Qan azlığı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 159

  • @nrminrhimzad1026
    @nrminrhimzad1026 4 หลายเดือนก่อน +5

    Canim hocam iyiki varsniz Siz mənə heyat verdiniz.Rebbim sizi qorusun ❤

  • @mhmmdnzrov881
    @mhmmdnzrov881 2 ปีที่แล้ว +11

    Çox sağ olun dəyərli məlumata görə

  • @elcinsixeliyev7604
    @elcinsixeliyev7604 ปีที่แล้ว +21

    yaxşı ki varsız 🤲 menimde ömrüm parçalanmaq üzredir😔😔bu zeher qan azlıqından 😔ölüm qorxusu ömrümü yedi

    • @aliyevaaylin3930
      @aliyevaaylin3930 9 หลายเดือนก่อน +3

      Duzelmisiz

    • @user-jr7ry6ek4f
      @user-jr7ry6ek4f 5 หลายเดือนก่อน

      Mende eleyem vallah

    • @zakirhsnov8590
      @zakirhsnov8590 3 หลายเดือนก่อน +1

      Meyvə-tərəvəz, göm-göyərti bol-bol yeyin.

    • @Vahid-eliyevB
      @Vahid-eliyevB 2 หลายเดือนก่อน

      Sebebi nedi qan azliqin??

    • @Fidoşhhka
      @Fidoşhhka หลายเดือนก่อน +1

      Tərliyib təntimək pis olmaq baş gecələmək ürək bulanmaq qaranlıq görmək varmı əlamətlər ürəyin tez döyünməsi

  • @ElcinAga
    @ElcinAga ปีที่แล้ว +7

    Həkim torpağ iyi çox xoşuma gəlir😢

  • @fermanibrahimovibrahimov5844
    @fermanibrahimovibrahimov5844 11 หลายเดือนก่อน +7

    Qan azlığı deyəndə ürəyim titrəyir. Həyat yoldaşımı o xəstəlik apardı.

    • @guluimanova5873
      @guluimanova5873 10 หลายเดือนก่อน +1

      Qan azliqinan dunyasini deyiwdi.Neceydiki qani

  • @ugurqurbanov1440
    @ugurqurbanov1440 2 ปีที่แล้ว +6

    Leykositlere ve eritrositlere mualuce edirsiz ce hekimin adini seyin zehmet olmasa

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevə müraciət edə biləriniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 33 20

  • @user-mc5rf1yj9l
    @user-mc5rf1yj9l 7 หลายเดือนก่อน +3

    Salam doktor mende urek ritmi pozulur,istilik gelir,rengim solur arabir de bas gicellenmesi yaranib bu qan azligi elameti ola bilermi?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Bəli, ola bilər, ümumi qan analizini yoxlatdırmağınızı tövsiyyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @shanmuradova770
    @shanmuradova770 5 วันที่ผ่านมา

    Salam doktor məndə hemoqlobinim..6.5 dir yəni qorxulu falan deyillki?

  • @huseynyagmur64
    @huseynyagmur64 11 หลายเดือนก่อน +2

    Torpaq, mohur, buz ve qehve yeyirem.

  • @bakcellazercel9027
    @bakcellazercel9027 3 หลายเดือนก่อน +1

    Faiznen deye bilersiz zehmet olmasa normal 30 yasinda bir xanimin qan faizi nece olmalidi??

  • @natiqibadov6483
    @natiqibadov6483 5 หลายเดือนก่อน +1

    Qan azlığını iynə yolu ilə tez bərpa etmək olur?Aylarca dərman atmaq istəmirəm ürəyim bulanır elə olanda.

  • @Vahid-eliyevB
    @Vahid-eliyevB 14 วันที่ผ่านมา

    Qan azliqi var mende cekim 49 a duwub hec bir yerim agrimir ne qeder hekime gedirem ele diyir zon Ud mende udanmiram boyum 1.68 cekim uje 49 😢ne ede bilerem

    • @EgeHospital
      @EgeHospital  12 วันที่ผ่านมา

      Salam. Hər vaxtınız xeyir.
      Çəkinizin 49 kq olmasını izah edən bir bəslənmə, diet vərdişiniz varsa, bunu düzəldə bilmirsinizsə, bunun üçün yaxşı olar ki, gərəkli başqa həkimlərdən məsləhət alasınız. Zond biz o zaman tövsiyə edirik ki, arıqlama əgər kəskin bir arıqlamadırsa, o zaman mütləq mədə-bağırsaq sistemi yoxlanması gərəkir. Zondun özünü uda bilmirsinizsə, qastroenteroloqun tövsiyə edəcəyi başqa metodlarla mədə-bağırsaq sistemi yoxlanıla bilər. Qanazlığınız əgər dəmir əksikliyinə bağlıdırsa, öncəliklə o müalicə oluna bilər. Tablet deyil, bəlkə damar daxili müalicə ilə müalicə oluna bilər. Ondan sonra gərəkirsə mədə-bağırsağınız dəyərləndirilə bilər. Zond udmaqla təkcə mədə-bağırsaqda yara, xora üçün kontrol etmirik, həm də eyni zamanda orada bir atrofiya, yediyimiz qidanın tərkibindəki dəmiri əmilimini əngəlləyəcək atrofiya varmı, yoxmu, onu görmək üçün də lazım olur.
      Yaxşı olar ki, bir hematoloq kontrolunda olasınız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @qurbanlikamal5433
    @qurbanlikamal5433 ปีที่แล้ว +4

    Salam doktor qan azlıgından tezıq duşermı?bırdekı başda sancılar olarmı??zehmet olmasa cvblayın

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว +4

      Salam. Keçmiş olsun. Bəli qanazlığından, xüsusən də şiddətli qanazlığından təzyiq düşmələr müşahidə oluna bilər. Baş ağrılarını da izah edə bilər, əgər ciddi qanazlığı varsa. Xüsusən, 10-un altında olan hemoglobin dəyərlərində həm təzyiqdə düşmə, həm də baş ağrıları görülə bilir.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @aliymuradova9563
    @aliymuradova9563 5 หลายเดือนก่อน +1

    Salam həkim baxiram verilən suallara cavab yazirsiniz Allah razi olsun.. mən demir defisli anemiyayam qanım asagi olur 100dən asagi sədəfim soyulur sacımda tokulmə var birde gozlərimə baxiram sarikimi cuzi qizarti var. Yəni qanım o curdu. Nə istifade edebilərem tbii olsun amma biraz qanım olsun uzur isteyirem dodağım ağa çalır rəng saridan. Öncəden minnətdaram Allah razi olsun

