Heç vaxt görmədiyiniz Quba xalçaları

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Azerbaijan #carpet
    Qubada xalçaçılığın qədim toxuculuq ənənələrinə uyğun şəkildə inkişafına başlanılıb. Mütəxəssislər qədim ornamentləri toplayaraq onlardan müasir toxuculuq proseslərində istifadə edirlər. Gənc toxucuların qədim ornamentləri dərindən mənimsəməsinə də diqqət yetirilir.
    İndi respublikamızın şimal rayonlarının kəndlərinə xas olan tarixi və orijinal çeşnilər əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında xalçaçı rəssamlar tərəfindən hazırlanıb.
    Etnoqrafiq cəhətdən çox zəngin olan Qubada zərif və parlaq yunlu, yüksək sıxlığı olan, orijinal bədii tərtibatlı xovlu və xovsuz xalçalar yerli əhalinin məişət həyatının ayrılmaz hissəsinə çevrilib.
    Quba xalçaları naxış müxtəlifliyinə görə seçilir, bu naxışlarda dövlətin coğrafiyası,təbiəti,insanların məşğulluğu öz əksini tapıb.
    Qubada toxunan xalçaların üzərində öz əksini tapan müxtəlif naxışlar yerli əhalinin dünya görüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır.
    Quba xalçaçıları “Alçagül çiçi”,”Qollu çiçi”,”Xonçalı qımıl” kimi qədim ornamentli xalçaların toxunmasına daha çox üstünlük verirlər.

ความคิดเห็น • 1