Salam doktor.mende alt cenede qabaqda 7 diş var.her iki arxa cene boşdur.sağ damaq yaxşidir sol damaq yeyilib nisbeten.mene hansi protezi məslehet bilirsiz.Leylon.yoxsa Bugel.hansi daha yaxşi ve kefiyetlıdi.cox xaiş edirem cavab yazin.önceden teşekür edirem
Salam doktor bilmək isteyiremki dugel pratezin icinde olan metalın damağa ziyan var?birde dişlerin böyrunde balaca krcok metal qirilarsa diş bütün sökülməldi düzetmek ucun.xahiş edirem cavablandirasiz
@@Elmirsgerov Salam. Büqel hazırlanmasında istifadə olunan metal tamamən zərərsiz xüsusi ərintidir. Protez klameri (qırmağı) qırılarsa, bəzi hallarda təmiri mümkündür, bəzi hallarda mümkün deyil. Bu qırılmanın yerindən və həcmindən asılıdır.
Salam . Köpək dişini saxlayıb digərlərini protes etdirən zaman köpək dişinə ağ qapaq qoymaq olur ? Yoxsa mütləq sarı qapaq qoyulmalıdır ? Xahiş edirəm sualımı cavablandirardiniz. Əvvəlcədən təşəkkür edirəm
Yuxarı çənədə çıxan protez, alt çənədə isə 4 implantasiya bağlanmış çıxmayan protez dişlər. Həkim işi bitəndən sonra dişlərdə sıxılma, qınama var. Bu həkimin işinin səhvidir yoxsa pasiyentin problemidir?Xahiş edirəm deyərdiz.
Hər iki hal da ola bilər. Dişlərin sıxılması qüsurlu bərpa ilə əlaqəli ola bilər, qanama isə pasiyentin qüsurlu ağız gigiyenası ilə əlaqəli ola bilər. Problemin dəqiqləşdirilməsi və həll olunması üçün müayinə və rentgenə ehtiyac var.
@@Emrahoğlu Yaxşı düzəldildiyi halda, hər ikisi də rahatdır. Pasiyent üçün hansı növ protezin daha uyğun olduğunu ancaq müayinə və rentgendən sonra təyin etmək mümkündür.
Salam. Dişlərin və çənələrin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun bərpa npve təyin oluna bilər.
Dokdor protesden coox eziyyet cekirem en esas üst damaq artiq 8 aydır oyrewe bilmirem üst damaq qizdirma verir ne ile qarqara ve yaxud derman içim ki uyqunlawim
Salam həkim. Dəyərli vaxtınızı aldıgım ücün üzr istəyirəm və bu başdan minnətdarlıq bildirirəm. Xaiş edirəm sualımı mümkünsə cavablandırasınız. Mən bir neçə il əvvəl karonka diş qoydurmuşam, indi onlar da düşüb. Belə bir şey var ki, onlar agzımda olanda üzr istəyirəm cox pis qoxu gəlirdi. İndi üst damagın solunda öz dişlərim var sagda isə yoxdu. Bilmək istəyirəm yenə də karonka düzəltdirsəm belə olacaq ya pratez elətdirim? Nə məsləhət görərdiz? Yəni hər həkim bir fikir söyləyir bilmirəm kimə inanım
Salam. Dişlər olmayan yerlərə qapaq (koronka) etmək artıq mümkün deyil. Ya implantasiya (diş əkmək) olmalıdır, ya da protez. Dişlər olan hissədə isə köhnə, qüsurlu qapaqlar təbii ki yeni, daha keyfiyyətli qapaqlar ilə əvəz olunmalıdır. Müasir metalsız keramika qapaqlarda hər hansı bir qoxu və ya xoşagəlməz dad olmur. Əlbətdə söhbət ancaq keyfiyyətli qapaqlardan gedir. Sizə uyğun, daha doğrusu sizin çənələrinizə uyğun bərpa üsulu ancaq müayinə və rentgendən sonra təyin oluna bilər. Ancaq qalan dişlərin konkret vəziyyətindən, çənə sümüklərinin vəziyyətindən asılı olaraq, qapaqlar (körpülər) və protezin növü və konstruksiyası dəqiq təyin oluna bilər.
@@NadirHuseynov-q4x Buyurun. Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
"Silikon" materialından protez olmur. Elastik (poliamid) protezlər olur, bunlar da sadə dildə "neylon protez" deyirlər. Səhv olaraq "vakum protez" adı verilən protezlər isə, adi tam akril protezlərdir, sadəcə damaq hissəsində əmici hava boşluğu yaradılır. Bu "vakum" hissələr ilk vaxtlarda protezin tutuculuğuna kömək etsələrdə, bir müddət sonra damaqda ciddi problemlər (epilus deyilən yaralar, səlikli qişa xoraları v.s.) yaradırlar.