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Əgər həqiqətən dəmir defisitliyi anemiyası isəniz, yəni dəmir testləriniz yoxlanılıb, qanazlığında başqa bir səbəb yoxdursa, sadəcə dəmir əskikliyidirsə, bunu xanımlarda adətən menstrual itkiyə bağlayırıq. Ona görə mütləq kontrol edirik və tövsiyə edirik ki, ginekoloq kontrolu olsun. Menstruasiyası çox qanaxmalı olan xəstələrdə onu düzəltmək lazımdır. Çünki, onu düzəltməsəniz, o itki davam edir. Yox, əgər hər hansı bir anormallıq yoxdursa, əgər qanazlığı ciddi səviyyədədirsə, 10 və 10-dan aşağıdırsa, qanazlığını qida ilə düzəltmək adətən çətin olur. Ona görə mütləq orada dərman müalicəsi tövsiyə olunur. Çünki dəmir toksik maddədir və yediyimiz qidada nə qədər dəmir yesək də, qidadan o dəmirin hamısı əmilmir. Az miqdar dəmir əmildiyinə görə qida ilə ciddi qanazlığını düzəltmək olmaz. Qanazlığı yaranmasın deyə profilaktika məqsədilə dəmir ilə zəngin qidaları artırmaq tövsiyə oluna bilər. Amma məsələn sizin əgər menstruasiyada qanamanız çoxdursa, o zamana yediyiniz yemək çatdırmaya bilər. Yəqin ki, çatdırmır ki, hemoqlobin 10-nun altına düşür. Qida isə qaraciyər, qırmızı ət, ıspanaq, alma, bunların dəmir ilə zəngin olduğu bilinir. Bunları qəbul edə bilərsiniz. Yeməkdən həmən sonra tünd çay içilməyə bilər (dəmiri bağlayıb bədəndən xaric etdiyi üçün). Bu kimi tədbirlər alına bilər. Amma bununla qanazlığı düzələr demək yalan olar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @aliymuradova9563
      @aliymuradova9563 5 หลายเดือนก่อน +1

      @@EgeHospital çox sagolun Allah razi olsun Allah aqibətinizi xeyir etsin hər zaman

    • @CesurGoyusov
      @CesurGoyusov หลายเดือนก่อน

      ​Salam dokdor qizmin 9 yasi var dizlerine sanki harasa çırpılmış kimi goyermeler olur qanin umumi analizi biyokimyevi analiz ve preferik yayma analizine de verdik hamsi normal cixdi eger her şey normal ise ozaman neden qaynaqlanir bu goyermeler?

  • @bakuazerbaycan4016
    @bakuazerbaycan4016 2 หลายเดือนก่อน

    Salam Hekim qan azlilixindan .Boxazda qasinma qiciq olarmi birde ki esas icde qizdirma ve birdeki Dilde iy dad tam bilmemey ve dilde narahatcliq hisi olarmi yeni Sanki dilde axirlasma biraz disdeme dili Sanki ucundan bir narahatciliq hisi dili disdemey kimi hiss olurmu .insanda birdeki elde biraz gicilti olarmi deqiq bilmey istiyirem .

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Saydığınız şikayətlər qanazlığı ilə əlaqədar ola bilər. Əgər ciddi qanazlığıdırsa, ola bilər.
      Amma yanaşı olaraq B12 vitamin əskikliyi bu tip şikayətlər yarada bilər. O baxımdan öncəliklə bir terapevt və yaxud istəyərsənizsə, bir hematoloq qəbulunda olmağınızı tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @samirsireliyev1954
    @samirsireliyev1954 7 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Luisa11-f
    @Luisa11-f 7 หลายเดือนก่อน +1

    Dr, salam mən Yanvar ayında analiz verdim məndə
    Hemoqlobin, 12.1 g/dL
    Ferritin, 11.3 ng/dL
    Vitamin D, 11.09 ng/mL
    Eritroçitlər, 72.9 fL
    Həkim deyir normaldı səndə sizcə düz deyir?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Qanazlığınız yoxdur. Xanımlar üçün hemoglobin 12 normaldır. Amma sizdə dəmir əksikliyi və vitamin D əksikliyi var. Dəmir əksikliyinə bağlı səbəb ginekolojik itkiyə bağlı ola bilər. Yəni ciddi şikayətiniz varsa, qanama çox olursa, ginekoloq kontrolu tövsiyyə edərəm.
      Dəmirin sadəcə əksik olması da bəzən müalicə gərəkdirə bilər (müalicə üçün mütləq qanazlığı olmasına da ehtiyac yoxdur). Ona görə sizə bir terapevt və ya bir hematoloq tövsiyyə edərəm. Bir də vitamin D qəbul etməlisiniz. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @Luisa11-f
      @Luisa11-f 7 หลายเดือนก่อน

      @@EgeHospital üreyim gun ərzinde mohkem vurur 1 saniyeye kecib gedir Taxikardiya kimi elametlerdi, bu demir azliqindan ola bilermi? Süretli çeki atandan sonra oldu mende baska ginikoloji problemim yoxdu yoxlanmisam
      Gece olur en cox qorxu heyacan yuxuya getmek isdeyrem sanki nese yuxudan vurub ayildir meni boquluram boqazimda sanki düyün var

    • @MuhammedMuhammedov-sh4lt
      @MuhammedMuhammedov-sh4lt 4 หลายเดือนก่อน

      Salam Doktor ilk öncədən cox saq olun
      Mende Hemoqlabin

  • @aynuraslanova419
    @aynuraslanova419 2 หลายเดือนก่อน

    Salam doktur ,mən qanın ümumi analizini vermişəm , həkim dedi qanın 48 faiz - dir ,vitamin D əksikliyi də var 34 yaş üçün vitamin D neçə faiz olmalıdır ? Vitamin D - in çoxalması üçün mütləq dərman içilməlidirmi ? Xahiş edirəm cavablandırın .

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçülməsi köhnədə qalmış, hazırda günümüz tibbində istifadə olunmayan metoddur. Ona görə dəqiq bir şey deyə bilmərəm. Hemoqlobin neçədir? O bilinməlidir. Hemoqlobin normalda xanımlarda 12-nin üzərində, kişilərdə 13-ün üzərində olmalıdır. Əgər hemoqlobin 12-nin altındadırsa, bir hematoloq dəyərləndirsə yaxşı olar.
      Vitamin D -nin neçə olduğunu yazmamısınız. Vitamin D-nin yaş üçün bir sərhəddi yoxdur. Yalnizca tövsiyə olunur ki, 30-40 -ın üzərində olmalıdır. 30-20-nin altındadırsa, yükləmə dozası tövsiyə olunur. Kenardan almaq sadəcə günəş şüalarına məruz qalmaqla mümkündür. Yetəri qədər günəş şüalarına məruz qala bilirsinizsə (yay fəslidir), Vitamin D çox aşağı deyilsə, 20-30 arasindadırsa, içmədən günəş şüaları ilə bir yerə qədər qaldırıb yoxlaya bilərsiniz. Ən azından deyək ki, yay uzunu günəşlənib, payız qabağı qalxıb-qalmadığını ölçə bilərsiniz. Qalmayıbsa, orda ala bilərsiniz. Yox əgər Vitamin D 20-nin altındadırsa, o zaman yükləmə dozasına ehtiyac olar. Tək başına günəş şüalarına etibar etmək olmaz. Yükləmə dozası dərman qəbulunu tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @turkanmisirova1583
    @turkanmisirova1583 6 หลายเดือนก่อน

    Salam eritrosit 3.8-5.1 norma. Analiz de 5.11 cixib netice. Talasemiya sayilir?

