Exinokokk qurdu - Ümumi cərrahı Dr. Anar Məmmədov

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Klinikamızın ümumi cərrahı Dr. Anar Məmmədov zoonoz bir xəstəlik olan, yəni heyvanlarda bir mərhələ keçən daha sonra insanlarda yayılan exinokokk haqqında danışıb.
    Klinikamızın ümumi cərrahı Dr. Anar Məmmədov zoonoz bir xəstəlik olan, yəni heyvanlarda bir mərhələ keçən daha sonra insanlarda yayılan exinokokk haqqında danışıb.
    İzləməyi unutmayın
    Təsadüfi müayinələr zamanı aşkara çıxan xəstəliklərdən biri də qaraciyərin exinokokk sistləridir. Exinokokk nədir? Exinokokk zoonoz bir xəstəlikdir. Yəni heyvanlarda bir mərhələ keçən və sonra oral yolla, yəni qidaylamı, yuyulmamış əllərləmi onun hüceyrələrindəki yumurtalığın insanın oral orqanizmə keçməsi nəticəsində yaranan bir xəstəlikdir. Exinokokk mədə-bağırsaq traktından sovurularaq qanla orqanizmə yayılır. Ən çox lokalizasiya olunan yerlərdən biri də qaraciyərdi. Çünki bütün mədə-bağırsaq traktından gedən qan qaraciyərdən filtrasiya olunaraq keçəndə həmin o filtrlərdə exinokokkun yumurtaları ilişib qalaraq həmin yerdə inkişaf edirlər. Kifayət qədər böyük ölçüyə çatana qədər onlar insanlara heç bir narahatlıq vermir. Artıq qaraciyərdaxili və ya qaraciyərxarici öd yollarını sıxanda, kifayət qədər böyük ölçüyə - 8, 10, 15 santimetrə qədər çatanda onlar narahatlıq verdiyindən belə xəstələr çox vaxt təsadüf müayinələrdə aşkarlanırlar. Təsadüf müayinədə aşkarlandıqdan sonra artıq dərinləşdirilmiş müayinələr aparır. Məsələn, kompüter tomoqrafiya aparılır, qanda antigen yoxlanaraq bu dəqiqləşdirilir exinokokk sistidir bu, yoxsa yox? Ondan sonra müalicə növləri planlaşdırılır. Xüsusən parazitar xəstəlik olduğuna görə öncə əgər qaraciyərin funksiyasına çox təsir etmirsə, həmin sistin anti-parazitar müalicəsinə başlanılır. Albendazol tipli preparatlardır. Həmin preparatları 1 ay, 2 ay müddətində xəstə qəbul etməlidir və ondan sonra lokalizasiyasından asılı olaraq həmin qaraciyər exinokokk sistinin cərrahi müalicəsi təklif olunur. Hazırda cərrahi müalicələr qaraciyərdə lokalizasiyasından asılı olaraq həm qapalı, həm də açıq. Qapalı, yəni laporaskopik və ya da açıq, laporatomik əməliyyat nəticəsində icra etmək mümkündür. Qaraciyərdaxili exinokokk sistlərinin əməliyyatı əsasən 2 qrupa bölünür. Yəni həmin o 2 qrup əməliyyatın birici mərhələsi bu sistin açılması, boşaldılması və ondan sonra əməliyyatın yekunlaşdırma mərhələsində 2 tip əməliyyata bölünür. 1-ci tip … , yəni mümkün olduqca, həmin sist boşluğu təmizləndikdən sonra içəridən tikilərək tam qapadılır və 2-ci tip əməliyyatlar sist boşluğunu ilkin olaraq ölçülərinə görəmi və ya yerləşməsinə görə ilkin qapatmaq mümkün olmadıqda həmin boşluğa drenaj borusu yerləşdirərək sist boşluğunun … icra olunur. Albendazolla, yəni anti-parazitar preparatlarla əməliyyatdan sonra müalicəyə ehtiyacımız varsa, davam etdirilir və demək olar ki, 90%-in üzərində olaraq əməliyyatdan sonra insanlar bu problemlə tam vidalaşırlar. Bir çox sual doğurur əməliyyatdan sonra exinokokk sistinin yenidən əmələ gəlməsinin faizimi ya mümkünlüyümü? Mümkündür, əmələ gələ bilər. Lakin onun qarşısını almaq üçün ilk növbədə dediyim kimi, əməliyyat öncəsi dövrdə anti-parazitar müalicə getməlidir. 2-ci növbədə əməliyyat zamanı bütün təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Məsələn, exinokokk sisti açıldıqdan öncə onun daxilinə sistləri öldürən məhlullar yeridilir. Məhlullar nədir? Sadə, konsentrə olunmuş məhlullardır. Bu 10%-li natrium xlorid məhlulu ola bilər. Bu 40%-li qlükoza məhlulu ola bilər və misal üçün formalen məhlulu ola bilər. Sadəcə olaraq formalen məhlulunun qaraciyər üçün çox toksik olduğunu nəzərə alaraq axır 10-20 il ərzində onun istifadəsindən biz artıq uzaqlaşmışıq. Dediyim kimi, 10-20%-li natrium xlorid məhlulu və ya 40%-li qlükoza məhlulunu həmin sist boşluğuna yeridərək ekspozisiya, bir 10 dəqiqə civarında gözləmə aparırıq. Çünki həmin məhlul exinokokk sistini öldürür, məhv edir və ekspozisiya aparıldıqdan sonra ətrafını tam məhdudlaşdıraraq onun içini açıb içini təmizləyirik. Beləliklə təhlükəsizlik tədbirlərini həyata keçirəndə exinokokkun orqanizmə yayılaraq yenidən əmələ gəlməsinin faizi belə deyim də 1/100-dən, 1/100%-dən aşağıdır, çox aşağıdır. 26-27 illik praktikamda yenidən, əməliyyatdan sonra əmələ gələn exinokokka rast gəlməmişəm.

