar.LEYLA ŞIXLİNSKAYA ❤,çox gözəl olduğu üçün bu filim ,də gözəl alınıb ❤👍
Bu cür düşünən "mütəxəssislərə"görə indi Bakıdan əsər əlamət qalmayıb
Heqiqeten, Avropada her sey kohne vaxti nece idise qoruyub saxlayiblar, bizde sokulmeyen yer qalmayib
Bu filmə baxdıqca , sanki insan öz keçmiş həyatını bu filmdə yenidən yaşayır...GÜN KEÇDİ ,,,,Ömürdə o günlərlə birgə🥀🥀
çok güzel işlenmiş soyutlama filmi. hayran kaldım
Turkmusuz?
@@MehriGuleliyeva-vo3gi evet neden
@@Kubrasrgn turkleri cok sevyorummm
@@MehriGuleliyeva-vo3gi biz de sizlerii💗
@@MehriGuleliyeva-vo3gi iiiiiiiii...
Necə dəyişmişik 50 ilə…. Hətta Azərbaycan dilinin təmizliyi, saflığı və gözəlliyidə orada qalıb….. filmin əvvəlində xanım deyir ki İçəri Şəhərin köhnə kələkötür yolları qalmamalıdı 21 əsrə miras…. İndi yaxşı anlafıq ki qalmalı imiş.. Bəs bu gün 21 əsrdə Azərbaycanın (ümümbəşər) adət ənənəvi varlığı: abır, həya, namus, qeyrət deyirlər ki lazım deyl gələcək nəsilə…. Yenədə yanılırlar, amma sonrakı peşmançılıq……
😏
47:47 Əsmər deyir o gecə hər şey dəyişə bilərdi, qadınların icində gizdi hissi hər kişi tuta bilmir🤷♂️Sonradan peşmancılıq heckimə vermir fayda - Budu həyatda qayda
İfrat dərəcədə utancaqlığın nəticəsi.....
"Həyatda məncə ən gözəl şey odur ki insan özü üçün bir nağıl uydura bilsin . Əfsanə ya həqiqət dəxli yoxdur əsas budur ki uydurduğu nağıla inansın"
UŞAQLIQ VƏ GƏNCLİYİMİN SEVİMLİ KİNO ŞEDEVRLƏRİNDƏN BİRİ. HƏR DÖVRDƏ AYRI CÜRƏ ANLAYIRSAN. BAXDIQCA UŞAQLIQ İLLƏRİM GÖZÜMÜN ÖNÜNDƏ CANLANIR.
"Bu lap ilk məhəbbət kimidir, keçib gedəndir, saxlaya bilmirsən... heyifsilənirsən, amma saxlaya bilmirsən""
Kaş o illərdə yaşayardım. Heyif çox heyif
Təkcə mən keçmişdən gəlmişəm❤
Sevditim film! Leyla nece qozel olub
Tesadufen ayin 30u izledim bu filmi,Oktayin ad gunu ))
Аллах инсанлара кишилере реhмет етсин
Gəlib baxsan baxanda bu yorumu görsən, ki baş verməsi çox aşağı ehtimallıdı, bil ki... bilmirəm, sözüm də qalmıyıb, üzün də, eh nə bilim bəlkə də, böyütdüyüm, yaratdığım Səni çoxdan öldürmüşəm, arada yadıma düşürsən, necə acıdır bilirsən? bəli, yadıma düşməyin acıdır, əsas yadımnan çıxamağındı, artığ yadıma düşürsən bəzən, gün gələcəy, heç yadıma da düşməyəcəysən, di salamat qal, səni həmişə sevərdim, əgər sevdiyim insan olsaydın, ki, anladım sən mənim sevgimə dəymirsən, yox əgər bir gün əmin olsan ki, dəyirsən, onda özün öz ayağlarınnan gələcəysən, ümid edirəm ki, gec olar, salamat qal, mənnən uzağda nə qədər xoşbəxt ola biləcəysənsə artığlamasınan ol.7️⃣
Ən sevdiyim film, musuqiləridə çox gözəldir
2024 də izləyən var?
Mənim hələdə severey baxdimğim filmlerden biridir.
Kinonun başlangıcındakı içeri şeheri sökmek isteyen memarın neveleridir yegin indiki Bakıda tarixi yerleri söküb gökdelenler tikenler. İnsan filme baxanda keçmişe dönür o twmiz gözel şehere mühite
Filmin Anarın Gürcü familiyası eseri esasında yazildiğini eseri oxuyanda anladım.Rastlaşmışdım amma izlemey indi qismet oldu.Eserle birebir eynilik teşkil ede bilmez,çox dialoq çıxarılsa da yenede çox geşey filmdir.
КОНЕЧНО ЖЕ СМОТРЮ, НАСТАЛЬГИЯ ПО БАКУ, ПО АЗЕРБАЙДЖАНУ, ПО СССР
🥰😘👍👍👍👍👍🤝🤝🤝🤝🇦🇿🇳🇿🇹🇷
Izledikce kovrelirem
Mən baxmamışdım, necə də gözəl film imiş...
Hələdə bir-birlərini başa düşmülər hər iksinidə icində istək var💞
Ama oglanda istek yoxdu
@@MehriGuleliyeva-vo3gi İstəy var utancaqı birdə apır həya edir deyə bilmir🤦♂️
İl 2025 izləyən var hələdə
Gözəl təmiz zamanlar
👍👍👍
Sen qoynu cicekli baharsan bahar eşqinden könlùme bir gùneş doqar gözlerim yoldadır hardasan ey yar .
