Al menden guluslerini (Tekce umid qalsin) - Huseynaga Hadiyev

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2016
  • Söz: Nəbi Xəzri
    Musiqi: Emin Sabitoğlu
    İstəsən sükuta bürünsün cəhan,
    Heç nə yox, al məndən gülüşlərini.
    Al məndən, ömrümdə əbədi qalan gülüşlərini,
    Al məndən, ömrümdən, o ani əbədi görüşlərini.
    Fəqət, soyuq baxma sən gendən, gözəl!
    Sənsiz günəşsizdir bu göy, bu torpaq,
    Hər nəyi istəsən, al məndən, gözəl.
    Tək ümid qoy qalsın,
    Ümid - bir dünyalıq gülüşlərindir.
    Tək ümid qoy qalsın,
    O ani, əbədi görüşlərindir.
    Fəqət, soyuq baxma sən gendən, gözəl!
    Al geri o əziz günləri məndən.
    Sədaqət andını al geri məndən.
    İstəsən, al məndən yaşıl meşələrin pıçıltısını.
    İstəsən, istəsən, al məndən dənizin parıltısını.
    Fəqət, soyuq baxma sən gendən, gözəl!
    Sənsiz günəşsizdir bu göy, bu torpaq,
    Hər nəyi istəsən, al məndən, gözəl.
    Tək ümid qoy qalsın,
    Ümid - bir dünyalıq gülüşlərindir.
    Tək ümid qoy qalsın,
    O ani, əbədi görüşlərindir.
    Fəqət, soyuq baxma sən gendən, gözəl!

ความคิดเห็น •