Qan azlığı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @nrminrhimzad1026
    @nrminrhimzad1026 8 หลายเดือนก่อน +7

    Canim hocam iyiki varsniz Siz mənə heyat verdiniz.Rebbim sizi qorusun ❤

  • @mhmmdnzrov881
    @mhmmdnzrov881 3 ปีที่แล้ว +12

    Çox sağ olun dəyərli məlumata görə

  • @elcinsixeliyev7604
    @elcinsixeliyev7604 2 ปีที่แล้ว +27

    yaxşı ki varsız 🤲 menimde ömrüm parçalanmaq üzredir😔😔bu zeher qan azlıqından 😔ölüm qorxusu ömrümü yedi

    • @aliyevaaylin3930
      @aliyevaaylin3930 ปีที่แล้ว +3

      Duzelmisiz

    • @MHuseynov-x1u
      @MHuseynov-x1u 9 หลายเดือนก่อน +1

      Mende eleyem vallah

    • @zakirhsnov8590
      @zakirhsnov8590 7 หลายเดือนก่อน +1

      Meyvə-tərəvəz, göm-göyərti bol-bol yeyin.

    • @QRES_parfume
      @QRES_parfume 6 หลายเดือนก่อน

      Sebebi nedi qan azliqin??

    • @Fidoşhhka
      @Fidoşhhka 5 หลายเดือนก่อน +2

      Tərliyib təntimək pis olmaq baş gecələmək ürək bulanmaq qaranlıq görmək varmı əlamətlər ürəyin tez döyünməsi

  • @AyanAgayev-x2x
    @AyanAgayev-x2x 11 หลายเดือนก่อน +6

    Salam doktor mende urek ritmi pozulur,istilik gelir,rengim solur arabir de bas gicellenmesi yaranib bu qan azligi elameti ola bilermi?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน +1

      Salam. Bəli, ola bilər, ümumi qan analizini yoxlatdırmağınızı tövsiyyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ugurqurbanov1440
    @ugurqurbanov1440 2 ปีที่แล้ว +6

    Leykositlere ve eritrositlere mualuce edirsiz ce hekimin adini seyin zehmet olmasa

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevə müraciət edə biləriniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 33 20

  • @Ziyasgrzad
    @Ziyasgrzad หลายเดือนก่อน

    Hərbi mektebde buna gore kesildim. 4il kecib ve yeniden hazirlasiram ve bunun keçməsi ucun elimden geleni etmeye calisaram

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Salam. Yəni əslində kişilərdə qan azlığı bir az daha ciddi məsələdir. Çünki xanımlarda onların fizioloji olaraq bəzi aylıq təkrarlayan məsələlərdən ötrü görürük. Amma kişilərdə qanazlığı görmürük və normal fizioloji bir hal deyil. Kişilərdə qanazlığı varsa və sizin kimi xüsusən xroniki qanazlığıdırsa, mütləq səbəbi araşdırılmalıdır, müalicə haqqında ondan sonra danışmaq lazımdır. Yəni əlinizdən gələn bir hematoloq tapıb ona yaxınlaşıb müayinə və müalicə olunmağınızdır. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @RoyaElekberova-s4b
    @RoyaElekberova-s4b 5 วันที่ผ่านมา

    Doktor 24heftelik hamileyem hamile qaldiqdan sonra qanim azalib 8.3 olub.Mualice ilede qalxmir .Qan instutunada getdim ordada mualice yazdilar yenede artmadi .Neden ola biler doktor??

  • @ElcinAga
    @ElcinAga ปีที่แล้ว +7

    Həkim torpağ iyi çox xoşuma gəlir😢

  • @fermanibrahimovibrahimov5844
    @fermanibrahimovibrahimov5844 ปีที่แล้ว +10

    Qan azlığı deyəndə ürəyim titrəyir. Həyat yoldaşımı o xəstəlik apardı.

    • @guluimanova5873
      @guluimanova5873 ปีที่แล้ว +1

      Qan azliqinan dunyasini deyiwdi.Neceydiki qani

    • @pinkycraft4467
      @pinkycraft4467 หลายเดือนก่อน

      Qanı neçə idi?😢

  • @hhesenh_2007
    @hhesenh_2007 8 วันที่ผ่านมา

    Qanim hemaqlabinim 11.9 cxdb artirmaq ucun ne ede bilereme

  • @Oyun_bittdi
    @Oyun_bittdi 16 วันที่ผ่านมา +1

    Salam doktor menim qanim azdi bunan 5 ay falan olar emeliyyat olmusdum ve ondan sonra qanaxma oldu yeni pisem onu nece edimki yaxsi olum?

    • @EgeHospital
      @EgeHospital  8 วันที่ผ่านมา +1

      Salam, hər vaxtınız xeyir. Keçmiş olsun. Əməliyyat əgər qanamalı əməliyyatdırsa və sonrasında qan itirmə olduğunu deyirsinizsə, qan itirməyə bağlı olan qan azlıqlarını bədən özü yavaş-yavaş toparlayır bir miqdar. Amma ciddi dəmir əksiyi falan varsa, toparlamaq çətin ola bilər. Ona görə açıqcası qan azlığınızın həqiqətən tək səbəbi qan itirməyə bağlı olan dəmir azlığıdırmı, yoxsa başqa bir şey varmı? Onun müəyyən edilib sonra müalicə planlanması lazımdır. Yəni elə bilirəm sadəcə qida dəyişiklikləri ilə düzələcək məsələ deyil. Əgər özünüzü pis hiss edirsinizsə, deməli ciddi düşmüş ola bilər. Sizə hematoloq müayinəsi və kontrolu tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hepatoloq)

    • @Oyun_bittdi
      @Oyun_bittdi 8 วันที่ผ่านมา +1

      @EgeHospital men burin boxazdan emmeliyat olmusdum ondan sonra qanaxmam oldu guclu miqdarda qan itirdim sonra qizilca oldum

  • @qurbanlikamal5433
    @qurbanlikamal5433 ปีที่แล้ว +5

    Salam doktor qan azlıgından tezıq duşermı?bırdekı başda sancılar olarmı??zehmet olmasa cvblayın

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว +4

      Salam. Keçmiş olsun. Bəli qanazlığından, xüsusən də şiddətli qanazlığından təzyiq düşmələr müşahidə oluna bilər. Baş ağrılarını da izah edə bilər, əgər ciddi qanazlığı varsa. Xüsusən, 10-un altında olan hemoglobin dəyərlərində həm təzyiqdə düşmə, həm də baş ağrıları görülə bilir.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Turalİsrafilov-m4l
    @Turalİsrafilov-m4l 20 วันที่ผ่านมา

    Salam menim ureyim cox narahatdi yoxlatmisam ureyumde hecne yoxdu qan azligindan ola bilər

  • @DenizGoyusova-y1k
    @DenizGoyusova-y1k 11 วันที่ผ่านมา

    Salam hekim mende linfa var qaysag bolgesinde 1 polipden emeliyyat olmusdum 2024 noyabrn 27 side sis toreme dediler emeliyyat oldum endometrioz cixdi analizde yayilmisdi is oduki qan yene itir bununla 20 nci defedi qan kocurulub demirde analizde 1.1 cixib ferratin 4.2 cixib demirde kocurulub 10 15 gun yatmisam amma yenede kecmir yenede dusub mualice almayan kimi itir bu nedendi men ne analiz verim nece tapim ki hara gedir ne yeyir bu qani😢nolar cavablayinda 2 balam var xercenge tutulmag istemirem

    • @EgeHospital
      @EgeHospital  8 วันที่ผ่านมา

      Salam, hər vaxtınız xeyir. Polip və ya endometrioz, bunlar uşaqlıq qanaması yarada biləcək səbəblərdir və çox uşaqlıq qanaması yarada bilirlər, dolayısıyla menstrasiya görən xanımlarda ciddi qan azlığı ola bilir. Bu da yanlış olması mensturasiya kəsilənə qədər əgər ciddi səviyyədə olursa, onsuz da xanımlar əksərən dəmir azlığından əziyyət çəkirlər və bunun təkrar-təkrar düşməsinin bir səbəbi budur. İkinci səbəb isə heç vaxt tam mənası ilə müalicə almamış ola bilərsiniz. Heç vaxt qanınız tam normala, dəmir depolarınız tam dolmamış ola bilər. Ona görə də bu məsələ təkrarlamış ola bilər, yəni mənim cavablamamdan ziyadə bir hematoloqun kontrolunda olub onları dəqiqləşdirməniz və düzgün müalicə almanız lazımdır. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @aliymuradova9563
    @aliymuradova9563 9 หลายเดือนก่อน +1

