SABAH qrupları haqqında ən çox verilən suallar
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- Bu videoda SABAH qrupları haqqında ən çox verilən suallara cavab axtardıq. SABAH qruplarının malik olduğu bir çox üstünlüklərdən söz açdıq. Ümid edirəm ki, maarifləndirici bir video oldu və ehtiyacı olan hər kəsə köməyi dəyər. Əlavə suallarınız olsa şərhlər hissəsində yaza bilərsiniz. Xoş izləmələr🥰
Musiqinin səsi çoxdur. Aydın eşitmək olmur.
Məlumat üçün sağ olun.
Məlumat üçün çox sağol Nəzrinn davamı olsun🫶🏻👍🏻
Uğurların bol olsun Nəzrin❤
Məlumat üçün təşəkkür👍
Əladı, çox sağ ol məlumatlar üçün❤❤❤
Hər zamanki kimi mükəmməlsən,Nəzrin🤌🏼❤️
Umumiyyetlə hecnə eşidilmir
Adnsu İnformasiya texnologiyaları ixtisasından ADNSU nun sabah qruplarına informasiya təhlükəsizliyinə qəbul olmaq olmur?
Hər ikisi də İT sayılmır ki?
Birdə ki əgər ixtisası dəyişib elə sabah imtahan vermək olar sonra gec olmaz ki?
Sabah qruplarına qeydiyyat nə vaxt başlayır?
Salam,hər vaxtınız xeyir. Xeyr ixtisas dəyişmək olmur, iki ixtisasın da Sabahı fərqli unilərdədi səhv etmirəmsə 🫠
@@nezrinmehreliyeva , mənim ixtisasım İnformasiya texnologiyaları(ADNSU) di sabah qruplarına qoşula bilərəm ya yox bunu bilmək istəyirdim.
Yəni artıq heç cürə alınmayacaq deməkdir Çox sağ olun cavabınız üçün
@@rahibhuseynli1378 xoşdur, buyurun 🙏🏻 İstəsəniz imtahan verin, Aztu'da oxuyun Sabahını.
Sabah qruplarının savadlı,bacarıqlı,hazırcavab tələbəsi-Nəzrin Mehriləyiva❤❤
Ugurlariniz bol olsun Nezrin xanim❤
Çox sag olun Nəzrin xanim🤍💙
Faydalı paylaşım👍🏻
Salam men 1 kurs telebesiyem Naxcivan Dovlet Inistutun Fransiz dili muellimiyini oxuyuram ..200 balnan girmisem...Sabaha qurupuna qosula bilerem bir de ki 2 kursan Bakinin her ansi bir inistutuna daxil ola bilerem????Oz ixtisasimda zehmet olmasa tez cavablandira bilersiz??
Salam, hər vaxtınız xeyir. İxtisasinizin Sabah qrupları hansı universitetdədirsə həmin universitetdə oxuyacaqsınız 🙏
Xəzər universitetində təhsil alıram. Qoşula bilərəm məndə? Deyirlərki özəl olduqda olmur
Salam.SABAH qrupları yalnız təhsil nazirliyinin tabeliyində olan univeristetlərdə olur.İstisna olaraq ADBTİA Gənclər və idman nazirliyinin tabeliyindədi orda da pilot layihə kimi tətbiq olunur.
Salam , SABAH gruplari oxuduqun universitetin seçilmis ixtisaslarinda var? (Meselen men ADNSU'da iqtisadiyat oxusam SABAH grupu olmayabiler?)
Salam, hər vaxtınız xeyir olsun. Bəli,elə bir hal ola bilər. Məsələn, bizdə tək riyaziyyat müəllimliyi ixtisasında oxuyanlar BDU-nun Sabah qruplarında təhsil alırlar. Əvvəlcədən istədiyiniz ixtisasın Sabah qruplarının hansı universitetdə olduğunu araşdıra bilərsiniz🙏🏻
Davamlı olsun💚
Salam,ADU-da xarici dil müəllimliyi oxuyan yələbə SABAH qruplarında oxuya bilərmi?