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Öncəliklə sadəcə eritrosit dəyərinə baxaraq talassemiya demək doğru deyil. Burada həm hemoqlobin miqdarı, həm eritrositlərin orta həcmi, eyni zamanda eritrositlərin miqdarı üçü birlikdə dəyərləndirilməlidir (pasiyentin dəmir testləri, yaşı, cinsiyyəti ilə birlikdə). Ondan sonra talassemiya daşıyıcılıq şübhəsi varsa, onun üçün müvafiq test aparılmalıdır.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @user-kk6wp9vn2y
    @user-kk6wp9vn2y 29 วันที่ผ่านมา +1

    Torpaq yirem men nece edim😢

    • @xumayberenq8283
      @xumayberenq8283 24 วันที่ผ่านมา +1

      ЧАААААН, УСЕР, БАЧЫ, СЕН КУБИК ЙЕСЕН ДАНА ЯХШЫ ОЛАР!😂 ЧААААН БУ БИР ЗАРАФАТДЫР😂 МЕН ДЕ БУ ЯХЫНДА ГАН АЗЛЫГЫ ВЕ ФЕРРУМ ЧАТЫШМАЗЛЫГЫНДАН МУАЛИЧЕ АЛДЫМ. ЙЕНИ 10 ДЕФЕ СИСТЕМ ВЕНАМА ВУРУЛДУ. ЧОХЛУ ДЕРМАНЛАР ГЕБУЛ ЕТДИМ ВЕ ЙЕНЕ ГЕБУЛ ЕДИРЕМ... АЛЛАН☝️🤲🌞СЕНЕ ШЕФА ВЕРСИН! ТУНД ГЫРМЫЗЫ ЧУГУНДУРУН СОКУНУ ДУЗЕЛДИБ ИЧИРЕМ ВЕ САИР. АЛЛАН☝️🤲СЕНЕ ДЕ ЧАН🌞👍САГЛЫГЫ ВЕРСИН❤!❤!❤!

  • @JrdjjdjdjJfkdk
    @JrdjjdjdjJfkdk 7 หลายเดือนก่อน +1

    Salam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน +1

      Salam. Xeyr, qanazlığı ayaqda şişmə verməz, hələ kəsinliklə tək tərəfli ayaqda şişmə ilə əlaqəsi yoxdur. İkisi ayrılıqda dəyərləndirilməlidir; yəni qan azlığı varsa, səbəbi və ayaqda şişliyin səbəbi. Əgər ayaqda şişliyin səbəbi, məsələn, iltihabi bir şişlikdirsə, o qanazlığı yarada bilir. Amma qanazlığı olduğu üçün kəskinliklə ayaq şişməz.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @JrdjjdjdjJfkdk
      @JrdjjdjdjJfkdk 7 หลายเดือนก่อน +1

      @@EgeHospital çox sagolun

  • @Anar-vt9wr
    @Anar-vt9wr 4 หลายเดือนก่อน

    Salam hekim. Menim ayaqimda deyset usume var, xemde aqri qan azligindan ola bilermi? Rematizma ele bildim var, oda yoxlandim cimadi rematizma. Xais edirem sualimi cavablandirasiz

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Ayaqda üşümə hissiyatı əlbəttə qanazlığında ola bilər, tiroid (zob) problemindən ola bilər, həmin bölgənin - ayaqların qanlanma problemindən ola bilər. Tövsiyyə edərəm ki, bir həkim müayinəsində olasınız. Pasiyent bəydirsə, siqaret çəkirsə, damar problemləri ola bilər. Xanımdırsa qanazlığı ola bilər.
      Ümumi yoxlanış olmağınızı tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-ml9sg1wu2e
    @user-ml9sg1wu2e 2 หลายเดือนก่อน

    Salam doktor qizima aplastik animiya diaqnozu qoyulub mualicələr gedir ilik köcurmə mutləqdimi???

    • @EgeHospital
      @EgeHospital  2 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Aplastik anemiya qazanılmış bir ilik xəstəliyidir, ilik çatışmazlığıdır. Şiddətinə görə ilik köçürməyə ehtiyac olduğuna qərar veririk. Əgər çox şiddətli səviyyədədirsə, yəni xəstənin qırmızı qanı üçün qan köçürməyə ehtiyac olacaq qədər qırmızı qan aşağıdırsa, trombosit çox aşağıdırsa (köçürmə gərəkdirəcək qədər), ağ qan hüceyrələri çox aşağıdırsa, yaşı da cavandırsa, ilik köçürmə tövsiyə olunur (başqasından ilik köçürmə). Yox əgər yüngül səviyyədədirsə, o zaman mütləq deyil. Ona görə sadəcə mesajla cavab vermək çətindir. Bir neçə başqa parametrləri də kontrol etmək lazımdır.
      Keçmiş olsun. Allah şəfa versin. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @jfkdkkfkdkd3991
    @jfkdkkfkdkd3991 3 หลายเดือนก่อน

    Salam çox dəyərli həkim anam xəstədir qanı azdı hara aparmıram xeyri yoxdu sizinlə necə əlaqə saxlamaq olar çox xahiş edirəm ünvanınızı mənə yazrdız

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hematoloq Üst Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Ege Hospital akademik Həsən Əliyev 38 ünvanında yerləşir.
      Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 336 3320.

