Celil Eliyev & Mehman Şamaxılı Şeir ( güne bir şou )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2021
  • Bu həyat elə həyatdır
    Adam baxır gözü dolur
    Yavaş yavaş öyrənirsən
    Əvvəl əvvəl çətin olur
    Mənsə öyrənə bilmədim
    Yaşamağı yaşatmağı
    Sınmağıma bəs elədi
    Kiminsə bir daş atmağı
    Mən bir zaman istəmədim
    Yaşamadım bu dəhşətdə
    Yum gözünü nə görürsən
    Boşluq , qaranlıq əlbəttə
    O ,boşluqda, qaranlıqda
    Mən bir həyat yaratmışam
    Yalnız orda xəyallarda
    Mən hər arzuma çatmışam
    Buraxmaram öz dünyama
    Haqsızları , nadanları
    Çünki mən ora yığmışam
    Təmiz qəlbli insanları
    Biz bu xəyal sakinləri
    Bilmirik heç əğyar nədir
    Heç adın eşitməmişik
    Zalım nədir, qəddar nədir
    Bu həyatda yaşamırıq
    Ömür yükün daşıyırıq
    Xəyallarda yaşamaqçün
    Bu dünyada yaşayırıq
    Yaşamaq da deyil ki, bu
    Nəfəs gəlir, nəfəs gedir
    Amma gəl ki , qulağıma
    Nə səs gəlir , nə səs gedir
    Bu sehrli yerdən məni
    İstəyirlər ayırsınlar
    Əlləşirlər , vuruşurlar
    O kəs gelir bu kəs gedir
    O kəslər çox yaxşı bilir
    Onlar ora düşməyəcək
    Mənə düşən qızıl balıq
    Sizin tora düşməyəcək
    Yalandan da deyirlər ki
    Bu dünyada səadət var
    Xəyalların uydurmadır
    Bu dünyada həqiqət var
    Yalan sözdür bu dünyada
    Vəfasızlıq, xəyanət var
    Bu dünya etibarsızdır
    Ölüm,itim fəlakət var
    Mənim dünyam başqa cürdür
    Zülm yoxdur ədalət var
    Əyləncəyə çevrilməmiş
    Pak sevgi var məhəbbət var
    Mən özüm yaratdığımın
    Qarşısında baş əyirəm
    Xəyalpərəst bir insanam
    Xəyallarla yaşayıram.
  • เพลง

ความคิดเห็น • 32

  • @Huseynov.Rashad
    @Huseynov.Rashad ปีที่แล้ว +1

    Çox gözəl şe'rdir. Sağ ol.

  • @user-ur4rk4bd3i
    @user-ur4rk4bd3i ปีที่แล้ว +1

    Bilmirem bu Celilde nese var adami cekir adam ele hey bu insana qulaq asmag isteyir. Bu insanda bu sesle bu avazla bu sirinliyle cox az gorsenir🤷‍♂️ ne bilim Allah bed nezerden qorusun bu qeder

  • @__rzali9898
    @__rzali9898 3 ปีที่แล้ว +3

    Menim dunyam basqa curdur,zulm yoxdur edalet var

  • @user-jt7pw1mv4d
    @user-jt7pw1mv4d หลายเดือนก่อน

    Var ol Shayir .

  • @user-vw9ot2cv4g
    @user-vw9ot2cv4g 6 หลายเดือนก่อน

    Sağ ol şair. Bundan sonra sənin şerlərini oxuyacam .

  • @resadrzayev8677
    @resadrzayev8677 3 ปีที่แล้ว +2

    Mənim sevdiyım şerindən biri
    Mən bir dünya yaratmışam....

  • @texnoel3574
    @texnoel3574 3 ปีที่แล้ว +2

    Gozel sozler gozel insan.gozuve baxir adam orda ancag nur gorur.Allah hamini merdimzardan namerdlerden gorusun inwAllah.zamene ....

  • @user-fl9de4vv5q
    @user-fl9de4vv5q 3 ปีที่แล้ว +4

    Mahşallah, Allah Teala seni qorusun

  • @raufiskandarov6887
    @raufiskandarov6887 3 ปีที่แล้ว +2

    Canim ay CELIL .MAŞAALLAH OLSUN,ALLAH TEBIVE BEREKET VERSIN!