Birdə BDU və yaxud ADA hüquqşünaslıq bölməsi SABAH qruplarında oxuya bilərmi?
Cavablandırsanız sevinərəm.
Salam, hər vaxtınız xeyir , xarici dil müəllimliyinin Sabah qrupları yoxdur. Hüquqşünaslıq ixtisasının da Sabah qrupları BDU'dadır.🌸
@@nezrinmehreliyeva çox təşəkkürlər.
@@soft_tube6805 hər zaman,buyurunn💕
SABAH'ın ağıllı və bacarıqlı təbəsi💚💙
Sabah'a qəbul imtahanı yaz sessiyası ilə üst-üstə düşürmü? Yoxsa Sabah 'a hazırlaşsaq da digər imtahanlarımızı öz qaydasında veririk?
Salam,bəli,biraz gec cavab verdim, üzrlü sayın 😂🥰
Salam.Ingilis dili bolmesi ucun kecid ballari necedi?ve az dili bolmesi ucun mentiq uzre kecid bali ne qederdir?cox xahis edirem cvb veresiz.bir de test merhelesi cetin olur?siz 1ci kurs erzinde ozunuz hazirlasmisdiz ya kurslarda ve s??
Salam,hər vaxtınız xeyir. Keçid balı həmin ildə tələbələrin göstərdiyi nəticələrə uyğun dəyişir. Mənə görə test mərhələsində ingilis dili rahat idi,məntiqdən də hazırlaşsanız yaza bilərsiniz. Bizdə yuxarı kurslardan tələbələr hazırlaşmağa kömək edirdi,ama kurslar da var hazırlaşmaq üçün 🥰
@@nezrinmehreliyeva cox sag olun
@@MedineEsedova-gq8dn buyurun🙏🏻🥰
Afərin sənə🤍🤍🤍
Salam Sabah qruplarından qeydiyyatdan keçmək üçün 1 ci semestr qutaran kimi keçmək lazımdır?
Salam. Bəli,əsasən birinci semestrin sonunda olur. Qeydiyyat başlananda deyilir ✨
Salam, mən bu il Azmiu da proseslərin avtomatlaşdırılmasına qəbul olsam, ADNSU-da proseslərin avtomatlaşdırılmasının sabah qruplarında oxuya bilərəm?
Salam, bəli. Oxuduğunuz ixtisasın Sabah qrupları hansı universitetdədirsə, təhsilinizi orda davam etdirirsiniz🙏🏻
👍
Salam men bir sual verecekdim.Meselen men SDU-da informasiya texnologiyalari ixtisasini oxuyuram, AzTU-nun sabah qrupunda oxumaq isteyirem
Sual 1:Men sabah qruplarina qebul olsam hem SDU-ya,hem AzTU ya gedecem?
Sual 2:Eger men sabah qruplarini başqa universitetde oxusam menim diplomumda başqa universitetin adi yazilacaq yoxsa evvelki(universitetin diplomunu nezerde tuturam)?
Xahis edirem cavab vererdiniz
Salamm. Sualınız üçün təşəkkür edirəm,gec cavab verdiyim üçün üzrlü sayın. 1) Xeyr, yalnız AzTu'da oxuyacaqsınız. 2) Hansı universitetin Sabah qruplarında təhsil alsanız, həmin universitetin diplomunu alacaqsınız. Yəni Siz Aztu-nun Sabah qruplarına düşsəniz Aztu-nun diplomunu alacaqsınız.
Ətraflı məlumat üçün təşəkkürlər👍👍
Salam hansı vəsaitlərlə hazırlaşmag olar
Salam, hər vaxtınız xeyir. İngilis dili üçün adicə abituriyent kitabı olar. Məntiq üçün də magistratura hazırlığı üçün olan kitablardan istifadə edə bilərsiniz 🫠
Sabah qurupun saytından en çox verilen sualları oxuyur videoda🙄Ama yenə başa duşmurəm qəbul olduğumuz ali tehsil müəssisndə təhsilimizi davam edirik? Biz tehsilimizi eyni ali mektdebde davam edirikse sabah qurupunun bizə xeyri nedi ne öyredir bizə?