    Salam həkim baxiram verilən suallara cavab yazirsiniz Allah razi olsun.. mən demir defisli anemiyayam qanım asagi olur 100dən asagi sədəfim soyulur sacımda tokulmə var birde gozlərimə baxiram sarikimi cuzi qizarti var. Yəni qanım o curdu. Nə istifade edebilərem tbii olsun amma biraz qanım olsun uzur isteyirem dodağım ağa çalır rəng saridan. Öncəden minnətdaram Allah razi olsun

    • @EgeHospital
      @EgeHospital  9 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Əgər həqiqətən dəmir defisitliyi anemiyası isəniz, yəni dəmir testləriniz yoxlanılıb, qanazlığında başqa bir səbəb yoxdursa, sadəcə dəmir əskikliyidirsə, bunu xanımlarda adətən menstrual itkiyə bağlayırıq. Ona görə mütləq kontrol edirik və tövsiyə edirik ki, ginekoloq kontrolu olsun. Menstruasiyası çox qanaxmalı olan xəstələrdə onu düzəltmək lazımdır. Çünki, onu düzəltməsəniz, o itki davam edir. Yox, əgər hər hansı bir anormallıq yoxdursa, əgər qanazlığı ciddi səviyyədədirsə, 10 və 10-dan aşağıdırsa, qanazlığını qida ilə düzəltmək adətən çətin olur. Ona görə mütləq orada dərman müalicəsi tövsiyə olunur. Çünki dəmir toksik maddədir və yediyimiz qidada nə qədər dəmir yesək də, qidadan o dəmirin hamısı əmilmir. Az miqdar dəmir əmildiyinə görə qida ilə ciddi qanazlığını düzəltmək olmaz. Qanazlığı yaranmasın deyə profilaktika məqsədilə dəmir ilə zəngin qidaları artırmaq tövsiyə oluna bilər. Amma məsələn sizin əgər menstruasiyada qanamanız çoxdursa, o zamana yediyiniz yemək çatdırmaya bilər. Yəqin ki, çatdırmır ki, hemoqlobin 10-nun altına düşür. Qida isə qaraciyər, qırmızı ət, ıspanaq, alma, bunların dəmir ilə zəngin olduğu bilinir. Bunları qəbul edə bilərsiniz. Yeməkdən həmən sonra tünd çay içilməyə bilər (dəmiri bağlayıb bədəndən xaric etdiyi üçün). Bu kimi tədbirlər alına bilər. Amma bununla qanazlığı düzələr demək yalan olar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @aliymuradova9563
      @aliymuradova9563 9 หลายเดือนก่อน +1

      @@EgeHospital çox sagolun Allah razi olsun Allah aqibətinizi xeyir etsin hər zaman

    • @CesurGoyusov
      @CesurGoyusov 5 หลายเดือนก่อน

      ​Salam dokdor qizmin 9 yasi var dizlerine sanki harasa çırpılmış kimi goyermeler olur qanin umumi analizi biyokimyevi analiz ve preferik yayma analizine de verdik hamsi normal cixdi eger her şey normal ise ozaman neden qaynaqlanir bu goyermeler?

  • @natiqibadov6483
    @natiqibadov6483 9 หลายเดือนก่อน +1

    Qan azlığını iynə yolu ilə tez bərpa etmək olur?Aylarca dərman atmaq istəmirəm ürəyim bulanır elə olanda.

  • @huseynyagmur64
    @huseynyagmur64 ปีที่แล้ว +2

    Torpaq, mohur, buz ve qehve yeyirem.

  • @AzeriBaku-s2z
    @AzeriBaku-s2z 4 หลายเดือนก่อน +1

    Torpaq yirem men nece edim😢

    • @xumayberenq8283
      @xumayberenq8283 4 หลายเดือนก่อน +1

      ЧАААААН, УСЕР, БАЧЫ, СЕН КУБИК ЙЕСЕН ДАНА ЯХШЫ ОЛАР!😂 ЧААААН БУ БИР ЗАРАФАТДЫР😂 МЕН ДЕ БУ ЯХЫНДА ГАН АЗЛЫГЫ ВЕ ФЕРРУМ ЧАТЫШМАЗЛЫГЫНДАН МУАЛИЧЕ АЛДЫМ. ЙЕНИ 10 ДЕФЕ СИСТЕМ ВЕНАМА ВУРУЛДУ. ЧОХЛУ ДЕРМАНЛАР ГЕБУЛ ЕТДИМ ВЕ ЙЕНЕ ГЕБУЛ ЕДИРЕМ... АЛЛАН☝️🤲🌞СЕНЕ ШЕФА ВЕРСИН! ТУНД ГЫРМЫЗЫ ЧУГУНДУРУН СОКУНУ ДУЗЕЛДИБ ИЧИРЕМ ВЕ САИР. АЛЛАН☝️🤲СЕНЕ ДЕ ЧАН🌞👍САГЛЫГЫ ВЕРСИН❤!❤!❤!

  • @JrdjjdjdjJfkdk
    @JrdjjdjdjJfkdk 11 หลายเดือนก่อน +1

    Salam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน +1

      Salam. Xeyr, qanazlığı ayaqda şişmə verməz, hələ kəsinliklə tək tərəfli ayaqda şişmə ilə əlaqəsi yoxdur. İkisi ayrılıqda dəyərləndirilməlidir; yəni qan azlığı varsa, səbəbi və ayaqda şişliyin səbəbi. Əgər ayaqda şişliyin səbəbi, məsələn, iltihabi bir şişlikdirsə, o qanazlığı yarada bilir. Amma qanazlığı olduğu üçün kəskinliklə ayaq şişməz.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @JrdjjdjdjJfkdk
      @JrdjjdjdjJfkdk 11 หลายเดือนก่อน +1

      @@EgeHospital çox sagolun

  • @tarlanaxadov7555
    @tarlanaxadov7555 10 หลายเดือนก่อน

    Salam dr .menimde qanim 7 dir ..yeni qan azliginin aşagi olmasinin sebebin bilmek üçun hansi analizleri verilmedi ..yeni qani hansı sebebler azalda biler?

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน +1

      Salam. Hər vaxtınız xeyir. Öncəliklə Qanın ümumi analizinə baxaraq biz analaya bilirik hansı tip qan azlığına oxşayır, ona görə analizlər istəyirik. Məsələn, qanazlığı ola bilər parçalanma mənşəlidir, bu qanın ümumi analizində fərqli cür görsənir, o zaman biz parçalanma testlərini istəyirik. Yox, əgər qanın ümumi analizində dəmir əskikliyinə bağlı qanazlığı əlamətləri görsənirsə, o zaman parçalanma testlərini də etməyə ehtiyac yoxdur. Sadəcə dəmir testlərinə baxırıq. Ona görə ümumi analizinizi bir həkimə göstərib ondan tövsiyyə alsanız daha yaxşı olar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @SevanəƏkbərova
    @SevanəƏkbərova 11 หลายเดือนก่อน

    Salam həkim.Zəhmət olmasa deyə bilərsiz düzəlməyən teykapaniya ne demekdi?

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Yazıda hər halda xətanız var; leykopeniya ola bilər. Leykopeniya ağ qan hüceyrəsinin azlığıdır. Düzəlməyən leykopeniya deyə bir şey yoxdur, səbəbi bilinməyən leykopeniya ola bilər və ya səbəbi tapılmamış leykopeniya ola bilər. Sizə ancaq hematoloq müayinəsi tövsiyyə edərəm. Buradan başqa bir söz demək mümkünsüzdür. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @BEHRUZ-k4n3x
    @BEHRUZ-k4n3x 2 หลายเดือนก่อน +1

    Salam.Hemoqlobin 12.7 dir....risklimi? 13den cox olmali dediler

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. Kişilərdə, bəli 13-ün üstündə olmalıdır. Amma 12.7 keçirilmiş infeksiyalara bağlı düşmüş ola bilər və ya xronikidir, uzun müddətdir varsa, dəmir azlığı, irsi, talessemiya kimi qanazlıqları baxımından dəyərləndirilməsi lazımdır (iltihab testləri ilə birlikdə). Sizə öncə bir terapevt (hematoloq da olar) müayinəsi tövsiyə edirəm. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

    • @BEHRUZ-k4n3x
      @BEHRUZ-k4n3x 2 หลายเดือนก่อน

      @@EgeHospital 2il evvelki testlerde 14un uzerindedi...cox sagolun.Ugurlar

  • @tunzalealiyeva5624
    @tunzalealiyeva5624 7 วันที่ผ่านมา

    @Egehospital salam men hekimi nece tapa bilerem? Axi bu xesdexanada islemir

  • @AytenIsbendiyarof
    @AytenIsbendiyarof 5 หลายเดือนก่อน

    Salam hekim.eller.ayaqlarda sumuk agrisi.eseb.basgicellenme.qanazligindan ola bilermi

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Bəli, sümük ağrısı, baş gicəllənmə, bunlar hamısı qanazlığından ola bilər. Qanazlığınız ən azından ümumi analiz ilə yoxlanılmalıdır. Onun nəticəsinə görə də ehtimal olunan səbəb nədir (xanımlarda adətən dəmir əskikliyi olur, kişilərdə daha fərqli səbəblər olur), ən azından terapevtlə başlayıb, ya da birbaşa hematoloqda müayinə oluna bilərsiniz.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @turkanmisirova1583
    @turkanmisirova1583 10 หลายเดือนก่อน

    Salam eritrosit 3.8-5.1 norma. Analiz de 5.11 cixib netice. Talasemiya sayilir?