@@stomatoloq həkim bir daha təşəkkürlər. Xahiş edirəm son olaraq bir məsləhət verin. Alt çənədə heç bir diş yoxdur siz hansı protezi məsləhət görərdiniz? Qeyd edim ki sizinlə əlaqə saxlayıb müayinəyə gəlmək istəyirəm
@@stomatoloq mesajlara tez və dolğun cavab verməyinizdən işinizə olan məsuliyyətiniz və professionallığınız hiss olunur. Allah sizin kimi həkimlərimizin sayını artırsın Amin!
Salam həkim , geniş məlumat üçün təşəkkür edirəm var olun. İşlərinizdə və karyeranızda uğurlar arzulayıram. 45 yaşım var dişlərim yaxşı vəziyyətdə deyil. Həkim bügel protez məsləhət görüb ilk dəfə diş düzəltdirdiyimə görə narahatam , bilmək istərdim ki bügel necədir ?
Salam. Keyfiyyətli və düzgün konstruksiya ilə düzəldilən büqel protez kifayət qədər rahat və çeynəmə funksiyasını yüksək səviyyədə bərpa edən müalicə növüdür.
Salam. Hər konkret çənə vəziyyəti üçün ona uyğun material və protez konstruksiyası seçilir. Müxtəlif materialların olması da məhz buna görədir. Bir material müəyyət bir vəziyyət üçün ən yaxşı ola bilər, amma başqa bir vəziyyət üçün tamaməm fərqli bir material və protez konstruksiyası daha uyğun ola bilər. Dəqiq ancaq müayinədən sonra demək olar.
Salam doktur bu pratezler damağı vaxt keçdikce zedeleme ehtimalı var çünki çox yaşım yoxdu 39 yaşım var üst dişime qarmaq olmadığı üçün hekim pratez meslehet görüb
Salam həkim men 4gundu protezi taxmisdim gordum daha dozə bilmirem geddim həkime cixardi protezi butun yara etmisdi ust damagimi indi ne edim taxmirsm protezimi nə edim
Salam. Özünüz heçnə edə bilməzsiniz. Həkimə müraciət edin. Problemin nə olduğu dəqiqləşdiriləndən sonra, ya uyğun müalicə təyin olunacaq, ya da protez yenilənəcək.
Salam doktor,mənim alt çənədə qarşı dişlərim var sağ və solda hər iki tərəfdən 3 diş yoxdu.hansı diş protezindən düzəltdirsəm yaxşı olar?yaşımda çox deyil 33 yaşım var
Salam. Dişlərin və çənə sümüklərinin konkret vəziyyətini görmədən protez seçimi haqda nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra vəziyyət dəqiqləşdiriləcək və məhz buna uyğun bərpa üsulu təyin oluna bilər.
Salam. Müxtəlif növ protezlər, müxtəlif vəziyyətlər üçün nəzədrə tutulub. Çənələrin konkret vəziyyətindən asılı olaraq, dəstək dişlərin sayısından və vəziyyətindən asılı olaraq, və daha bir neçə amildən asılı olaraq, hər vəziyyət üçün fərqli protez növü seçilə bilər. Yanı tək bir "ən yaxşı" protez növü yoxdur. Bəzi hallarda akril protez ən yaxşı nəticə verir, bəzi hallarda asetal protez, bəzi hallarda isə poliamid (neylon). Daha dəqiq məlumat üçün həkimin müayinəsi və rentgenə ehtiyac var. Ancaq bundan sonra konkret vəziyyətə ən uyğun ən yaxşı protez növü təyin oluna bilər.
Salam. Hər protez növünün özünə məxsus müsbət və mənfi xüsusiyyətləri var. Və hər protez növünün özünə məxsus tibbi göstərişləri və əks-göstərişləri var. Protez növü seçimi pasiyentin çənə sümüyü və damaqların konkret vəziyyəti, protezləri dəstəkləyən dişlərin sayısı və vəziyyətinə görə, və daha bir neçə amilə görə edilir. Kvalifikasiyası yüksək təcrübəli stomatoloq tərəfindən edilən protez, növündən asılı olmayaraq, məhz bu konkret pasiyent üçün ən yaxşı protez olur. Təbii ki söhbət ən keyfiyyətli və bütün tibbi qaydalara uyğun hazırlanmış protezlərdən gedir.
Salam həkim mənim 49 yaşım var üst damağımdakı körpü deyilən diş yararsız vəziyətə catıb düşdü damaqda aralı olmaqla bir az sınmış 3 diş qalıb sualım odurki həm yaşıma görə həmdə həmdə bu dişlərlə bərabər implant qoymaq olarmı ..birdə həkim iş yerinizi deyin zəhmət olmasa
Salam. Dişlərin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq bundan sonra müalicənin növü haqqında dəqiq məlumat verə bilərik. Bütün əlaqə məlumatı stomatoloq.az saytında var.
