Haci Ramil - Saban Ayin Fezileti 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hər kim mübarək Şaban ayında 7 gün oruc tutsa...
    Hazırda Hicri-qəməri tarixi ilə Şaban ayı günlərini yaşayırıq və qarşıdan ayların sultanı - mübarək Ramazan ayı yaxınlaşır.
    Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurmuşdur:
    ...مَنْ صَامَ أَرْبَعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ وُسِّعَ عَلَيْهِ فِي الرِّزْقِ
    “Hər kəs Şaban ayında dörd gün oruc tutarsa, Allah-Taala onun ruzisini (və ruzi qazandığı vasitələri) genişləndirər.”
    وَ مَنْ صَامَ خَمْسَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ حُبِّبَ إِلَى الْعِبَادِ
    “Hər kəs Şaban ayında beş gün oruc tutarsa, Allah-Taala onu bəndələri arasında sevimli edər.”
    وَ مَنْ صَامَ سِتَّةَ أَيَّامٍ مِنْ شَعْبَانَ صُرِفَ عَنْهُ سَبْعُونَ لَوْناً مِنَ الْبَلَاءِ
    “Hər kəs Şaban ayında altı gün oruc tutarsa, Allah-Taala ondan 70 növ bəlanı dəf edər.”
    وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ عُصِمَ مِنْ إِبْلِيسَ وَ جُنُودِهِ دَهْرَهُ وَ عُمُرَهُ (وَ هَمْزِهِ وَ غَمْزِه‏)
    “Hər kəs Şaban ayında yeddi gün oruc tutarsa, Allah-Taala onun həyatını İblis və onun qoşunlarının azdırıcı vəsvəsə və işarələrindən qoruyar.”
    (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)
    Şəban ayının ilk günləri idi. Hz.Əli(ə) məsciddə puç mübahisə aparan gəncləri görüb onlara belə nəsihət etdi: “... Ey təzə iman gətirənlər, bu gün Şəban ayının əvvəlidir. Allah-təala bu ayda xeyiri səpələdiyi üçün onu “Şəban” adlandırmışdır. O, xeyir və ehsan qapılarını bu ayda aşmışdır. Özünün hündür, qiymətli saraylarını çox ucuz qiymətə və asan əməllərlə sizə göstərmişdir. Onları alın!... Bu Şəbanın əvvəlidir. Onun xeyirli yolları - namaz, oruc, zəkat, yaxşılığa dəvət, pisliklərdən çəkindirmək, valideyinə, qohuma, qonşuya yaxşılıq, küsülüləri barışdırmaq, fəqir və miskinlərə sədəqə verməkdir”.
    Oruc tutmaqla yanaşı bu ayda çoxlu dua etmək və bağışlanmaq diləmək gərəkdir. Digər aylardan fərqli olaraq bu ayda edilən dualar tez qəbul olunar, günahlar isə tez bağışlanar. Lakin insan gərək diqqətli olsun ki, ruhunu mübarək Ramazan ayına kimi təmizləyə bilsin və həmin ayın mənəvi feyzlərindən məhrum olmasın. Şəban ayında yoxsullara əl tutmaq, sədəqə vermək də xüsusi ibadətlərdən sayılır. İmam Sadiq(ə) buyurur ki, hər kim bu ayda sədəqə verərsə, Allah onu tərbiyə edər və öz əxlaqi ilə əxlaqlandırar.
    #Allah#İslam #Quran #Namaz#Oruc #Zəkat #Xums #Muselman #Ceferi #Azerbaijan #Azerbaycan#gence #baku#receb#şaban #ramazan #

ความคิดเห็น •