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Öncəliklə sadəcə eritrosit dəyərinə baxaraq talassemiya demək doğru deyil. Burada həm hemoqlobin miqdarı, həm eritrositlərin orta həcmi, eyni zamanda eritrositlərin miqdarı üçü birlikdə dəyərləndirilməlidir (pasiyentin dəmir testləri, yaşı, cinsiyyəti ilə birlikdə). Ondan sonra talassemiya daşıyıcılıq şübhəsi varsa, onun üçün müvafiq test aparılmalıdır.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @QRES_parfume
    @QRES_parfume 4 หลายเดือนก่อน

    Qan azliqi var mende cekim 49 a duwub hec bir yerim agrimir ne qeder hekime gedirem ele diyir zon Ud mende udanmiram boyum 1.68 cekim uje 49 😢ne ede bilerem

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Çəkinizin 49 kq olmasını izah edən bir bəslənmə, diet vərdişiniz varsa, bunu düzəldə bilmirsinizsə, bunun üçün yaxşı olar ki, gərəkli başqa həkimlərdən məsləhət alasınız. Zond biz o zaman tövsiyə edirik ki, arıqlama əgər kəskin bir arıqlamadırsa, o zaman mütləq mədə-bağırsaq sistemi yoxlanması gərəkir. Zondun özünü uda bilmirsinizsə, qastroenteroloqun tövsiyə edəcəyi başqa metodlarla mədə-bağırsaq sistemi yoxlanıla bilər. Qanazlığınız əgər dəmir əksikliyinə bağlıdırsa, öncəliklə o müalicə oluna bilər. Tablet deyil, bəlkə damar daxili müalicə ilə müalicə oluna bilər. Ondan sonra gərəkirsə mədə-bağırsağınız dəyərləndirilə bilər. Zond udmaqla təkcə mədə-bağırsaqda yara, xora üçün kontrol etmirik, həm də eyni zamanda orada bir atrofiya, yediyimiz qidanın tərkibindəki dəmiri əmilimini əngəlləyəcək atrofiya varmı, yoxmu, onu görmək üçün də lazım olur.
      Yaxşı olar ki, bir hematoloq kontrolunda olasınız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @MehracMemmedli-fy8zn
    @MehracMemmedli-fy8zn 2 หลายเดือนก่อน

    Salam hekim
    28hamile qadini demiri duwmesi qorxulu deyil ki birde normal doguwa gire biler yoxsa kesir olmalidi

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam, əgər 28 dediyiniz 28 həftəlikdirsə, hamilə qadınlarda dəmir düşməsi normal haldır. Önəmli olan əgər bu dəmir azlığı ciddi qan azlığı yaratmayıbsa, bəli çox qorxulu deyil. Amma hansı ölçüdə yaradıbsa, ona görə müvafiq dəmir müalicəsi aparılmalıdır.
      Təbii ki, qan azlığının nəticəsinə görə, ginekoloqun tövsiyəsinə görə, yəni dölün yerləşməsinə görə normal və ya keysəriyyə doğuma qərar verilməlidir.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

    • @ElnuraLatifova-cz7zc
      @ElnuraLatifova-cz7zc หลายเดือนก่อน

      ​​@@EgeHospitalsalam. Doktor qanda laxtalanma cox olmagi səbəbi və qan azligi səbəbi nədən ola bilər ola bilərmiki qan laxtalanmasına səbəb qan azlığı ola bilər?

  • @samirsireliyev1954
    @samirsireliyev1954 11 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @AytənAslanova-u3l
    @AytənAslanova-u3l หลายเดือนก่อน

    Dr.salam aleykum məndə ferritin 400çxr b12 çox cxr ama hemaqilabın az çxr nədən ola bilər?çox halsz bitkin oluram həyatmnan bezirəm

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Salam, hər vaxtınız xeyir olsun. Təəssüf ki, sadəcə bu analizlərlə dəqiq bir differensiyal diaqnostika eləmək çətindir. Amma məsələn, anemiyanın (hemoqlabin azlığına anemiya deyirik) xanımlarda ən çox görülmə səbəbi dəmir azlığıdır. Orda da ferritinin az olmasını müşahidə edirik. Ferritin çox ikən hemoqlabin az, yəni anemiya varsa, bu irsi talassemiya və ya daşıyıcılıq halları ola bilər və ya bədəndə olan gizli bir infeksiyaya, iltihaba bağlı anemiya ola bilər. B12 çoxluğu yenə eyni şəkildə, adətən kənardan qəbula çox bağlıdır (istifadə olunan ağrıkəsicilərin tərkibində olur). Ona görə bunların dəqiq müayinədə sorğulanıb dəyərləndirilməsi və anemiyanıza bəzi analizlərlə birlikdə baxılması lazımdır. Sizə həkim müayinəsi tövsiyə edərəm. Keçmiş olsun. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @AyxanAstaraxan
    @AyxanAstaraxan 3 หลายเดือนก่อน +1

    Salam doktur menim 16 yaşim var Hemoqlibin 9.4 Demir 2.5 dir 6 ay müalicede olsam 9.5 olub sadece bunun sebebi nedir çox aşagidirmı hemoqlobinim tehlüke varmı zehmet olmasa deyerdizde

    • @AyxanAstaraxan
      @AyxanAstaraxan 3 หลายเดือนก่อน

      10 dene B12 10 dene B6 iynesi deyib ve xeyli derman düzelmir bunun sebebi nedir

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน +1

      Salam. Hər vaxtınız xeyir.
      Əgər 16 yaşında qadın xəstədirsə, o zaman əksərən dəmir əskikliyinə bağlı ola bilir. Amma digər irsi qanazlığı səbəbləri, talassemiya daşıyıcılıq kimi bunlar dəyərləndirilməlidir. B12 bir yerə qədər bəzən qanazlığı səbəbi ola bilir. B6-nın bununla çox əlaqəsi yoxdur. Ona görə sadəcə bu yazdıqlarınıza istinadən bir şey demək təəssüf ki, mümkün deyil. Çünki gərəkirsə qan yaxmanıza baxılmalıdır, dəmir panelinə; ferritin, total dəmir bağlama ilə birlikdə ətraflı baxılmalıdır. Ondan sonra həqiqətən bu düzəlmirmi, yoxsa düzələn bir məsələdir, sadəcə düzgün addımlar atılmayıbmı, ona qərar verilə bilər. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @AyxanAstaraxan
      @AyxanAstaraxan หลายเดือนก่อน

      Sagolun hekim ​@@EgeHospital

    • @AyxanAstaraxan
      @AyxanAstaraxan หลายเดือนก่อน

      Bu gün yoxladim 8.1 dir hekimde anlamir ne uçün beledir 16 yasim var oglanam 😢

    • @cimnazseferova7315
      @cimnazseferova7315 13 วันที่ผ่านมา

      ​@AyxanAstaraxanSalam mənim qizimda da var elədir irsidi ondan. Ona görədə hər səhər xurmanın ustunə limon sixib yeyin, sonrada tut bəhməzi iki qasiq bir stəkan suya 4 də bir limon sixib icinə hər gun icin.

  • @bakuazerbaycan4016
    @bakuazerbaycan4016 6 หลายเดือนก่อน

    Salam Hekim qan azlilixindan .Boxazda qasinma qiciq olarmi birde ki esas icde qizdirma ve birdeki Dilde iy dad tam bilmemey ve dilde narahatcliq hisi olarmi yeni Sanki dilde axirlasma biraz disdeme dili Sanki ucundan bir narahatciliq hisi dili disdemey kimi hiss olurmu .insanda birdeki elde biraz gicilti olarmi deqiq bilmey istiyirem .

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Saydığınız şikayətlər qanazlığı ilə əlaqədar ola bilər. Əgər ciddi qanazlığıdırsa, ola bilər.
      Amma yanaşı olaraq B12 vitamin əskikliyi bu tip şikayətlər yarada bilər. O baxımdan öncəliklə bir terapevt və yaxud istəyərsənizsə, bir hematoloq qəbulunda olmağınızı tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @kukla555
    @kukla555 11 หลายเดือนก่อน

    Salam doktor nolar mene cavab verin mende qan azligi var urek bulama halsizliq taqetsiz oluram hali olmur men neyniyim

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam.
      Sizə tövsiyyəm qanazlığınız hansı səviyyədədir, öncəlikdə onun müəyyən olunması, səbəbinin nəyə bağlı olduğu və müalicə yazılması üçün bir hematoloqa yaxınlaşmağınız olacaqdır.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ArzuArzu-hj5xe
    @ArzuArzu-hj5xe 3 หลายเดือนก่อน

    SALAM HEKIM BY HOSBITAL HARADA YERLEWIR HEM DEMIR HEM QANIM AZLIGI BAWIM HERLENIR COX XAHIW EDIREM IN BANK HAS I WEHERDE YERLEWIR YAZASU?