Salam. Özünüz heçnə edə bilməzsiniz. Protezi edən həkimə müraciət edin. Mütləq müayinə olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun müalicə təyin oluna bilər.
@@stomatoloq aydindi sadece men pasyet deyilem total protez isleriyirem bezi bilgiler oyrenmey isdiyerdim melumatim olsun deye yada her hansi odenisle bezi melumatlari oyrenerdim
Fərid bəy, axşamınız xeyir, mən ölkə kənarlnda yaşaylram, Azərbaycana gəndə maksimum 1 ay qala bilirəm, qəbula düşmək ücün önçədən yazılma gərəkdir yəqin ki ,bunu neçə edə bilərəm və adresinizi yazın, cox xahiş edirəm, əvvəlçədən təşəkkür edirəm)
Salam. Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
Salam Dr mən sizin yutub verlişinə baxdım protez haqqında mənim sualım belədi. Mənim alt çənəmdə ümumiyətlə diş yoxdu yemək yeyə bilmirəm mənə hansı pratezi mənə məsləhət verərdiz
@@stomatoloqhəkim bir daha hər vaxtınız xeyir olsun. Zəhmət olmasa deyərdiniz alt çənədə hərəkətli akril protezin tutuculuğunu təmin etmək üçün ən azı neçə impland dişə ehtiyac vardır?
@@azadquliyeva Salam. İlkin vəziyyətdən, heləcədə implant və qapaq növü və materialından asılı olaraq 1 ədəd implantasiya (metalsız keramika qapaq daxil) 1800-2400 AZN-dır.
Salam.Doktor çox xaiş edirəm cavablandlrarslnlz.Alt çənədə sağ tərəfli olaraq 5 diş var.3 qabaqda olmaq şərtiilə.Bu çənəyə metala keramika qoymaq olar olmaz.Təşəkkur edirəm.
Pratez düzəltdirmişəm alt üst amma kareqasız durmur yemək yeyəndə tərpənir cəmi 3 aydır düzəltdirdiyim kareqanıda dişə vurub damağıma taxanda öskürək tutur həkim necə edim ? Əvvəlcədən təşəkkür edirəm
"Dental Expert" stomatoloji klinikası. Eldar Tağızadə küç. 30e, AfCom Plaza ("28 May" metrosu 2-ci çıxışı, Nəsimi Rayon Polis İdarəsinin arxası, "Təzə Bazar" TM-in yanı). Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir. Bütün əlaqə məlumatı www.stomatoloq.az saytında var.
@@stomatoloqsalam həkim. Alt çənənin vəziyyətinə uygun həkim yumşaq protez təklif edir, ama siz heç bir diş olmayan damaqda yumşaq protez mümkün deyil deyirsiz.
@@denizfeyziyeva4518 Salam. Mümkün deyil demirik, uyğun deyil deyirik. Heç diş olmayan çənələr üçün yumşaq (neylon, poliamid) protezlərin hazırlanmasının heç dir üstünlüyü yoxdur, heç bir mənası yoxdur. Heç diş olmadığı halda, keyfiyyətli standart akril protez ən yaxşı nəticə verən seçimdir.
@@stomatoloqmənim alt çənəmdə damaq 0 - lanib. Klassik akril protez kapilyarlari sinirləri zədələdiyi üçün həkim hazirki akril protezi yumşaq protezlə əvəzləməyi təklif etmişdi. Bir daha təşəkkür edirəm hörmətli doktor.
Salam həkim Mənim 40 yaşım var Protez istəyirəm Agzimda 2 yuxarıda 5 aşağıda diş qalib Dislerim sağlam olaraq laxladi çəkdirdim yani ki damag problemi olub həmişə Ara sıra müalicə etsəm də xeyri olmadı dişlər getdi İndi maraqlıdır ki mən o qalan hamısını çəkdirsem mənə çətin olmaz ki protez saxlamaq Çünki bu dislerden gözüm su icmir tədricən bunlar da düşə bilər Çox cüzi tərpənmə hiss edirəm Amma həkim deyir qoy qalsin
@@AqsinDavudov-uu4yd Salam. Heç diş olmadığı halda protez çətin durur, çünki protezin tutunacağı dəstəklər olmur. Xüsusiylə də alt protez. Dişlər olmadığı halda çənə sümüyü daha tez əriyir. Bu səbəblərdən dişlərinizi mümkün olduğu qədər saxlamaq məsləhətdir.