ความคิดเห็น • 26

  • @ziyadliyev2609
    @ziyadliyev2609 6 หลายเดือนก่อน +2

    Ğözəl. Həkim ğözəl. İnsan məni. Ödümdən əməliyyat edib. Şəfalı. Əllrindən. Öpürəm. Anar. Həkim. Əsl. Qardaşdır

  • @lezginlezgin1355
    @lezginlezgin1355 4 ปีที่แล้ว

    Gözəl insan,gözəl həkim. Allah sizi qorusun. Uğurların boı olsun. Sağray lezgiyar!

  • @НасрулаМагарамов
    @НасрулаМагарамов ปีที่แล้ว

    Salam doxduraxşaminiz xeyir bir sual vermey isdeyirem xesde bir defe exnakokdan emeliyyat olubsa ikinci defe ola bilermi yani yene yaranib

  • @mehmanmehman8426
    @mehmanmehman8426 ปีที่แล้ว

    Doktur salam bu xəstəliyin ölçüsü məndə 62 di və 10 ildi var əməlyata eytyac var

  • @samilquliyev3486
    @samilquliyev3486 ปีที่แล้ว

    Bu hekim olimp hosptaldami oturur bilen varmi

  • @nerimanovaayten6695
    @nerimanovaayten6695 ปีที่แล้ว

    Elaqe nomresini yazardiz qebilunuza gelerdim

  • @maraqlivideolar8060
    @maraqlivideolar8060 ปีที่แล้ว

    O qurd ne rengdi?? Qara??

  • @nerimanovaayten6695
    @nerimanovaayten6695 ปีที่แล้ว

    Salam Dokdur, mende butun seqmentlerde exinokok kistalari var, qan analizi de tesdiq etdi mrt de, mene komek edin yasamaq isteyirem, mumkunse emeliyat mi lazımdır? Yoxsa mualice

    • @zuleyxaqulizad3204
      @zuleyxaqulizad3204 ปีที่แล้ว

      Salam men bu gun 5 gündür əməliyyat olmuşam, qorxulu bir şey yoxdur, esas odurki əməliyyat olun caniniz qutarsin

    • @milisquluzade8219
      @milisquluzade8219 ปีที่แล้ว

      Salam mendede exnakok var bir defe mende emelyat olmsam amma yene yaranib ozude cox sayda bir hekim deyesiz mende gedem komek edin mene

    • @sadiqovasadiqova5595
      @sadiqovasadiqova5595 ปีที่แล้ว

      ​@@milisquluzade8219salam. Yenə əməliiyat deyiblər?

    • @sekineeliyeva9
      @sekineeliyeva9 11 หลายเดือนก่อน

      Salam.Siz necə olduz?Nə etdiniz?

    • @namesnames6825
      @namesnames6825 9 หลายเดือนก่อน

      ​@@zuleyxaqulizad3204
      Salam bağışlayın sizi narahat edirəm
      Harda əməliyyat olmusuz
      Neçəyə
      Qaraciyər böyümüşdü
      Allah razı olsun ətraflı məlumat verərdiz
      Sizdə də exinokok kista vardı qaraciyərdə?

  • @elnaraeyvazova284
    @elnaraeyvazova284 2 ปีที่แล้ว

    Hekimin nomresni nece oyrenmeq olar ?

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว

      Salam. Ümumi cərrah Dr Anar Məmmədovun həkim qəbuluna yazılmaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      050 311 0172.

  • @SHEXSIYYET
    @SHEXSIYYET 2 ปีที่แล้ว

    Salam bizə həkımın nömresi lazımdır

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว +1

      Salam.
      Aşağıdakı nömrələr ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz.
      Tel : 1117,
      (012) 599 1117,
      (050) 299 1117.

    • @terlanazizli5020
      @terlanazizli5020 2 ปีที่แล้ว

      @@EgeHospital nomre sehfdir axi

    • @Baharkhoffa
      @Baharkhoffa 6 หลายเดือนก่อน

      @@EgeHospitalsalam Hekim bu emeliyyati sigortayla etmek mumkundur?

  • @gunayismayilov2083
    @gunayismayilov2083 4 หลายเดือนก่อน

    1:28

  • @gunayismayilov2083
    @gunayismayilov2083 4 หลายเดือนก่อน

    .

  • @НасрулаМагарамов
    @НасрулаМагарамов ปีที่แล้ว

    Salam doxduraxşaminiz xeyir bir sual vermey isdeyirem xesde bir defe exnakokdan emeliyyat olubsa ikinci defe ola bilermi yani yene yaranib