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam. Ege Hospital Bakı şəhəri, akademik Həsən Əliyev 38 ünvanında yerləşir.
      Hematoloq Uzman Dr Təhməz Həziyevin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 3320

  • @qafqazmmmdov6210
    @qafqazmmmdov6210 7 หลายเดือนก่อน

    Salam hekim menim qanimda leykosit miqdari az cixib .tez tez xestelenirem. Bu onunla elaqelidimi birde leykosit miqdarin nece artira bilerem

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir olsun. Leykosit miqdarının az çıxması həkim tərəfindən dəyərləndirilməsi gərəkən məsələdir. Keçici ola bilir, bəzi virus infeksiyalarında azala bilir, B12 əksikliyində ola bilir, qaraciyər -dalaq problemlərində ola bilir, bəzi revmatizmal xəstəliklərdə ola bilir. Ona görə hər hansısa bir qida ilə, ya da dermanla yüksəldin deyə bilmərəm sizə. Düşmə səbəbi dəqiqləşdirilib, ona görə müalicə aparılmalıdır. Əlbəttə leykosit bizim immunitet hüceyrəmizdir. Əgər çox aşağıdırsa, xəstələnməni o izah edə bilər. Sizə hematoloq müayinəsi tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @qonckrimova5032
      @qonckrimova5032 5 หลายเดือนก่อน

      ​@@EgeHospitalsalam.doktor.menim ayagimda cox sayda qirmizi lekeler emele gelir.bunun sebebi qanla bagli ola bilermi?analiz verdim qanim cox duru cixdi

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      @qonckrimova5032 Salam. Hər vaxtınız xeyir olsun. Qırmızı ləkələr əgər qan duruluğu səbəbindən yaranıbsa (təbii ki, görmədən bir söz demək çətindir, bəlkə dəri ilə əlaqədardır), amma qan duruluğu ilə bağlıdırsa, qırmızı, maviyə çalan, bəzən saralan, bəzən üzərinə basanda ağrılı ləkələr, yəni qan duruluğu varsa, qan duruluğu hansı tip qan duruluğu olduğuna baxılıb ona görə də səbəbi bilmək lazımdır. Bir hematoloq müayinəsi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @aqwinmahmudlu5054
    @aqwinmahmudlu5054 11 หลายเดือนก่อน

    Mənim gözün sanki təndirdə isdi çıxir elə olur dedilən qan azlığı müalicə yazmadilar incələnsin qanın ?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Sualınız nə idi? Daha aydın ifadə edə bilərsinizmi?

  • @Afet-lq7uj
    @Afet-lq7uj หลายเดือนก่อน

    Salam doktor başım agriyir gicelenir oynaglarım agrayır ağzım catlayır analiz vermişem 6.6 çıxıb

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Hər vaxtınız xeyir. 6.6 dediyiniz əgər hemoqlobindirsə, bəli ciddi aşağıdır. Təbii ki, təkbaşına dəyərləndirmək üçün yetərli deyil. Yaşınız neçədir? Yanaşı xəstəlik varmı, yoxmu? Baş ağrısını edər, baş dönməni edər, oynaq, sümük ağrılarını edə bilir, dodaq kənarında çatlar edə bilir. Unutqanlıq, dırnaq qırılma, saç tökülmə edə bilir. Yəni bu baxımdan sizə mütləq hematoloq dəyərləndirməsini tövsiyə eliyərəm. Çünki qan azlığı xanımsınızsa və period görən xanımlar adətən dəmir azlığına bağlı olur. Amma yenə də xanımlar təəssüf ki, kənar səbəblərdən sığortalanmır. Ona görə gərəkli olan analizlər baxılır. Əgər dəmir əksikdirsə, çox rahat müalicə oluna bilər. Bu qədər problem yaşamağınıza ehtiyac olmaz. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @GulnarəZiləliyeva
    @GulnarəZiləliyeva 6 หลายเดือนก่อน

    Salam doktor qizima aplastik animiya diaqnozu qoyulub mualicələr gedir ilik köcurmə mutləqdimi???

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Aplastik anemiya qazanılmış bir ilik xəstəliyidir, ilik çatışmazlığıdır. Şiddətinə görə ilik köçürməyə ehtiyac olduğuna qərar veririk. Əgər çox şiddətli səviyyədədirsə, yəni xəstənin qırmızı qanı üçün qan köçürməyə ehtiyac olacaq qədər qırmızı qan aşağıdırsa, trombosit çox aşağıdırsa (köçürmə gərəkdirəcək qədər), ağ qan hüceyrələri çox aşağıdırsa, yaşı da cavandırsa, ilik köçürmə tövsiyə olunur (başqasından ilik köçürmə). Yox əgər yüngül səviyyədədirsə, o zaman mütləq deyil. Ona görə sadəcə mesajla cavab vermək çətindir. Bir neçə başqa parametrləri də kontrol etmək lazımdır.
      Keçmiş olsun. Allah şəfa versin. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Anar-vt9wr
    @Anar-vt9wr 8 หลายเดือนก่อน

    Salam hekim. Menim ayaqimda deyset usume var, xemde aqri qan azligindan ola bilermi? Rematizma ele bildim var, oda yoxlandim cimadi rematizma. Xais edirem sualimi cavablandirasiz

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Ayaqda üşümə hissiyatı əlbəttə qanazlığında ola bilər, tiroid (zob) problemindən ola bilər, həmin bölgənin - ayaqların qanlanma problemindən ola bilər. Tövsiyyə edərəm ki, bir həkim müayinəsində olasınız. Pasiyent bəydirsə, siqaret çəkirsə, damar problemləri ola bilər. Xanımdırsa qanazlığı ola bilər.
      Ümumi yoxlanış olmağınızı tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @TunarEsgerli-c2v
    @TunarEsgerli-c2v ปีที่แล้ว

    Salam dəyərli doktorumuz
    Sizdən bir məsləhət almaq istəyirəm. Bilmək olar mielofibrozun malicəsində tək dərman olaraq jakavi'dənmi istifadə olunur?
    Və yaxud digər müalicələr var.

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว

      Salam. Hər vaxtınız xeyir olsun.
      Mielofibbrozun kəsin müalicəsi ilik transplantasiyasıdır. Təbii ki, yüksək riskli mielofibrozdursa, xəstənin yaşı və digər faktorlar da uyğundursa, tək müalicə ilik transplantasiyasıdır. Amma jakavi xəstəliyi kontrol altına almaqda ən effektiv vasitədir. Günümüzdə bir neçə daha effektiv dərmanlar da var. Amma ölkədə onların əlçatanlığı biraz aşağıdır. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

    • @Elza123-n6f
      @Elza123-n6f 11 หลายเดือนก่อน

      Cox sag ol doktor

    • @JrdjjdjdjJfkdk
      @JrdjjdjdjJfkdk 11 หลายเดือนก่อน

      ​@@EgeHospitalSalam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)

  • @AygulDavudova-xs9ot
    @AygulDavudova-xs9ot 11 หลายเดือนก่อน

    Salam,məndə dörd gün olar ki,halsızlıq var, birinci gün baş gicəllənmə,ondan sonrakı günlər baş ağrı,dizlərdə keyləşmə halsızlıq,təzyiqim də aşağıdır, bunlar qan azlığından ola bilərmi 😔

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Bunlar mütləq qanazlığından olacaq əlamətlər deyil. Çox spesifik əlamətlər deyil. Qanazlığından da ola bilər, infeksiyadan da qaynaqlana bilər. Öna görə də ümumi bir yoxlanış tövsiyə edərəm. Ehtiyac olarsa, hematoloq müayinəsinə gedərsiniz. Amma ümumi bir terapevt müayinəsi, check-up analizi tövsiyyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @AygulDavudova-xs9ot
      @AygulDavudova-xs9ot 10 หลายเดือนก่อน +1

      @@EgeHospital va Aleykum Salam, çox sağ olun, cavab verdiyinizə görə ayrıca təşəkkür edirəm

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Siz də sağolun.

    • @dunyabdullayeva
      @dunyabdullayeva 8 หลายเดือนก่อน

      Salam ne etdiniz duzeldi mende eynisi oldu

    • @AygulDavudova-xs9ot
      @AygulDavudova-xs9ot 8 หลายเดือนก่อน

      @@dunyabdullayevavitaminlər qəbul edirəm, şükür Allaha Əlhəmdülillah yaxşıyam hələki

  • @xediceseferov7186
    @xediceseferov7186 3 หลายเดือนก่อน

    Hekim 8faiz qan qalib..nece faize dusende klinik olum ola biler?