  • @kukla555
    @kukla555 7 หลายเดือนก่อน

    Salam doktor nolar mene cavab verin mende qan azligi var urek bulama halsizliq taqetsiz oluram hali olmur men neyniyim

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam.
      Sizə tövsiyyəm qanazlığınız hansı səviyyədədir, öncəlikdə onun müəyyən olunması, səbəbinin nəyə bağlı olduğu və müalicə yazılması üçün bir hematoloqa yaxınlaşmağınız olacaqdır.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @AytenIsbendiyarof
    @AytenIsbendiyarof หลายเดือนก่อน

    Salam hekim.eller.ayaqlarda sumuk agrisi.eseb.basgicellenme.qanazligindan ola bilermi

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Bəli, sümük ağrısı, baş gicəllənmə, bunlar hamısı qanazlığından ola bilər. Qanazlığınız ən azından ümumi analiz ilə yoxlanılmalıdır. Onun nəticəsinə görə də ehtimal olunan səbəb nədir (xanımlarda adətən dəmir əskikliyi olur, kişilərdə daha fərqli səbəblər olur), ən azından terapevtlə başlayıb, ya da birbaşa hematoloqda müayinə oluna bilərsiniz.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @GunəşGotovit
    @GunəşGotovit 3 หลายเดือนก่อน

    Həkim salam.Baxıram çox yoruma cavab vermisiniz Allah razı olsun.Mən səhər yuxudan durannan başım eləbil yuxulu kimi olur aydınlanmır.Qulaqlarımın tutulduğunu hiss edirəm.diqqətim zəifdir.uşaqların dediklərini qavraya bilmirəm.baş ağrısı .yorğun gücsüz..bunlar qan azlığından ola bilərmi.birdə elə hey yatmaq isdəyirəm

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun.
      Əlbəttə, qulaqlarda küy hissiyatı, diqqət pozğunluğu, baş ağrısı, yorğunluq, gücsüzlük, yuxusuzluq, hamısı qanazlığı əlamətidir. Tövsiyə edərəm ki, qanazlığının səbəbi müəyyən olunsun. Qadınlarda fərqli, kişilərdə fərqli səbəblər ola bilir. Xüsusilə qadınlarda daha bəsit, daha rahat düzəldilə bilən səbəblər olur. Tövsiyə edərəm həkimə yaxınlaşasanız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @shortgen
      @shortgen หลายเดือนก่อน

      ​@@EgeHospitalSalam doldur siz harda işləyirsiz

  • @tarlanaxadov7555
    @tarlanaxadov7555 7 หลายเดือนก่อน

    Salam dr .menimde qanim 7 dir ..yeni qan azliginin aşagi olmasinin sebebin bilmek üçun hansi analizleri verilmedi ..yeni qani hansı sebebler azalda biler?

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Öncəliklə Qanın ümumi analizinə baxaraq biz analaya bilirik hansı tip qan azlığına oxşayır, ona görə analizlər istəyirik. Məsələn, qanazlığı ola bilər parçalanma mənşəlidir, bu qanın ümumi analizində fərqli cür görsənir, o zaman biz parçalanma testlərini istəyirik. Yox, əgər qanın ümumi analizində dəmir əskikliyinə bağlı qanazlığı əlamətləri görsənirsə, o zaman parçalanma testlərini də etməyə ehtiyac yoxdur. Sadəcə dəmir testlərinə baxırıq. Ona görə ümumi analizinizi bir həkimə göstərib ondan tövsiyyə alsanız daha yaxşı olar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-px4pi8rs7k
    @user-px4pi8rs7k 7 หลายเดือนก่อน

    Salam doktor nevemin 6 yasi olacaq hemetoligiya inistutunda qan analizi verdiy biz ucqar kendlerde oluruq busaat herteref qardi cixada bilmiriy analizderderinde cavabi biz gelenden sonra cixdi hekime gostere bilmedim zehmet olmasa mene basa salardiz zehmet olmasa NRBC# Nuveli erositler olmalidir (0,03-0,32) cixib 0,00 cox xais edirem meni bilgilendirerdiz bu haqda qabaqcadan tesekkur edirem size

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Mən uşaq həkimi deyiləm. Təəssüf ki, uşaqlarla işləmirəm. Amma ümumi deyə biləcəyim odur ki, nüvəli eritrositlər normalda qanda olmamalıdır. Orda mötərizədə yazılan referans aralığına fikir verməyin. 0,00 olmalıdır elə. Maksimum olarsa da bu aralıqda olmalıdır, o mənada qeyd olunub. Yəni o bir problem deyil, keçmiş olsun, hələlik.
      Ucqar dağ kəndinə salamlar!
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @user-px4pi8rs7k
      @user-px4pi8rs7k 7 หลายเดือนก่อน

      @@EgeHospital tesekkurler gozel hekim Allah sizi qorusun var olun

  • @User069f
    @User069f 6 หลายเดือนก่อน

    Salam mən 12 yanvarda qızılcaya yoluxdum bu gün isə 12 fevraldı mənim ayaq və əllərimdə şişlik var birdə iştahsızlıq var

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Açıqcası qızılca və digər infeksion xəstəliklərdə əl və ayaqda şişkinliyi gözləmərik. Əl və ayaqda şişliklər revmatizmal mənşəli, bədəndə zülal azalması ilə əlaqədar olan böyrək və qaraciyər mənşəli, tiroid mənşəli, ürək mənşəli (yaşınızı bilmədiyim üçün deyirəm) ola bilər. Ən azından bir terapevt ilə danışmağınızı tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

    • @User069f
      @User069f 6 หลายเดือนก่อน

      @@EgeHospital keçdi hl hazırda min şükür yaxşıyam 18 yaşım var başlayada 1 həftə idi yataq rejimində idim ona görə olub

  • @aqwinmahmudlu5054
    @aqwinmahmudlu5054 7 หลายเดือนก่อน

    Mənim gözün sanki təndirdə isdi çıxir elə olur dedilən qan azlığı müalicə yazmadilar incələnsin qanın ?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Sualınız nə idi? Daha aydın ifadə edə bilərsinizmi?

  • @mubarizquliyev5766
    @mubarizquliyev5766 6 หลายเดือนก่อน

    Doktor mən əyağa duranda gic kimi ollam elə bil bədən mənim olmur o qan azlığınan olar qurban səə bidənə cavab verərsəndə

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun.
      Bəli, xüsusilə ayağa qalxmaq ilə yaranan halsızlıq, baş dönmə kimi şikayətlər qanazlığı əlaməti olar. Başqa səbəblər də ola bilər. Amma öncəliklə ümumi qan analizinizi kontrol etdirməyinizi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @cavidanbaxisli366
    @cavidanbaxisli366 หลายเดือนก่อน

    Salam həkim oglumun 4 yasi var.talasemiya dasiyicisidir.qani 79 du.bu nece faizdir.

    • @EgeHospital
      @EgeHospital  12 วันที่ผ่านมา

      Salam. Hər vaxtınız xeyir.
      Qanın faizlə ölçülməsi keçmişdə qalmış, günümüzdə istifadə olunmayan ölçümdür. Qanı 79 dediyiniz, əgər hemoqlobini 7,9 və ya 79-dursa, bu daşıyıcılıq üçün biraz aşağı hemoqlobindir. Balaca uşaq olduğundan tövsiyə edərəm ya uşaq hematoloqu, ya bir pediatrda dəmir testlərini yoxlatdırasınız. Bəzən dəmir əskikliyi ola bilər. Daşıyıcılıqdan hemoqlobin bu qədər düşməz. Dəmir normaldırsa, talassemiya həqiqətən daşıyıcıdırmı, ara formasıdırmı, o dəqiqləşər.
      Tövsiyəm bu olar, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @RamizSeyidov
    @RamizSeyidov 3 หลายเดือนก่อน

    Doxdur herwey bircir olur izah ede bilmirem bawımdada gicelme olur neden olar xaiw edrem cavab verin

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-xl2dv1wv8k
    @user-xl2dv1wv8k หลายเดือนก่อน

    Salam doktor məndə leykositlər 31dir siz onu müalicə edirsiz hər ay yoxlatdırıram 29 33 arasıgəzir.