Salam,hər vaxtınız xeyirli olsun. Məncə aydın bir şəkildə qeyd etmişəm ki Sabah qruplarında ingilis dilinin tədrisinə üstünlük verilir. Sabah sizə bir çox imkanlar yaradır, istər sosiallaşmağınız üçün istərsə də ixtisasınızı daha dərindən öyrənmək üçün 🙏🏻
👍🏻👍🏻👍🏻
Salam. Bu il adpuda 1 ci kurs tələbəsi olsam (biologiya müəllimliyi ixtisası üzrə) sabah qrupları vasitəsilə Bdu ya keçmək olar 1 ci kursun sonu? Dim balım bdunun həmin ixtisasdakı balından az olmasına baxmayaraq mümkündür belə bir şey?
Salam,hər vaxtınız xeyir. Bəli mümkündür 🌸
SABAHa hazırlaşanlar üçün faydalı video❤️🫶🏼
tibb telebeleri de qosula bilir?
Axşamınız xeyirli olsun. Təəssüf ki,xeyr
Tibb NDU da qoşulmaq olur
Salam.Eger telebe 2 ci semestr zerbeci olubsa sabaha qebul olanda da zerbeci stip alacaq+sabah tequdu?yoxsa sabah qruplarina qebul olandan sonra 2ci semestr zerbeci yaxud elaci olmagin ferq etmeden adi teqaud+sabah teqaudu alirsan?
Salam. Hansı təqaüdü alırsınızsa həmin təqaüdü də alacaqsınız+ SABAH təqaüdü ( ilk semestr hamıya verilir,daha sonra ortalamaya uyğun)🙏
@@nezrinmehreliyeva oldu,cox sag olun😊
@@user-mv8vw9wz6d xoşdur, buyurun 🥰🙏
Salam ADPU Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə var sabah qrupu? Varsa 2- ci kursda imtahan vermək olurmu?
Salam, bəli var. 2-ci kursdan imtahan vermək olmur🥲
məsələn bu il unecde beynəlxalq ticarət ve logistika ixtisası üzre sabah qrupu var. gelen il olmama kimi bir hal mümkündür? yeni bu il hemin ixtisas üzrə var amma gelen il tutaq ki olmasin
Salam, hər vaxtınız xeyir olsun. Tələbə sayı az olarsa, qrupun açılmama ehtimalı var 🙏🏻
@@nezrinmehreliyeva salam. anladım, sağ olun 🙏🏼
@@Bunniesworldd buyurun, hər zamann🌸💕
Salamm. Video Çox yaxşı və ətraflıdır. Müsbət enerjiniz xoş təsir bağışladı mənə. Bir çox tələbənin ağlındakı sualların hamısına cavabdır məncə. Təşəkkürlər bu video üçün❤ mənimdə heç bir yerdə konkret cavabını tapa bilmədiyim bir neçə sual var. İlk sualım Sabah qruplarına 1. Kursdan qəbul olduqdan sonra bu kursta 3 il yoxsa 4 il oxuyuruq? 2.sualım isə Erasmus kimin bir çox tələbə mübadilə programlarına müraciət etmək olur? Cavablar üçün indidən təşəkkür edirəm:)
Salam, hər vaxtınız xeyirli olsun. Təşəkkür edirəm xoş sözləriniz üçün 🌸💕
1) qəbul olduqdan sonra 3 il oxuyursunuz
2) bəli, olur. Hətta Sabah qruplarında daha çox fürsətdən istifadə edə bilərsiniz, sizi inkişaf etdirəcək bir çox təlim,seminarlar keçirilir, sizdə həvəs yaradılır 🥰
@@nezrinmehreliyeva cavab üçün çox sağolun❣️ həvəsim daha da arttı
@@benimhayatm8024 hər zamann,buna çox sevindim ❤️ əlavə suallarınız olarsa, əlaqə saxlamaq istəyərəm həmişə, istər burdan istər başqa sosial şəbəkələrdən🥰
@@nezrinmehreliyeva sosial şəbəkədən takip etmirəm. Hələ bugün tanıdım. İndi gedirəm onuda etməyə:)
Getdi və instanı tapa bilmədi :)
Akademik borcu olmayan nə deməkdir? Yeni ödənişsiz təhsil alan??