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçümü artıq günümüzdə istifadə olunmayan bir metoddur. 8 % deyilən göstəricinin həqiqətən neçə hemoqlobinə bərabər gəldiyini demək çətindir. Qan düzgün ölçülübsə, doğru cihazla qan sayımı aparılıbsa, hemoqlobin neçədir, bu önəmlidir. Önəmli olan budur, qan faizi deyil. Hemoqlobini 2-3 olan çox ağır qanazlığı olan hemoqlobin rəqəmləridir. Bunlar ciddi həyati risk daşıyırlar. Amma sadəcə rəqəm önəmli deyil, hemoqlobinin necə olduğu təkbaşına önəmli deyil. Yanaşı digər xəstəliklər önəmlidir. Onlarla birlikdə dəyərləndirilməlidir. Ölüm riski baxımından bunlar hamısı birlikdə dəyərləndirildikdən sonra bir şey demək olar. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @GunəşGotovit
    @GunəşGotovit 7 หลายเดือนก่อน

    Həkim salam.Baxıram çox yoruma cavab vermisiniz Allah razı olsun.Mən səhər yuxudan durannan başım eləbil yuxulu kimi olur aydınlanmır.Qulaqlarımın tutulduğunu hiss edirəm.diqqətim zəifdir.uşaqların dediklərini qavraya bilmirəm.baş ağrısı .yorğun gücsüz..bunlar qan azlığından ola bilərmi.birdə elə hey yatmaq isdəyirəm

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun.
      Əlbəttə, qulaqlarda küy hissiyatı, diqqət pozğunluğu, baş ağrısı, yorğunluq, gücsüzlük, yuxusuzluq, hamısı qanazlığı əlamətidir. Tövsiyə edərəm ki, qanazlığının səbəbi müəyyən olunsun. Qadınlarda fərqli, kişilərdə fərqli səbəblər ola bilir. Xüsusilə qadınlarda daha bəsit, daha rahat düzəldilə bilən səbəblər olur. Tövsiyə edərəm həkimə yaxınlaşasanız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @shortgen
      @shortgen 4 หลายเดือนก่อน

      ​@@EgeHospitalSalam doldur siz harda işləyirsiz

  • @MatanatHuseynova-d9r
    @MatanatHuseynova-d9r 5 หลายเดือนก่อน

    Salam hekim menim qanlm azdl baqazlmdada daralma var qan azliqlndan ola biler

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun.
      Təəssüf ki, anlamadım, harda daralma var demisiniz. Boğazımda yazmaq istəmisinizsə, ciddi dəmir əksikliyi və dəmir əksikliyinə bağlı qanazlığında bəzən qida borusunda pərdə yarana bilir. O da udma çətinliyi verə bilir. Əgər dediyiniz belə bir şeydirsə, qanazlığı bunları edə bilir.
      Öncəliklə qan ümumi analizi və dəmir testləri ətraflı baxılmalıdır. Çox ciddi əksikliklərdə müalicə verilməlidir. Bogazdakı şikayət də öz-özünə keçə bilər. Ciddi səviyyədədirsə, ona da bir qastroenteroloq baxmalıdır. Əgər doğru anladımsa sualınızı, cavabı budur.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @User069f
    @User069f 10 หลายเดือนก่อน

    Salam mən 12 yanvarda qızılcaya yoluxdum bu gün isə 12 fevraldı mənim ayaq və əllərimdə şişlik var birdə iştahsızlıq var

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Açıqcası qızılca və digər infeksion xəstəliklərdə əl və ayaqda şişkinliyi gözləmərik. Əl və ayaqda şişliklər revmatizmal mənşəli, bədəndə zülal azalması ilə əlaqədar olan böyrək və qaraciyər mənşəli, tiroid mənşəli, ürək mənşəli (yaşınızı bilmədiyim üçün deyirəm) ola bilər. Ən azından bir terapevt ilə danışmağınızı tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

    • @User069f
      @User069f 10 หลายเดือนก่อน

      @@EgeHospital keçdi hl hazırda min şükür yaxşıyam 18 yaşım var başlayada 1 həftə idi yataq rejimində idim ona görə olub

  • @RamizSeyidov
    @RamizSeyidov 7 หลายเดือนก่อน

    Doxdur herwey bircir olur izah ede bilmirem bawımdada gicelme olur neden olar xaiw edrem cavab verin

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @mubarizquliyev5766
    @mubarizquliyev5766 10 หลายเดือนก่อน

    Doktor mən əyağa duranda gic kimi ollam elə bil bədən mənim olmur o qan azlığınan olar qurban səə bidənə cavab verərsəndə

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun.
      Bəli, xüsusilə ayağa qalxmaq ilə yaranan halsızlıq, baş dönmə kimi şikayətlər qanazlığı əlaməti olar. Başqa səbəblər də ola bilər. Amma öncəliklə ümumi qan analizinizi kontrol etdirməyinizi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @AzadeMemmedova-d8z
    @AzadeMemmedova-d8z 11 หลายเดือนก่อน

    Salam doktor nevemin 6 yasi olacaq hemetoligiya inistutunda qan analizi verdiy biz ucqar kendlerde oluruq busaat herteref qardi cixada bilmiriy analizderderinde cavabi biz gelenden sonra cixdi hekime gostere bilmedim zehmet olmasa mene basa salardiz zehmet olmasa NRBC# Nuveli erositler olmalidir (0,03-0,32) cixib 0,00 cox xais edirem meni bilgilendirerdiz bu haqda qabaqcadan tesekkur edirem size

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Mən uşaq həkimi deyiləm. Təəssüf ki, uşaqlarla işləmirəm. Amma ümumi deyə biləcəyim odur ki, nüvəli eritrositlər normalda qanda olmamalıdır. Orda mötərizədə yazılan referans aralığına fikir verməyin. 0,00 olmalıdır elə. Maksimum olarsa da bu aralıqda olmalıdır, o mənada qeyd olunub. Yəni o bir problem deyil, keçmiş olsun, hələlik.
      Ucqar dağ kəndinə salamlar!
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @AzadeMemmedova-d8z
      @AzadeMemmedova-d8z 11 หลายเดือนก่อน

      @@EgeHospital tesekkurler gozel hekim Allah sizi qorusun var olun

  • @aynuraslanova419
    @aynuraslanova419 6 หลายเดือนก่อน

    Salam doktur ,mən qanın ümumi analizini vermişəm , həkim dedi qanın 48 faiz - dir ,vitamin D əksikliyi də var 34 yaş üçün vitamin D neçə faiz olmalıdır ? Vitamin D - in çoxalması üçün mütləq dərman içilməlidirmi ? Xahiş edirəm cavablandırın .

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçülməsi köhnədə qalmış, hazırda günümüz tibbində istifadə olunmayan metoddur. Ona görə dəqiq bir şey deyə bilmərəm. Hemoqlobin neçədir? O bilinməlidir. Hemoqlobin normalda xanımlarda 12-nin üzərində, kişilərdə 13-ün üzərində olmalıdır. Əgər hemoqlobin 12-nin altındadırsa, bir hematoloq dəyərləndirsə yaxşı olar.
      Vitamin D -nin neçə olduğunu yazmamısınız. Vitamin D-nin yaş üçün bir sərhəddi yoxdur. Yalnizca tövsiyə olunur ki, 30-40 -ın üzərində olmalıdır. 30-20-nin altındadırsa, yükləmə dozası tövsiyə olunur. Kenardan almaq sadəcə günəş şüalarına məruz qalmaqla mümkündür. Yetəri qədər günəş şüalarına məruz qala bilirsinizsə (yay fəslidir), Vitamin D çox aşağı deyilsə, 20-30 arasindadırsa, içmədən günəş şüaları ilə bir yerə qədər qaldırıb yoxlaya bilərsiniz. Ən azından deyək ki, yay uzunu günəşlənib, payız qabağı qalxıb-qalmadığını ölçə bilərsiniz. Qalmayıbsa, orda ala bilərsiniz. Yox əgər Vitamin D 20-nin altındadırsa, o zaman yükləmə dozasına ehtiyac olar. Tək başına günəş şüalarına etibar etmək olmaz. Yükləmə dozası dərman qəbulunu tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ilkinmehdiyev9406
    @ilkinmehdiyev9406 10 หลายเดือนก่อน

    Salam hekim menim qanim azdi ayaqlarım ağrıyır ve sümüklərim belim qan azlığından olma ehtimalı var ?