Çox sağ olun gözəl insan Bir də qurban size o yadimdan çıxdı soruşmaq Aşağıdakı dişin biri bir az eyridi Amma nə laxlamir nə də heç bir korluq vermir Bəzi həkim deyir cixartdir ki proteze mane olacaq Yalnız biri dedi ki qoy qalsin heç nə olmaz Hansı fikir düzdür
Sabahınız xeyir doktor Çox sağ olun Həkim baxib yoxladı heç bir narahatçılıq problem yoxdur Amma diş özü bir az eyridir Elə bil ki başı bir az o biri dise tərəf eyilib
@@muzaffarirena Təbii ki daha ucuz və eyni zamanda daha aşağı keyfiyyətli protezlər var. Amma biz ancaq yüksək səviyyəli protezlər edirik. Daha ucuz iş bu səviyyədə ola bilməz. Mən isə öz pasiyentlərimə ancaq ən yaxşısını layiq görürəm.
Salam. Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
Salam doktor.mende alt cenede qabaqda 7 diş var.her iki arxa cene boşdur.sağ damaq yaxşidir sol damaq yeyilib nisbeten.mene hansi protezi məslehet bilirsiz.Leylon.yoxsa Bugel.hansi daha yaxşi ve kefiyetlıdi.cox xaiş edirem cavab yazin.önceden teşekür edirem
@@Elmirsgerov Salam.
Protez növünün təyini çənənin konkret vəziyyətindən asılıdır və ancaq həkim müayinəsi və rentgendən sonra mümkündür.
Salam doktor bilmək isteyiremki dugel pratezin icinde olan metalın damağa ziyan var?birde dişlerin böyrunde balaca krcok metal qirilarsa diş bütün sökülməldi düzetmek ucun.xahiş edirem cavablandirasiz
@@Elmirsgerov Salam.
Büqel hazırlanmasında istifadə olunan metal tamamən zərərsiz xüsusi ərintidir. Protez klameri (qırmağı) qırılarsa, bəzi hallarda təmiri mümkündür, bəzi hallarda mümkün deyil. Bu qırılmanın yerindən və həcmindən asılıdır.
Çox gözəl məlumatlardı ,sağ olun həkim.
10 dənə diplomu belə olsun,əsas əsas disi duzəldən yaxsi keyfiyyətli olsun.
Salam . Köpək dişini saxlayıb digərlərini protes etdirən zaman köpək dişinə ağ qapaq qoymaq olur ? Yoxsa mütləq sarı qapaq qoyulmalıdır ? Xahiş edirəm sualımı cavablandirardiniz. Əvvəlcədən təşəkkür edirəm
Yuxarı çənədə çıxan protez, alt çənədə isə 4 implantasiya bağlanmış çıxmayan protez dişlər. Həkim işi bitəndən sonra dişlərdə sıxılma, qınama var. Bu həkimin işinin səhvidir yoxsa pasiyentin problemidir?Xahiş edirəm deyərdiz.
Hər iki hal da ola bilər. Dişlərin sıxılması qüsurlu bərpa ilə əlaqəli ola bilər, qanama isə pasiyentin qüsurlu ağız gigiyenası ilə əlaqəli ola bilər.
Problemin dəqiqləşdirilməsi və həll olunması üçün müayinə və rentgenə ehtiyac var.
@@stomatoloq Cavab verdiyiniz üçün çox sağ olun.
@@elmintemeli Buyurun.
Bütün ətraflı məlumat www.stomatoloq.az/protez.html səhifəsində var.
salam həkim asetal protez yumuşağdı yoxsa neylon?
@@Emrahoğlu Heç biri yumşaq deyil. Həm asetal əsaslı, həm də neylon protezlər sadəcə elastikdir.
@stomatoloq həkim hansı daha rahatdı məsləhət görürsüz?
@@Emrahoğlu Yaxşı düzəldildiyi halda, hər ikisi də rahatdır. Pasiyent üçün hansı növ protezin daha uyğun olduğunu ancaq müayinə və rentgendən sonra təyin etmək mümkündür.
@@stomatoloq təşəkkür edirəm həkim var olun
@@Emrahoğlu Buyurun. Zəhmət olmasa cavabları dəyərləndirin: g.page/dentalexpert-az/review
Salam.
Yan və çeynəyən dişlərə hansı protez ( çıxan, çıxmayan) dişlər ( silikon, neyron, akrıl və başqa hansı) məsləhətdir?..
Salam.
Dişlərin və çənələrin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun bərpa npve təyin oluna bilər.
Dokdor protesden coox eziyyet cekirem en esas üst damaq artiq 8 aydır oyrewe bilmirem üst damaq qizdirma verir ne ile qarqara ve yaxud derman içim ki uyqunlawim
@@GoyceyAbdullayeva Proteziniz keyfiyyətsizdirsə, yenisini düzəldin. Bu qədər vaxt əziyyət çəkməyə deyməz.
Salam hekim alt çenemde protez duzeltdirmiwem damağımda dişsiz qaldigindan yiyilib yemek yeyende cırcır koreqadan istifade etsem orqanizme ziyanı olurmu
Salam.
Ziyan etməz, amma protezin tutunması və damağın qorunması üçün də çox faydası olmaz.