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน +1

      Salam. Leykositlər 31, hər ay 29-33 arası dəyişirsə, bu ən az 6 aydır bu şəkildədirsə, bu sümük iliyi ilə bağlı bir məsələ ola bilər. Kəskin bəd xəstəliklərdən olmaya bilər. 6 aydan çoxdursa, böyük ehtimalla kəskin pis ilik xəstəlikləri ilə bağlı deyildir. Amma sümük iliyimizin eyni zamanda xroniki bəzi xəstəlikləri vardır ki, onlarda diaqnozunu erkən bilib onların müalicəsi haqqında plan aparılmalıdır. Ona görə tövsiyə edərəm ki, bir hematoloq kontrolunda olasınız.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-rz6vt4zw2o
    @user-rz6vt4zw2o 9 หลายเดือนก่อน

    Salam dəyərli doktorumuz
    Sizdən bir məsləhət almaq istəyirəm. Bilmək olar mielofibrozun malicəsində tək dərman olaraq jakavi'dənmi istifadə olunur?
    Və yaxud digər müalicələr var.

    • @EgeHospital
      @EgeHospital  9 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir olsun.
      Mielofibbrozun kəsin müalicəsi ilik transplantasiyasıdır. Təbii ki, yüksək riskli mielofibrozdursa, xəstənin yaşı və digər faktorlar da uyğundursa, tək müalicə ilik transplantasiyasıdır. Amma jakavi xəstəliyi kontrol altına almaqda ən effektiv vasitədir. Günümüzdə bir neçə daha effektiv dərmanlar da var. Amma ölkədə onların əlçatanlığı biraz aşağıdır. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

    • @user-kj5tg4pw3q
      @user-kj5tg4pw3q 7 หลายเดือนก่อน

      Cox sag ol doktor

    • @JrdjjdjdjJfkdk
      @JrdjjdjdjJfkdk 7 หลายเดือนก่อน

      ​@@EgeHospitalSalam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)

  • @qafqazmmmdov6210
    @qafqazmmmdov6210 3 หลายเดือนก่อน

    Salam hekim menim qanimda leykosit miqdari az cixib .tez tez xestelenirem. Bu onunla elaqelidimi birde leykosit miqdarin nece artira bilerem

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir olsun. Leykosit miqdarının az çıxması həkim tərəfindən dəyərləndirilməsi gərəkən məsələdir. Keçici ola bilir, bəzi virus infeksiyalarında azala bilir, B12 əksikliyində ola bilir, qaraciyər -dalaq problemlərində ola bilir, bəzi revmatizmal xəstəliklərdə ola bilir. Ona görə hər hansısa bir qida ilə, ya da dermanla yüksəldin deyə bilmərəm sizə. Düşmə səbəbi dəqiqləşdirilib, ona görə müalicə aparılmalıdır. Əlbəttə leykosit bizim immunitet hüceyrəmizdir. Əgər çox aşağıdırsa, xəstələnməni o izah edə bilər. Sizə hematoloq müayinəsi tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @qonckrimova5032
      @qonckrimova5032 2 หลายเดือนก่อน

      ​@@EgeHospitalsalam.doktor.menim ayagimda cox sayda qirmizi lekeler emele gelir.bunun sebebi qanla bagli ola bilermi?analiz verdim qanim cox duru cixdi

    • @EgeHospital
      @EgeHospital  หลายเดือนก่อน

      @qonckrimova5032 Salam. Hər vaxtınız xeyir olsun. Qırmızı ləkələr əgər qan duruluğu səbəbindən yaranıbsa (təbii ki, görmədən bir söz demək çətindir, bəlkə dəri ilə əlaqədardır), amma qan duruluğu ilə bağlıdırsa, qırmızı, maviyə çalan, bəzən saralan, bəzən üzərinə basanda ağrılı ləkələr, yəni qan duruluğu varsa, qan duruluğu hansı tip qan duruluğu olduğuna baxılıb ona görə də səbəbi bilmək lazımdır. Bir hematoloq müayinəsi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-cg8sh2lf1u
    @user-cg8sh2lf1u 7 หลายเดือนก่อน

    Salam həkim.Zəhmət olmasa deyə bilərsiz düzəlməyən teykapaniya ne demekdi?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Yazıda hər halda xətanız var; leykopeniya ola bilər. Leykopeniya ağ qan hüceyrəsinin azlığıdır. Düzəlməyən leykopeniya deyə bir şey yoxdur, səbəbi bilinməyən leykopeniya ola bilər və ya səbəbi tapılmamış leykopeniya ola bilər. Sizə ancaq hematoloq müayinəsi tövsiyyə edərəm. Buradan başqa bir söz demək mümkünsüzdür. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @SerhedHuseynov-jq7tx
    @SerhedHuseynov-jq7tx 11 หลายเดือนก่อน +3

    Salam doktor mənim onuc yaşda bacmda qan azlığı var

  • @ilhammmmdova4241
    @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

    Salam hekim men mede xercangiyem medem cexareleb 5 il əməliyyat olmuşam indi qanemda hemoqlobin 5 faizdi hekim deyir mutleq qan köcurulmelidi mən hemoqlobini dermanla qaldera bilerammi feresen dermane ateram

    • @lamiyhmidzad1450
      @lamiyhmidzad1450 2 ปีที่แล้ว +1

      Hemoqlobin 5disə qan köçürülməlidir. 7dən yuxarı olanda qidayla dərmanla artırmaq olar

    • @ilhammmmdova4241
      @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

      @@lamiyhmidzad1450 salam siz həkimsiniz fersen qan dərmanı atıram qan 5 faizdi mede xercangiyem 5 ildi mede cexarelebde həkim 2 ay fersen atmage tapşerde

    • @lamiyhmidzad1450
      @lamiyhmidzad1450 2 ปีที่แล้ว +1

      Xeyr həkim deyiləm

    • @ilhammmmdova4241
      @ilhammmmdova4241 2 ปีที่แล้ว +1

      @@lamiyhmidzad1450 he bldim feysbukda baxdem hekimlerin sehifesi olur hec derman da xeyir etmir muallime iwleyiram daha mektablar aceler ager iw neca iwleyacam bu awage qanla bilmirem seherlar duranda gozum cox qaraler hemiwe da meyva yeyiram hec na ila qarwesene ala bilmedim kecan il 7 faiz idi amma bu il 5 faiza duwdu qaneme qaldera bilmirem amma hiss ediram ki bu qanla yenidan xercang yaranacak men hematologiya germali idim amma cox bawesoyuqluq etdim