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Əlbəttə ki, sümüklər, bel, başqa yerlər, bunlar da başımız kimi (məsələn, qanazlığı olduğu zaman baş ağrayır) o bölgələrə də qan gedir. Qanazlığı olduğu zaman sümükdə, əzələdə, sinirdə ağrı olması normaldır. Amma yanaşı olaraq bir də o bölgələrdə hər hansı bir xəstəlik varsa, onlar da qanazlığı yarada bilər. Ona görə sizə ancaq həkim müayinəsi tövsiyyə edərəm.
      Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @NigarQasimova-i3r
      @NigarQasimova-i3r 9 หลายเดือนก่อน

      Salam doktorum mənim qızım koronanin vaxtında balaca qızı olmuşdu istiliyi oldu sistem qosdurduq ..xülasə o vaxtdan qoxu hissi yoxdu nə edək coxxxx təşəkkür edərdim əvvəlcədən​@@EgeHospital

  • @bextiyarehmedov2023
    @bextiyarehmedov2023 หลายเดือนก่อน

    Doktor salam. 27 yaşım var kişiyəm. HGB 15.1 , HCT 45.6 göstərir. Klinikanın normal göstəricilərinin üstündə bir nəticədir. Sizcə normaldı ? (Norma hgb 10.5-13.5, hct 33%-39%)

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน +1

      Salam, hər vaxtınız xeyir. Hemoqlabin 15, hematokrit 45 kişilər üçün normal dəyər sayılır. Digər seriyalar da (Ağ qan, trombosit) yaxşıdırsa, 27 yaşa görə bu dəyərlər normaldır. Hematokrit və hemoqlabin üçün klinikanın qoyduğu referans dəyərlərə çox etibar eləməyin, onların beynəlxalq qəbul olunmuş dəyərləri, xüsusən kişilərdə bir az daha fərqlidir. Hemoqlabin üçün 16,5 -in üzəri araşdırılması gərəkən bir dəyərdir. Ona görə məncə narahat olacağınız bir şey yoxdur. Keçmiş olsun. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

    • @bextiyarehmedov2023
      @bextiyarehmedov2023 หลายเดือนก่อน

      @@EgeHospital çox sağ olun doktor 🖤

  • @AnarUmdov-tf3ud
    @AnarUmdov-tf3ud 8 หลายเดือนก่อน

    salam doktor qan azligindan insan dünyasini deyise biler?

    • @EgeHospital
      @EgeHospital  8 หลายเดือนก่อน

      Salam. Əlbəttə ki, (təkbaşına səbəb olmaz) qanazlığı bir insanda ciddi səviyyədədirsə, xüsusən, ürək çatışmamazlığından həyatını itirməyə səbəb ola bilər.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ilhammmmdova4241
    @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

    Salam hekim men mede xercangiyem medem cexareleb 5 il əməliyyat olmuşam indi qanemda hemoqlobin 5 faizdi hekim deyir mutleq qan köcurulmelidi mən hemoqlobini dermanla qaldera bilerammi feresen dermane ateram

    • @lamiyhmidzad1450
      @lamiyhmidzad1450 2 ปีที่แล้ว +1

      Hemoqlobin 5disə qan köçürülməlidir. 7dən yuxarı olanda qidayla dərmanla artırmaq olar

    • @ilhammmmdova4241
      @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

      @@lamiyhmidzad1450 salam siz həkimsiniz fersen qan dərmanı atıram qan 5 faizdi mede xercangiyem 5 ildi mede cexarelebde həkim 2 ay fersen atmage tapşerde

    • @lamiyhmidzad1450
      @lamiyhmidzad1450 2 ปีที่แล้ว +1

      Xeyr həkim deyiləm

    • @ilhammmmdova4241
      @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

      @@lamiyhmidzad1450 he bldim feysbukda baxdem hekimlerin sehifesi olur hec derman da xeyir etmir muallime iwleyiram daha mektablar aceler ager iw neca iwleyacam bu awage qanla bilmirem seherlar duranda gozum cox qaraler hemiwe da meyva yeyiram hec na ila qarwesene ala bilmedim kecan il 7 faiz idi amma bu il 5 faiza duwdu qaneme qaldera bilmirem amma hiss ediram ki bu qanla yenidan xercang yaranacak men hematologiya germali idim amma cox bawesoyuqluq etdim

  • @Elza123-n6f
    @Elza123-n6f 11 หลายเดือนก่อน

    Mende qan azligi var mende fibroma var ginikoluq deyir onnandi 42 yawim var

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Bəli, qadınlarda uşaqlıq fibromaları qanaxmaya və o da qanazlığına səbəb ola bilər. Əksərən dəmir əksikliyinə bağlı qanazlığıdır. Öncəliklə dəmir əksikliyi müalicə olunmalı, yanaşı olaraq da ciddi səviyyədə qanama verir, qanı çox düşürəcək səviyyədə olursa, uşaqlıq fibroması ilə də bağlı tədbir görülməlidir. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Omerhuseyeyinli
    @Omerhuseyeyinli หลายเดือนก่อน

    salam dok. Ohlumun 11 yası var. 60 faiz qandı bu cox qorxıludu

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Salam, hər vaxtınız xeyir. Keçmiş olsun. Birincisi, mən uşaq hematoloqu deyiləm, ona görə təəssüf ki, çox irəli bir tövsiyə verə bilməyəcəm. Amma bir də bu 60 faiz qan hesabı bilmirəm nə deməkdir, nə hesabıdır. 60 faiz deyə bir ölçü böyük ehtimal ki, köhnə dildə qalmış bir şeydir. Qanın faizi deyiləndə adətən hematokrit deyilən dəyərə baxılır, o da normalda yenə də 40-45 faiz arasında olur. Amma əksərən anemiya varmı, yoxmu bunu biz hemoqlabin rəqəminə görə bilirik. O da faiz ilə ölçülmür, qram və ya milliqram / desilitr ilə ölçülür və orda da adətən kişilərdə 12-nin, 13-ün, qadınlarda 12-in altı anemiya sayılır. Ona görə də 60 faiz deyiləndə o barədə də məlumat ala bilmirəm. Ona görə təəssüf ki, "qorxulumu deyilmi?" bu barədə bir şey deyə bilməyəcəm. Onları paylaşsanız bəlkə deyə bilərəm, yəni hemoqlabin, hematokrit. Hələlik.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @jfkdkkfkdkd3991
    @jfkdkkfkdkd3991 7 หลายเดือนก่อน

    Salam çox dəyərli həkim anam xəstədir qanı azdı hara aparmıram xeyri yoxdu sizinlə necə əlaqə saxlamaq olar çox xahiş edirəm ünvanınızı mənə yazrdız

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hematoloq Üst Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Ege Hospital akademik Həsən Əliyev 38 ünvanında yerləşir.
      Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 336 3320.

  • @elik_2008
    @elik_2008 7 หลายเดือนก่อน

    Salam doxdur mənim Qadım çox azdır çox halsız yorgun olram birdə ki Qan azlığı Artığ çəkiye yol açırmı ?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun. Qanazlığı artıq çəkiyə adətən yol açmaz. Tərsinə, arıqlama verə bilər. Amma birtərəfli bir məsələ deyil. Qanazlığınız olduğu üçün hərəkətiniz azalırsa, o da bəlkə çəki itkisi yaratmaya bilər. Burda sizə tövsiyəm odur ki, qanazlığınızın səbəbi tapılsın, o müalicə olunsun. Bunun üçün də istəyirsinizsə, bir hematoloq və ya bir terapevtə yaxınlaşa bilərsiniz.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @bakuazerbaycan4016
      @bakuazerbaycan4016 6 หลายเดือนก่อน

      Salam Hekim .mende Kecen il olmusdu biraz qan azlilixi var .Vitaminler yazdi yaxsi oldum amma iki uc aydan Sonra .bu il Tekrar yene yaranib .Ozude yay ayinda xestelenirem .tez tez adi bir soyuq olan kimi ozumu coox pis hiss edirem .birdeki esas .mende qanazlilixindan boxazimda qiciq olarmi qasinma falargit yarada bilermi .Birdeki dilde narahatciliq yarada bilermi hekim yeni uyusma dad bilmemey ,ve Biraz dilde axirliq yarada bilermi Sanki .Qorxudan Sozu diye bilmirsiz kekeleme ,ve Dilde, topux vurma olarmi ,dil Sanki guc axirliq gelir ele bilirsiz hansisa bir virusa yoluxmusuz