Salam həkim. Dəyərli vaxtınızı aldıgım ücün üzr istəyirəm və bu başdan minnətdarlıq bildirirəm. Xaiş edirəm sualımı mümkünsə cavablandırasınız. Mən bir neçə il əvvəl karonka diş qoydurmuşam, indi onlar da düşüb. Belə bir şey var ki, onlar agzımda olanda üzr istəyirəm cox pis qoxu gəlirdi. İndi üst damagın solunda öz dişlərim var sagda isə yoxdu. Bilmək istəyirəm yenə də karonka düzəltdirsəm belə olacaq ya pratez elətdirim? Nə məsləhət görərdiz? Yəni hər həkim bir fikir söyləyir bilmirəm kimə inanım
Salam.
Dişlər olmayan yerlərə qapaq (koronka) etmək artıq mümkün deyil. Ya implantasiya (diş əkmək) olmalıdır, ya da protez. Dişlər olan hissədə isə köhnə, qüsurlu qapaqlar təbii ki yeni, daha keyfiyyətli qapaqlar ilə əvəz olunmalıdır. Müasir metalsız keramika qapaqlarda hər hansı bir qoxu və ya xoşagəlməz dad olmur. Əlbətdə söhbət ancaq keyfiyyətli qapaqlardan gedir.
Sizə uyğun, daha doğrusu sizin çənələrinizə uyğun bərpa üsulu ancaq müayinə və rentgendən sonra təyin oluna bilər. Ancaq qalan dişlərin konkret vəziyyətindən, çənə sümüklərinin vəziyyətindən asılı olaraq, qapaqlar (körpülər) və protezin növü və konstruksiyası dəqiq təyin oluna bilər.
@@stomatoloq cox sagolun . Nömrənizi götürmüşəm. Əlaqə saxlayıb gələcəm. Minnətdaram
@@NadirHuseynov-q4x Buyurun.
Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
Həkim dəyərli məlumatınız üçün təşəkkür edirəm. Zəhmət olmasa silikon vəya vakum protezlər haqqında məlumat verərdiniz
"Silikon" materialından protez olmur. Elastik (poliamid) protezlər olur, bunlar da sadə dildə "neylon protez" deyirlər.
Səhv olaraq "vakum protez" adı verilən protezlər isə, adi tam akril protezlərdir, sadəcə damaq hissəsində əmici hava boşluğu yaradılır. Bu "vakum" hissələr ilk vaxtlarda protezin tutuculuğuna kömək etsələrdə, bir müddət sonra damaqda ciddi problemlər (epilus deyilən yaralar, səlikli qişa xoraları v.s.) yaradırlar.
@@stomatoloq həkim bir daha təşəkkürlər. Xahiş edirəm son olaraq bir məsləhət verin. Alt çənədə heç bir diş yoxdur siz hansı protezi məsləhət görərdiniz? Qeyd edim ki sizinlə əlaqə saxlayıb müayinəyə gəlmək istəyirəm
@@elvinlimuradov6554 Standart akril (və ya acry-free) protez. Alt çənə üçün başqa seçim yoxdur.
@@stomatoloq mesajlara tez və dolğun cavab verməyinizdən işinizə olan məsuliyyətiniz və professionallığınız hiss olunur. Allah sizin kimi həkimlərimizin sayını artırsın Amin!
@@elvinlimuradov6554 Xoş sözləriniz üçün çox sağ olun.
Salam həkim , geniş məlumat üçün təşəkkür edirəm var olun.
İşlərinizdə və karyeranızda uğurlar arzulayıram.
45 yaşım var dişlərim yaxşı vəziyyətdə deyil.
Həkim bügel protez məsləhət görüb ilk dəfə diş düzəltdirdiyimə görə narahatam , bilmək istərdim ki bügel necədir ?
Salam.
Keyfiyyətli və düzgün konstruksiya ilə düzəldilən büqel protez kifayət qədər rahat və çeynəmə funksiyasını yüksək səviyyədə bərpa edən müalicə növüdür.
En meslehetli orta yaşlı qadın kişi üçün hansı pratezler yaxşıdı birde o ağızda hiss olunur pratez olduğu?
Protez növünün seçimi yaşla əlaqəli deyil, dişlərin və çənənin konkret vəziyyətindən asılıdır.
Bütün növ protezlər ağızda mütləq hiss olunur.
Salam doktor mən alt üst pratez düzəltdirirəm hansı dişləri məsləhət görərdiz ?Birdə vakumun üzərindən ağ şəffaf damağ işləmək olar? Təşəkkür edirəm
Salam.
Bu məsələni protezi hazırlayan həkimlə müzakirə etməyiniz daha yaxşı olardı.
Salam doktor en yaxşı material hansıdır ❓akril protez de...hw massa ne demektir ❓
Salam.