  • @user-kj5tg4pw3q
    @user-kj5tg4pw3q 8 หลายเดือนก่อน

    Mende qan azligi var mende fibroma var ginikoluq deyir onnandi 42 yawim var

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Bəli, qadınlarda uşaqlıq fibromaları qanaxmaya və o da qanazlığına səbəb ola bilər. Əksərən dəmir əksikliyinə bağlı qanazlığıdır. Öncəliklə dəmir əksikliyi müalicə olunmalı, yanaşı olaraq da ciddi səviyyədə qanama verir, qanı çox düşürəcək səviyyədə olursa, uşaqlıq fibroması ilə də bağlı tədbir görülməlidir. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @AytacSalmanli
    @AytacSalmanli 3 หลายเดือนก่อน

    Menim qanim 8 fayizdi normaldi mi??ne ede bilerem neyi yoxlatmaliyam doktor

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Faizlə qan hesabı artıq günümüzdə tərk edilmiş bir metoddur. Tövsiyə edərəm ki, "hemoqlobininiz neçədir?"- o haqda məlumat sahibi olasınız.
      Hemoqlobin əgər 7-8-in altındadırsa, bu biraz daha təcili bir haldır. Normalda xanımlarda 12-nin üzərində olmalıdır. 12-nin altındadırsa, mütləq səbəbini aydınlaşdırmanızı tövsiyə edərəm. Analizi verən şəxs əgər xanımdırsa, qadınlarda ən çox dəmir əksikliyi aylıq periodik itkilərə bağlı olur. Onunla əlaqədar dəmirləri yoxlatdırmaq lazımdır. Təbii ki, həkim nəzarətində hansı analizlər olmalıdır, onlara baxılsa, yaxşı olar.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @Nuriyeva_Gunel
    @Nuriyeva_Gunel 4 หลายเดือนก่อน

    Doktor mənim qızım möhür yeyirdi gizlində. Deməli dəmir çatmır

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Ola bilər. Ciddi dəmir əksikliyi olan insanlarda normalda yeyilməyən bəzi şeyləri yeməyə meyllilik ola bilir. Ona görə o baxımdan da dəyərləndirilə bilər.
      Təbii ki, bəlkə başqa psixolojik səbəbi də ola bilər. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-pl3qh2oe5e
    @user-pl3qh2oe5e 3 หลายเดือนก่อน

    Salam doxdur mənim Qadım çox azdır çox halsız yorgun olram birdə ki Qan azlığı Artığ çəkiye yol açırmı ?

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun. Qanazlığı artıq çəkiyə adətən yol açmaz. Tərsinə, arıqlama verə bilər. Amma birtərəfli bir məsələ deyil. Qanazlığınız olduğu üçün hərəkətiniz azalırsa, o da bəlkə çəki itkisi yaratmaya bilər. Burda sizə tövsiyəm odur ki, qanazlığınızın səbəbi tapılsın, o müalicə olunsun. Bunun üçün də istəyirsinizsə, bir hematoloq və ya bir terapevtə yaxınlaşa bilərsiniz.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @bakuazerbaycan4016
      @bakuazerbaycan4016 2 หลายเดือนก่อน

      Salam Hekim .mende Kecen il olmusdu biraz qan azlilixi var .Vitaminler yazdi yaxsi oldum amma iki uc aydan Sonra .bu il Tekrar yene yaranib .Ozude yay ayinda xestelenirem .tez tez adi bir soyuq olan kimi ozumu coox pis hiss edirem .birdeki esas .mende qanazlilixindan boxazimda qiciq olarmi qasinma falargit yarada bilermi .Birdeki dilde narahatciliq yarada bilermi hekim yeni uyusma dad bilmemey ,ve Biraz dilde axirliq yarada bilermi Sanki .Qorxudan Sozu diye bilmirsiz kekeleme ,ve Dilde, topux vurma olarmi ,dil Sanki guc axirliq gelir ele bilirsiz hansisa bir virusa yoluxmusuz

  • @AygulDavudova-xs9ot
    @AygulDavudova-xs9ot 7 หลายเดือนก่อน

    Salam,məndə dörd gün olar ki,halsızlıq var, birinci gün baş gicəllənmə,ondan sonrakı günlər baş ağrı,dizlərdə keyləşmə halsızlıq,təzyiqim də aşağıdır, bunlar qan azlığından ola bilərmi 😔

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Bunlar mütləq qanazlığından olacaq əlamətlər deyil. Çox spesifik əlamətlər deyil. Qanazlığından da ola bilər, infeksiyadan da qaynaqlana bilər. Öna görə də ümumi bir yoxlanış tövsiyə edərəm. Ehtiyac olarsa, hematoloq müayinəsinə gedərsiniz. Amma ümumi bir terapevt müayinəsi, check-up analizi tövsiyyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @AygulDavudova-xs9ot
      @AygulDavudova-xs9ot 7 หลายเดือนก่อน +1

      @@EgeHospital va Aleykum Salam, çox sağ olun, cavab verdiyinizə görə ayrıca təşəkkür edirəm

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Siz də sağolun.

    • @dunyabdullayeva
      @dunyabdullayeva 4 หลายเดือนก่อน

      Salam ne etdiniz duzeldi mende eynisi oldu

    • @AygulDavudova-xs9ot
      @AygulDavudova-xs9ot 4 หลายเดือนก่อน

      @@dunyabdullayevavitaminlər qəbul edirəm, şükür Allaha Əlhəmdülillah yaxşıyam hələki

  • @flo72l61
    @flo72l61 5 หลายเดือนก่อน

    Salam. 7.9 hemoqlobin nə qədər deməkdir. 40 yoxsa 48 faiz?

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Faiz hesabı köhnədə qalmış, günümüzdə artıq istifadə olunmayan bir hesablamadır. 7,9 hemoqlobinin nə qədər ciddi qanazlığını olduğunu bilmək istəyirsinizsə, xanımlarda normalda hemoqlobin 12-dir (hemoqlobinin alt sərhəddi). Ona görə bir müqayisə apara bilərsiniz. Yəni 12 olmalı ikən, 7,9-dur sizdə. Çox ciddi qan köçürüləcək qədər aşağı deyil. Amma ciddi aşağı sayıla bilər. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ilkinmehdiyev9406
    @ilkinmehdiyev9406 7 หลายเดือนก่อน

    Salam hekim menim qanim azdi ayaqlarım ağrıyır ve sümüklərim belim qan azlığından olma ehtimalı var ?

