Avtomagistrallarda hərəkət I Hissə

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Avtomagistrallarda hərəkət
    I Hissə

ความคิดเห็น • 22

  • @muradmmmdov9689
    @muradmmmdov9689 6 หลายเดือนก่อน

    Təşəkkür edirem 😊

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน

      Dəyərləndirdiyiniz üçün mən də Sizə təşəkkür edirəm.

  • @AqilQasmov023
    @AqilQasmov023 7 หลายเดือนก่อน

    Axşamınız xeyir Rasim müəllim,sizə bir sualım var. Magistral yola aid olmayan yolda ayırıcı zolaq olur? Testlərdə bəzən çaşqınlıq yaradır, şəkildə ayırıcı zolağı olan yol olur amma YMK olan yol yazılır.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน +1

      İlk öncə onu qeyd edim ki, yol hərəkəti qaydalarında magistral yol termini yoxdur. Yalnız avtomagistral termini var. ”Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində bu qaununda istifadə olunan bütün terminlərin izahı verilib. 1-ci maddəni diqqətlə oxusanız görərsiniz ki, magistral adlı termin yoxdur. Soruşduğunuz ayırıcı zolaq
      həm yaşayış məntəqəsində, həm də yaşayış məntəqəsindən kənarda ola bilər. YMK yazıb bilmirəm nəyi nəzərdə titursunuz. Sual yazanda tam yazın. Ayırıcı zolağın izahı maddə 1.14-də verilib.
      Maddə 1.14. Ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir.
      Gördüyünüz kimi bu izahda yaşayış məntəqəsi və ya yaşayış məntəqəsindən kənar sözü yoxdur. Bu yazdıqlarımdan sonra Sizə yenə nə isə aydın olmasa yazın cavablandırım.

    • @AqilQasmov023
      @AqilQasmov023 6 หลายเดือนก่อน

      @@RasimIsmayiloglu təşəkkür edirəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน

      Öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər

  • @AqilQasmov023
    @AqilQasmov023 6 หลายเดือนก่อน

    Axşamınız xeyir Rasim müəllim,yenə sizə sualım var.eyni istiqamətə 4 zolaq olduğu halda, mk 3,5 tondan çox olan yük avtomobilləri üçüncü zolaqdan ötmə edə bilər? təşəkkürlər.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน

      Sizin sual dəqiq deyil. 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallarda və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollarda və adi yollarda zolaq tutma qaydaları fərqlidir.
      Bu sualın cavabı Maddə 43. “Avtomagistrallarda hərəkət” və Maddə 49. “Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi” mövzusunda verilib. 5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallarda və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollarda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti qadağan edilir (Maddə 43.II.2 və Maddə 43.IV). Sizin suala cavab olaraq avtomagistrallarda və avtomobillər üçün yolda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri ötmək üçün ikinci zolaqdan sonrakına, yəni üçüncü zolağa çıxa bilməz.
      5.1 “Avtomagistral” nişanı ilə bildirilən avtomagistrallardan və 5.3 “Avtomobillər üçün yol” nişanı ilə bildirilən avtomobillər üçün yollardan başqa digər yolların yaşayış məntəqəsində və ya yaşayış məntəqəsindən kənarda olmasından asılı olmayaraq icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir (Maddə 49.V). Yəni, dörd zolaqlı yolda dördüncü, üç zolaqlı yolda üçüncü zolağa çıxmamalıdır. Sizin soruşduğunuz yol belə yoldursa eyni istiqamətdə dörd zolaq olduğu halda icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçüncü zolağa ötmək üçün çıxa bilər.Bir daha təkrar edirəm ki, bloq yazılarımı diqqətlə oxusanız belə suallara ehtiyac qalmaz.

  • @oskarmobile-s4d
    @oskarmobile-s4d หลายเดือนก่อน

    чох саголун Расим Маллим

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  หลายเดือนก่อน +1

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @VUSAL_555
    @VUSAL_555 6 หลายเดือนก่อน

    Müəllim salam bir soz soruşum süruculər üçun əl altinda olan hansi vəsait dərslik varmi?maşinda saxlayaq Dyp saxlayanda izha edək subut edək nəyisə.YHH və inzibati xətalar məcəlləsinə aid konspektdə olan hər hansi bir dərslik varmi? məsələht billdiyniz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน +1

