Leysan yağışlarının bölgələrdə yaratdığı ciddi fəsadlar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Ötən gündən başlayan qeyri-sabit hava şəraiti yenə bölgələrdə fəsadlara səbəb olub. Dağətəyi ərazilərdən sel keçib.
    Ötən gündən dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda yağış yağıb, çaylarda sululuq artıb. Güclü leysan yağışları Qəbələdə sellə nəticələnib. Qəbələ ərazisindən axan Göyçay və Dəmiraparançayda suyun artması nəticəsində ətraf əraziləri su basıb. Tikanlı, Abrıx və digər dağətəyi kəndlərində yollara, bağlara və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
    İsmayıllıda isə ildırımla müşahidə olunan leysan yağışları bir ailəni evsiz qoyub. Rayonun Salbuzov küçəsində Bəxtiyar İsmayılova məxsus ev ildırım vurması nəticəsində yanıb.
    Oğuz rayonunda da güclü leysan yağışları fəsadsız ötüşməyib. Rayon mərkəzindən 40-50 km məsafədə yerləşən Xaçmaz və Filfilli kəndlərinə sel gəlib. Qala çayından və kənd daxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel aparıb. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb.
    Bölgələrdə hazırda da yağıntılı hava şəraiti müşahidə olunur, çaylarda suyun səviyyəsinin yüksək və təhlükəli olduğu bildirilir. Milli Hidrometeorologiya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətimətinin məlumatına görə, qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcək.
    #kanals #xəbər

ความคิดเห็น • 11

  • @user-py2nn6ry4w
    @user-py2nn6ry4w หลายเดือนก่อน +3

    Yazığ caamaat

  • @nazimamedova8531
    @nazimamedova8531 หลายเดือนก่อน +3

    Allahin möcuzesi ne qeder pozqunluq var bele olacaq

  • @cemilsirinbeyli1178
    @cemilsirinbeyli1178 หลายเดือนก่อน +2

    Başlığı düzgün yazın yoldaş müxbirlər.Leysan elə yağış deməkdi.Leysan yağışları yox,leysanın törətdiyi fəsadlar yazmaq lazımdı.Savadlı redaktorlara müraciət edin efir qabağı.

  • @royal_yusifov
    @royal_yusifov หลายเดือนก่อน +1

    😮😮😮

  • @user-rz5cd7el7r
    @user-rz5cd7el7r หลายเดือนก่อน +1

    Su gələn arxa bir də su gələr

  • @Dr.Ateş
    @Dr.Ateş 29 วันที่ผ่านมา

    Xəzər dənizindədə suyun səviyyəsi artır,buda sevindirici haldır

  • @HayatdaBirakmam
    @HayatdaBirakmam หลายเดือนก่อน +1

    Allah yolunda mallarinizdan zekat verin sedeqe verin . Cunki mulk Allaha mexsusdur !!!
    Allah komey olsun amin .

  • @user-jh8vs4or4w
    @user-jh8vs4or4w หลายเดือนก่อน +1

    İndide yağış yağır

  • @vuqarabbasov867
    @vuqarabbasov867 หลายเดือนก่อน +1

    kürdemirde olmayan sey olub

  • @vuqarmmmdov9707
    @vuqarmmmdov9707 หลายเดือนก่อน

    Hələdə ayılmayıbsınlz....

  • @Lek-rl8hr
    @Lek-rl8hr หลายเดือนก่อน

    Огузда Филфиллинин йолларыны су апарыб Хачмазын йох,Филфиллийа йагыш йахыб .