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Əlbəttə ki, sümüklər, bel, başqa yerlər, bunlar da başımız kimi (məsələn, qanazlığı olduğu zaman baş ağrayır) o bölgələrə də qan gedir. Qanazlığı olduğu zaman sümükdə, əzələdə, sinirdə ağrı olması normaldır. Amma yanaşı olaraq bir də o bölgələrdə hər hansı bir xəstəlik varsa, onlar da qanazlığı yarada bilər. Ona görə sizə ancaq həkim müayinəsi tövsiyyə edərəm.
      Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @user-yc1if7gi9h
      @user-yc1if7gi9h 5 หลายเดือนก่อน

      Salam doktorum mənim qızım koronanin vaxtında balaca qızı olmuşdu istiliyi oldu sistem qosdurduq ..xülasə o vaxtdan qoxu hissi yoxdu nə edək coxxxx təşəkkür edərdim əvvəlcədən​@@EgeHospital

  • @AnarUmdov-tf3ud
    @AnarUmdov-tf3ud 4 หลายเดือนก่อน

    salam doktor qan azligindan insan dünyasini deyise biler?

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Əlbəttə ki, (təkbaşına səbəb olmaz) qanazlığı bir insanda ciddi səviyyədədirsə, xüsusən, ürək çatışmamazlığından həyatını itirməyə səbəb ola bilər.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @BaharOrucova-oe4ik
    @BaharOrucova-oe4ik 8 หลายเดือนก่อน

    Salam həkim qızımın sacı tökülür qan azdığınnan ola bilər?

    • @EgeHospital
      @EgeHospital  8 หลายเดือนก่อน +2

      Salam. Hər vaxtınız xeyir, keçmiş olsun. Qanazlığından ola bilər. Ümumi qan analizi, dəmir testləri, (bir də tiroid az çalışmasından ola bilər) TSH analizlərinə baxılması lazımdır. Əgər bunlar normaldırsa, dermatoloqa müraciət edin. Yox, əgər bu analizlərdə anormallıq olarsa, müvafiq həkimlərə müraciət etmək lazımdır.
      Bir də yaş önəmlidir; Pediatrik yaş qrupundadırsa - pediatr, deyilsə, yetişkin həkiminə müraciət etmək lazımdır.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @nemmmmmm.
    @nemmmmmm. 2 ปีที่แล้ว

    Salam hekim mende gozumde qaralti olur qaraltida bilsiz nece qaralti hele bil eve zeif isiq taxbalar menm gozumde problem var yoxsa qan azligindadi xais ellem cavab vern

    • @EgeHospital
      @EgeHospital  2 ปีที่แล้ว

      Salam. Sizə rutin qan analizləri (qanın ümumi analizi) vermək, ona görə əgər qan azlığı aşkarlanarsa, hematoloq görüşü tövsiyyə oluna bilər. Keçmiş olsun.
      (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)

  • @nurlanmmmdov1282
    @nurlanmmmdov1282 3 หลายเดือนก่อน

    Salam həkim mənim qızım qanı 42 fayizdi talesimiya ola bilər

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Faizlə qan hesabı köhnədə qalmış metoddur. Tək başına qanın qırmızı qan hissəsi ilə talassemiya haqqında bir şey demək mümkün deyil. Həm qırmızı qanın, hemoqlobinin miqdarı, həm eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin miqdarı, həm də eritrositlərin orta həcminə baxılaraq buna görə dəyərləndirilməlidir ki, talassemiya (daşıyıcılıqdan gedir də hər halda söhbət) daşıyıcılıq ehtimalı varmı yoxmu, ona görə gərəkirsə analiz olunsun, ya yox. Həkimə yaxınlaşıb ona görə kontrol etdirməyinizi tövsiyə edərəm. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-sq6jw4ob2e
    @user-sq6jw4ob2e หลายเดือนก่อน

    Salam hekim menim qanlm azdl baqazlmdada daralma var qan azliqlndan ola biler

    • @EgeHospital
      @EgeHospital  12 วันที่ผ่านมา

      Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun.
      Təəssüf ki, anlamadım, harda daralma var demisiniz. Boğazımda yazmaq istəmisinizsə, ciddi dəmir əksikliyi və dəmir əksikliyinə bağlı qanazlığında bəzən qida borusunda pərdə yarana bilir. O da udma çətinliyi verə bilir. Əgər dediyiniz belə bir şeydirsə, qanazlığı bunları edə bilir.
      Öncəliklə qan ümumi analizi və dəmir testləri ətraflı baxılmalıdır. Çox ciddi əksikliklərdə müalicə verilməlidir. Bogazdakı şikayət də öz-özünə keçə bilər. Ciddi səviyyədədirsə, ona da bir qastroenteroloq baxmalıdır. Əgər doğru anladımsa sualınızı, cavabı budur.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @RamizSeyidov
    @RamizSeyidov 3 หลายเดือนก่อน

    Doxdur salam qan azlıqım var qorxu keçirirem ölüm verirmi

    • @EgeHospital
      @EgeHospital  3 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @zuhurun_sesi
    @zuhurun_sesi 6 หลายเดือนก่อน

    Menim hemoqlobinim 7.3 chixib. Pis xesteliyim var he? 😔

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Keçmiş olsun. Tək başına hemoqlobin səviyyəsinə baxaraq pis xəstəlik demək düzgün deyil. Çünki əgər xanımsınızsa və menstruasiya görən yaşdasınızsa, xanımlarda adətən bu xoşxassəli dəmir əksikliyi ola bilər. Amma ən azından ümumi analizinizlə birlikdə gərək sizə bir terapevt və sonrasında ehtiyac olarsa hematoloq dəyərləndirməsi tövsiyə edərəm.
      (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)

  • @_daisy_by_collection_6646
    @_daisy_by_collection_6646 5 หลายเดือนก่อน

    Doktorun adını bilən varmı harda çalışdığı?

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117,
      012 599 1117,
      050 299 1117,
      055 336 3320.

  • @resulehmedcelebiyev6276
    @resulehmedcelebiyev6276 2 ปีที่แล้ว +1

    Salam doktur menim menstural olanda üşmem başım coox ağryır nede ola bier

  • @Vahid-eliyevB
    @Vahid-eliyevB หลายเดือนก่อน

    Mende qan aliqi unitet duwub sebeb ne olar??

    • @EgeHospital
      @EgeHospital  12 วันที่ผ่านมา

      Salam. Sualınız aydın olmadı.

    • @Vahid-eliyevB
      @Vahid-eliyevB 12 วันที่ผ่านมา

      @@EgeHospital mende qan azliqi var ariqlamiwam cox ama hec bir yerim ağrımır analizler verirem hec kim bilmir nedi

  • @user-pn8vv8ux8v
    @user-pn8vv8ux8v 6 หลายเดือนก่อน

    Salam, siz uşaq, ya böyük hemotoluqusuz?