Salam, hər vaxtınız xeyirli olsun ✨Xeyr, kəsri olmayan
Əgər Sabah 'a qəbul ola bilməsək, təhsilimizə əvvəlki qayda ilə davam edə bilirikmi ?
Salamm,bəli
mukemmel❤
Salam, Bizim Univerisitetdə, Bizim Fakültə Üzrə Sabah Qrupu Yoxdur, Müraciət Olunsa, Açdırmaq Mümkündürmü?
Salam, hər vaxtınız xeyirli olsun. Bu haqda tam dəqiq məlumatım yoxdur 🥲
❤
Ela❤️
salam,sabah kursları vasitesi ile xaricde tehsili devam etdirmek olar?
Salam,bunun məncə heç bir əlaqəsi yoxdu Sabah qrupları ilə. Siz Erasmus proqramı ilə adi qruplarda da xaricdə təhsil ala bilərsiniz 🙏🏻
Salam 2 ci qruplar üçün sabahın hansı ixtisası unec nizami filialındadır?
Salam, google-da axtarış hissəsində "Sabah qrupları İxtisaslar" yazaraq, baxa bilərsiniz ixtisasinizin Sabah qruplarınin hansı universitetdə olduğuna 🙏
salam men 11ci sinifem SABAH ın bakalavriat qruplarina qosula bilerem? Şertleri nedir?
Salam,hər vaxtınız xeyirli olsun. SABAH qruplarına 1 ci kurs olduqda imtahan verib qəbul olursunuz🥰
Salam sabahda hansı dildə oxumağımız yığdığımiz baldan asılı olur yoxsa özümüz secirik və mən ingilis dilində istemirem çətinlik çekeceyimi düşündüyüm üçün az sektor istəyirəm. Yüksək bal yığsam da az sektor sece bilərəm?
Salam, özünüz seçirsiniz, siz də seçə bilərsiniz Az sektorunu 🌸
@@nezrinmehreliyeva xarici dil yerinə alman dilini seçmişəm bazam olsun deyə və sabaha kecsem o yarımçıq qalacaq ingilis dili keçiləcək 4 semestr . Sizcə nə etməliyəm 🥹🥹
@@Hzzjhzjz21 alman dilini bilirsiniz? Adi qruplarda neçə sem keçəcəksiniz ki alman dilini?
@@nezrinmehreliyeva adi qrupda ümumi 4 semestr keçirilir və sıfırdan öyrədilir kursa getməmiş bazamız olmuş olur. Sabah qrupunun üstünlüyü də var ama əsasən yeni dillər öyrənmək proqramlasdirma kursları ilə ozumu inkişaf etdirmək istəyirəm. Sabahda olsam sirf ingilis dilidir, dərslərin ağırlığından da əlavə nese edə bilmərəm deye düşünürəm 🥹. Sabahda oxuyanlar çətin olduğunu deyir. Tek üstünlüyü də əlavə stipendiyadir deyən var. Ne edəcəyimi bilmirəm
@@Hzzjhzjz21 ixtisasınızı daha dərindən öyrənə bilərsiniz, həmçinin deyildiyi qədər çətin deyil,ilk semestrlər elə görünə bilər. Ama getdikcə asanlaşır, imtahanlara tam hazır olmuş olursunuz seminar vaxtı oxuduğunuza görə. Hər şeyə də vaxt ayırmaq olur 🌸Alman dilinə gəldikdə isə onsuz 2 semestr keçiləcək yəqin sizə Sabaha gəlincə. İngilis dilini də öyrənib az da olsa,istədiyinizi seçə bilərsiniz sonra , kurslara gedə də bilərsiniz🙏🏻
Salam. Fakültəm əsas korpusdadır Riyaziyyat fakültəsi, sabah qruplarına qəbul olduqda dərslər əsas korpusda keçiriləcək?