  • @emilmusicofficial4652
    @emilmusicofficial4652 3 ปีที่แล้ว +3

    Ela seir ela ifa. ALLAH VAR ELESİN🖐

  • @Aybeniztv
    @Aybeniztv 2 ปีที่แล้ว +2

    Caan qardas💔 eeee menimde evezime derdimi ded😔

  • @RomaXosrov
    @RomaXosrov 2 ปีที่แล้ว

    VAR OL ŞAİR

  • @matrixpro8018
    @matrixpro8018 3 ปีที่แล้ว +2

    Cəlil şair nə gözəl şeir nə gözəl deyilmə ahəngi maşAllah Allah təbini güclü eləsin

  • @user-vw9ot2cv4g
    @user-vw9ot2cv4g 6 หลายเดือนก่อน

    Əhsən sizə şair

  • @nahidzimov7221
    @nahidzimov7221 3 ปีที่แล้ว +2

    Qardaşsan sən Allah səni qorusun

  • @rufat_mr
    @rufat_mr ปีที่แล้ว

    Qəşəng

  • @romolabdulaev4069
    @romolabdulaev4069 3 ปีที่แล้ว +1

    Аллах сени вар елесин Гардашым🤝 чох гызыл созлерди братым☝️

  • @parenizsoyuza
    @parenizsoyuza 2 ปีที่แล้ว +1

    БРАВО ДЖАЛИЛ , С МЕНЯ ЛАЙК .

  • @gunelkhalafova3416
    @gunelkhalafova3416 3 ปีที่แล้ว +1

    Allah səni qorusun oğlum Cəlil

  • @royaltaghiyev8031
    @royaltaghiyev8031 3 ปีที่แล้ว +1

    Əhsən sənə Şair

  • @samirquliyev9966
    @samirquliyev9966 3 ปีที่แล้ว +1

    Əhsən Qardaş

  • @elnaraalmammedova4715
    @elnaraalmammedova4715 ปีที่แล้ว +1

  • @__rzali9898
    @__rzali9898 3 ปีที่แล้ว +1

    Nece sevdim bu seirinizi

  • @vefahesenova2894
    @vefahesenova2894 3 ปีที่แล้ว +2

    😔

  • @namiqali1145
    @namiqali1145 2 ปีที่แล้ว +1

    👍

  • @nesimisamaxi258
    @nesimisamaxi258 3 ปีที่แล้ว +1

    Sagol qaqaaaa

  • @ShirzadArxivTarix
    @ShirzadArxivTarix 3 ปีที่แล้ว +1

    İNŞAALLAH .. bizdə ordayuğ😊

    • @celileliyev4889
      @celileliyev4889  3 ปีที่แล้ว

      İlk sene oxumuşdum bu şeiri 18 yaşım var idi 🤦‍♂️

    • @ShirzadArxivTarix
      @ShirzadArxivTarix 3 ปีที่แล้ว +1

      @@celileliyev4889 sən bu kəlməni yaddan çıxartmısan ..bizdə ordayuğ?

    • @celileliyev4889
      @celileliyev4889  3 ปีที่แล้ว

      @@ShirzadArxivTarix yaddaş qalıb ki bəlkə yadıma salsan 🤦‍♂️

  • @vusaleisgenderova6468
    @vusaleisgenderova6468 4 หลายเดือนก่อน

    Sizdə nəsə var, ele hey dinləmək istərəm) Düzü, Vüqarı sevən və dostluq edən biri, Axundumuzun təriflədiyi bir şair necə pis ola bilər(hamı bilir ki, Axund Azer her şairi teriflemez) - bu xüsusiyyətlərə görə araşdırıb dinlədim.Amma sonda öz şəxsiyyətiniz,təvazökarlığınız,incə ruhunuz,alicənablığınız digər sadaladıqlarımın önünə keçdi) hər barədə uğurlar) “Hər şairin bir dövranı var” deyərlər,amma sizde məkansız,zamansız teb anlayışını duydum və sezdim)