      Hər hansı dərsliyə istinad etmək düz olmur. Çünki, Azərbaycanda qanunu tez-tez dəyişirlər. Kitab çap olunduqdan sonra qanun dəyişibsə kitabda yazılanlar artıq qüvvəsini itirmiş ola bilər. “Yol hərəkəti hqqında” Qanunun, “İnzibati Xətalar Məcəlləsinin” və digər qanunların, məcəllələrinin həmin an üçün qüvvədə olan maddələri hüquqi maariflənmək üçün ölkə Prezidentinin göstərişi ilə yaradılmış Ədliyyə Nazirliyinin E-QANUN saytındadır. Bütün vətəndaşlar və dövlət qurumları ancaq bu sayta istinad etməlidir. Google-də E-QANUN yazırsınız bu sayt açılır. Açılan saytın aşağı hissəsində məcəllələr həmin an gəlir. Birinci yerdə İnzibati Xətalar Məcəlləsi yazılıb. İnzibati Xətalar Məcəlləsini tıklayırsınız məcəllə açılır. Məcəllədə VI bölmə fəsil 29 maddə 327-348 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqındadır, fəsil 30 maddə 349-358 Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqındadır. Sürücülərə əsas lazım olan bu maddələrdir.
      Yol hərəkəti hqqında Qanunun maddələrinin son variantı üçün açılan E-QANUN saytında sol tərəfdə ən yuxarıda sözə görə axtarış var. Həmin yeri tıklayıb latın qrafikası ilə azərbaycan dilində Yol hərəkəti hqqında yazırsınız. Bəzən boşluğu bir hərfdən çox vurduqda açılmır.Ona görə diqqətli olun. Bundan sonra yuxarıda ortada olan əsas sənəd yerini, onun ardınca sağ yuxarı küncdə olan axtar sözünü tıklayırsınız. Bundan sonra tam aşağı düşürsünüz, orada 1,2.3 yazılıb 3-ü tıklayırsınız. 54 Qanunlar Yol hərəkəti hqqında 03.07.98-dən qüvvədədir açılır. Yol hərəkəti haqqında sözünü tıklayırsınız. 03.07.98-də qəbul olunmuş və bu ana qədər olan bütün dəyişiklərlə bilikdə qüvvədə olan bu qanun açılır.
      Sonda Sizə məsləhətim budur ki, qaydaları mükəmməl bilin və qaydaları pozmayın ki, İnzibati Xətalar Məcəlləsinə də ehtiyacınız olsun.

    • @VUSAL_555
      @VUSAL_555 6 หลายเดือนก่อน

      @@RasimIsmayiloglu şukur qaydalaran maksimum dərəcədə əməl edirem ozum oxuyub vəsiqəm almişam ama yenede istərdimki biliklermi təkminləşsin saolunki videolarniz var

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 หลายเดือนก่อน

      Öyrrənmək həvəsinizə və qaydalara əməl etməyinizə görə Sizi də sağ olun.Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də TH-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @BehruzAze
    @BehruzAze 18 วันที่ผ่านมา

    Salam müəllim. Avtomagistiralda arxaarxaya hərəkət körpünün altıyla keçən. Cərməsi varmı?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  17 วันที่ผ่านมา

      Salam müəllim. Avtomagistiralda arxaarxaya hərəkət körpünün altıyla keçən. Cərməsi varmı?
      Yəqin ki, Siz arxaarxaya yazdıqda geriyə hərəkəti nəzərdə tutursunuz.
      “Yol hərəkəti haqqında” Qanun Maddə 43.II.5. Avtomagistrallarda geriyə hərəkət etmək qadağandır.
      Yəni, avtomagistralın başlanğıcından sonunaa qədər geriyə hərəkət etmək qadağandır. İstənilən qadağaya əməl etmədikdə cəriməsi var. E.QANUN saytını açırsınız orada 29 və 30-cu fəsil yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqındadır.
      İnzibati Xətalar Məcəlləsi Maddə 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə - yüz manat məbləğində cərimə edilir.

    • @BehruzAze
      @BehruzAze 17 วันที่ผ่านมา +1

      @@RasimIsmayiloglu Təşəkkürlər. Avto magistiralda gedərkən yolun üzərində körpü var idi. Körpüyə çatmamış sağa dönüşdən dönmək əvəzinə körpünün aşağsınan keçib 2 ci dönüşə girdim. Səhv olduğunu anladım 150 metir geriyə hərəkət etdim. Qayı saxladı. 327.1 yəni 40 manat yazdı. Bu doğrudur?Qərarı şikayət etmək olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  16 วันที่ผ่านมา

      Mən dəqiq tanımadığım yer haqqında heç nə deyə bilmərəm.Əgər Sizin dediyiniz kimi avtomagistralda geriyə hərəkət etmisinizsə YPX inspektoru Sizi 100 manat cərimə etməli idi. Bütün halda geriyə hərəkət etmisinizsə düzgün cərimə olunmusunuz.

  • @leonhuseyn1299
    @leonhuseyn1299 ปีที่แล้ว

    Hansı mövzulardır ki onlar heç vaxt imtahana düşmür ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  ปีที่แล้ว

      Mən 5 ildən çoxdur ki, pensiyaya çıxmışam. İmthan sualları barədə dəqiq məlumat verə bilmərəm. Onu deyim ki, suallar əsasən maddə 1, 37, 42-69 və 72-78-ə aid düşür.

    • @AqilQasmov023
      @AqilQasmov023 10 หลายเดือนก่อน +1

      Allah ömür versin,❤

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  10 หลายเดือนก่อน +1

      Çox sağ olun.