Salam, hər vaxtınız xeyirli olsun. Bunu həmin unidə oxuyanlardan soruşsanız daha yaxşı olarrr🥰Tam dəqiq məlumatım yoxdur bu haqda
@@nezrinmehreliyevaTamam. Təşəkkürlər 🙏
Salam.Zehmet olmazsa deyerdiniz Imtahanda riyaziyyat fenninden suallar olmur?
Salam,xeyr olmur 🙏🏻
Salam.Sabah qruplarına hazırlaşmaq üçün kurs olaraq haranı meslehet göre bilersiniz?
Salam🌸 Üzrlü sayın gec cavab verdiyim üçün. Kursları tez tez paylaşırlar, Azərbaycan Universitetləri səhifəsində🙏🏻
Salam sabah qruplarına 1 ci kursu bitirdikdən sonra vermək mümkündürmü ? Digər sualım isə bölgələrdə məsələn Naxçıvan Müəllimlər İnstitutunda oxuyan bir tələbə bura qeydiyyatdan keçə bilərmi?
Salam, xeyr, birinci kursu bitirdikdən sonra verə bilməzsiniz. İkinci sualınıza gəldikdə isə bəli, bütün universitetlərdən qeydiyyatdan keçmək mümkündür 🥰
Bəs necə kurs oxumaq lazımdı bu universitetdə???
@@alisoltanov3060 salam, adi qruplarda neçə ildirsə o qədər 🙏🏻
Salam size bir sual vermek isteyirem cavab versez cox sevinerem sabah qruplarinin imtahanindan kecenden sonra universted deyişe bilerikmi?
Salam, hər vaxtınız xeyir. İxtisasinizin Sabah qrupları hansı universitetdədirsə,həmin universitetdə oxuyacaqsınız. Yəni istəklə dəyişmək mümkün deyil🙏
Salam sabah qruplarına qoşulmaq istəyirəm amma 1ci kursda oxuyuram və ödənişli amma qaçqınam yəqin ki spendiya mənə gec veriləcək əgər bu qruplara qoşulsam nə kimi faydası olacaq? Zəhmət olmasa məlumat verin
Salamm🌸
Stipendiyaya daha rahat düşə bilərsiniz, həmçinin Sabah qruplarının əlavə təqaüdünü də ala bilərsiniz 🙏🏻
@@nezrinmehreliyeva bəli qoşulmaq istəyirəm. Spendiya alsam yanvardan sonra ala biləcəm bəs bu qrupun təqaüdünü nə vaxt əldə etmək olur? Və ola bilər ki spendiya almasam da bunu alim yoxsa yox?
@@FidanMemmedova-tb8yz salam,2 ci kursun birinci semestri hamıya verilir əlavə təqaüd,daha sonrakı semestrlər oxumağınıza uyğun olaraq ortalamaya düşsəniz mümkündür 🌸
@@FidanMemmedova-tb8yz salam,2 ci kursun birinci semestri hamıya verilir əlavə təqaüd,daha sonrakı semestrlər oxumağınıza uyğun olaraq ortalamaya düşsəniz mümkündür 🌸
@@nezrinmehreliyeva anladım çox sağ olun
sabah qruplarına verəndə universitetə giriş balına da baxırlar 350 bal toplayan birinin seçilməsi mümkün ola bilər? bakalavr giriş balı aşağı olan ancaq 3 mərhələdən də keçən tanışlarınız var sizin və sizin universitetə giriş balınız neçə idi? zəhmət olmasa cavablandirarsiniz 🙏🏼
Salamm, universitetə giriş balı, birinci və ikinci semestr ortalaması, test mərhələsi+ müsahibə balı hamısı birlikdə hesablanır. Bizim ixtisasda hamı 450+ la qəbul olub. Mən 537 bal toplamışdım, bundan başqa 550+ və 500 baldan aşağı tələbələr də hal hazırda Sabah qruplarında oxuyur🙏🏻 Yəni universitetə giriş balı rol oynasa da düşmək şansınız var🌸
@@nezrinmehreliyeva çox sağolun
@@lyrics-musics buyurun, hər zaman 🌸
Sabah qruplarına qeydiyyat zamani ödəniş elemelisenmi ?