Hər konkret çənə vəziyyəti üçün ona uyğun material və protez konstruksiyası seçilir. Müxtəlif materialların olması da məhz buna görədir. Bir material müəyyət bir vəziyyət üçün ən yaxşı ola bilər, amma başqa bir vəziyyət üçün tamaməm fərqli bir material və protez konstruksiyası daha uyğun ola bilər. Dəqiq ancaq müayinədən sonra demək olar.
Salam,doktorenim anamin 80 yashi var,alt damagi yeyilib,agizda dish yoxdur,3 cu defedir protez dishler duzeldiller muxteluf hekimler,yaxshi netice olmur,dish agizda galmir,düshür,eziyyet çekir,dediler ki silikon materialdan protezler yapishir damaga,hem de yumshag olur,size muraciyet elesek duzeldersiz bele dish?
@@yeganaguclu9434 Sizə səhv məlumat veriblər, damağa yapışan protez növü olmur.
Salam doktor.Sizde akrifree tam protezin giymeti,alt. üst zehmet. olmasa alman dişlerle,çox sagolun
Salam doktur bu pratezler damağı vaxt keçdikce zedeleme ehtimalı var çünki çox yaşım yoxdu 39 yaşım var üst dişime qarmaq olmadığı üçün hekim pratez meslehet görüb
Salam.
Zəhmət olmasa probleminizi daha aydın izah edin.
Salam həkim men 4gundu protezi taxmisdim gordum daha dozə bilmirem geddim həkime cixardi protezi butun yara etmisdi ust damagimi indi ne edim taxmirsm protezimi nə edim
Salam.
Özünüz heçnə edə bilməzsiniz. Həkimə müraciət edin. Problemin nə olduğu dəqiqləşdiriləndən sonra, ya uyğun müalicə təyin olunacaq, ya da protez yenilənəcək.
Salam doktor,mənim alt çənədə qarşı dişlərim var sağ və solda hər iki tərəfdən 3 diş yoxdu.hansı diş protezindən düzəltdirsəm yaxşı olar?yaşımda çox deyil 33 yaşım var
Salam.
Dişlərin və çənə sümüklərinin konkret vəziyyətini görmədən protez seçimi haqda nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq ondan sonra vəziyyət dəqiqləşdiriləcək və məhz buna uyğun bərpa üsulu təyin oluna bilər.
Salam d.r en yaxsi dis protezi hansilardi zehmet olmasa
Salam.
Müxtəlif növ protezlər, müxtəlif vəziyyətlər üçün nəzədrə tutulub. Çənələrin konkret vəziyyətindən asılı olaraq, dəstək dişlərin sayısından və vəziyyətindən asılı olaraq, və daha bir neçə amildən asılı olaraq, hər vəziyyət üçün fərqli protez növü seçilə bilər. Yanı tək bir "ən yaxşı" protez növü yoxdur. Bəzi hallarda akril protez ən yaxşı nəticə verir, bəzi hallarda asetal protez, bəzi hallarda isə poliamid (neylon).
Daha dəqiq məlumat üçün həkimin müayinəsi və rentgenə ehtiyac var. Ancaq bundan sonra konkret vəziyyətə ən uyğun ən yaxşı protez növü təyin oluna bilər.
Salam həkim, dediyiniz protezlərdən ən yaxşısı hansıdır? Neylon, bugel, implant üzərinə bərkidilən protez, bunlardan hansı daha məsləhətlidir?
Salam.
Hər protez növünün özünə məxsus müsbət və mənfi xüsusiyyətləri var. Və hər protez növünün özünə məxsus tibbi göstərişləri və əks-göstərişləri var. Protez növü seçimi pasiyentin çənə sümüyü və damaqların konkret vəziyyəti, protezləri dəstəkləyən dişlərin sayısı və vəziyyətinə görə, və daha bir neçə amilə görə edilir. Kvalifikasiyası yüksək təcrübəli stomatoloq tərəfindən edilən protez, növündən asılı olmayaraq, məhz bu konkret pasiyent üçün ən yaxşı protez olur. Təbii ki söhbət ən keyfiyyətli və bütün tibbi qaydalara uyğun hazırlanmış protezlərdən gedir.
Salam həkim mənim 49 yaşım var üst damağımdakı körpü deyilən diş yararsız vəziyətə catıb düşdü damaqda aralı olmaqla bir az sınmış 3 diş qalıb sualım odurki həm yaşıma görə həmdə həmdə bu dişlərlə bərabər implant qoymaq olarmı ..birdə həkim iş yerinizi deyin zəhmət olmasa
Salam.
Dişlərin konkret vəziyyətini görmədən nə isə demək mümkün deyil. Mütləq müayinə və rentqen olunmalıdır. Ancaq bundan sonra müalicənin növü haqqında dəqiq məlumat verə bilərik.
Bütün əlaqə məlumatı stomatoloq.az saytında var.