  • @ElcinMemedov-p2c
    @ElcinMemedov-p2c 3 หลายเดือนก่อน

    Salam doktor mən də qan azlığından əziyət çəkirəm hmoligiyam 6,1di nə yeyim

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Əgər hemoqlobin 6,1-dir deyirsinizsə, bu sadəcə yeməklə düzəldiləcək qədər həfif bir qan əskikliyi deyil. Xüsusilə səbəbi dəqiqləşdirilməlidir. Mən buradan anlaya bilmirəm xəstə qadın yoxsa kişidir. Qadınlarda adətən periodik qan itirmələrə bağlı dəmir əskikliyi olur ki, bunun müalicəsi daha rahatdır. Kişilərdə daha ciddi səbəblər araşdırılmalıdır. Ona görə sadəcə yeməklə yüksəldilməsi mümkün olacaq məsələ deyil. Dediyiniz 6,1 hemoqlobin yarı-yarıya kimi az miqdarda hemoqlobin deməkdir. Həkim müayinəsi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @ElcinMemedov-p2c
      @ElcinMemedov-p2c 3 หลายเดือนก่อน

      Səbəbi sizcə nə ola bilər subay vaxtimda kisədən əmaliyat olmuşam sonra uziyə getdim dedi elə ağır şey yox du xırda prablemlər di hamilə qalma ehtimalım var

    • @ElcinMemedov-p2c
      @ElcinMemedov-p2c 3 หลายเดือนก่อน

      @@EgeHospital salam həkim neyniyim nə olar olar da həkim dedi səndə bilmək olmur qan azlığının olması

    • @ElcinMemedov-p2c
      @ElcinMemedov-p2c 3 หลายเดือนก่อน

      @@EgeHospital salam doktur qan artıran dərman isdifadə eliyim

  • @cavidanbaxisli366
    @cavidanbaxisli366 5 หลายเดือนก่อน

    Salam həkim oglumun 4 yasi var.talasemiya dasiyicisidir.qani 79 du.bu nece faizdir.

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Qanın faizlə ölçülməsi keçmişdə qalmış, günümüzdə istifadə olunmayan ölçümdür. Qanı 79 dediyiniz, əgər hemoqlobini 7,9 və ya 79-dursa, bu daşıyıcılıq üçün biraz aşağı hemoqlobindir. Balaca uşaq olduğundan tövsiyə edərəm ya uşaq hematoloqu, ya bir pediatrda dəmir testlərini yoxlatdırasınız. Bəzən dəmir əskikliyi ola bilər. Daşıyıcılıqdan hemoqlobin bu qədər düşməz. Dəmir normaldırsa, talassemiya həqiqətən daşıyıcıdırmı, ara formasıdırmı, o dəqiqləşər.
      Tövsiyəm bu olar, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @BaharOrucova-oe4ik
    @BaharOrucova-oe4ik ปีที่แล้ว

    Salam həkim qızımın sacı tökülür qan azdığınnan ola bilər?

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว +2

      Salam. Hər vaxtınız xeyir, keçmiş olsun. Qanazlığından ola bilər. Ümumi qan analizi, dəmir testləri, (bir də tiroid az çalışmasından ola bilər) TSH analizlərinə baxılması lazımdır. Əgər bunlar normaldırsa, dermatoloqa müraciət edin. Yox, əgər bu analizlərdə anormallıq olarsa, müvafiq həkimlərə müraciət etmək lazımdır.
      Bir də yaş önəmlidir; Pediatrik yaş qrupundadırsa - pediatr, deyilsə, yetişkin həkiminə müraciət etmək lazımdır.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @zuhurun_sesi
    @zuhurun_sesi 10 หลายเดือนก่อน

    Menim hemoqlobinim 7.3 chixib. Pis xesteliyim var he? 😔

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน +1

      Salam. Keçmiş olsun. Tək başına hemoqlobin səviyyəsinə baxaraq pis xəstəlik demək düzgün deyil. Çünki əgər xanımsınızsa və menstruasiya görən yaşdasınızsa, xanımlarda adətən bu xoşxassəli dəmir əksikliyi ola bilər. Amma ən azından ümumi analizinizlə birlikdə gərək sizə bir terapevt və sonrasında ehtiyac olarsa hematoloq dəyərləndirməsi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @AgakisiBunyatov
    @AgakisiBunyatov 3 หลายเดือนก่อน

    Salam doktor sizdə suğorta keçərlidir .

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 3320

  • @QRES_parfume
    @QRES_parfume 5 หลายเดือนก่อน

    Mende qan aliqi unitet duwub sebeb ne olar??

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Sualınız aydın olmadı.

    • @QRES_parfume
      @QRES_parfume 4 หลายเดือนก่อน

      @@EgeHospital mende qan azliqi var ariqlamiwam cox ama hec bir yerim ağrımır analizler verirem hec kim bilmir nedi

  • @AygunSarizada
    @AygunSarizada 10 หลายเดือนก่อน

    Salam, siz uşaq, ya böyük hemotoluqusuz?

    • @EgeHospital
      @EgeHospital  10 หลายเดือนก่อน

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev böyük hematoloqudur. Uşaqları müayinə etmir.
      Həkimin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 3320

  • @Xədicə2007
    @Xədicə2007 8 หลายเดือนก่อน

    Doktor mənim qızım möhür yeyirdi gizlində. Deməli dəmir çatmır

    • @EgeHospital
      @EgeHospital  8 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Ola bilər. Ciddi dəmir əksikliyi olan insanlarda normalda yeyilməyən bəzi şeyləri yeməyə meyllilik ola bilir. Ona görə o baxımdan da dəyərləndirilə bilər.
      Təbii ki, bəlkə başqa psixolojik səbəbi də ola bilər. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Luisa11-f
    @Luisa11-f 11 หลายเดือนก่อน +1

    Dr, salam mən Yanvar ayında analiz verdim məndə
    Hemoqlobin, 12.1 g/dL
    Ferritin, 11.3 ng/dL
    Vitamin D, 11.09 ng/mL
    Eritroçitlər, 72.9 fL
    Həkim deyir normaldı səndə sizcə düz deyir?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน +1

      Salam. Hər vaxtınız xeyir.
      Qanazlığınız yoxdur. Xanımlar üçün hemoglobin 12 normaldır. Amma sizdə dəmir əksikliyi və vitamin D əksikliyi var. Dəmir əksikliyinə bağlı səbəb ginekolojik itkiyə bağlı ola bilər. Yəni ciddi şikayətiniz varsa, qanama çox olursa, ginekoloq kontrolu tövsiyyə edərəm.
      Dəmirin sadəcə əksik olması da bəzən müalicə gərəkdirə bilər (müalicə üçün mütləq qanazlığı olmasına da ehtiyac yoxdur). Ona görə sizə bir terapevt və ya bir hematoloq tövsiyyə edərəm. Bir də vitamin D qəbul etməlisiniz. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @Luisa11-f
      @Luisa11-f 11 หลายเดือนก่อน

      @@EgeHospital üreyim gun ərzinde mohkem vurur 1 saniyeye kecib gedir Taxikardiya kimi elametlerdi, bu demir azliqindan ola bilermi? Süretli çeki atandan sonra oldu mende baska ginikoloji problemim yoxdu yoxlanmisam
      Gece olur en cox qorxu heyacan yuxuya getmek isdeyrem sanki nese yuxudan vurub ayildir meni boquluram boqazimda sanki düyün var

    • @MuhammedMuhammedov-sh4lt
      @MuhammedMuhammedov-sh4lt 8 หลายเดือนก่อน

      Salam Doktor ilk öncədən cox saq olun
      Mende Hemoqlabin

  • @flo72l61
    @flo72l61 9 หลายเดือนก่อน

    Salam. 7.9 hemoqlobin nə qədər deməkdir. 40 yoxsa 48 faiz?

    • @EgeHospital
      @EgeHospital  9 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Faiz hesabı köhnədə qalmış, günümüzdə artıq istifadə olunmayan bir hesablamadır. 7,9 hemoqlobinin nə qədər ciddi qanazlığını olduğunu bilmək istəyirsinizsə, xanımlarda normalda hemoqlobin 12-dir (hemoqlobinin alt sərhəddi). Ona görə bir müqayisə apara bilərsiniz. Yəni 12 olmalı ikən, 7,9-dur sizdə. Çox ciddi qan köçürüləcək qədər aşağı deyil. Amma ciddi aşağı sayıla bilər. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @nemmmmmm.
    @nemmmmmm. 2 ปีที่แล้ว

    Salam hekim mende gozumde qaralti olur qaraltida bilsiz nece qaralti hele bil eve zeif isiq taxbalar menm gozumde problem var yoxsa qan azligindadi xais ellem cavab vern

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว

      Salam. Sizə rutin qan analizləri (qanın ümumi analizi) vermək, ona görə əgər qan azlığı aşkarlanarsa, hematoloq görüşü tövsiyyə oluna bilər. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @SerhedHuseynov-jq7tx
    @SerhedHuseynov-jq7tx ปีที่แล้ว +3

    Salam doktor mənim onuc yaşda bacmda qan azlığı var

  • @RamizSeyidov
    @RamizSeyidov 7 หลายเดือนก่อน

    Doxdur salam qan azlıqım var qorxu keçirirem ölüm verirmi

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Jebkeid
    @Jebkeid 11 หลายเดือนก่อน