Salam,xeyr, qeydiyyat ödənişsizdir✨
@@nezrinmehreliyeva
Sabah qrupuna magistr uzre topladığını bal 41 olarsa eger odenişli tehsil alirsanmi ?
@@hatices-a1218 məncə ixtisasınızın balından və ödənişli ixtisas olub olmamasından asılıdır o
😍😍😍🙏🙏🙏
Salam.Bir sualım olacaxdı 3 qrup Unec ucun ixtisaslar var Sabah Qruplarında?
Salamm, hər vaxtınız xeyirli olsun. Google-da axtarış hissəsində "Sabah qrupları ixtisaslar" yazaraq sualınızın cavabını tapa bilərsiniz 🙏🏻
Sabah qruplarına qoşulmadan xaricə getmək mümkündürmü? Yoxsa qoşulmaq məsləhətlidir?
Salam,hər vaxtınız xeyir. Hər iki halda da gedə bilərsiniz🙏🏻
@@nezrinmehreliyeva Mən SABAH a yazılmaq istəyirəm.Qeydiyyat hardan olmalıdır?
@@MhmmdMmmdli-ln9iy qeydiyyat hələ başlamayıb. Tez- tez Google-da axtarış hissəsində "Sabah qrupları qeydiyyat" yazıb başlama vaxtını öyrənə bilərsiniz 🙏🏻🥰
@@nezrinmehreliyeva oldu çox sağolun
SABAH 💙💚
Salam bir sey sorusmaq isteyirem eger men ixtisasimin az sekt oxusam sabah qruplarinda hemin ixtisasin ing sekt oxumaya bilerem eger hemin ixtisasin ing qebul varsa
Salam, tam dəqiq bilmirəm bunu. Səhv etmirəmsə verə bilərsiniz. İngilis dili səviyyəniz yoxlanır imtahanda🌸
@@nezrinmehreliyeva ve birde bir şey sorusum men hardan bilerem ki oxudugum ixtisas uzre sabah qruplari var?
@@lalahashimli7442 google-da axtarış yerinə "Sabah qrupları ixtisaslar" yazaraq ilk çıxan səhifəyə baxa bilərsiniz 🙏🏻
@@nezrinmehreliyeva teşekkürler 🤗
@@lalahashimli7442 buyurun,hər zaman🌸💕
Salam, pulluda oxuyan sabah wuruplarina vere biler?
Salam, bəli verə bilər🙏🏻
Adu ingilis dili muellimliyi ixtisasi uzre sabah qruplari movcuddur?
Salam,hər vaxtınız xeyir. ADU-da Sabah qrupları yoxdur, həmçinin ingilis dili müəllimliyi ixtisasının da Sabah qrupları yoxdur, təəssüf ki🥲
Sabah kurslarina universitetinin 1 ci kursundan sonra qəbul olmaq olar ??
Bir de ki mən rus sektorundan nam bu nəsə bir fərq edirmi ? Yani orda rus sektoru da var ,??😊
Salam,xeyr yalnız 1 ci kursdan qəbul ola bilərsiniz. Rus sektorundan da imtahan verə bilərsiniz,ancaq tələbə sayı az olarsa və qrup açılmazsa, öz istəyinizlə Azərbaycan sektoruna keçə bilərsiniz 🙏🏻
💋💋💋💋
Tarix müəllim ixtisası sabaha imtahan verə bilər ?
Salam,tarix və coğrafiya müəllimliyi ixtisasında oxuyanlar verə bilər
@@nezrinmehreliyeva Çox sağ olun ☺🙏🏻
@@mext_iyeva siz sağ olun ☺️
Salam.Əgər universitetin 1ci ilində kəsir varsa sabaha imtahan verməy olur ?
Salam, hər vaxtınız xeyir olsun. Kəsrinizi 25% lə bağlamısınızsa, bəli verə bilərsiniz. Altqrupa qalmısınızsa təəsüf ki xeyir🙏🏻
@@nezrinmehreliyeva Hə bildim.Çox sağolun
@@rufizimanov7145 dəyməz, buyurun 😊
@@nezrinmehreliyeva
Salam, kəsr ümumiyyətlə akademik borc sayılmır?