Salam doktor məndə ust cənədə bügel dişlərdi damagimda olan dəmir mənə psixi təsir edir 40 gundu.dıslərim qicanir nə edim həkim
Salam.
Özünüz heçnə edə bilməzsiniz. Protezi edən həkimə müraciət edin. Mütləq müayinə olunmalıdır. Ancaq ondan sonra problemin nə olduğu dəqiqləşdiriləcək və məhz buna uyğun müalicə təyin oluna bilər.
Həkimə demişəm deyir qicanma xəstəlikdi mənlik deyil bir də həkim ele protez varmı ki yuxarı damaqda dəmir olmasin öncədən təşəkkür edirəm
@@almazhuseynova8976 Protezdə dəmir olmaya bilər, amma az da olsa damaq hissəsi mütləqdir.
Onda dəmiri kəsdirə bilərəm?
@@almazhuseynova8976 Xeyir. Bu halda proteziniz yararsız olacaq. Yeni, metalsız protez edə bilərsiniz.
salam doktor asital protezlerin hazirlanmasi haqinda vidyo cekseniz yaxsi olardi.Birde hemin texniklerle elae saxlamax olarmı.
Salam.
Gələcəkdə bəlkə hər növ protez haqda ətraflı məlumat verərik.
Texniki laboratoriyamızla ancaq həkimlər əlaqə saxlaya bilərlər.
@@stomatoloq aydindi sadece men pasyet deyilem total protez isleriyirem bezi bilgiler oyrenmey isdiyerdim melumatim olsun deye yada her hansi odenisle bezi melumatlari oyrenerdim
Fərid bəy, axşamınız xeyir, mən ölkə kənarlnda yaşaylram, Azərbaycana gəndə maksimum 1 ay qala bilirəm, qəbula düşmək ücün önçədən yazılma gərəkdir yəqin ki ,bunu neçə edə bilərəm və adresinizi yazın, cox xahiş edirəm, əvvəlçədən təşəkkür edirəm)
Salam.
Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
Salam Dr mən sizin yutub verlişinə baxdım protez haqqında mənim sualım belədi. Mənim alt çənəmdə ümumiyətlə diş yoxdu yemək yeyə bilmirəm mənə hansı pratezi mənə məsləhət verərdiz
Salam.
Əğər heç diş yoxdursa sadəcə standart akril tam protez edə bilərsiniz.
@@stomatoloqhəkim bir daha hər vaxtınız xeyir olsun. Zəhmət olmasa deyərdiniz alt çənədə hərəkətli akril protezin tutuculuğunu təmin etmək üçün ən azı neçə impland dişə ehtiyac vardır?
@@elvinlimuradov6554 Salam.
Çənənin atrofiya (ərimə) dərəcəsindən asılı olaraq 2 və ya 4 implanta ehtiyac var.
Salam həkim vaxtınızı aldığım üçün üzrlü sayın.inpulant bir diş neçəyədir?
@@azadquliyeva Salam.
İlkin vəziyyətdən, heləcədə implant və qapaq növü və materialından asılı olaraq 1 ədəd implantasiya (metalsız keramika qapaq daxil) 1800-2400 AZN-dır.
Salam.Doktor çox xaiş edirəm cavablandlrarslnlz.Alt çənədə sağ tərəfli olaraq 5 diş var.3 qabaqda olmaq şərtiilə.Bu çənəyə metala keramika qoymaq olar olmaz.Təşəkkur edirəm.
Salam.
Xeyir, olmaz.
Pratez düzəltdirmişəm alt üst amma kareqasız durmur yemək yeyəndə tərpənir cəmi 3 aydır düzəltdirdiyim kareqanıda dişə vurub damağıma taxanda öskürək tutur həkim necə edim ? Əvvəlcədən təşəkkür edirəm
Özünüz heçnə edə bilməzsiniz. Protezləriniz uyğunsuzdursa, yenisi düzəldilməlidir.
Hara yerlsir yeriniz zahmat olmasa nomranizi yazardlz
"Dental Expert" stomatoloji klinikası.
Eldar Tağızadə küç. 30e, AfCom Plaza ("28 May" metrosu 2-ci çıxışı, Nəsimi Rayon Polis İdarəsinin arxası, "Təzə Bazar" TM-in yanı).
Zəhmət olmasa, qəbula gəlməkdən bir neçə gün əvvəl +99412 441 0060 və ya +99450 326 3151 (WhatsApp və Telegram var) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçin. Konsultasiya və müalicə ancaq əvvəlcədən qeydiyyatdan keçmək şərtiylədir.
Bütün əlaqə məlumatı www.stomatoloq.az saytında var.
Salam doxdur
Salam.
Salam hekim protez dis duzeletdirmisem amma danisan kimi oyume verir dilim deyr oyuyrem hekim deyr bir muddetden sira kececek bilmirembu dogrudur evellden hekime demisdim umumiýetle hekim dedi yumusaq protez yaxsidir hekim mukunse cavab yazardiz
Salam.
