AQRAR FƏAL QADINLAR DƏSTƏKLƏNİR
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Kənd təsərrüfatı ilə məşğul olan qadınları dəstəkləyən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” -AFAQ layihəsi çərçivəsində icraçı ilkin planlama seminarı keçirilib. Qeyd olunub ki, qadınların aqrar sahədə fəaliyyəti bu sahənin inkişafına səbəb olacaq. Çünki kənd təsərrüfatı ilə məşğul olan qadınların gəlirlərinin artması ailə üzvlərinin də inkişafına səbəb olur. Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin icra etdiyi AFAQ layihəsi məhz bu cür xanımlara hərtərəfli dəstək göstərir. Məqsəd aqrar sahədə işləyən qadınların sayını artırmaqdır.
Qeyd olunub ki, layihə çərçivəsində AFAQ-a 500-dən çox müraciət daxil olub. Nəticədə qərara alınıb ki, 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətini davam etdirməsi üçün müəyyən texniki avadanlıq və təlimlərlə təmin edilsin. Bu layihə qadınlara məşğulluq imknalarının artırılması istiqamətində kömək edir.
Xatırladaq ki, AFAQ layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatın - FAO və ilə Azərbaycan höküməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunur. Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.