@@nigarhmdova5805 Salam, axşamınız xeyir. Sayılır,ama kəsri bağladıqdan sonra sizə problem olmur
Bəs imtahanları nə vaxt keçrilir?
Salam,hər vaxtınız xeyir olsun. Əsasən may ayında test mərhələsi,iyun ayında müsahibə mərhələsi olur 🙏🏻
@@nezrinmehreliyeva salam.Cavablandırdığınız üçün təşəkkürlər!
Biraz bərk danış da
ADPU sosial iş ixtisasının sabah qruplari var?
Salam,hər vaxtınız xeyir olsun 🙏🏻 Təəssüf ki yoxdur.
@@nezrinmehreliyeva bəs Ödənişli Əsasla Tarix Müəllimliyinin sabah qrupları var? Diqqətiniz üçün öncədən təşəkkürlər🙏
@@Slllddrrmm bəli, tarix müəllimliyinin Sabah qrupları var,ama BDU'da. Əgər ADPU 'nu yazacaqsınızsa sizə tövsiyəm hər iki universitetdə birinci kursda keçilən dərsləri müqayisə etməyinizdir,əgər fənn fərqi səhv etmirəmsə 2'dən artıq olduqda , siz keçilməyən dərslərin altqrupunda oturacaqsınız deyə, tələbəyə çətinlik yaranmasın deyə icazə verilmir. Məsələn ADPU 'da fizika müəllimliyində oxuyanlar BDU-nun Sabah qruplarına keçə bilmir bu səbəblə🥲 xoşdur,buyurun🥰🙏🏻
@@nezrinmehreliyeva son olaraq onda belə başa düşdüm ki ixtisasın ödənişli, ödənişsiz olması fərq etmir sabah qrupları üçün eləmi?
@@Slllddrrmm bəli,fərq etmir🥰
Məntiq və ingilis dilindən keçid nə qədər olur?
Əgər ingilis dilində təhsil alırsınızsa ingilis dilindən keçid balı olur. Azərbaycan dilində təhsil alanlar üçün yalnız məntiqdən keçid balı müəyyən edilir. Keçid balı da hər il tələbələrin göstəricilərinə uyğun olaraq dəyişir.
@@nezrinmehreliyeva Aha anladım.Çox sağ olun.
@@xzrliyev4247 buyurun,hər zaman😊
ADPU VƏ BSUDA SABAH QRUPU VAR?
Salam, ADPU 'da var, BSU'da yoxdur 🙏🏻
Salam 2 sualım var,1)əgər ödənişsiz oxuyuramsa sabah qruplarına qoşulsam ödənişliyə çevrilir?
2)sabah qruplarına qoşulduqdan sonra unini dəyişməsəm olar?
Salamm🌸
1) xeyr,olduğu kimi qalacaq
2) istəkdən asılı deyil,əgər ixtisasınızı Sabah qrupları hansı unidədirsə ora getməlisiniz,ya da öz uninizdə adi qruplarda oxuya bilərsiniz 🙏🏻
Sizə qulaq asmaq olmur musiqinin səsindən.
Salam,hər vaxtınız xeyir, üzrlü sayın bu problemə görə. Sualınız varsa buyura bilərsiniz 🙏🏻
Müsahibə mərhələsində verilən suallar hansılardı???
Salam, hər vaxtınız xeyir olsun. Sualınız üçün təşəkkür edirəm. Müsahibə mərhələsində ixtisasınızla bağlı bəzi ilkin biliklərdən, dünyagörüşünüzdən( bura oxuduğunuz kitablar, baxdığınız filmlər aid ola bilər) , bəzi coğrafi biliklərdən məsələn, ölkəmizin sərhədlərindən, qonşu olduğu ölkələrdən sual verilə bilər. Bəzi əlamətdar günlər, Qarabağ müharibələrindən suallar verilə bilər. Uğurlar arzu edirəm müsahibə mərhələsində 🥰🥰
@@nezrinmehreliyeva Təşəkkürlər
❤
❤