    Salam Doktor.mende beta talesimiya dasiyiciligi var.qorxuludurmu?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน +1

      Salam. Hər vaxtınız xeyir olsun.
      Xeyr, beta daşıyıcılıq bir xəstəlik halı deyil, adı üstündə; bir daşıyıcılıq halıdır. Qorxulu deyil, hər hansı bir şeyə çevrilməz. Əgər ailəli deyilsəniz, yoldaşınızda da daşıyıcılıq olmamalıdır; İki daşıyıcıdan xəstə uşaq doğulma ehtimalı var. Yox əgər yoldaşınız da daşıyıcısıdırsa, tövsiyyə olunan süni mayalanma yolu ilə övlad sahibi olmağınızdır.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @Jebkeid
      @Jebkeid 11 หลายเดือนก่อน +1

      @@EgeHospital ALLAH RAZI OLSUN COX SAG OLUN

  • @nurlanmmmdov1282
    @nurlanmmmdov1282 7 หลายเดือนก่อน

    Salam həkim mənim qızım qanı 42 fayizdi talesimiya ola bilər

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Faizlə qan hesabı köhnədə qalmış metoddur. Tək başına qanın qırmızı qan hissəsi ilə talassemiya haqqında bir şey demək mümkün deyil. Həm qırmızı qanın, hemoqlobinin miqdarı, həm eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin miqdarı, həm də eritrositlərin orta həcminə baxılaraq buna görə dəyərləndirilməlidir ki, talassemiya (daşıyıcılıqdan gedir də hər halda söhbət) daşıyıcılıq ehtimalı varmı yoxmu, ona görə gərəkirsə analiz olunsun, ya yox. Həkimə yaxınlaşıb ona görə kontrol etdirməyinizi tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @_daisy_by_collection_6646
    @_daisy_by_collection_6646 9 หลายเดือนก่อน

    Doktorun adını bilən varmı harda çalışdığı?

    • @EgeHospital
      @EgeHospital  9 หลายเดือนก่อน

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 336 3320.

  • @resulehmedcelebiyev6276
    @resulehmedcelebiyev6276 2 ปีที่แล้ว +1

    Salam doktur menim menstural olanda üşmem başım coox ağryır nede ola bier

  • @bakcellazercel9027
    @bakcellazercel9027 6 หลายเดือนก่อน +2

    Faiznen deye bilersiz zehmet olmasa normal 30 yasinda bir xanimin qan faizi nece olmalidi??

  • @AgakisiBunyatov
    @AgakisiBunyatov 5 หลายเดือนก่อน +1

    Salam doktor məndə leykositlər 31dir siz onu müalicə edirsiz hər ay yoxlatdırıram 29 33 arasıgəzir.

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน +1

      Salam. Leykositlər 31, hər ay 29-33 arası dəyişirsə, bu ən az 6 aydır bu şəkildədirsə, bu sümük iliyi ilə bağlı bir məsələ ola bilər. Kəskin bəd xəstəliklərdən olmaya bilər. 6 aydan çoxdursa, böyük ehtimalla kəskin pis ilik xəstəlikləri ilə bağlı deyildir. Amma sümük iliyimizin eyni zamanda xroniki bəzi xəstəlikləri vardır ki, onlarda diaqnozunu erkən bilib onların müalicəsi haqqında plan aparılmalıdır. Ona görə tövsiyə edərəm ki, bir hematoloq kontrolunda olasınız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @NazimAğayev-h8n
    @NazimAğayev-h8n ปีที่แล้ว +1

    Salam hekim menim 45 fayiz qanım var amma işdahım da yaxşı dır qan axmam da yoxdu neden qanım az olar?

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว

      Salam. Hər vaxtınız xeyir olsun. Təəssüf ki, cinsiyyəti və yaşı bilmədən, müvafiq müayinə aparılmadan, hemoqlobiniz necədir, hansı tip qan azlığıdır onu bilmədən səbəbə bağlı bir şey demək çətindir. Ona görə sizə müayinə tövsiyyə edəcəm; Terapevt və ya Hematoloq. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @aqwinmahmudlu5054
    @aqwinmahmudlu5054 11 หลายเดือนก่อน

    Qan institutua yazıldi

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Sualınızı daha aydın ifadə edə bilərsinizmi?

  • @ElyGasm
    @ElyGasm 9 หลายเดือนก่อน

    Salam hekim mende urek bulanma bash gicellenme reng solgunlugu urekde doyunme heyacan olur hemcinin bash agrisi bunlar qan azlgndan ola biler zehmet olmasa cavab vererdizde gozlermde bulanig gorneye bashlayb

    • @EgeHospital
      @EgeHospital  8 หลายเดือนก่อน

      Salam. Saydığınız əlamətlər, bəli, hamısı qanazlığı ilə əlaqədar ola bilər. Amma bunlar çox spesifik əlamətlər deyil. Ən azından ümumi qan analizinizi yoxlatdırmağınızı, bir terapevt qəbulunda olmağınızı tövsiyə edərəm. Qanazlığı varsa, orada aşkarlanar, sonrasında səbəbi, tipi, nəyə bağlı qanazlığıdır, o müəyyənləşər. Ona görə müvafiq müalicə aparılar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @ElyGasm
      @ElyGasm 8 หลายเดือนก่อน

      @@EgeHospital coxsagoln hekm

  • @МилейлаАлиева-у5э
    @МилейлаАлиева-у5э 9 หลายเดือนก่อน

    Qan artanda insan kökəlir

  • @MuhammedMuhammedov-sh4lt
    @MuhammedMuhammedov-sh4lt 8 หลายเดือนก่อน

    Salam Doktor
    Menim analizim necedi?
    Hemoqlobin 10.5 g/dL 11 - 15,2 11.1
    HCT Hematokrit 34.0 % 33 - 44,5 36.1
    MCV Eritrositlərin orta həcmi 68.0 fL 80 - 97 68.2
    21.0 pg 26 - 34 21.0 MCH Eritrositdə hemoqlobinin orta
    həcmi
    30.9 g/dL 32,6 - 35,8 30.7 MCHC Eritrositlərdə hemoqlobinin
    orta qatılığı
    PLT Trombositlər 218.4 10³/UL 150 - 400 214
    LYM% Limfositlər% 30.0 % 5 - 55 36.9
    MXD% 9.2 % 1 - 20 9.0
    NEU% Neytrofil% 61.1 % 45 - 95 54.1
    LYM# Limfositlər 2.0 10³/µL 1,2 - 3 2.4
    MXD# 0.6 10³/µL 0,09 - 0,6 0.6
    NEU# Neytrofillər 4.1 10³/µL 2,5 - 5,5 3.5
    RDW-SD 36.4 fL 37 - 54 37.1
    RDW-CV 14.3 % 11 - 16 14.2
    18.9 fL 9 - 17 14.6 PDW Trombositlərin paylanma
    enliyi
    MPV Trombositlərin orta həcmi 10.3 fL 9 - 13 10.2
    P-LCR 30.9 % 13 - 43 29.1
    PCT - Trombokrit 0.22 % 0,17 - 0,35 0.22
    EÇS (Vesterqren üsulu) 10 mm/saat 2 - 20 3
    Periferik yayma
    - Çubuqnüvəli 4 % 1 - 6 1
    - Seqmentnüvəli 57 % 45 - 70 54
    - Eozinofillər 2 % 1 - 6 1
    - Limfositlər 30 % 19 - 41 37
    - Monositlər 7 % 3 - 11 7
    QEYD: Laborator müayinə nəticələri DİAQNOZ deyil! Son rəyi, müalicə həkimi klinik

    • @EgeHospital
      @EgeHospital  8 หลายเดือนก่อน

      Salam. Bura analiz atıb və qarşılığında həkimdən cavab gözləmək üçün uyğun yer deyil. Sizə tövsiyəm hər hansı həkimə yaxınlaşıb ondan məsləhət alasınız. Bura sadəcə ümumi məlumat almaq yeridir.
      Sizə verəcəyim məlumat; analizinizdə qanazlığı görsənir. Gerisini bir həkimlə dəyərləndirməlisiniz. Keçmiş olsun. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @shanmuradova770
    @shanmuradova770 4 หลายเดือนก่อน

    Salam doktor məndə hemoqlobinim..6.5 dir yəni qorxulu falan deyillki?

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Qorxulu olub olmadığı sizin yanaşı xəstəlikləriniz, yaşınız, bunun səbəbi və s. ilə birlikdə dəyərləndirilməlidir. 6,5 ciddi aşağı bir rəqəmdir. Amma gənc insanlarda qorxulu olmaya bilər. Amma araşdırılması və müalicə olunması qədər də ciddi aşağıdır.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @samirsireliyev1954
    @samirsireliyev1954 11 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @samirsireliyev1954
    @samirsireliyev1954 11 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  11 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)