Əvvəldən. Yaxşı tərbiyəli insanlar namuslu insanlar tez rəhmətə gedirmişlər Allah Həsən Məmmədov qəni qəni rəhmət eləsin Cənnət yatsın inşallah sevdiyim dahi aktiyor ömrünün axrına qədər kvartirat yaşıyan mülayim tərbiyəli dahi Şəxsiyyət🇦🇿👍
Mən bilirəm o da bilir amma heçkəs bildiyin dilə gətirmir... Gün keçir... Qorxuram gün gələ deyim ki "Gün keçdi"...
2024cü il izləyən var? Bəyənin sayimizi bilək😊
Актёры показали просто голливудский уровень.шедевр❤
Ömür keçdi,gün keçdi,cavan olmaram bir də mən...
Чох агыр,ве агыр олдугу гедер де меналы бир филм..урек агрысы иле бахдым...дуз 45 ил мени гери гайтарды бу филм,не исе,чох теессуф ки,отен бир санийени беле гери гайтармаг олмур.Муса Джелил демишкен..Йене о баг олайды...
Bu gilme cox baxmlsam coox sevirem..bir qeribelik var bu filimde..Hesen Memmedov cox gozel oynaylb bu rolu
Gözəl filmlərimizdən biri
Möhtəşəm film.
Harika ❤️
Çox gözəl filimdi, elə indicə baxdım Az. Tv-də. Necə də aydın gözəl tələffüz, yoxsa indiki seriallarda heç nə başa düşmək olmur, burunlarında danışırlar elə bil.
Gözəl idi..🥺
Oktay kimi birinin heyatımdan keçməyi əsmərin həyatini yaşamagim və mənimdə ömrümdən bir gün belə doıu dolu vaxt keçirib keçmişin haqqını vermek isteyimlə üst üstə düşdü bu film ..yaxşıki qarşıma çıxdı baxdım..inşaAllah o gün bizədə nəsib olar..🥲
Köhnənin məşhur kinolarına baxmaqdayam. Çoxusunun mövzusu da nakam sevgilərdi. Artıq başqasında olan qızları sevməkdi tema. Maraqlıdı sadəcə.
Azərbaycan filmlərini ifadə etməyə söz tapmıram... hələ ki bu film...🤍
Mənim uşaqlıq, gənclik, cavanlıq və qocalıq filmlərimdən biri... Lakin, bu film bu cür eşq yaşamış insanları bir ayrı yandırır. 21 il keçib, amma hələ də qəlbim yanır.
Qəşəng filmdi ama üstümə bir ağırlıq çökdü..Mahnılar dialoqlar ürəyimə oturdu sanki.Melanxolik hiss etdim
ÇOX ĞÖZEL FİLİMDİR
Əsmərin yetkinlik səsi Amalya Pənahovaya , gənclik səsi isə Əminə Yusifqızı' na məxsusdur.
Məncə Əminə Yusif qızı deyil , Ofeliya Sənanidi
Əsmərin gənclik səsi ofeliya sənaniyə məxsusdur
Yas 30 hele indi baxiram tesekkurler dahi Senetkarlar
"Əsas odur ki,uydurduğu nağıla inansın"
13:23 Divarda yazıçı Hemingwayin şəkli var. Azərbaycanın bir çox filmlərində şəkli var. Sosialist düşüncələrinə görə yəqin və də müharibəyə qarşı olub
Allahaqqi men bele bawa duwurem ki, biz evveller daha muasir olmuwuq. Bizde ele bil tersine gedir. Bilmirem niye amma bu deqiqe hemen illerde yawamaq ucun her weyi vererdim. ..
Dinin zibilleridi
Çünki bizi evveller ruslar idare edirdiler.
Senzura var idi hər sahədə, indi senzura yoxdur ayıb deyilən şey də yoxdur
Haqlisiniz
İndi biz afrikada yaşayırıq amma o zaman biz sanki amerikada yaşayırdıq yadımdan çıxmaz heç vaxt
HEYİF SENDƏN AY BAKI…İNDİ BÖYÜK BİR RAYON OLMUSAN…
Əsil saf sevgi Toxunmasi belə Təmiz
Bilirsən indi sənlə olmaq istəyirəm , istəyirəmki yanımda olasan .ehh bu mentalitet bu mənasız qaydalar olmasa inanki bir an belə düşünmərəm ,çıx gəl deyərəmm🥺ehh amma nəbilim ,üreyim ağrıyır sənin belə halına dözə bilmirəm ,bir ömür onunla həyatını məhf etməyinə 🥺💔
@@mirachuri2023 bu filmdə deyilir?
Oktay bəzi sözləri ilə qızı gəldiyinə peşman elədi..
Düzdü amma Əsmərindı demək istədiyi söz var amma demir sonrada Oktaydan inciyir🤷♂️
Hisslərin ürəyə düşməsi bu qədər asan ikən dilə düşə bilməməyi niyə...
BU FILM 1993-94 CU ILLERDEN SONRA CEKILMIS BIZIM ISTENILEN FILMDEN YAXSHIDIR VE USTUNDUR! BU FILMI DUNYAMIZ DURSA 2100 CU ILDEDE IZLEYECEKLER. INDI CEKILEN FILMLER ISE UZAQI 10-15 ILDEN SONRA GEDECEK GEDER GELMEZE. HEYIF O INSANLARDAN, O SENETKARLARDAN VE O SHEHERDEN, COX HEYIF!
BU FİLİM ÇİXANDA MEN TEZE ANADAN OLMUŞDUM DEYE BİLEREMKİ BU FİLİM MENİMLE YAŞITDIR