    • @EgeHospital
      @EgeHospital  6 หลายเดือนก่อน

      Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev böyük hematoloqudur. Uşaqları müayinə etmir.
      Həkimin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz.
      Tel: 1117
      012 599 1117
      050 299 1117
      055 336 3320

  • @user-kk9qu7fp4f
    @user-kk9qu7fp4f 5 หลายเดือนก่อน

    Qan artanda insan kökəlir

  • @MuhammedMuhammedov-sh4lt
    @MuhammedMuhammedov-sh4lt 4 หลายเดือนก่อน

    Salam Doktor
    Menim analizim necedi?
    Hemoqlobin 10.5 g/dL 11 - 15,2 11.1
    HCT Hematokrit 34.0 % 33 - 44,5 36.1
    MCV Eritrositlərin orta həcmi 68.0 fL 80 - 97 68.2
    21.0 pg 26 - 34 21.0 MCH Eritrositdə hemoqlobinin orta
    həcmi
    30.9 g/dL 32,6 - 35,8 30.7 MCHC Eritrositlərdə hemoqlobinin
    orta qatılığı
    PLT Trombositlər 218.4 10³/UL 150 - 400 214
    LYM% Limfositlər% 30.0 % 5 - 55 36.9
    MXD% 9.2 % 1 - 20 9.0
    NEU% Neytrofil% 61.1 % 45 - 95 54.1
    LYM# Limfositlər 2.0 10³/µL 1,2 - 3 2.4
    MXD# 0.6 10³/µL 0,09 - 0,6 0.6
    NEU# Neytrofillər 4.1 10³/µL 2,5 - 5,5 3.5
    RDW-SD 36.4 fL 37 - 54 37.1
    RDW-CV 14.3 % 11 - 16 14.2
    18.9 fL 9 - 17 14.6 PDW Trombositlərin paylanma
    enliyi
    MPV Trombositlərin orta həcmi 10.3 fL 9 - 13 10.2
    P-LCR 30.9 % 13 - 43 29.1
    PCT - Trombokrit 0.22 % 0,17 - 0,35 0.22
    EÇS (Vesterqren üsulu) 10 mm/saat 2 - 20 3
    Periferik yayma
    - Çubuqnüvəli 4 % 1 - 6 1
    - Seqmentnüvəli 57 % 45 - 70 54
    - Eozinofillər 2 % 1 - 6 1
    - Limfositlər 30 % 19 - 41 37
    - Monositlər 7 % 3 - 11 7
    QEYD: Laborator müayinə nəticələri DİAQNOZ deyil! Son rəyi, müalicə həkimi klinik

    • @EgeHospital
      @EgeHospital  4 หลายเดือนก่อน

      Salam. Bura analiz atıb və qarşılığında həkimdən cavab gözləmək üçün uyğun yer deyil. Sizə tövsiyəm hər hansı həkimə yaxınlaşıb ondan məsləhət alasınız. Bura sadəcə ümumi məlumat almaq yeridir.
      Sizə verəcəyim məlumat; analizinizdə qanazlığı görsənir. Gerisini bir həkimlə dəyərləndirməlisiniz. Keçmiş olsun. Hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @user-xl4bk8bi8d
    @user-xl4bk8bi8d ปีที่แล้ว +1

    Salam hekim menim 45 fayiz qanım var amma işdahım da yaxşı dır qan axmam da yoxdu neden qanım az olar?

    • @EgeHospital
      @EgeHospital  ปีที่แล้ว

      Salam. Hər vaxtınız xeyir olsun. Təəssüf ki, cinsiyyəti və yaşı bilmədən, müvafiq müayinə aparılmadan, hemoqlobiniz necədir, hansı tip qan azlığıdır onu bilmədən səbəbə bağlı bir şey demək çətindir. Ona görə sizə müayinə tövsiyyə edəcəm; Terapevt və ya Hematoloq. Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @ElyGasm
    @ElyGasm 5 หลายเดือนก่อน

    Salam hekim mende urek bulanma bash gicellenme reng solgunlugu urekde doyunme heyacan olur hemcinin bash agrisi bunlar qan azlgndan ola biler zehmet olmasa cavab vererdizde gozlermde bulanig gorneye bashlayb

    • @EgeHospital
      @EgeHospital  5 หลายเดือนก่อน

      Salam. Saydığınız əlamətlər, bəli, hamısı qanazlığı ilə əlaqədar ola bilər. Amma bunlar çox spesifik əlamətlər deyil. Ən azından ümumi qan analizinizi yoxlatdırmağınızı, bir terapevt qəbulunda olmağınızı tövsiyə edərəm. Qanazlığı varsa, orada aşkarlanar, sonrasında səbəbi, tipi, nəyə bağlı qanazlığıdır, o müəyyənləşər. Ona görə müvafiq müalicə aparılar.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @ElyGasm
      @ElyGasm 5 หลายเดือนก่อน

      @@EgeHospital coxsagoln hekm

  • @aqwinmahmudlu5054
    @aqwinmahmudlu5054 7 หลายเดือนก่อน

    Qan institutua yazıldi

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Sualınızı daha aydın ifadə edə bilərsinizmi?

  • @Agayeva....
    @Agayeva.... 7 หลายเดือนก่อน

    Salam Doktor.mende beta talesimiya dasiyiciligi var.qorxuludurmu?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน +1

      Salam. Hər vaxtınız xeyir olsun.
      Xeyr, beta daşıyıcılıq bir xəstəlik halı deyil, adı üstündə; bir daşıyıcılıq halıdır. Qorxulu deyil, hər hansı bir şeyə çevrilməz. Əgər ailəli deyilsəniz, yoldaşınızda da daşıyıcılıq olmamalıdır; İki daşıyıcıdan xəstə uşaq doğulma ehtimalı var. Yox əgər yoldaşınız da daşıyıcısıdırsa, tövsiyyə olunan süni mayalanma yolu ilə övlad sahibi olmağınızdır.
      Keçmiş olsun.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

    • @Agayeva....
      @Agayeva.... 7 หลายเดือนก่อน +1

      @@EgeHospital ALLAH RAZI OLSUN COX SAG OLUN

  • @samirsireliyev1954
    @samirsireliyev1954 7 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)

  • @samirsireliyev1954
    @samirsireliyev1954 7 หลายเดือนก่อน

    HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?

    • @EgeHospital
      @EgeHospital  7 หลายเดือนก่อน

      Salam. Hər vaxtınız xeyir.
      Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır.
      Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil.
      Keçmiş olsun, hələlik.
      (Uzman Dr Təhməz Həziyev, Hematoloq)