Aydındır. Sualınız nə idi?
Salam həkim.Dişsiz damağa keyfiyyət baxıməndan hansı materialdan protez məsləhətdir?
Salam.
Adətən standart akril protez daha yaxşı nəticə verir.
@@stomatoloq Təşəkkür edirəm.
@@SahinElekberov-oo9kq Buyurun.
Bütün ətraflı məlumat www.stomatoloq.az/protez.html səhifəsində var.
Salam. Mən artıq 15 ildir protez taxıram heç dişim yoxdur. İndi hansı protezi düzəltmək məsləhətdir. Əvvəlcədən təşəkkür edirəm.
Salam.
Bu halda ancaq yüksək keyfiyyətli tam akril protez məsləhətdir.
@@stomatoloqsalam həkim. Alt çənənin vəziyyətinə uygun həkim yumşaq protez təklif edir, ama siz heç bir diş olmayan damaqda yumşaq protez mümkün deyil deyirsiz.
@@denizfeyziyeva4518 Salam.
Mümkün deyil demirik, uyğun deyil deyirik. Heç diş olmayan çənələr üçün yumşaq (neylon, poliamid) protezlərin hazırlanmasının heç dir üstünlüyü yoxdur, heç bir mənası yoxdur. Heç diş olmadığı halda, keyfiyyətli standart akril protez ən yaxşı nəticə verən seçimdir.
@@stomatoloq təşəkkür edirəm doktor. Mən zatən həkimimin mənə təklif etdiyi üsuldan əmin deyildim. Ona görə sizdən soruşub əmin olmaq istədim.
@@stomatoloqmənim alt çənəmdə damaq 0 - lanib. Klassik akril protez kapilyarlari sinirləri zədələdiyi üçün həkim hazirki akril protezi yumşaq protezlə əvəzləməyi təklif etmişdi. Bir daha təşəkkür edirəm hörmətli doktor.
Salam həkim
Mənim 40 yaşım var
Protez istəyirəm
Agzimda 2 yuxarıda 5 aşağıda diş qalib
Dislerim sağlam olaraq laxladi çəkdirdim yani ki damag problemi olub həmişə
Ara sıra müalicə etsəm də xeyri olmadı dişlər getdi
İndi maraqlıdır ki mən o qalan hamısını çəkdirsem mənə çətin olmaz ki protez saxlamaq
Çünki bu dislerden gözüm su icmir tədricən bunlar da düşə bilər
Çox cüzi tərpənmə hiss edirəm
Amma həkim deyir qoy qalsin
@@AqsinDavudov-uu4yd Salam.
Heç diş olmadığı halda protez çətin durur, çünki protezin tutunacağı dəstəklər olmur. Xüsusiylə də alt protez. Dişlər olmadığı halda çənə sümüyü daha tez əriyir. Bu səbəblərdən dişlərinizi mümkün olduğu qədər saxlamaq məsləhətdir.
Çox sağ olun gözəl insan
Bir də qurban size o yadimdan çıxdı soruşmaq
Aşağıdakı dişin biri bir az eyridi
Amma nə laxlamir nə də heç bir korluq vermir
Bəzi həkim deyir cixartdir ki proteze mane olacaq
Yalnız biri dedi ki qoy qalsin heç nə olmaz
Hansı fikir düzdür
@@AqsinDavudov-uu4yd Dişin çəkilib-çəkilməməsinə qərar anxaq müayinə və rentgendən sonra verilə bilər.
Sabahınız xeyir doktor
Çox sağ olun
Həkim baxib yoxladı heç bir narahatçılıq problem yoxdur
Amma diş özü bir az eyridir
Elə bil ki başı bir az o biri dise tərəf eyilib
Knopkalı prtez haqqında məlumat vererdiz
Protezlər haqqında bütün ətraflı məlumat stomatoloq.az/protez.html səhifəsində var.
Doxdur Salam,Doxdur naylon protezlər neçiyədi,zəhmət olmasa yazardızda
Salam.
İlkin vəziyyətdən, eləcə də protezin növü və materialından asılı olaraq 1 ədəd (tək çənə) hissəvi çıxan protez 800-900 AZN-dır.
Bu ne baha 😮300_350 deyilmi bir cenesi@@stomatoloq
@@muzaffarirena Təbii ki daha ucuz və eyni zamanda daha aşağı keyfiyyətli protezlər var. Amma biz ancaq yüksək səviyyəli protezlər edirik. Daha ucuz iş bu səviyyədə ola bilməz. Mən isə öz pasiyentlərimə ancaq ən yaxşısını layiq görürəm.
Salam Dr
Salam.
Salam hekim mən diş duzəldirmək istəyirəm siznən necə əlaqə saxlayim

😢